Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                 

“Azərbaycana qarşı süni təzyiqlərin olması ölkə daxilində kimlərin marağındadır, bunu bilmirik”
Tarix: 18-01-2019, 09:40 | Çap et
“Azərbaycana qarşı süni təzyiqlərin olması ölkə daxilində kimlərin marağındadır, bunu bilmirik”
Yanvarın sonunda Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında iştirak etmək üçün Strasburqa yola düşəcək. Sessiyada həbsinin bitməsinə az qalmış yeni ittihamlarla üzləşən gənc blogger Mehman Hüseynovun məsələsi də gündəmdə olacaq.

Bununla bağlı AŞ PA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna geniş müsahibə verib. S.Seyidov açıqlamalarında narahatçılığını ifadə edib. O, gənc bloggerlə bağlı məsələnin əsl mahiyyətini geniş və ətraflı bütün beynəlxalq strukturlara, o cümlədən Avropa Şurasına çatdırdıqlarını bildirib. Seyidov AŞ-də Azərbaycana qarşı qüvvələrin öz rolunu oynadıqlarını da qeyd edib.

Sitat: “Məni daha çox narahat edən Azərbaycana qarşı çox düşünülmüş, təsadüfi olmayan prosesin həyata keçirilməsidir. Bunun arxasında müxtəlif maraqlı qüvvələr var. Son hadisələr buna dəlalət edir ki, Azərbaycanla bağlı hər hansı məsələ gündəmdən çıxan kimi başqası gündəmə gətirilir. Xüsusilə İlqar Məmmədov azadlığa çıxandan sonra beynəlxalq qurumların gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yox idi. İndi yenə bu məsələlər beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasında, Avropa Parlamentində müzakirə olunacaq. Təbii ki, bu məsələlərlə bağlı ünsiyyətdə olmaq çox çətindir. Bu yaxınlarda nümayəndə heyətimiz Strasburqa gedəndə bunların hamısı ilə rastlaşacağıq, fikirlər dinləyəcəyik. Bu, o qədər də asan deyil”.

S.Seyidov onu da vurğulayıb ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlıq etməyə başlayanda bu cür məsələlər ortaya çıxır.

“AŞ PA-nın qış sessiyasında Azərbaycanla bağlı problemlərin, xüsusən də insan haqları və Mehman Hüseynovla bağlı konkret məsələlərin qaldırılacağına görə gərginsinizmi, narahatsınızmı?” sualına nümayəndə heyətimizin rəhbəri bu cür cavab verib: “Təbii, narahatam. Əminəm ki, belə də olacaq. Ancaq cavab verməyə sözümüz var. Əlimizdə sənədlər, əsaslar aparırıq. Hüquq-mühafizə orqanlarının arayışları var, qeyri-dövlət təşkilatlarının, Azərbaycandakı diplomatik korpusun, ombudsmanın, həbsxanadakı insanların özlərinin fikrilərini aparırıq. Bütün sənədlər əlimizdədir. Bu baxımdan biz həqiqəti, reallığı Avropa deputatlarına, bununla maraqlananlara çatdıracağıq. Amma mən bilirəm ki, bizə, Azərbaycan nümayəndə heyətinə təzyiqlər, ittihamlar, suallar olacaq”.

S.Seyidovun bu narahatlığı diqqət çəkir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında S.Seyidovun narahatlığına səbəb olan məsələlərin gözlənilən olduğunu dedi: “Bizdə bir müddət öncədən məlumat var idi ki, qış sessiyasında nümayəndə heyətimizə təzyiqlər olacaq. Səməd Seyidovun narahatlığını başa düşürəm. Amma bir sual da meydana çıxır. Niyə Azərbaycana bu qədər təzyiqlər olmalıdır? Nə üçün Mehmana ikinci dəfə cinayət işi açılırdı? Bizim siyahıda 26 siyasi məhbusun adı var. Bu məhbusları azad edin. Eyni zamanda islamçıların çoxunun təzədən məhkəməsi olmalı və onlar azad edilməlidir. Azərbaycana qarşı süni təzyiqlərin olması ölkə daxilində kimlərin marağındadır? Bu sualın cavabını hüquq müdafiəçiləri olaraq bilmirik. Bizim Qarabağ məsələmiz var. Çox vacibdir ki, ölkəmizdə siyasi məhbus məsələsi birdəfəlik həll olunsun. Bununla dünyaya göstərə bilərik ki, bizdə siyasi məhbus yoxdur. Həm də millətlə dil tapmaq mümkün olacaq. Bu birlik olmadan Dağlıq Qarabağ məsələsi çözülməyəcək. Azərbaycanda müxalif siyasi liderlər var. Onlar güc tapıb hökumətlə mübarizə apara bilmirlər, siyasi məhbuslar azad olunsalar, mübarizə apara biləcəklər ki? Niyə hər kəsi bizim üstümüzə salırsınız? Leyla Yunus haqqımızda yüzlərlə yazı yazıb. İndi isə kitabı dərc olunub. Bütün hüquq müdafiəçilərinin hökumətə işlədiyini deyir. Axı bu sözləri niyə ondan almalıyıq? Niyə siz Leyla Yunusu azad edib lider etdiniz? Onun bütün dünyada bizi biabır etməsi üçünmü? Hökumətlə işləyirik, amma necə? Siyasi məhbusların məsələsini hökumətlə həll edirik, azad etdiririk. Yüzlərlə haqqı pozulmuş insanlar var. Hər şey təkcə siyasi məhbuslarla bitmir. Bu problemləri həll etmək üçün kimlərlə danışmalıyıq? Azərbaycanda millətlər arasında heç zaman söz-söhbət olmayıb. Amma indi Leyla Yunus orada bir qrup separatçı etniki Azərbaycanın üstünə qaldırıb. Məqsəd ölkəmiz daxilində yaşayan etniklərlə münasibətləri korlamaqdır. Hökumətə müraciətim var. Niyə onları dirildirsiniz? Vətənini sevən Gözəl Bayramlını həbsdə saxlayırsınız, amma satqın Leyla Yunusu azad edirsiniz. Mehman Hüseynovun qardaşı Emin Hüseynov Avropa Şurasını təhqir edir. Şəxsən onun son çıxışları mənə ağır təsir etdi. Qardaşı burada çətin şəraitdədir, hər kəs onun azadlığı üçün çalışır, xarici ölkələrin səfirlikləri gedib onunla görüşür. Amma Emin, sən deyirsən ki, Avropa hökumətlə əlbirdir. Emin Hüseynov, Avropa sənin 500 və ya 750 min vergi borcunu ödəyib, səni Azərbaycandan çıxardı. Səni də türməyə salsalar, qalacaqdın orada. Emilə demişdik ki, Mehmanla işin olmasın, o, türmədə qalmamalıdır. Bizlərin mübarizəsi Azərbaycan dövlətini qorumaqdır. Hökumətə müraciət edirəm ki, artıq bu siyasi məhbus məsələsini bitirin. Siyasi məhbus problemi martadək həll olunmalıdır ki, təpkilərdən azad olaq”.

Hüquq müdafiəçisi S.Seyidovun dediklərinin bu hissəsi ilə razıdır: “Səməd Seyidov deyir ki, Azərbaycan beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığa başlayanda belə məsələlər ortaya çıxır. Bu fikirlərlə tam razıyam. Amma biz də müəyyən addımlar atmalıyıq ki, onlar bunu edə bilməsinlər. Onlara şans verməməliyik. Buraxın siyasi məhbusları, qoyun haqlı tərəfə biz çevrilək”.

Hüquq müdafiəçisi hesab edir ki, AŞ PA-nın qış sessiyasında Azərbaycana qarşı təpkilər olacaq: “Amma böyük bir təzyiqin olacağını düşünmürəm”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru