Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                 

“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” - deputat
Tarix: 13-05-2020, 10:03 | Çap et
“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir”
Əgər məmurların rüşvət piramidasını yox etmək əlahiddə missiyadırsa, bunun üçün idarəetmədə sistemli dəyişikliklər qaçılmazdır. Çünki korrupsiya bataqlığı o yerlərdə salınır ki, eyni vəzifəli şəxs illərlə bir kreslodan yapışaraq əl çəkmir.

Bu zaman rüşvət xərçəng kimi yayılır, məmur öz çevrəsini də bu çirkin işlərə yoluxdurur və bir şəbəkəyə çevrilir. Sonra topdağıtmaz hala gələn mənzərəni aradan qaldırmaq üçün radikal addımlar atmaq lazım olur. Çünki azğınlaşmış tamahkar məmurların talançılıq, mənimsəmə, rüşvətxorluq əməllərini zərərsizləşdirmək üçün həbsdən başqa yol qoymurlar.

Necə ki, 5 rayonun icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyat bunu sübut etdi. Lakin idarəetmədə rotasiya üsulundan istifadə edilərsə, korrupsiya piramidasını dağıtmaq mümkündür.

Həbs edilən icra başçılarının bioqrafiyasına nəzər yetirəndə görmək olar ki, bir rayona 12-15 il rəhbərlik ediblər. Eyni sözləri bəzi nazirliklərlə də bağlı söyləmək olar. Halbuki rotasiya qaydası ilə kadr siyasəti həyata keçirilsə, korrupsiyanın kök salmamasına səbəb olar. Elə Mədəniyyət Nazirliyindəki korrupsiya məhz Əbülfəs Qarayevin 26 ildir eyni postda qalmasının nəticəsidir. O baxımdan müstəqil müşahidəçilər, təhlilçilər ölkədə aparılan kadr dəyişiklikləri siyasətində rotasiya, yəni yerdəyişmə qaydalarından da istifadə olunmasını təklif edirlər.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının “Yeni Müsavat”a bildirdiyinə görə, prezident İlham Əliyevin kadr siyasəti yeniləmə üzərində köklənib. F.Ağamalı 2018-ci ildən ən yüksək səviyyəli postlara müsbət reputasiyası, keyfiyyətləri olan kadrların gətirilməyə başlandığını xatırlatdı.

Onun fikrincə, yeni təyin olunan həmin vəzifəli şəxslərin cəmiyyətdə imici pozitivdir, rüşvət və korrupsiyada yer almayıblar, idarəçilik təcrübəsi var və prezidentin görmək istədiyi müasir dünyagörüşünə, intellektə malikdirlər. “Bu mənada prezident İlham Əliyev kadr islahatları həyata keçirərkən olduqca düzgün və əsaslı taktikaya əl atdı. Ölkənin idarəçilik sistemində, Nazirlər Kabinetində, hökumətdə, o cümlədən növbədənkənar parlament seçkiləri keçirilməklə Milli Məclisdə yenilənmələr oldu. Bu proses gedir və yeni təyinat alan məmurlar islahatlara uyğun fəaliyyət göstərsələr, xalqa şərəflə xidmət etsələr, sizin qeyd etdiyiniz rotasiya qaydasından da istifadə oluna bilər”.

Deputat hesab edir ki, rotasiya qaydası ilə təyinatların olması müxtəlif ölkələrin, eləcə də Azərbaycanın təcrübəsində var: “Amma prezident İlham Əliyevin islahatlarının fəlsəfəsi yerdəyişmə yox, yenilənmədir”. F.Ağamalı 5 icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyatın ardınca korrupsiyaya qarşı mübarizənin davam edəcəyini açıqladı. Deputat sosial şəbəkələrdə müxtəlif şəxslərin oxşar əməliyyatın öz rayonlarında da həyata keçirilməsini arzuladıqlarını yazmalarına münasibət bildirdi: “Gedən proseslərdə sui-istifadə halları ola bilər. Kiminsə kimdənsə xoşu gəlməyə, müxtəlif subyektiv yanaşmalar ola bilər. Eyni zamanda Prezident ictimai rəyi izləyir, qaldırılan məsələlər diqqətə çatdırılır, tədbir görülür. Ona görə də rüşvət və korrupsiyaya qarşı mübarizə islahatların tərkib hissəsidir və axıra qədər gedəcək. Bu prosesdə hansısa məmura güzəşt olmayacaq. Çünki korrupsiya adi cinayət deyil, dövlətin təhlükəsizliyini təhdid etdiyi üçün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar aparılır. Və deyərdim ki, bu əməliyyatlar kifayət qədər peşəkar və uğurla reallaşdırılır. DTX dövlətin təhlükəsizliyinə, Prezidentin hədəflərinə mane olan korrupsiyaya qarşı mübarizə aparır. Nə qədər ki, rüşvət var, bu mübarizə sistemli, ardıcıl aparılacaq”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə isə “Yeni Müsavat”a bildirdi ki, rotasiya üsulu dünyada tanınmış praktikadır. Onun fikrincə, Azərbaycan da kadr təyinatında rotasiya qaydasından istifadə etməlidir. Deputat hesab edir ki, peşəkar məmur yetişdirmək üçün onu bir neçə mərhələdən keçirmək lazım gəlir: “Ona görə də idarəetmədə bir neçə variantdan istifadə edə bilərik. Bir məmur onillərlə eyni postda oturanda baxırsan ki, sonra reallığı itirir. Bu mənada rotasiya qaydası effektli üsullardan biridir. Çünki diplomatik korpuslarda da yerdəyişmələrdən istifadə olunur”.

Xatırladaq ki, 2019-cu ilin 19 dekabrından əksər icra başçıları təşviş içindədirlər. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin gündən başlayaraq ötən 5 ay ərzində 5 icra başçısını qandallayıb, qalanları panikadadır. Belə ki, Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon rəhbərləri korrupsioner fəaliyyətinə görə iş kabinetində həbs ediliblər.

Eyni zamanda Mədəniyyət Nazirliyində vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub. Onlardan biri nazir müavini Rafiq Bayramovdur.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Bu gün, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Bu gün, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Bu gün, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Bu gün, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Bu gün, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Bu gün, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Bu gün, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Bu gün, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru