“Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                 

"Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər" - Aynur Camalqızı
Tarix: 2-02-2019, 10:46 | Çap et
"Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər"
Siyasi partiyalar hər il Mərkəzi Seçki Komissiyasına, hər rüb Vergilər Nazirliyi və DSMF-yə hesabatlar təqdim etməlidir. Bu hesabatlar, onların nəticələri niyə ictimaiyyətə açıqlanmır?

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. Onun sözlərinə görə, hesabat təqdim etməyən və yaxud şəffaf fəaliyyət göstərməyən siyasi qurumların cərimələnməsi qanunvericiliklə nəzərdə tutulur:

“Mövcud qanunvericiliyə görə, maliyyə hesabatı verməyən və yaxud yanlış məlumat göndərən siyasi partiyalara maliyyə sanksiyaları tətbiq edilməli, vergi yoxlamaları aparılmalı, hətta qeydiyyat məsələsinin ləğvi gündəmə gəlməlidir. İndiyə qədər hansısa partiyanın sanksiyalarla üzləşdiyini müşahidə etməmişik və yaxud bu barədə məlumat ictimailəşdirilməyib. Səbəbi bizim üçün olduqca maraqlıdır”.

A.Camalqızı qeyd edib ki, bəzi radikal partiyaların maliyyə mənbələri haqda kifayət qədər ciddi ittihamlar səsləndirilir və bu, hətta Milli Məclis deputatlarının belə reaksiya verdiyi səviyyəyə çatıb:

“Məsələn, uzun müddətdir qərargahı olmayan AXCP-nin hansı prinsiplə və necə fəaliyyət göstərdiyi, necə maliyyə hesabatı verdiyi bizim üçün maraqlıdır. Əgər bu partiya qərargahının olmaması səbəbindən maliyyə hesabatları təqdim etmirsə və yaxud fəaliyyət göstərmədiyi haqda hesabat təqdim edirsə, onda Ədliyyə və Vergilər nazirliklərinin araşdırmasına böyük ehtiyac var. Çünki keçirdikləri kütləvi aksiyalara xərclənən maliyyənin haradan və necə əldə edildiyi göstərilməlidir. Ən azı plakatların hazırlanması, təbliğat vasitələri, sosial şəbəkələrdə reklamların verilməsi, səsgücləndirici qurğuların icarəsi, icarəyə götürülən avadanlıqların aksiya keçirilən əraziyə daşınması, aksiyanın təşkilat komitəsinin rabitə, nəqliyyat və digər xərcləri – mən hələ aksiya iştirakçılarına paylanan qeyri-rəsmi vəsaitlərdən danışmıram – ciddi maliyyə tələb edir. Bütün bunlar necə həll edilir? Bizim Ədliyyə və Vergilər nazirliklərindən bu məlumatları əldə etmək haqqımız var. Bu məlumatların sözügedən nazirliklərə təqdim edilməsi isə onların öhdəliyidir”.

A.Camalqızı qeyd edib ki, bu prosesdə şəffaflığın olmaması, naməlum maliyyə qaynaqları ciddi şübhələrin yaranmasına gətirib çıxarır:

“Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər. Azərbaycan kifayət qədər həssas bölgədə yerləşir, müharibə şəraitindəyik və düşmən erməni diasporunun ölkəmizə qarşı müxtəlif beynəlxalq donor təşkilatları vasitəsilə fəaliyyət göstərdiyi vaxtaşırı ortaya çıxır. Biz necə əmin ola bilərik ki, onların maliyyələşmə mənbəyi erməni lobbisinə aid deyil?”

Politoloqun sözlərinə görə, son vaxtlar ölkə daxilində “5-ci kolon”un aktivləşdiyini hər kəs müşahidə edir:

“Təəssüflər olsun ki, onlar təkcə xaricdəki antiazərbaycan qüvvələrdən, erməni lobbisindən deyil, həm də Azərbaycanın imicinə zərbə vurmaq istəyən, xalqla prezident arasındakı inam, etimad bağını dağıtmaq istəyən ölkə içindəki bəzi qruplardan da bu və ya digər formada dəstək alırlar. Yanvarın 19-da Milli Şuranın aksiyasındakı cüzi artım da əslində o cəsarətin göstəricisi idi. Aydındır ki, ölkə başçısının ortaya qoyduğu genişmiqyaslı struktur islahatları bəzi qüvvələri sözün əsl mənasında narahat edir. Müxalifət vasitəsilə hakimiyyətə güc göstərmək istəyənlər anlamır ki, Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasındakı birlik illərlə qazanııb. Bu birliyi və həmrəyliyi qırmağa onların nə gücü, nə də maliyyəsi yetər. Əslində, ictimai asayişin pozulması narahatlığı olmasaydı, müxalifətin yanvarın 26-da keçirəcəyi mitinqə də Bakı Şəhər İcra Hakimiyyəti icazə versəydi, inanın ki, Novxanıdakı mənzərənin “Məhsul”da şahidi olacaqdıq. 200-300 nəfərlik “möhtəşəm aksiya” ilə Əli Kərimli “meydan” oxuyacaqdı. Çünki 25 ildir bu proseslərin yaxından izləyənlər bilir ki, həmişə belə olub: mitinqlərə 2000 nəfərlə başlayan radikal müxalifət ikinci, üçüncü dəfədən sonra meydanda 200 nəfər iştirakçı ilə qalıb. Dünya dəyişir, inkişaf edir, radikallar isə 90-cı illərin əvvəllərində ilişib qalıb. Onlar anlamaq istəmir ki, bunca inkişaf yolu keçən Azərbaycanda çoxminli etiraz aksiyaları artıq arxivə gömülüb. O zaman Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Qarabağ ağrısı ilə meydanlara gələn azərbaycanlılar söz deməyin, şikayət etməyin, etiraz etməyin daha sivil yollarını görürlər. Bu yol müxalifətin aksiyalarında bağırmaq deyil. Gözümüzün önündə onlarca örnəyi var bunun. “Azərenerji”nin ixtisara düşmüş əməkdaşlarının müraciətinə ölkənin Birinci vitse-prezidenti dərhal reaksiya verirsə, işdən çıxarılanlar anında işlə təmin olunursa, müxalifətin düzənlədiyi aksiyaya kim gəlsin və niyə gəlsin?”

A.Camalqızı bildirib ki, xalq Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin abidəsi önündə yalandan qışqıranların, bu böyük kişiləri “liderim” adlandıran şəxslərin mahiyyətinə son 25 ildə çox yaxından bələd olub:

“Həmin Elçibəy Əli Kərimlinin satqınlığı barədə nə demişdi? “Bir əlindən mən tutmuşam, bir əlindən hakimiyyət”. İndi “sizi qələbəyə özüm aparacam” deyə hətta yanaşı dayandığı partiya sədrlərini belə görməzlikdən gələn və saçı-saqqalı ağarmasına, müxalifətdə qocalmasına baxmayaraq, 30 ildir “iddialı gənc” olmaqda davam edən Ə.Kərimlinin şəxsi ambisiyalarına, ətrafındakıları daim güdaza vermək istedadına kim şübhə edir ki! Diqqət edirsinizsə, bu qrupun yanında bəzi beynəlxalq təşkilatların ayırdığı qrant layihələrlə çalışan 5-3 gəncdən başqa heç kim yoxdur. Ümumiyyətlə, heç bir ideoloji bazası, daxili və xarici siyasətə konseptual baxışı olmayan bir şəxsin yanında ömrünü müxalifətdə keçirdiyi üçün bu yaşda daha başqa bir işə yaramayan şəxslərdən başqa kim ola bilər?”

Politoloq sonda qeyd edib ki, partiyaların maliyyə şəffaflığı təmin edilərsə, onda “5-ci kolon” da gün işığına çıxar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru