Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Müəyyən qüvvələr Azərbaycan futboluna zərər vurmaq üçün çalışır” - deputat
Tarix: 10-12-2018, 09:44 | Çap et
“Müəyyən qüvvələr Azərbaycan futboluna zərər vurmaq üçün çalışır”
“Qarabağ” futbol klubunu və Azərbaycan millisini çalışdıran Qurban Qurbanovun millidən istefaya göndərilməsi son günlərin əsas xəbərlərindən biri oldu. Milli komanda ilə 6 illik müqaviləsi olan və bunun heç bir ilini tamamlamayan tanınmış məşqçi AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də gedəcəyini açıqlayıb. Onunla eyni vaxtda U-20 və U-21 millimizin baş məşqçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da istefaya göndərilib.

Azərbaycan millisinin yeni baş məşqçisinin adı qarşıdakı 1 ayda açıqlana bilər. Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Millimizdə nələrin baş verdiyi yönündə müxtəlif fikirlər səslənir. Q.Qurbanovun iki komandanı birdən çalışdırmasının çətin olduğunu düşünüb, onun gedişinə sevinənlər çoxluq təşkil edir. Təcrübəli çalışdırıcının “Qarabağ” üçün daha faydalı olduğu barədə fikirlər üstünlük təşkil edir. Onun gedişindən sonra millimizin yeni baş məşqçisinin kim olacağı, kimin olmalı olduğu barədə ən müxtəlif fikirlər səslənir.

Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, AFFA-da milli ilə bağlı müəmmalı proseslər gedir: “Müəmmalar olduğu üçün fikir bildirmək çətindir. Hesab edirəm ki, müəyyən qüvvələr Azərbaycan futbolu üçün zərərli addımların atılmasına çalışırlar, mənfəət götürmək üçün yanlış addımlar atırlar. Futbolumuzu belə bir primitiv yanşamaya məruz qoymaq olduqca təhlükəlidir. Bu gün futbolumuzun başında duran Rövnəq Abdullayev bilirəm ki, bu sahəyə kifayət qədər vəsait ayırır, böyük bir can yandırır, xeyli işlər də görür. Amma təəssüflər olsun ki, aşağı səviyyədə məmurların fəaliyyəti qaneedici deyil. Hər şey ölçüb-biçilib milliyə baş məşqçi gətirilir. Necə olur ki, bir il sonda yadımıza düşdü ki, klubla millini eyni vaxtda çalışdırmaq çətin olar? Milli çempionatımızın potensialı çox zəifdir. Qurban Qurbanov getdi, indi əvvəlki illərdə olduğu kimi, baha qiymətə əcnəbi bir məşqçini gətirməklə nələrsə dəyişəsi deyil ki. Hesab edirəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır. Futbolumuzun bu günə düşməsinin əsas səbəblərindən biri də bir sıra klublarımızın sıradan çıxarılması oldu. Məsələn, ”Xəzər Lənkəran" klubunun sıradan çıxarılmasının heç bir məntiqi əsası yox idi. Gəncənin komandasının olmaması çox ciddi problemdir. Hamısı əslində özəl sektorun inkişafının dayanmasından doğan problemlərdir. Futbola pullar ayrılmır. Nə qədər SOCAR vəsait ayırıb, futbolu dirçəltməyə çalışacaq? Bir qurumun səyləri ilə məsələni həll etmək mümkün deyil. Vaxtilə İmişlidə futbol inkişaf edəndə situasiya fərqli idi. İndi Tovuzun “Turan” komandasından əsər-əlamət yoxdur. Heç bir komanda formalaşıb ortaya çıxa bilmir. Nəticədə futbolun inkişafının qarşısı alınır. Bir məşqçinin gedişi məsələnin həlli mənasına gəlmir. Hesab edirəm ki, kim milliyə gəlir-gəlsin, indiki şərtlərdə futbolumuzu inkişaf etdirmək çox çətindir".

Qol.az saytının redaktoru Aydın Bağırov bildirdi ki, Qurban Qurbanovun istefaya göndərilməsində millimizin Millətlər Liqasındakı çıxışı müəyyən qədər rol oynadı: “AFFA rəhbərliyi ilə Qurban Qurbanovun arasında fikir ayrılıqları var idi. Mənə elə gəlir ki, onun vaxtından əvvəl istefaya göndərilməsində bu amil başlıca rol oynayıb. Çünki Qurban Qurbanovla 6 illik müqavilə imzalanmışdı. Cəmi bir il çalışmadan onun istefaya göndərilməsi ciddi suallar yaradır. Bu da normaldır. Təəssüf doğuran odur ki, Qurban Qurbanovdan əvvəl millimizin baş məşqçiləri olan Berti Foqtsa 6 il, Robert Prosineçkiyə 2 il vaxtı verildiyi halda Azərbaycan futbolu üçün tarix yazan, unudulmaz nəticələr əldə edən bir şəxsə bir il belə imkan verilmədi. Avropa Çempionatının seçmə mərhələsində iştirak etmək üçün ona şans belə tanınmadı. Adını da belə qoydular ki, o iki komandada işləyir. Bunlar sadəcə bəhanələrdir. Onu da deyim ki, Qurban Qurbanovun özü istefa verməyib, istefaya göndərilib. Bəzi insanların dedikləri yanlışdır. Qurban Qurbanovun istefa vermək fikri olmayıb. Onun istefaya göndərilməsinin heç bir məntiqi əsası yoxdur. Rəşid Sadıqovun da istefaya göndərilməsi təsadüfi deyil. O, Qurban Qurbanov gedəndən sonra mənəvi tərəfdən orada qala bilməzdi. Çünki onlar yaxın dostdurlar, bir-birinə bağlılıqları var. Futbolumuzda məsələləri artıq şəxslər həll etmir. Məsələ kiminsə gətirilməsində deyil. Problemlər daha dərindir. Bizdə futbol sistemi çat verib. Dərin bir böhran keçirir. Ən çox da bizdə uşaq futbol məktəbləri bərbad vəziyyətdədir. Bu məktəblər düzəlməyincə millimizə keyfiyyətli oyunçular gəlməyəcək. Bu problemləri yaradan həm AFFA olub, həm də klublar. Klubların özü belə uşaq futboluna diqqət ayırmırlar. Bu fikirlərim bütün klublara aiddir. AFFA da bu sahəyə ciddi diqqət ayırmır. Bölgələrimizdə futbol demək olar yoxdur. Problemlərimiz bundan sonra da davam edəcək. İdeal bir məşqçisinin Azərbaycana gətirilməsi belə, yaxın 5-10 ildə bu problemləri həll etməyəcək. Problemin yeganə həlli yolu uşaq futbol məktəblərini qurmaq, infrastruktur yaratmaq, normal məşqçilər gətirməkdir. Bunlar olmadığı sürəcdə nəyəsə ümid etmək olmaz”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru