
Azərbaycan Hava Yollarında (AZAL) QSC-də yeni kadr təyinatı həyata keçirilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Orxan Məmmədli AZAL şirkətində İnformasiya təhlükəsizliyi standartları və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər həmin qurumda bir neçə mühüm vəzifədə çalışıb:
2024-cü ilin oktyabr ayından etibarən İdarəetmə, Risk və Uyğunluq Şöbəsinin müdiri vəzifəsini icra edib. Daha əvvəl İT Risklərin İdarə Edilməsi Şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Daha əvvəlki illərdə isə O. Məmmədli "Veysəloğlu" Şirkətlər Qrupunda şöbə müdiri vəzifəsində və "PASHA Bank" ASC-də müxtəlif vəzifələrdə işləyib.























