Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                 

“Hazırkı vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var...” - deputat
Tarix: 14-09-2019, 09:43 | Çap et
“Hazırkı vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var...”
11 sentyabrda Ana Vətən Partiyasının təşəbbüsü ilə “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada iştirak edənlərdən biri Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində bildirib ki, əslində Azərbaycana daha ciddi xarici təhlükələr mövcuddur. Qeyd edib ki, iqtidar-müxalifət münasibətlərini tamamilə yeni müstəvidə qurulmalıdır.

“Mən əminəm ki, bu təhlükələr çox ciddidir. Təbii, mən o qənaətdə deyiləm ki, bu təhlükə xaricdə kimlərinsə rəsmilərə ünvanlı söyüşləri ilə bağlıdır. Əslinə qalsa, daha ciddi xarici təhlükələr mövcuddur. Azərbaycanın müstəqilliyini qəbul etməyən qonşularımız var. Elə bilirsiniz ”Gülüstan" və “Türkmənçay” müqaviləsi sindromu bitib? Biz İrandan tez-tez səslər eşidirik ki, “Şimali Azərbaycan bizim ərazilərimizdir”. Rusiyadan səslər eşidirik ki, bu, keçmiş SSRİ-nin ərazisidir və Rusiyanın təsir dairəsinə daxildir, Rusiya burada əsas söz sahibi olmalıdır. Həmçinin bizə qonşu olan bədnam millət torpaqlarımızı işğal edib və ərazilərimizdən çıxmaq fikrində deyil. Yəni belə mürəkkəb geopolitik, coğrafi bir durumdayıq. Ona görə də xarici təhlükələri qulaqardına vurmaq olmaz, bu, çox ciddidir! Biz bu məsələlərə ciddi yanaşmasaq, bizi daha böyük bəlalar gözləyə bilər! Dediyim kimi, bu təhlükələrlə yanaşı, bizim çox ciddi imkanlarımız da var. Bu proseslərdə nəinki Qarabağı, nəinki tarixi torpağımız olan Zəngəzuru qaytara bilərik, hətta daha böyük məqsədlərə çatmaq üçün bizim kifayət qədər imkanlarımız mövcuddur. Buna nail olmaq üçün ilk növbədə ölkə daxilində dediyim birliyi və sabitliyi yaratmalıyıq. Eyni zamanda, bizim milli maraqlarımızla üst-üstə düşən güclü dövlətlər var, onların maraqları bizim maraqlarımızla üst-üstə düşür. Biz onlarla çox sıx əməkdaşlıq etməliyik və bu məqsədlərə çatmaq üçün onların da dəstəyindən yararlanmalıyıq. Belə bir vəziyyətdə iqtidar-müxalifət münasibətlərini tamamilə yeni müstəvidə qurmalıyıq".

Bəs hakim Yeni Azərbaycan Partiyasında bu məsələyə münasibət necədir?

Yeni Azərbaycan Partiyasından deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, iqtidar və müxalifət partiyalarının ümummilli məsələlərdə iki kateqoriyaya bölünməsi qəbuledilməzdir: “Dövlətçiliyimizə, müstəqilliyə, ərazi bütövlüyümüzə qarşı təhdidlər varsa və bu təhdidlər kəskinləşibsə heç şübhəsiz ki, iqtidar və müxalifət bir yumruq kimi birləşməli, dövlətçiliyin müdafiəsinə qalxmalıdır. Azərbaycana qarşısı xarici təhlükələrin olduğunu cənab prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Azərbaycanın xarici təhdidlərə qarşı müqaviməti böyükdür. Bizdə səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi var. Bu söylədiklərimin olmadığı ölkələrdə nələrin baş verdiyi hər kəsin gözü qarşısındadır. Xüsusilə də hazırda dünyamızda çox qorxulu tendensiyalar baş alıb getməkdədir. Region dövlətlərinə yeni-yeni təsirlər, qanlı münaqişələr yaradılmaqdadır. Köhnə münaqişələr qızışdırılmaqdadır. Bu gün ABŞ-la Rusiyanın, İranla ABŞ-ın münasibətləri çox mürəkkəb ssenari üzrə inkişaf etməkdədir. Yəni bizim şimal və qonşumuzda hansı proseslərin getdiyi göz qarşısındadır. Eyni zamanda, bütün reallıqlar fonunda Azərbaycanda sabitlik var, təhlükəsizlik mühiti formalaşıb, inkişaf gedir. Buna görə də dünyadakı ksenofob, islamafob qüvvələr, xüsusilə də erməni lobbisi ciddi cəhdlə çalışırlar ki, Azərbaycanı da o qaynar hadisələrin tüğyan etdiyi ölkələrə bənzətsinlər. Həmin qüvvələr çalışırdı ki, Azərbaycanı Livana çevirsinlər.

Bu gün isə həmin qüvvələr çalışır ki, Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirsinlər. Bunları biz bilirik. Azərbaycanda konstitusion rejimi devirmək, vətəndaş qarşıdurması yaratmaq, ölkəni vətəndaş müharibəsinə sürükləmək, Azərbaycan dövlətçiliyini məhv etmək kimi hədəflər seçənlər var. Onların sırasında xaricdə məskunlaşmış sapı özümüzdən olan ”baltalar" da var. Onlara siyasi müxalifət demək olmaz. Onlara siyasi mühacir də demək düzgün olmaz. O insanlar dövlətimizə xəyanət yolunu seçmiş insanlardır. Onlar xarici dairələrin əlində alətə çevrilmiş ünsürlərdir".

Deputat qeyd etdi ki, həm qonşu regionlarda baş verən reallıqlar kontekstində, xüsusilə də Qərb-Rusiya, Qərb-İran münasibətlərinin indiki vəziyyətində, həmçinin, artıq beynəlxalq hüququn faktiki olaraq işləməməyi reallığı fonunda heç şübhəsiz ki, iqtidar və müxalifət arasında daha sıx müstəvidə birlik vacibdir: “Yaranmış vəziyyətdə iqtidarla müxalifətin monolit mövqe ortaya qoymasına ehtiyac var. Azərbaycanda xaos yaratmaq istəyənlərin cavabı bu şəkildə verilməlidir. Çünki xaosdan ən ciddi zərbəni alan dövlətçiliyimiz, xalqımız olar. Bunu isə nə iqtidar, nə də müxalifət istəməz. Ona görə də ümummilli məsələlərdə-sabitliyin və təhlükəsizliyin qorunması, ərazi bütövlüyümüzün bərpası məsələsində, Azərbaycanın suverenliyinin müdafiəsi məsələsində birliyə daha böyük ehtiyac var. Münasibətlər bax bu müstəvidə inkişaf etməlidir. YAP ölkəmizin qorunmasına xidmət edəcək istənilən addımları, təşəbbüsləri dəstəkləyir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Bu gün, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Bu gün, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru