“Ona dedim ki, bir də belə şey etsən...” - QALMAQAL
Tarix: 11-04-2020, 10:26 | Çap et
 Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatının sədri Orxan Əhmədzadə ilə bağlı video yayılıb. Həmin videoda təşkilat sədri yaşlı insanlara çörək paylayır və orada təmsil etdiyi partiyadan, onun rəhbəri, deputat Fəzail Ağamalı haqqında danışır. Eyni zamanda, O.Əhmədzadə öz təşəbbüsü ilə bu yardımı etdiyini söyləyir.
Amma bununla belə video sosial şəbəkələrdə ciddi tənqid hədəfinə tuş gəlib. Edilən yardımın bu formada təbliğ olunması qınanıb.
F.Ağamalı Musavat.com-a açıqlamasında adı keçən təşkilat sədri ilə danışdığını bildirdi: “Kütləvi İnformasiya Vasitələrinə bununla bağlı açıqlama vermişəm. Bir daha sizə bildirirəm ki, bu, birbaşa Bərdə rayon təşkilatının təşəbbüsü olub. Mənə partiyanın mətbuat xidmətindən söylədilər ki, Bərdə rayon təşkilatı rayonda “Evdə qal” təşviqatını apara biləcək müəyyən aksiyalar keçirmək istəyir. Dedim ki, çox düşünülmüş şəkildə aksiya təşkil olunsun ki, sonradan problem yaranmasın. Dedilər ki, yox problem yaranmayacaq, sadəcə, evlərə gedəcəyik, imkan daxilində ərzaq verəcəyik. Yaşları 65 yaşdan yuxarı olanlara, ehtiyacı olan insanlara ərzaq verəcəklərini dedilər. Dedim ki, çox sakit şəkildə bunu edin, çəkiliş filan da olmasın. İndi buna deyilib, sonradan çəkiliş aparıb, heç bir ehtiyac olmadan adımı da orada çəkib. Özü tərəfindən elə düşünüb ki, adımı çəkmək yaxşı olar. Məni orada təbliğ etmək istəyib. Halbuki buna heç bir ehtiyac yox idi. Sadəcə olaraq, onun niyyəti birbaşa tam məsuliyyətlə deyirəm ki, “Evdə qal” aksiyasına xidmət etmək olub - öz səviyyəsində Bərdə rayonu içərisində. Orada video da çəkdirib. Bir ailəyə yox, məndə olan məlumata görə, yüz ailəyə və ailənin hər bir üzvünə öz vəsaiti hesabına bir çörək verib. 1-2 yerdə video çəkib. Onu da götürüb kəsiblər, adım olan hissələri saxlayıblar. Mən dünən Orxan Əhmədzadə ilə əlaqə saxladım. Dedim ki, bundan sonra sən bu cür addımlar atsan, səni partiya səviyyəsində tənbeh edəcəm. Sual verdim ki, sən aksiyanı dediyim kimi eləmisən, təsdiqlədi. Bildirdi ki, niyyətim ancaq “Evdə qal” aksiyasına xidmət etmək olub. İnsanların çölə çıxmaması, maariflənməsi baxımından bunu etdiyini söylədi. O insanların daha çox çörək üçün bayıra çıxdıqlarını qeyd etdi. Onu da bildirdi ki, çörək paylasam, o insanlar bayıra çox çıxmazlar, bu da mənim xidmətim olar. Dedim, yaxşı bunu et, ancaq video çəkmə, heç bir danışıq aparma. İndi nə etmək istədiyi barədə də sual verdim. Bildirdi ki, ayın 20-ə kimi öz vəsaitim hesabına bunu davam etdirmək istəyir. Xahiş etdi ki, onun bu xeyirxah işinə razılıq verim. Bundan sonra heç bir danışıq aparmayacağını, heç bir video çəkməyəcəyini, sadəcə, aksiyanı davam etdirəcəyini bildirdi. Bərdəli olaraq öz həmyerlilərinə kömək etmək istədiyini, öz rayonunda koronavirusun yayılmasının qarşısını almaq üçün vətəndaşlardan biri kimi üzərinə düşən borcunu yerinə yetirmək istədiyini diqqətə çatdırdı. Təbii ki, onun vətəndaşlıq təşəbbüsünə mənfi yanaşmadım. Ancaq ona bir daha qəti şəkildə tapşırdım ki, heç bir video-filan olmadan işini davam etdirirsən, deyəcəyin söz yalnız o olmalıdır ki, “Evdə qal”ın, bayıra çıxmayın, virusa yoluxmayın, yoluxsanız, çoxsaylı insanı da yoluxdura bilərsiniz, ailəniz, övladlarınız virusa yoluxa bilər. Bunlardan başqa, heç bir söz işlətməməsini qəti şəkildə tapşırdım. O da bununla razılaşdı. Bundan sonra çox güman ki, o, başlamış olduğu aksiyanı davam etdirəcək. Eşitdiyim qədəri ilə onun bu aksiyası Bərdədə çox hörmətlə qarşılanır. İndi onun səhifəsini izləməmişəm. Ekspress saytıdır nədir, bunu düşünülmüş şəkildə verib. Seçki dövründə də bu sayt əleyhimə təbliğat aparırdı”.
Deputat bu işi təşkil edənlərə də mesaj göndərdi: “Bu cür aksiyası bu formada aşağılamaqda, onu ən müxtəlif formada gülüş hədəfinə çevirməyə çalışmaqda məqsəd Orxan Əhmədzadənin atmış olduğu bu xeyirxah təşəbbüsə kölgə salmaqdır. Belə təşəbbüs göstərənlərin dərhal üzərinə gedirlər. Bunlar qaragüruh qüvvələrdir. Bu təşəbbüslərə qoşulmaq istəyənləri uzaqlaşdırmaq istəyirlər. Hər halda bu cür videoları kəsərək, bəlli bir hissəni qoyaraq, onu başqa sözlə sosial şəbəkədə yaymaq düşünürəm ki, antimilli mahiyyət daşıyan hərəkətdir. Bütün bunları tamamilə qınayıram”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22 |
|
|
|
| • Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19 |
|
|
|
| • Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17 |
|
|
|
| • İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16 |
|
|
|
| • "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14 |
|
|
|
| • Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12 |
|
|
|
| • Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45 |
|
|
|
| • Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40 |
|
|
|
| • Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36 |
|
|
|
| • "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34 |
|
|
|
| • Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
| • Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59 |
|
|
|
| • Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40 |
|
|
|
| • Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01 |
|
|
|
| • Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59 |
|
|
|
| • Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53 |
|
|
|
| • TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44 |
|
|
|
| • DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39 |
|
|
|
| • Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32 |
|
|
|
| • “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27 |
|
|
|
| • Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21 |
|
|
|
| • Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18 |
|
|
|
| • “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15 |
|
|
|
| • Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11 |
|
|
|
| • “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06 |
|
|
|
| • “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55 |
|
|
|
| • “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52 |
|
|
|
| • BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51 |
|
|
|
| • Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45 |
|
|
|
| • Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Dünən, 16:32 |
|
|
|
| • Hesablama Palatasına yeni auditor təyin edilir
Dünən, 16:28 |
|
|
|
| • Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Dünən, 16:25 |
|
|
|
| • Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Dünən, 16:20 |
|
|
|
| • 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Dünən, 16:13 |
|
|
|
| • Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Dünən, 16:11 |
|
|
|
| • Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Dünən, 16:04 |
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Dünən, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Dünən, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Dünən, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Dünən, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Dünən, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Dünən, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Dünən, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Dünən, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Dünən, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Dünən, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Dünən, 15:19 |
|
|
|
|