Aprel ayında seçkilər keçiriləcəyi xəbərləri... - "Siyasi məqsədəuyğunluq olarsa..."
Tarix: 5-01-2019, 10:25 | Çap et
 Aprel ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə xəbərlər yayılır. İddialara görə, növbədənkənar prezident seçkiləri kimi bu seçkilər də seçki kampaniyasına çox az qalmış təyin edilə bilər.
Hələ ki, hakimiyyət düşərgəsindən növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlərə hər hansı şəkildə reaksiya yoxdur. Lakin nəzərə alsaq ki, keçən ilin bu vaxtlarında da yaz aylarında növbədənkənar prezident seçkisinin gözlənildiyi barədə xəbərlər yayılanda rəsmi dairələrdən heç bir təsdiq xarakterli mövqe bildirilmirdi. Buna baxmayaraq yayılan xəbərlər doğruldu-aprel ayında növbədənkənar prezident seçkisi keçirildi. Bu dəfə də belə olacağı istisna deyil.
Növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olub-olmadığı məsələsinə gəlincə, siyasətçilər arasında bu məsələdə yekdil rəy yoxdur. ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki artıq xeyli vaxtdır yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib. Əslində keçən il növbədənkənar parlament seçkilərinə gedilməliydi. Buna gedilməməsinin özü yanlışdır: “Çünki referendumun nəticələri-konstitusiya dəyişikliyi yeni parlamentin formalaşdırılmasını tələb edir. Ona görə də parlament seçkiləri keçirilməlidir. Yaxın aylarda belə bir qərarın veriləcəyi istisna deyil. Vaxtı ilə prezident seçkiləri ilə bağlı bizim verdiyimiz bəyanata da qarşı çıxılırdı, amma sonradan həyata keçirildi”.
Deputat Fazil Mustafa isə bildirdi ki, növbədənkənar parlament seçkilərinin olacağı barədə onda hansısa informasiya yoxdur. Konstitusiya dəyişikliyi və növbədənkənar prezident seçkilərinin keçirilməsi isə parlamentin buraxılması və yeni parlament seçkiləri keçirilməsi zərurətini yaratmır: “Növbədənkənar parlament seçkiləri keçirilməsinin vacibliyini söyləyənlərin mövqeyi əslində siyasi istəklərin reallaşdırılması arzusundan doğan siyasi məsələdir. Siyasətlə həvəskar kimi məşğul olan insanlar hər dəfə bir mövzu üzərində fikir bildirməyə çalışırlar. Amma bir fikir bildirəndə onu Konstitusiya ilə əsaslandırmağa əslində əsası olmayan cəhdlər edirlər. Konstitusiyada dəyişikliklərdə Milli Məclislə bağlı hər hansı bir dəyişikliyi nəzərdə tutan yeni müddəalar qoyulmayıb. Deputatın etik qaydaları haqqında qanun qəbul olunması məsələsi qoyulmuşdu. Həmin qanun da qəbul olundu. Parlamentlə bağlı başqa bir məsələ nəzərdə tutulmayıb ki, təcili parlament seçkiləri keçirilməsi zərurətini yaratmış olsun. Milli Məclisin buraxılıb yeni seçkilərin keçirilməsini əsaslandıracaq bir hüquqi və siyasi situasiya yoxdur. Konstitusiya dəyişikliyi də bunu ehtiva eləmir. Sadəcə ara-sıra bəzi şəxslər arzu etdikləri məsələni konstitusion tələb kimi göstərməyə çalışırlar. Fikrimcə bu, doğru deyil”.
F.Mustafa xatırlatdı ki, Milli Məclis üzvlərindən bir neçə nəfər başqa vəzifələrə gediblər, bir nəfər vəfat edib. Cəmi 6 deputat yeri hazırda boşdur. Bu da çox sayı əhatə eləmir. O baxımdan da yanaşılsa növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yoxdur: “Amma siyasi məqsədəuyğunluq olarsa, əlbəttə seçki vaxtından qabaq da keçirilə bilər. İndiki halda isə bunu zəruri edən hansısa konstitusion şərt yoxdur. Konstitusiya dəyişiklikləri Milli Məclisin fəaliyyəti ilə bağlı hansısa konseptual yenilik gətirməyib. Parlamentlə bağlı hər hansı dəyişiklik olmayıb, ili artırılmayıb, strukturu dəyişməyib, qanunverici orqan olaraq səlahiyyətləri artırılmayıb, heç bir əlavə funksiya verilməyib ki, yenidən seçimə ehtiyac olsun. Prezidentliklə bağlı belə dəyişikliklər vardı deyə seçkilər irəli çəkildi”.
Xatırladaq ki, hazırda fəaliyyətdə olan V çağırış Milli Məclisə seçkilər 2015-ci ilin noyabrında keçirilib, hazırkı Milli Məclis 3 ildən artıqdır fəaliyyət göstərir. Deputatların səlahiyyət müddəti 5 ildir. Növbədənkənar seçkilər olmayacağı halda ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03 |
|
|
|
|