Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Avropada məskunlaşmış bir qrup adam mütəşəkkil cinayətkar dəstəyə çevrilib” - Əliməmməd Nuriyev
Tarix: 4-01-2019, 10:14 | Çap et
“Avropada məskunlaşmış bir qrup adam mütəşəkkil cinayətkar dəstəyə çevrilib”
Avropada bəzi azərbaycanlı mühacirlərdən ibarət formalaşan “söyüş müxalifəti”nin fəaliyyəti dözülməz həddə çatıb. Azərbaycan dövlətinə rəhbərlik edən şəxsləri hədəfə olan bu insanlar konkret olaraq bəzi məmurları Avropanın hansı ölkəsində görsələr, öldürəcəkləri ilə hədələyirlər. Bunu sosial şəbəkələrdə etdikləri canlı yayımlarda açıq şəkildə bildirirlər.

Artıq “söyüş müxalifəti” ilə bağlı ciddi addımlar atılmağa başlayıb. Son olaraq, Fransada məskunlaşan mühacir Vidadi İsgəndərliyə qarşı petisiyanın başladılması buna misaldır. Azərbaycan dövlətçiliyini gözdən salan bu müxalifətlə bağlı əlavə hansı tədbirlərin görülməsi ilə bağlı fərqli mövqelər var.

Hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Təəssüf ki, Avropadakı ”söyüş müxalifəti" günü-gündən fəaliyyətini genişləndirir. Təkcə ayrı-ayrı şəxsləri, onların ailələrini təhqir etmirlər, eyni zamanda terrora çağırışlar edirlər. Bunlar mahiyyət etibarı ilə cinayət xarakterli çağırışlardır. Azərbaycan və ayrı-ayrı ölkələrin milli qanunvericiliyində terrora çağırışlarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Hədə-qorxularla, ölüm hədələri ilə bağlı cinayət məsuliyyəti var. Bunları həyata keçirməyin yolları var. İlk növbədə, həmin şəxslərin bu cür çağırışlarını olduqları ölkələrin müvafiq orqanlarına təqdim etmək lazımdır. Çünki burada açıq çağırışlardan söhbət gedir. Artıq əminliklə demək olar ki, Avropada məskunlaşmış bir qrup adam mütəşəkkil cinayətkar dəstəyə çevrilib. Bunların arxasında duran qüvvələrin mövcudluğu heç kəsə sirr deyil. Onları təhrik edən qüvvələr var. Təəssüflər olsun ki, Azərbaycanın düşmənləri bəzi hallarda bu proseslərdə iştirak edərək, azərbaycanlılardan istifadə etməklə niyyətlərini həyata keçirməyə cəhd edirlər. Bununla həmin mühacir azərbaycanlıların Avropada qalmalarını təmin edirlər. Bu fəaliyyəti stimullaşdırmaq üçün maliyyə və digər yardımlar olunur. Bütün bunlarla bağlı Azərbaycan tərəfin görməli olduqları işlər kifayət qədər çoxdur. “Söyüş müxalifəti”nin üzvlərinin çağırışlarını screen-şot edib olduqları ölkələrin hüquq-mühafizə orqanlarına, səfirliklərinə təqdim etmək olar. Eyni zamanda, onların səs yazılarını təqdim etmək mümkündür. Bütün bunları tərcüməçilər vasitəsilə həyata keçirmək elə də çətin deyil. Dövlətlərarası hüquqi yardımlar da burada əsas rol oynaya bilər. Azərbaycan tərəfin hüquqi yardımlarla bağlı imzaladığı müqavilələr var ki, bunlardan istifadə etmək olar. Ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub. Bu konvensiyalar terrora çağırışı qəti şəkildə rədd edir və məsuliyyət nəzərdə tutur. Eyni zamanda dövlətləri bu işdə birgə fəaliyyətə təşviq edir. Həmin şəxslərin olduqları ölkələrdə necə yaşadıqları, hansı maliyyənin hesabına yaşadıqları ilə bağlı ciddi araşdırmalara ehtiyac var. Heç şübhəsiz ki, onların çirkli pullar hesabına yaşamaları ehtimalları daha yüksəkdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib, araşdırma aparmaq olar. Həmin mühacirlərin etnik qarşıdurmaya çağırışları da var. Bu və ya digər çağırışların hər biri üçün Avropa ölkələrinin qanunvericiliyində məsuliyyət nəzərdə tutur. İnternet üzərindən bu çağırışlar etməyin məsuliyyət daşıması yeni qanunvericiliklərdə nəzərdə tutulub. Azərbaycan tərəfi konkret yuxarıda qeyd etdiyim sübutları müvafiq yerlərə təqdim edib həmin şəxslərin cəzalandırılmalarına, yaxud ölkəmizə köçürülmələrinə nail ola bilər. Bütün mümkün kanalları işə salmaq lazımdır. Bu cür yollarla onların cinayətkar hərəkətlərinin qarşısını almaq mümkündür. Amma nəzərə almaq lazımdır ki, bu çox çətin bir prosesdir. Uzunmüddətli proses olduğu hər kəsə məlumdur. Onu da unutmaq olmaz ki, Azərbaycandan kənarda bir sıra mərkəzlər var ki, anti-Azərbaycan fəaliyyəti ilə məşğuldurlar. Həmin mərkəzlər “söyüş müxalifəti” ilə sinxronlaşdırılıb. Onların fəaliyyətinin əksər hissəsi o mərkəzlər tərəfindən maliyyələşdirilir".

Hüquqşünas “söyüş müxalifəti”nin fəaliyyətinin Azərbaycan üçün təhlükəli olmadığını düşünür: “Onlar, sadəcə, olaraq Azərbaycan dəyərlərinə, bütövlükdə ümumbəşəri dəyərlərə qarşı hücuma keçiblər. Bu dəyərlərin zədələnməsi prosesi gedir. Bunlar gələcəkdə xoşagəlməyən nəticələrə gətirib çıxara bilər. Bu barədə düşünmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu şəxslərin ailə üzvləri də var. Onların ailələri də bunların hərəkətlərinin qarşısını almağa çalışmalıdır. Mübarizəni sivil yolla aparmaq lazımdır. Əgər fərqli fikirlər varsa, bunu ölkə daxilində də həyata keçirmək mümkündür. Ölkəmizdə hazırda xeyli sayda şəxslər var ki, tamam fərqli fikirdədirlər. Onların ifadələri hətta daha sərtdir. Ölkələrindən rahat şəkildə çıxıb, sonra da geri qayıdırlar. Hətta burada bizneslərini belə qura bilirlər. Mətbuat və sosial şəbəkələrdə də açıq şəkildə fikirlərini ifadə edirlər. Ölkə daxilindən onlara dəstək verənlər də var. Hökumətə yaxın saytlarda çıxışlar belə edirlər. Onlar üçün tam olaraq azadlıqlar mövcuddur. Bu azadlıqlardan gen-bol istifadə edirlər. Müxtəlif yollarla ölkədən çıxanlarla bağlı bildiyiniz kimi cinayət işi başlanılıb. Onların saxta sənədlər düzəltdikləri, və bu yolla ölkədən çıxdıqları məlumdur. Həmin sənədləri haradan aldıqları, bu sənədləri onlara kimlərin təqdim etdiyi araşdırılır. Artıq bu istiqamətdəki faktlardan xəbərsiz olan qalmayıb. Vidadi İsgəndərlinin çağırışları birmənalı şəkildə cinayət xarakteri daşıyır. Bu çağırışlara görə dərhal cinayət işi qaldırılmalıdır. Biz indiyə qədər çox şahidi olmuşuq ki, mətbuat səhifələrində müxtəlif ölkələrin rəhbərlərinə qarşı təhdidlər yer alanda dərhal cinayət işi qaldırılıb. O insanlar üfunətlidirlər. Bu şəxslər öz ailələrinə, yaxınlarına belə ziddirlər. Onlara ləkə gətirirlər. Bütövlükdə millətin adına ləkədirlər. Mübarizə aparmaq istəyirsən, bunun qanuni yolları var. İstənilən halda narahatçılığa gərək görmürəm. Onların çağırışları virtual xarakter daşıyır. İnsanlar sabit şəraitdə yaşamağa üstünlük verirlər. Ölkəmizin müstəqilliyini qazanmaq üçün ağır yollardan keçmişik, indinin özündə də keçməkdəyik. Bu cür şəxslər bəlli fəaliyyətləri ilə ölkədə normal cəmiyyətin yaradılmasına mane olur, demokrat proseslərin sürətlənməsinə maneçilik yaradırlar. Bunlar ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının əllərində vasitədirlər. Yalançı vətənpərvərliklə nəyəsə nail olmaq mümkün deyil”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru