Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                 

Müxalifət mitinq üçün ilin sonununadək gözləyə bilər
Tarix: 18-03-2020, 08:45 | Çap et
Müxalifət mitinq üçün ilin sonununadək gözləyə bilər
Dünyanı ağuşuna alan koronavirus Azərbaycanı da hərəkətə gətirib. Artıq demək olar ki, bütün sahələr üzrə dəhşətli virusun ölkə daxilində yayılmaması üçün çox ciddi addımlar atılmaqdadır.

Koronavirus Azərbaycan müxalifətinin mitinq məsələsini də gündəmə gətirib. Demokratik düşərgə yazdan etibarən kütləvi aksiyalara başlayacaqlarının anonslarını verməkdədir. Xüsusilə 9 fevraldakı növbədənkənar parlament seçkilərindən sonra bu tipli çağırışlar daha çox səslənməkdədir. Burada əsasən Əli Kərimlinin AXCP-sindən ibarət olan Milli Şura daha fəal görünür.

Belə bir şəraitdə mitinq üçün müraciət olunarsa, Azərbaycan hökumətinin hansı addımları atmalı olduğu məsələsi gündəmə gəlir. Aksiyalara icazə verilməzsə, bu, haradasa “Sərbəst toplaşmaq azadlığı”nın pozulması anlamına gələ bilər ki, müxalifət də bundan rəqibinə qarşı yararlanmağa cəhd edə bilər.

YAP-çı deputat Elman Nəsirov virusa qarşı hər iki düşərgənin birlikdə hərəkət etməsini vacib sayır: “Koronavirus artıq elə bir qlobal təhlükə mənbəyinə çevrilib ki, Antarktidadan başqa bütün qitələri əhatə edib. 19 il idi ki, dünya üçün ən çox təhlükə mənbəyi beynəlxalq terrorizm hesab olunurdu. Artıq son üç ayda beynəlxalq terrorizm deyil, koronavirus dünya üçün ən təhlükəli mənbəyə çevrilib. Bu, iqtidarı da, müxalifəti də hədəfə alır. Bütün dünya ölkələrində belədir. Bu məntiqlə çıxış edərək, hesab edirəm ki, ölkəmizdə çox ciddi siyasi islahatların əsası qoyulmaqdadır. Bu islahatları partiyalararası dialoqdan kənar təsəvvür etmək mümkün deyil. Cənab Prezident parlamentindəki çıxışında da məsələni məhz bu cür qoydu. Belə olan vəziyyətdə bu günləri iqtidar-müxalifət dialoqunun hesab edirəm ki, ən mühüm, ən vacib mövzusu koronavirus olmalıdır.

Bu günləri müxalifət ümumbəşəri bəlaya qarşı xalqımızı bu təhlükədən qorumaq üçün öz təkliflərini irəli sürməli, çıxış yollarını göstərməlidir. Eyni zamanda bu istiqamətdə iqtidarla dialoqa getməlidir. İqtidara da müxalifətlə bu istiqamətdə danışıqlar aparmaq lazımdır. İndiki vaxtda yeganə problem ölüm-qalım məsələsidir. Ona görə də bu reallıq fonunda heç bir mitinq keçirməyin mənası yoxdur. Heç bir toplanış keçirməyə də ehtiyac duyulmamalıdır. Bu gün yeganə vacib məsələ odur ki, xalqımızı bu bəladan necə qurtaraq, necə edək ki, insanlarımızın yaşamaq hüququ təmin olunsun. Belə olan vəziyyətdə hesab edirəm ki, müxalifət hazırda yazın gəlişi ilə bağlı mitinq keçirmək haqqında düşünməkdənsə, onun üzərində düşünməlidir ki, hökumətə bu bəlanın aradan qaldırılması istiqamətində gördüyü işlərdə necə öz töhfəsini, dəstəyini versin. Düşünürəm ki, məsələ məhz bu cür qoyulmalıdır”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli: “Koronavirus təhlükəsi tamamilə sovuşanədək bütün kütləvi tədbirlər qadağan olunmalıdır. Düşünürəm ki, ən azından bu ilin sonunadək kütləvi tədbirlərin keçirilməsinə razılıq verilməməlidir. Sərbəst toplaşmaq azadlığı, şübhəsiz ki, konstitusiya hüququdur. Amma nəzərə almaq lazımdır ki, söhbət vətəndaşların həyatlarının təhlükəsizliyindən gedir və dövlətin konstitusiyadan irəli gələn ən birinci vəzifəsi də məhz vətəndaşların həyatlarının təhlükəsizliyini təmin etməkdir. Hazırda dünyanın bir çox ölkələrində bir neçə nəfərlik iclaslar belə videokonfrans formatına keçirilib. Hətta G7 ölkələri belə öz toplantılarını videokonfrans formatında keçirdilər. Bu baxımdan, mitinqin virtual keçirilməsi də mümkündür. Əslində bu, radikal düşərgə üçün daha məqbul variantdır. Bu yolla həm təhlükəsizliklərini təmin edə, həm də prosesə trollarını cəlb etməklə virtual mitinq iştirakçılarının sayını xeyli ”artıra" bilərlər".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Dünən, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Dünən, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Dünən, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Dünən, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Dünən, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Dünən, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Dünən, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Dünən, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Dünən, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Dünən, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Dünən, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Dünən, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Dünən, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Dünən, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Dünən, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Dünən, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Dünən, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Dünən, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru