Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                 

“Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir?”
Tarix: 19-01-2019, 10:27 | Çap et
“Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir?”
Yanvarın 17-də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamə ciddi narazılıqla qarşılanıb. Bu qərarın daha çox mart ayında Azərbaycanla Avropa İttifaqı arasında bağlanması gözlənilən əməkdaşlıq sazişinin baş tutmaması üçün xaricdəki maraqlı qüvvələrin vasitəsilə qəbul edildiyi deyilir.

Qətnamənin əsasını həbsdə olan gənc blogger Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılması və onun qeyri-şərtsiz azadlığa buraxılması təşkil edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev qətnaməyə bu cür yanaşır: “Mehman haqqında əvvəlcədən fikirlərimi bildirmişdim. Eyni zamanda, media kapitanlarının, deputatların, ziyalıların və digər tanınmış simaların müraciətləri əsasında onun azadlığa çıxmasının uyğun olduğunu qeyd etmişdim. Avropa təsisatlarının belə reaksiyaları tam qərəzlidir. Bu heç bir halda doğru yanaşma sayıla bilməz. Bir dəfə demişəm, bir daha təkrar edirəm. Mən özüm Avronestin tərkibində dəfələrlə Belçika, Fransa, İspaniya, hətta Ermənistanın özündə belə komitə və plenar iclaslarda məsələ qaldırmışam ki, Kəlbəcərdən girov götürülən azərbaycanlı qadınlar Zod qızıl mədənlərində qul kimi işlədilir. Onların hüquqlarını müdafiə etməyə çağırışlar etmişəm, onların geri qaytarılmasını tələb etmişəm. Bizim xüsusi komissiyamız müəyyən edib ki, nə qədər girov götürülən adamlar var.

Bu gün Azərbaycan ərazilərindən qovulmuş insanlar var ki, onların əmlakı müsadirə olunub, hüquqları kobud şəkildə pozulub. Bu insanlara tamamən barmaqarası baxılır, heç bir reaksiya verilmir. Amma Mehman məsələsində çox sərt reaksiya sərgilənir. Siyasi motivlərlə Azərbaycana dost olmayan ölkələrin davranışları və ölkəmiz daxilində onlara donoslar ötürən, dəstək verən Milli Şura tipli, eləcə də, bəzi QHT-lərin verdikləri sənədlər əsasında belə qərarlar qəbul olunur. Bu siyasi təzyiqdən başqa bir şey deyil. Prezident də öz çıxışında bildirdi ki, Avropa İttifaqı ilə münasibətləri ən yüksək səviyyədə saxlamaq istəyirik, amma ikilistandartlara son qoyulmalıdır. Mən münasibətlərin sahmana salınmasının tərəfdarıyam. Bizim Avropa Parlamentində təmsil olunan parlamentarilərimiz məsələ qaldırmalıdırlar ki, belə yanaşma olmasın. Bu heç bir mənada heç bir tərəfin xeyrinə işləyən məsələ deyil”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bu qərarı Azərbaycana təzyiq göstərmək cəhdi kimi qiymətləndirir: “Hüquq dövlət və onun məhkəmələri var. Dünyada məhkəmə qərarlarına hörmətlə yanaşılır. Amma nədənsə Azərbaycana gələndə Avropa Parlamenti və digər beynəlxalq qurumlar sanki unudurlar ki, Azərbaycanda hüquqi dövlət qurulub, bu ölkənin məhkəmə qərarlarına hörmətlə yanaşılmalıdır. Bütün bunlar onların qərəzli olmasından irəli gəlir. Mehman Hüseynovun hərəkətləri hüquqi cəhətdən qiymətləndirilib. Onun yanına ölkəmizin hüquq müdafiəçiləri getdilər, səfirliklərin nümayəndələri də orada oldular. Onunla bağlı rəsmi açıqlama da yayılıb. Onun öz açıqlamasında da göründü ki, ona qarşı nəinki təzyiqlər var, hətta aclıq aksiyası belə keçirmir. Azərbaycanda yaranmış ”Beşinci kolon" var. Anti-azərbaycançı şəbəkə də bu kolona xüsusi diqqət ayırır. Görünür onlara böyük ümidlər bəsləyirlər. Onlar hesab edirlər ki, nə vaxtsa “Beşinci kolon” ölkəmizdə sabitliyin pozulmasında xüsusi rol oynaya bilər, təzyiqlər edərlər. Amma çox yanılırlar. Ölkəmizdə möhkəm sabitlik mövcuddur. Bu iqtidarla xalqın birliyindən doğur. Xalqımız iqtidarın yeritdiyi siyasətlə razıdır. Davamlı iqtisadi inkişafımız var. Prezidentimiz qətiyyətli islahatlar aparır. Bu da Azərbaycanın güclənməsinə xidmət edən addımlardandır. Ona görə də, Avropa Parlamenti və digər qurumlar düşünməsinlər ki, Azərbaycana təsir edə bilərlər. Onlar Azərbaycan prezidentinin xalqın milli mənafeyinə yönələn yürütdüyü siyasəti dəyişə bilməzlər. Azərbaycan düzgün yolla gedir. Atılan qərəzli addımlara ciddi şəkildə fikir verməyimiz lazım deyil. Çünki nəticəsinin olmayacağı əvvəlcədən məlumdur. Ölkəmiz iqtisadi cəhətdən güclənməkdə davam etməlidir. Bunun üçün xalqın iqtidara dəstəyi də davamlı olmalıdır. Əminəm ki, belə də olacaq".

Xocalıdan olan deputat Elman Məmmədov bildirdi ki, bu Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli, sifarişlə qəbul etdiyi ilk qətnamə ilk deyil: “Bu qurumda erməni pulu ilə, Azərbaycana düşmən kəsilən müxtəlif fondların yardımı ilə sifarişli qətnamələr hazırlayan, qərarlar qəbul edən bir dəstə çoxsaylı deputat mövcuddur. Bunlar muzdlu deputatlardır. Daim hazırkı əməlləri ilə məşğul olurlar. Avropa Parlamentinin qulağının dibində olan Fransada neçə aydır nümayişlər gedir, beş mindən artıq nümayişçi həbsə atılıb, yüzlərlə xəsarət alanlar var, həyatını itirənlər də var. Maraqlıdır ki, Avropa Parlamenti niyə bu barədə danışmır? Digər tərəfdən Avropa Parlamenti nə üçün Avropa ölkələrinin miqrantlarla bağlı atdığı sərt addımlar barədə niyə susur? Ən çox insan haqlarının pozulması halları Avropa ölkələrində baş verir. Avropa Parlamentinin belə sifarişli qətnamələr qəbul etməsi bu qurum tərəfindən müstəqil dövlətin daxili işlərinə qarışmaqdır. Belə deyək, səhəri gün Azərbaycan Parlamenti iclasında belə bir məsələ qoyur ki, Avropanın filan dövlətində bir nəfər həbs olunub, qətnamə qəbul edirik ki, o təcili həbsdən buraxılsın. Bu həmin dövlətin daxili işlərinə qarışmaq deyilmi? Təbii ki belədir. Azərbaycanda kimsə qanunazidd hərəkət edibsə, bunun üçün həbs edilibsə, araşdırma gedirsə, Avropanın hər hansı bir qurumu onun azadlığa buraxılmasını tələb edirsə, bu nə deməkdir? Azərbaycan sizin müstəmləkənizdir? Azərbaycan siz deyənlə oturub-durmalıdır? Azərbaycan öz qanunları ilə yaşayan ölkədir. Kim bu ölkədə qanunları pozursa, məsuliyyətə cəlb olunmalıdır. Demək kimsə qanunları pozacaq, beynəlxalq qurumlar kimlərinsə sifarişi ilə qərar qəbul edəcəklər ki, o şəxs azad edilsin. İnsan hüquqlarına görə Avropa Parlamenti bunları edirsə, 30 ilə yaxındır ki, bir milyona yaxın azərbaycanlının bütün hüquqları Ermənistan tərəfindən pozulub. Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir? İndi nə üçün bir nəfərə görə belə canfəşanlıq edir? Azərbaycan ərazilərinin işğal altında olduğunu Avropa Parlamenti bilmir? Dediklərimin hamısından belə nəticə çıxır ki, Azərbaycana qarşı olan qətnamələr, qərarlar başqa nələr varsa, hamısı qərəzli, məqsədlidir. Bu birbaşa ölkəmizə qarşı düşmənçilikdir. Dövlətçiliyimizə qarşı yönələn hərəkətlərdir. Hər zaman olduğu kimi indi də heç bir şeyə nail ola bilməyəcəklər. Belə qərarların bu ilin martında Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq əməkdaşlıq sazişinə maneçilik yaradacağını düşünmürəm. Bu yerdə bir misal çəkim. Vaxtı ilə Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində ulu öndərimiz Heydər Əliyevin belə bir fikri oldu. O zaman üzvlüyümüzə ermənilərin sifarişləri ilə xaricdəki anti-Azərbaycan qüvvələri maneələr yaradırdılar. Ulu öndər belə bir fikir söyləmişdi ki, Çin, Hindistan kimi ölkələr Avropa Şurasının üzvü deyillər, bu ölkələr yaşaya bilmirlər? Guya biz Avropa Şurası və ya Parlamentinin üzvü olmasaq, yaşaya bilməyəcəyik? Bunlar Azərbaycanın müstəqil siyasət yeritməsinə qarşıdırlar. Bu gün Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasına, regionda Azərbaycanın nail olduğu uğurlara görə Dağlıq Qarabağ məsələsində ciddi nəticələr gözlənilir. Həmin qətnamələrin bir məqsədi də bunları pozmaqdır. Yəni bunların hamısı sifarişli və qərəzli hərəkətlərdir”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru