Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                 

"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Tarix: 21-10-2020, 08:32 | Çap et
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur"
“Hər bir millətin gələcəyi, uğuru, zəfəri, başucalığı, rifahı və nüfuzu təhsilə bağlıdır desəm, təbii ki, Amerikanı yenidən kəşf etmiş olmaram. Ölkəmizdə güclü təhsil sistemi var desək yalan olar. Universitetlər, elmi-tədqiqat mərkəzləri, Elmlər Akademiyası güclü kadrlar, mütəxəssislər hazırlayıb bazara buraxır desək, adama deyərlər ki, yalan danışma. Biz 10 milyonluq xalqıq və elə coğrafiyada yerləşirik ki, sağ qalmaq uğrunda mübarizə aparmalı oluruq.

O qədər kiçik xalqlar var ki, möcüzə yaradıblar. İsrail, Sinqapur, Luksemburq, onlarla digər əhalisi az olan ölkələr texnologiya, elm, kəşf sahəsində böyük ölkələri ötüb keçib belə. Biz də möcüzələr yarada bilərik. Amma şagirdlərə “Kulikovo döyüşü nə zaman olub?” sualını verməklə və “1380-ci ildə” rəqəmini əzbərtləməklə olmayacaq. "Dünyada neçə okean var?" sualını verib "4" cavabını almaqla olmayacaq, “Azərbaycan BMT-yə nə zaman daxil olub?”, “Toplananların yerini dəyişəndə nə dəyişmir?” sualına cavab əzbərtləməklə olmayacaq”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib. R.Nurullayev bildirib ki, indi müharibə vəziyyətində yaşayan ölkəyik:

“Biz özümüz müasir silahlar, pilotsuz uçan aparatlar, tanklar, təyyarələr, qırıcılar, mühəndislik istehkamları, yüksək-dəqiqli texnologiyalar hazırlamalıyıq və kodları da özümüzdə olmalıdır. Demirəm ki, bunları etmirik və yaxud etmək istəmirik. Bu işlərlə, xüsusən hərbi sənayeninin inkişafı ilə bağlı konkret addımlar atılıb, amma biz bir çox komponentləri yerli istehsal olan milli məhsullarımızın hazırlanması üçün elmə və təhsilə böyük məbləğlər yatırmalıyıq. Azərbaycanda kosmik sənaye və peyklərimiz var. Biz bu sahədə ciddi yatırımlarla və mütəxəssis hazırlamaqla daha böyük nailiyyətlər əldə edə bilərik.

10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur. Biz niyə koronovirusa qarşı peyvənd hazırlamaq istəmirik? Ümumiyyətlə, bizdə tibb sahəsində elmi araşdırmalar niyə yoxdur? Varsa, hanı o nəticə? Yoxdur. Bütün sahələr də belə. Bildiyimə görə, Elmin İnkişafı Fondu var. Neçə illərdir yaranıb. Bu fondun fəaliyyətinin nəticəsi nə olub? Nələri maliyyələşdiriliblər, onları səhiflərindən görə bilərik. Amma bilmək istəyirəm ki, konkret hansı nəticələr var və o nəticələr sizin, bizim, xalqımızın firavan, rahat yaşaması üçün hansı rolu oynayıb? Hansı elmi nəticələr var və biz bu elmi məhsullarla dünya bazarına çıxmışıqmı?".

Deputat bildirib ki, bu, vacib məsələdir:

"Təklif edirəm ki, Elmin İnkişafı Fondunun səlahiyyətli şəxslərini Parlamentə dəvət edək və onlar bizi də məlumatlandırsınlar. Jurnalistlərə təklif edirəm ki, araşdırma aparsınlar, nəticəsini dərc etsinlər. Bəlkə ciddi uğurlar var, biz məlumatsızıq. Hər bir şagird potensial savada malik olmalıdır. Gəlin bir məktəb seçək və istənilən bir sinfə daxil olub şagirdlərin bilik səviyyəsini yoxlayaq. 30 nəfər şagirdin içindən bir-iki nəfər fərqlənəcək. Savad deyilən məsələ bitmək üzrədir. Bu, həyəcan təbilini çalıram və deyirəm ki, orta məktəblərdə təhsilin səviyyəsi qalxmasa, bu ölkə heç zaman normal yaşaya bilməyəcək.

Müəllimlərin çoxunun heç dərs keçmək, öz üzərində işləmək həvəsi də yoxdur. Birinci növbədə, büdcəmiz imkan verən kimi müəllimlərə dövlət qulluqçusu statusu verilməlidir. Ölkədə yaşlıların təhsili də vacibdir. Biz normal, rifah içində və təhlükəsiz yaşamaq istəyiriksə, təhsilimiz və səhiyyəmiz ən üst səviyyədə olmalıdır. Yeni nazirdən gözləntilər çoxdur, amma bu məsələ bir nazirlə həll olunası deyil. Buraya ciddi dövlət intervensiyası və maliyyəsi lazımdır. Peşə təhsili ilə bağlı müəyyən işlər görülüb. Amma bunlar dənizdə damladır. Valideynlər çalışır ki, övladları ali təhsil məktəbinə daxil olsun, təki diplom alsın. Diplomlu savadsıza çevrilirlər. 8-ci sinifdən bilik, dünyagörüşü, həvəs, istedad qiymətləndirilməli və sınaqdan çıxmayanlar peşə məktəblərinə yönləndirilməlidir. Nə olsun ki, bir şagird 11-ci sinfi qurtarıb attestat alacaq. Məgər kağız-kuğuz, diplom, əzbərçilik nəyisə həll edir? Biz mütəxəssislər, kadrlar yetişdirməliyik. Bunun üçün hər bir şagirdə fərdi yanaşma olmalıdır, ciddi maliyyə lazımdır və mütləq bunu təmin etməliyik.

Mətbuatdan oxuyuram ki, bir nəfər mütəxəssisi müsahibə ediblər və deyir ki, kəşflərim var, maliyyəm yoxdur. Biri deyir təyyarə düzəltmişəm, biri deyir vertolyot, biri deyir avtomobil, biri deyir yeni informasiya dalğası, biri deyir peyk və s. Yazıqlar sənəd əlində o qapını -bu qapını gəzirlər, görüşüdükləri adamlar da yəqin onlara ürəyində gülür ki, başı xarab olub. Çünki, İQ-su onu qavramağa çatmır.

Bunun üçün də start up fondları olmalıdır. Bu cür insanları maliyyələşdirmək vacibdir. Batırsa maliyyə batsın. Məgər bütün layihələr uğurlu olur? Bu insanların beyinlərinin məhsulunu materiyaya çevirmək üçün vəsaitləri olmalıdır. Belə ixtiraçılara sadələşmiş maliyyə mexanizmi olmalıdır. Ya mövcud fondlar onlara vəsait ayırsın, ya da ayrıca bir Fond yaradılsın ki, ixtiraçılar öz ixtiralarını həyata keçirmək üçün maliyyə mənbəyi əldə edə bilsinlər. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı olmalıyıq?”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru