Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
Tarix: 29-12-2018, 10:02 | Çap et
“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
AĞ Partiyanın sədri Tural Abbaslı son günlər müxalifət düşərgəsində müşahidə olunan proseslər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Müxalifət düşərgəsində ilin sonlarında bir canlanma, hərəkətlilik müşahidə olunur. Bu yaxınlarda Əli Kərimli qısamüddətli həbsdən çıxandan sonra bir sıra siyasi partiyalarla danışıqlar apardı. İsgəndər Həmidov böyük bir toplantı təşəbbüsünü irəli sürdü və reallaşdırdı. Artıq xeyli vaxtdır Qarabağ Komitəsi aktiv fəaliyyət göstərir. Bütün bu baş verənlər nədən xəbər verir?

- Son illərdə Azərbaycanda siyasət meydanında bir sakitlik hökm sürürdü. Hətta aprel ayında keçirilən prezident seçkiləri belə, müxalifət düşərgəsini lazımi səviyyədə tərpədə bilmədi, müxalifət xalqı proseslərə qoşa bilmədi. Bir prosesdəki xalq iştirak eləmir, orada heç bir ciddi fəaliyyətdən, canlanmadan söhbət gedə bilməz. Ona görə də seçkilər dövründə hakimiyyət prosesləri istədiyi tərəfə yönləndirə bilmişdi və istədiyi nəticələri də əldə edə bildi. Müxalifət düşərgəsinin bir hissəsi isə mübarizə aparmaq əvəzinə, boykot adlı lazımsız, təsir imkanı olmayan bir yolu seçdilər. Biz AĞ Partiya olaraq seçkiyə qatıldıq, çalışdıq ki, cəmiyyətdə bir siyasi canlanma olsun. Siz də razılaşarsınız ki, bir çiçəklə bahar olmur. Bizi seçkiyə buraxmadılar. Yəni ilin əvvəlindən hər şey hakimiyyətin istədiyi kimi getdi. Milli Şuranın və AXCP-nin keçirdiyi bir neçə uğursuz mitinqlər də heç bir siyasi canlanma yarada bilmədi. O mitinqlər əks effekt verdi. Mübarizəyə olan-qalan ümidləri də Milli Şuranın keçirdiyi mitinqlər öldürdü. “Talana yox!” şüarı ilə keçirdikləri mitinq olan-qalan ümidləri də öldürdü. Həmin mitinqlərdən müxalifət yox, hakimiyyət yararlandı. Belə bir vəziyyətin hökm sürdüyü vaxtda, nəhayət, ilin ikinci yarısından siyasi qüvvələrin bir hissəsində hərəkətlənmə başlaması müsbət qiymətləndirilməlidir.

- Müsavat və AXCP-nin Qarabağ Komitəsində və müxalifətin zirvə toplantısında iştirak etməməsinə münasibətiniz necədir?

- Müxalifətdə bir inhisarçılıq var idi. Bəziləri tarixi adların altında, bəziləri isə xalq hərəkatından qalan adın arxasında gizlənərək müxalifətdə bütün öncüllüyün onlara məxsus olduğunu qeyd edirdilər, bu sahəni inhisarda saxlayırdılar. Amma liderliyin, öncüllüyün gətirdiyi öhdəlikləri də icra eləmirdilər. Öndə getmək əvəzinə proseslərin arxasınca sürünürdülər. Cəmiyyətdən gələn sifarişləri qulaqardına vururdular və bu gün də belədir. Ona görə də cəmiyyətdə, müxalifətdə bir toparlanma, həm də inhisarçılardan qurtulma gərək idi. İlk və ən lazımlı toparlanma Qarabağ Komitəsi formuludur - baxmayaraq ki, Qarabağ Komitəsi siyasi təşkilat deyil, siyasi hədəfləri yoxdur. Qarabağla bağlı təhlükəli tendensiyanın müşahidə edilməsi bir çox partiyaları, ictimai təşkilatları və şəxsləri bir araya gətirdi və Qarabağ Komitəsi yarandı. Qarabağ Komitəsinin yaranması, aktiv fəaliyyəti və 29 sentyabrda keçirdiyi mitinq ölkənin ictimai-siyasi gündəmində bir canlanma yaratdı. Bu, ənənəvi köhnə müxalifət düşərgəsində də bir silkələnmə, ajiotaj yaratdı. Onlar artıq özlərinin müxalifət mövqelərinə sanki bir təhlükə yarandığını düşünməyə başladılar. İllərdir süni şəkildə qoruyub saxladıqları mövqelərin əldən gedəcəyi düşüncəsinə qapıldılar. Hələ də bu düşüncədədirlər. Qarabağ Komitəsinin yaranmasında əvvəllər Müsavat Partiyasının nümayəndəsi iştirak edirdi. Amma bir müddət həmin nümayəndə çəkildi kənara və bəyan elədilər ki, biz orada yoxuq. Elə bil ki, Müsavat və AXCP Qarabağ Komitəsinin uğurlu olmasını istəmirlər. Çünki onlar inhisarçılığı əldən vermək istəmirlər. İstənilən aktivlik göstərən quruma, birliyə onlar təhlükə kimi baxırlar. Məhz 29 sentyabr mitinqindən sonra başladılar Qarabağ Komitəsinə sosial şəbəkələrdə, saytlarda söz atmağa. Sonra da başladılar Qarabağ Komitəsinin tədbirlərinə paralel tədbirlər keçirməyə. Rəqabət canlanma yaratdı. Belə vəziyyətdə isə cəmiyyətdə Qarabağ Komitəsinə şüuraltı bir siyasi qurum kimi baxılmağa başlandı. Bunun da qarşısını almaq üçün ənənəvi metodlara əl atıldı. İnhisarçı tərəflərdən birinin lideri süni şəkildə guya həbs olundu, onun barəsində əzabkeş obrazı yaradılmaq cəhdi edildi və cəmiyyətə “əsas müxalifət budur” fikrini qəbul etdirməyə çalışdılar. Amma Əli Kərimlinin üzərində qurulan bu yeni oyun nəzərdə tutulan effekti vermədi. Süni şounun təsiri qısa bir zamanda itib getdi. Bundan sonra isə Əli Kərimli bəzi təşkilatlarla birlik yaratmaq istiqamətində təşəbbüslərə başladı. Bunun da effekti olmadı və Qarabağ Komitəsini kölgədə qoya bilmədi. İsgəndər Həmidov isə Qarabağ Komitəsində olanlar da daxil daha böyük spektrin iştirakını özündə ehtiva edən toplantı təşəbbüsü irəli sürdü. Qısa zamanda da bu təşəbbüs həyata keçdi. Çox yaxşı bir və geniş əhatəli bir toplantı oldu. Lakin AXCP və Müsavat, eləcə də özünü təzə müxalifət elan edən REAL bu toplantıya gəlmədi. Hətta bu toplantını onlar hakimiyyətdəkilərdən daha çox hədəfə aldılar, təhqir də etdilər. Toplantının alınmaması üçün əllərindən gələni etdilər. Amma istəklərinə yenə nail ola bilmədilər. Özlərinə “böyük” deyənlər iş görmürsə qoy özlərinə “kiçik” deyənlər bir araya gəlsinlər və çıxış yolları aransın. İlk addım kimi çox uğurlu addım saymaq olar. İnşallah, bu zirvə toplantısının ikinci mərhələsi yanvarın 5-də olacaq. Prosesin növbəti mərhələlərini yaradılan İşçi Qrup həll edəcək. Yanvarın 5-də olacaq müzakirələrdə daha konkret qərarlar qəbul ediləcək və proses davam edəcək.

Bu aktivlikdə ölkədə ehtimalı olunan hansısa seçkilərin gözləntisi amili rol oynamır. Yaranmış canlanmanı biz əgər məqsədyönlü şəkildə doğru düzgün addımlar ata bilsək daha effektli prosesə çevirmək mümkün olacaq. Nəhayət ölkədə real müxalifət hərəkatı ortada olacaq. 2019-cu ilin bu baxımdan cəmiyyətimiz və dövlətimiz üçün faydalı il olacağını düşünürəm.

- İsgəndər Həmidovun adını çəkdiyiniz iki partiya ilə də yaxın münasibətləri var. Sizcə, İsgəndər Həmidovun təşəbbüsünə qeyd etdiyiniz münasibət nədəndir? İsgəndər Həmidovu aşağı səviyyəli adamlarla dəyirmi masa keçirməkdə belə qınayırlar.

- İsgəndər bəy bunlarla yan-yana olanda ona “cənab general” deyə müraciət edirlər, özlərinə fəxr bilirlər ki, İsgəndər Həmidovla birlikdədirlər. Elə ki, İsgəndər bəy onların yanından bir addım aralandı dərhal ona, onun təşkil etdiyi tədbirə münasibət sərtləşdirilir. Təəssüf ki, bax. Bu cür cılızlıqlarını bir daha nümayiş etdirdilər. Onların bu cür yarıtmaz, korafəhm davranışları Müsavatı da, AXCP-ni də müttəfiqsiz qoyub, elektoratlarını dağıdıb. Müsavat və AXCP sonuncu qurultaylarından sonra məhvə doğru yol seçib. Arif Hacılı və Əli Kərimli bu yolda “uğurla” irəliləyirlər. Onlar bir-birini də qəbul etmirlər. Əli Kərimli Müsavat başqanı Arif Hacılının dəfələrlə etdiyi müraciəti saya salmadı, onu qəbul etmədi. Hətta AXCP-dən biri yazdı ki, Arif Hacılı ilə Əli Kərimlinin görüşü 300 il sonra baş tuta bilər, getsin növbəyə yazılsın. Yəni bunların “mənəm-mənəmliyi” elə bir vəziyyətə gətirib çıxarıb ki, rəhbərlik etdikləri partiyalar təklənmiş vəziyyətdə qalıblar.

Belə bir vəziyyətdə İsgəndər Həmidov kimi şəxsləri də özlərindən incik salırlarsa, artıq deməyə söz qalmır. O iki partiyanın davası nə olur olsun, hədəf müxalifətin hakimiyyəti olmaqdır. Bu, isə xalq üçün qətiyyən maraqlı deyil. İsgəndər Həmidovun təşəbbüsü ilə keçirilən zirvə toplantısında iştirak edənlərin sırasına baxsanız görəcəksiniz ki, həmin adamların və təşkilatların əksəriyyəti zaman-zaman Müsavatla, AXCP ilə bir yerdə olub. Belə çıxır ki, onlarla müttəfiqlik edəndə həmin qüvvələr müxalifət idilər, böyük idilər, indi onlarla bir yerdə deyillərsə müxalifət ola bilməzlər? Pənah Hüseyn axı bir zamanlar onların fəxrlə müttəfiqlik etdiyi siyasətçi idi. İndi nə oldu? Tural Abbaslı Müsavatın aparıcı funksionerlərindən idi. İndi Tural Abbaslını aşağılayırlar öz aləmlərində. Sözügedən zirvə toplantısında masanın ətrafında Əbülfəz Elçibəy iqtidarının nazirləri, baş prokuroru, böyük vəzifə tutmuş şəxsləri əyləşmişdilər. İndi nə oldu ki, Elçibəy yolunu getdiklərini elan edənlər indi Elçibəyin komandasını aşağılayırlar. Bunlar özlərini Elçibəydən də böyük lider hesab edirlər ki, Elçibəyin bir masa ətrafında oturduğu insanlarla bir masa ətrafında oturmağı özlərinə rəva bilmirlər?! Zamanında Qarabağ Komitəsinə də bu cür ironiya eləmişdilər. Lakin xalq gördü ki, kim hansı yolu tutub. Əgər müxalifətin zirvə toplantısındakıları bəyənmirlərsə, aşağılamasınlar. Özləri-Müsavat və AXCP bir araya gəlsin, əməkdaşlıq müqaviləsi imzalasınlar. Görək imzalaya bilirlər? Bunlar öz aralarında bir araya gələ bilmir və bir araya gələnləri isə gözdən salmaqla məşğuldurlar. Bu isə artıq başqa şübhələrə də yol açır. Sanki bazarlarının ölə biləcəyindən qorxurlar. Amma arxayın olsunlar biz heç kimlə bazarlığa gedən deyilik. Onlar öz bazarlıqlarında olsunlar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru