Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Ziyalıların olmadığını deyir, guya özü o ziyalı, dissident obrazını götürə bildimi?..” - deputat
Tarix: 9-01-2019, 08:29 | Çap et
“Ziyalıların olmadığını deyir, guya özü o ziyalı, dissident obrazını götürə bildimi?..”
Yazıçı Əkrəm Əylislinin Meydan TV-yə verdiyi müsahibə geniş müzakirələr doğurub. O, son günlər Azərbaycan gündəminin əsas müzakirə mövzusuna çevrilən, həbsdə olan gənc blogger Mehman Hüseynova qarşı əlavə maddələrlə cinayət işinin açılmasından, onun aclıq aksiyası keçirməsindən danışarkən ölkə ziyalılarının ünvanına sərt ifadələr səsləndirib.

Yazıçı üç il öncə şəxsinə qarşı açılan cinayət işini M.Hüseynov hadisəsi ilə müqayisə edib və o zaman da, indi də ziyalıların susduğunu bildirib. Sitat: “Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız, mən bilmirəm? Mənim məsələmdə məlum oldu ki, ziyalı yoxdur. Mehmanın ”vurduğu" yekəpər oğlanın şəkli yayılıb. Mənim də “vurduğum” elə həmin formada iri adam idi. Guya bunu vurub yerə yıxmışam. Məgər ziyalı dediklərin bunu görmür? Mehman Hüseynovu reportajlarından tanıyırıq, mənim isə Azərbaycan ədəbiyyatının qarşısında xidmətlərim olub, ana dilli ədəbiyyatın yaradıcılarından biriyəm, niyə özüm bu barədə danışmalıyam? Hansı ziyalı bu barədə danışdı? Rafiq Əliyevi deyirlər, bir dəfə ağzını açıb demədi ki, belə namussuzluq etməyin. Hələ də üstümdə cinayət işi var, amma heç kəsin vecinə deyil. Yazıçılar İttifaqında oturanları nəzərdə tutursansa, 30 ildir bu təşkilatı ancaq özləri üçün işlədib, kitablarını çap etdirirlər. Yaxud Bəstəkarlar, Rəssamlar ittifaqları, bunlar yalnız gözləyirlər, öz mənfəətlərinə bir balaca ziyan vurmaqdan ehtiyat edirlər. Onların Mehmanların başına bu oyunları açan dairələrdən umacaqları var axı. Bir gün orden, başqa bir gün mükafat istəyirlərsə, hansı ziyalıdan danışırsınız? Ziyalılıq ölüm ərəfəsindədir, nəfəs alır, ancaq can verir".

Ə.Əylisinin bu açıqlamaları ziyalıların ciddi etirazları ilə qarşılanıb. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”da Ə.Əylisinin dediklərinə bu cür reaksiya sərgilədi: “Ziyalı problemi ilə bağlı cəmiyyətdə müzakirələr çox gedir. Konkret olaraq hansı fikirlərin, ideyaların müdafiəsindən söhbət gedir? Hüquqi məsələləri müəyyən dərəcədə ziyalıların problemi kimi göstərmək yanlışdır. Ziyalılığın Azərbaycanda daha çox problemi cəhalətə qarşı mübarizədir. Çünki ölkəmizdə hüquqi məsələlər yanlış və ya doğru şəkildə nə zamansa çözülə bilər. Nöqsana yol verib kimisə qanunsuz həbs və ya azad edə bilərlər. Ziyalılıq əgər bu cür götürülürsə, Axundov modelində bir ziyalılığa diqqət etsək, onun hədəfləri ilə bugünkü Azərbaycan yazıçısının hədəfləri təqribən eyni deyil. Hətta Əkrəm Əylislinin belə hədəfi eyni deyil. Axundovun hədəfi daha qlobal idi. Söhbət yazıçı platformasındakı ziyalıdan gedirsə, bu gün ölkə yazıçılarının, ümumiyyətlə, ziyalılıq anlayışı çox dar və məhduddur. Ona görə də qlobal dəyərlər yaradan şəxsiyyətlərə çevrilmək imkanlarını itirdilər. Onsuz da Axundovun götürdüyü yükü kimsə götürə bilməzdi. Ola bilər ki, indi kimisə xaricə buraxmırlar, kiməsə məhdudiyyət var. Unutmayaq ki, Axundova hər zaman ölüm təhdidi var idi. Bunların qarşısında qlobal hədəflər seçdi və bu gün Azərbaycan cəmiyyətində cəhalətin qarşısında duran obraz kimi xatırlanır. Ölkəmizdə elə ziyalılar da var ki, bunların cəmiyyət həyatına baxışı bütövlükdə daha modern, yeni cəmiyyət qurmaqdan keçir. Konkret situasiyalarla bağlı ola bilsin ki, kimlərsə mövqe bildirməkdən çəkinir, yaxud aktivlik göstərmirlər. Amma nəzərə alaq ki, elə məsələlər olur, söz söyləmək çətin olur. Ümumiyyətlə, yazıçıların əsərlərinin kontekstdən çıxarılıb dəyərləndirilməsinin, kütlənin mühakiməsinə verilməsinin əleyhinəyəm. Əkrəm Əylislinin Azərbaycan ədəbiyyatında yaratdığı əsərlərin dəyərini bilirəm. Amma ortaya qoyduğu tezislərin müdafiə tərəfi olmadığı üçün bunu başqasından ummaq əvəzinə bir az da özündən ummalı idi. O heç öz tezisini belə müdafiə edə bilmədi. Yazıçının cəmiyyət, dövlət və hakimiyyət əleyhinə ən kəskin yazıları ola bilər. Yazıçı özü-özünü müdafiə edəcək xarakterə, şəxsiyyətə sahib olmalıdır. Əkrəm Əylisli televiziyada, mətbuatda özünü müdafiə edəcək mövqe qoymadısa, bunun günahını başqasında axtarmaq doğru deyil. Ziyalıların olmadığını deyir, guya özü ziyalı, dissident obrazını götürə bildimi? Təmənnası ancaq xırda Yazıçılar İttifaqının intriqa davalarından o tərəfə keçməyən mövqe ilə ədəbiyyatda gələcəyə yönəlik ziyalı mövqeyi ortaya qoymaq olmaz ki. Azərbaycanda ən böyük ziyalılardan biri, bəlkə də birincisi Xudu Məmmədovdur. O zaman Xudu Məmmədov kiminsə həbsinə, yaxud bir sıra məsələlərə münasibət bildirməyib. İndi onu ittiham etmək olar ki, kiminsə həbsinə və ya kiməsə qarşı cinayət işinin açılmasına nə üçün mövqe bildirməmisən? O, Azərbaycanda yeni bir düşüncə platformasının yaranması ilə böyük bir nəslin formalaşmasına xidmət etdi. Ziyalının əslində əsas funksiyalarından biri də budur. Bu baxımdan Əkrəm Əylislinin bu cür ziyalı qiymətləndirməsini doğru saymıram. Təbii ki, Azərbaycanda ziyalı modeli zəifdir. Türkiyə, Rusiya kimi ölkələrlə müqayisədə bu qənaətə gəlmək olar. Rafiq Əliyev dəyərli ziyalımızdır. O şəxsi davranışları ilə nələrəsə nümunə olmağı bacarır və bunu da edir. Ziyalının qarşısına hakimiyyətlə savaşmaq missiyasını qoymaq yanlışdır. Hakimiyyətlə müxalifətçilik etmək siyasətçilərin işidir. Bir zaman Əkrəm Əylislinin də mövqeyi ilə bağlı yazı yazmışdım ki, ziyalının Azərbaycan cəmiyyətində baş rolu yoxdur, epizodik rolu var. Ziyalını kimsə yanına çəkirsə, yanında tutursa, əslində bununla onun cəmiyyətə təsir imkanlarını azaldır. Ziyalı hakimiyyət və müxalifətlə təqribən bərabər səviyyədə olmalıdır. Eyni zamanda özü ayrıca bir hakimiyyət olmalıdır. Özünü kiminsə tezisinin müdafiəçisi kimi çıxış edərək, özünü bir tərəfin adamı kimi göstərməməlidir. Müəyyən mənada bu tezislərlə razıyam ki, Azərbaycanda ziyalı modelini təşkil edə biləcək obrazların sayı çox deyil. Amma bütövlükdə ziyalının funksiyasının təhlilinin doğru olmadığı düşüncəsindəyəm”.

Deputat M.Hüseynov məsələsindən də söz açdı: “Mehman Hüseynovla bağlı məsələ hüquqidir. Bu məsələnin hüquqi çərçivədə qondarma və ya doğru olduğu mübarizəsini vermək olar. Amma bunu ziyalının məsələsinə çevirmək olmaz. Bizdə hər kəs komfort şəkildə evində rahat oturub. Hakimiyyət uzaqbaşı xaricə çıxmağa icazə vermir. Xaricə çıxmamaqla bu komfort şəraitdən nəyi dəyişə bildin? İctimai düşüncədə faydalı olan nəyi dəyişdin? Heç bir şey dəyişə bilmirsənsə, bunun günahı başqalarında deyil. Bu potensiala sahib deyilsənsə, başqalarını niyə ittiham edirsən? Belə məsələlərdə ittiham edənlərin hər zaman haqlı görünmələri mövqeyindən çəkinməliyik. Kiminsə Axundov olması üçün bu gün daha komfort şərait var. Şəxsini müdafiə etməmələri ilə bağlı ittihamlar səsləndirmək doğru deyil. Hər kəs özü-özünü ilk növbədə müdafiə etməlidir. Bunların özləri bir iş görmürlər, müdafiələri üçün heç nə etmirlər, sonra da deyirlər ki, məni niyə müdafiə etmədiniz. Hər kəs girdiyi davanın ağırlığını, yükünü özü düşünməlidir. Biri siyasi həbsə girirsə, siyasi motivli fəaliyyət göstərirsə, demək, o yükü götürə bilir ki, bunu edir. İnsan konkret xarakter nümayiş etdirməlidir ki, bu xarakterə görə insanlar onu müdafiə etsinlər. Bu cür gileyçi bir yanaşma doğru deyil. Mən demirəm ki, indi nöqsanlar, məhdudlaşdırmalar yoxdur. Yazıçı bütün məhdudları aşa biləcək gücə və xarakterə sahib olmalıdır. Beş ildə Əkrəm Əylisli parlamentdə oldu. Bir dəfə gözəl ədəbiyyat mühazirəsi çıxışı edərdi. Göstərərdi ki, ədəbiyyatın problemi nədir. Bunu desəydin, nəyi pis idi? Niyə bunları etmədin? Məni müdafiə etmədilərsə, ziyalı yoxdur düşüncəsi ilə çıxış etmək doğru deyil”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru