“Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                 

“Növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər var”
Tarix: 19-03-2019, 09:48 | Çap et
“Növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər var”
Bu ilin əvvəlindən başlayaraq ölkə prezidenti İlham Əliyev tərəfindən ən müxtəlif sahələr üzrə mühüm sərəncamlar verilir, iqtisadi-sosial, ictimai-siyasi sferada müsbət addımlar atılır. İnqilabi xarakterli islahatlar tamamilə yeni bir atmosfer yaradır.

Son iki ay ərzində ölkə rəhbəri şəhid ailələri ilə görüşdü və birdəfəlik müavinət ala bilməyən bu ailələrin problemi həll olundu. Problemli kreditlər barədə də prezidentin cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanan qərarı oldu və həmin qərardan sonra bu problem aradan qalxmaq üzrədir. Pensiyalar, minimum əməkhaqları, sosial müavinətlər qaldırıldı. Ölkə başçısının bir sıra rayonlara da səfərləri oldu, xalqla yaxından təmas quran prezident onların problemləri ilə maraqlandı, şəxsən özü şikayətçilərin əllərindən onların ərizələrini aldı. Bu cür faktlardan ibarət siyahını uzatmaq da olar.

Habelə, bloger Mehman Hüseynovun işi, iki gün öncə isə geniş miqyaslı əfv sərəncamının imzalanması da böyük rezonans doğurub. Sərəncamla həbsdəki 55 siyasi fəal da azad edildi, bütövlükdə əfv 431 nəfərə şamil olundu. Novruz əfvi təkcə ölkə daxilində deyil, beynəlxalq qurumlar tərəfindən də alqışlarla qarşılandı.

Son olaraq, martın 18-də sərəncam imzalayan ölkə rəhbəri 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayırıb.

Bu vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin avtomobillə təminatına yönəldiləcək.

Bütün bunların fonunda ölkədə tam yeni bir siyasi mühit formalaşdığı və bunun növbədənkənar parlament seçkilərinə də zəmin yaratdığı ekspertlər tərəfindən vurğulanır. Qeyd edək ki, hələ bir müddət öncə bu haqda ilkin informasiyalar “Yeni Müsavat”a daxil olmuşdu.

İlkin xəbərdə parlament seçkilərinin bu ilin aprel-may aylarında baş tutacağı iddia olunurdu. “Yeni Müsavat”a daxil olan son məlumatda isə bildirilir ki, növbədənkənar seçkilərin keçirilməsi üçün konstitusiyada dəyişikliklər edilməsi zərurəti olduğundan proses sentyabr-oktyabr aylarınadək uzana bilər.

Ekspertlər bütün hallarda bu islahatların məntiqi davamı kimi qanunverici orqanda da dəyişikliklərin ola biləcəyini ehtimal edirlər. Hətta hökumət daxilində artıq seçkilərə hazırlıqların getdiyi də gələn xəbərlər sırasındadır. Belə iddialar da səslənir ki, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə parlament seçkiləri eyni günə təsadüf edə bilər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli parlament seçkilərinin keçirilməsi üçün zərurətin yarandığını düşünür. “Yeni Müsavat”a açıqlamasında sabiq müşavir bunları dedi: “Aparılan struktur islahatlarının davamı mütləqdir. Yəni idarəetmə aparatı sadələşdirilir, artıq lüzumsuz, bürokratik aparatdan imtina edilir, daha çevik və mobil idarəetmə sistemləri tətbiq edilir. Bunun hesabına idarəetmə çevik olmaqla yanaşı, həm də asanlaşır. İdarəetmədə bürokratik əngəllər yaradan, rüşvətə, korrupsiyaya yol açan sahələrin bəziləri “ASAN Xidmət“ə verilir. Beləliklə də dövlət orqanları xeyli şəffaflaşır. Məmur özbaşınalığına tədricən olsa da, son qoyulmağa başlanılıb. Sıravi insanları incitməyi özlərinin peşələri sayanlar idarəetmədən uzaqlaşdırılır. Bununla da idarəetmə humanist xarakter daşımağa başlayıb. Düşünürəm ki, idarəetmənin qolları arasında əlaqələrin yaradılmasına ciddi ehtiyac duyulur. Yəni hakimiyyətin icraedici orqanları ilə qanunverici orqanları, eləcə də məhkəmə orqanları arasında bölgünün dəqiqləşdirilməsi, ”hakimiyyətin üç qol prinsipi"nə dünya praktikasına uyğun olaraq əməl edilməsi məsələsi də gündəmə gəlir. Bu gün bəzi məsələlərlə bağlı etiraf etmək lazımdır ki, qanunverici hakimiyyətin rolu bəzən icraedici hakimiyyətin rolu ilə qarışdırılır. Məhkəmə orqanlarında ciddi siyasi islahatlara ehtiyac var. Bu orqanların müstəqilliyi xeyli artırılmalı, onun işinə ictimai nəzarətin gücləndirilməsi xeyli vacib görünür. Çünki bu gün hüquq-mühafizə orqanlarındakı özbaşınalıq, rüşvət və korrupsiya halları hələ ki durdurula bilməyib, bu proses davam etməkdədir. Məhkəmə hüquq islahatları köklü aparılmalıdır. Elə edilməlidir ki, məhkəmə sisteminə hakimiyyətin digər qolunun təsir etmək imkanı olmasın.

Nəticə etibarı ilə qəbul edilmiş qərarlar qanunvericiliyə söykənməlidir. Prezident bunların anonslarını verib, növbəti islahatların məhkəmə orqanlarını əhatə edəcəyi barədə fikirlər səsləndirib. Düşünürəm ki, bu kontekstdə qanunverici hakimiyyətin yenilənməsinə, işinin daha da səmərəli olmasına ehtiyac duyulur. Çünki vəzifələrindən istefa vermiş deputatlar var, dünyasını dəyişən deputat da var. Kifayət qədər passiv, qanunvericilik hakimiyyətinin səlahiyyətlərini bilməyən, qanunvericilik məsələsində səsi olmayan adamlar da az deyil. Parlament sözün həqiqi mənasında peşəkar olmalıdır. Milli Məclis peşəkar adamlardan, özü də qanunvericilik məsələlərini dərindən bilənlərdən təşkil olunmalıdır. Bu məsələdə iş təcrübəsinə önəm verilməlidir ki, qanunverici hakimiyyət ölkədə möhkəmlənsin, digər proseslərə təsir etmək imkanları olsun. Düşünürəm ki, parlament seçkilərinin qabağa çəkilməsində heç bir qəbahət yoxdur. Bunun üçün hətta kifayət qədər zərurət yaranıb. Üstəlik də islahatlar dərinləşdikcə daha da radikal əhəmiyyət kəsb edir. Bunun fonunda hakimiyyətin hər üç qolunda islahatlar başa çatmalıdır. Kadr islahatları artıq davamlı xarakter daşımağa başlayıb. Məhkəmə islahatlarının başlanılması haqqında rəylər var. Qanunverici orqanın yenidən seçilməsi, qanunvericiliyə edilən dəyişikliklərlə struktur dəyişikliklərinin də əsası qoyula bilər".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru