"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                 

“Bəzi qüvvələr şəxslərin həbsindən siyasi məqsədləri üçün istifadə edirlər”
Tarix: 24-01-2019, 08:19 | Çap et
“Bəzi qüvvələr şəxslərin həbsindən siyasi məqsədləri üçün istifadə edirlər”
Ölkədə bir qrup şəxslər var ki, siyasi fəaliyyəti ilə bağlı həbs olunanlar azadlığa buraxılanda, yaxud da hakimiyyət tərəfindən onlarla bağlı hansısa humanist i addım atılan zaman bunu hökumətin qorxması, geri çəkilməsi kimi qələmə verirlər. Eləcə də eyni məsələləri Mehman Hüseynovla bağlı gedən proseslər fonunda da müşahidə etdik. Ekspertlər bildirirlər ki, bu kimi yanaşmaların arxasında savadsız təhlillər və düşünülməmiş addımlar dayanır ki, nəticədə əziyyətini məhbuslar çəkirlər. Bu, sanki qəsdən edilir və kimlərinsə firqə maraqlarına uyğundur.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu söyləyib ki, humanist addımlara bu cür yanaşılması kökündən yanlışdır:

“İqtidarın əhatə, məlumat dairəsi həddindən artıq genişdir. Mən daha öncəki açıqlamamda da demişdim ki, Avropa tərəfdən daha ağır tutumlu hadisələr qarşıda olacaq. Avropa Komissiyası ilə Azərbaycan iqtidarının münasibətləri çox yaxşıdır. Bunun ötən günlərdə sübutu da ortaya çıxdı. Belə ki, Avropa Komissiyası Şərq Tərəfdaşlığı ölkələrinə 12 milyard 980 milyon avro pul ayırdı. Həmin pulun ən böyük hissəsi Ukraynaya, ikinci yerdə isə Azərbaycana verildi. Deməli, bizim heç bir şeydən xəbərimiz olmadığı dövrdə Şərq Tərəfdaşlığı ölkələri həmin pul uğrunda mübarizə aparırmışlar. Ermənilər Avropa Komissiyasına müdaxilə edə bilməsələr də, Avropa Parlamentini və digər strukturları işə qarışdırdılar. Hazırda Avropa Parlamentində müəyyən iş təcrübəsi olan adamla təmasdayam. Onun mənə söylədiyinə görə, hələ Avropa Parlamentdə belə bir hal olmayıb. Yəni orada Mehman Hüseynovla bağlı qərar qəbul oluna bilərdi. Bu, normaldır. Ancaq bir günün içərisində anti-Azərbaycan qətnaməsinin qəbulu gülüncdür.

İstənilən qətnamənin bir gün içərisində qəbulu Avropa Parlamentində olmayan təcrübədir. Deməli, əslində burada pul uğrunda mübarizə gedirdi. Azərbaycan hökuməti apardığı siyasətdə erməni, gürcü və digər tərəflərə qalib gəlmişdi və onlar da bunun qisasını vətəndaş cəmiyyətində olan adamlarını ayağa qaldırmaqla almaq istədilər. Azərbaycan iqtidarı da bunu yaxşı başa düşür. Ona görə də Avropa Parlamentinin Avropa Komissiyasına əlavə təzyiqlərinin qarşısını almaq üçün Mehman Hüseynov məsələsində belə göstərişlər verdi. Bu baxımdan müxalifət, ekspertlər kiçik, yanlış bilgiləri ilə hökumətə gələn dünyaca geniş informasiya axınının qarşısında durmaq istəyirlər. Ola bilər ki, hökumətin Mehman Hüseynovla bağlı sözügedən səbəbdən atdığı addımı kimlərsə iqtidarın geri çəkilməsi kimi qələmə verər. Yaxud da bundan ölkədə mitinq aktivliyinin artması istiqamətində istifadə edə bilərlər. Müxalifət deyir ki, hakimiyyət insan hüquqlarını pozur. Ancaq biz gördük ki, həmin iqtidarın Avropadan nə qədər pul aldı. Qərb siyasətində dəyərləndirmənin pul vahidi çox vacib məsələdir”.

Politoloq bildirib ki, Qərb Azərbaycan iqtidarının siyasətini bəyənməsə, bu cür addımlar atmaz: “Paşinyandan əvvəl də Ermənistan hakimiyyəti Avropadan pul almaq üçün min oyundan çıxıblar. Görün ki, Ermənistanın bu qədər yalvarışı fonunda ona nə qədər az miqdarda vəsait ayırıblar. Bu, Avropanın regionda gedən proseslərə dəyər ölçüsüdür. Bundan əlavə, onu da deyim ki, Qarabağ məsələsinin həlli həlledici mərhələyə yaxınlaşıb. Ona görə də Avropada bu münaqişədən uzun illər pul yeyənlər narahatdırlar. Müxalifətdə olan qardaşlarımıza deyirəm ki, bunu da nəzərə alsınlar. İndiki zaman Dağlıq Qarabağ məsələsində, Azərbaycanın Avropa ilə münasibətlərində çox vacib bir dövrdür. Ölkə prezidenti Davos Forumunda vacib söz dedi ki, Azərbaycanın KTMT-yə üzv olmaq niyyəti yoxdur. Bu da indiki dövr üçün vacibdir. Ona görə də Azərbaycanın hər bir vətəndaşı atdığı addımın məsuliyyətini dərk etməlidir. Müxalifəti ən azından aprel ayına qədər baş verən prosesləri ciddi proqnozlaşdırmağa, onun mahiyyətini dərk etməyə və Qarabağ məsələsində hakimiyyətin yanında olmağa çağırıram”.

AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, siyasi məhbuslar üzərindən siyasət qurulmasının əleyhinədir:

“Hakimiyyət onları haqsız yerə həbs edib, sonra buraxmaqla dünya siyasəti qarşısında humanizmini, liberallığını göstərmək istəyir. Müxalifətdəki bəzi qüvvələr isə bu şəxslərin həbsindən siyasi məqsədlər üçün istifadə edirlər. Müxalifət olaraq çalışmalıyıq ki, həmin insanlar həbsdən çıxsınlar. Onlar üzərindən siyasət qurub, hakimiyyətlə mübarizə aparmaq, yaxud da bu şəxslər üzərindən hakimiyyətə təzyiq etmək doğru deyil. Hər kəsin bir nömrəli məqsədi onların azad edilməsi olmalıdır. Bu yolda kim nə fədakarlıq lazımdırsa, etməlidir. Müxalifət deyir ki, bu adamları buraxmasan mitinq edəcəyəm, təzyiq edəcəyəm və sairə. Hakimiyyət də cavab verir ki, sən bunu prinsip edirsənsə, heç buraxmıram. Nəticədə həbs olunanlar 5-6 il haqsız yerə məhbəsdə yatırlar. Bu məsələlərdə daha diqqətli və həssas olmaq lazımdır. Çünki insan taleyindən, ömründən söhbət gedir. Ümumiyyətlə, yaxşı olardı ki, siyasi fəaliyyətinə görə kimsə həbs edilməsin. Hər iki tərəf bu məsələdə diqqətli olmalıdır. Təbii ki, ən böyük məsuliyyət hakimiyyətin üzərinə düşür. Çünki həbs edən tərəf odur. Müxalifət isə bundan bəzən sui-istifadə edir. Nəticədə məhbuslar əziyyət çəkir. Belə olmalı deyil”.

Faktiki olaraq deyilənlərdən və müşahidələrdən aydın olur ki, son dövrlərdə iqtidarın humanist davranışları qətiyyən onun geri çəkilməsi deyil, əksinə, onun daxildəki və xaricdəki rəqibləri, eyni zamanda bədxahları üzərində gerçəkdən irəliləməsi, qələbəsidir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru