Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                 

"Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək" - Partiya sədri
Tarix: 7-11-2020, 09:10 | Çap et
"Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək"
Kosovo prezidenti Haşim Taçi hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunur. “Yeni Müsavat” xəbər verir ki, Taçi faktı təsdiqləyib. Prezident deyib ki, ona qarşı irəli sürülən iddia səbəbindən vəzifəsindən istefa vədini yerinə yetirib.

Taçi 1998-99-cu illərdəki müharibə zamanı Serbiyanın təhlükəsizlik qüvvələrinə qarşı döyüşən etnik Alban partizan qrupu olan Kosovo Qurtuluş Ordusunun (UCK) komandiri olub. Xüsusi təyinatlı prokurorluq (SPO) Taçi və digər şübhəliləri 100 nəfərin qətlində əli olmaqla yanaşı, insanların itkin düşməsi, təqib olunması və işgəncə verilməsi kimi cinayət işlərində günahlandırıb. İddialara görə, cinayətlər yüzlərlə Kosovo albanı, serblər, qaraçılar və digər etnik azlıqlar, habelə siyasi opponentlərə qarşı törədilib. Taçi hərbi cinayətlərdə əli olduğunu rədd edib.

Müharibə cinayətlərinə görə çoxlu siyasətçi, hərbçi ittiham olunub. Bu, ilk belə fakt deyil. Məsələn, serb Ratko Mladiçi qeyd etmək olar. “Serb qəssabı” ləqəbli general insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi olub. Onun həbsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdü.

Mladiçin yeri haqda məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. O, 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb, 2017-ci ildə Haaqa məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum olunub. Eyni sözləri Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç haqda söyləmək olar. O, Yuqoslaviya dağılandan sonra müharibələrdə soyqırımı və insaniyyətə qarşı cinayətlərdə ittiham olunurdu.

Bu presedentləri əsas götürərək Azərbaycan tərəfi də müharibədən sonra Ermənistanın siyasi-hərbi cəlladlarını mühakimə edə bilər. İstər Köçəryan-Sərkisyan rejimi olsun, istərsə indiki Paşinyan hakimiyyəti, onların günahsız insanların qanına əli batıb. Düşmən ölkənin keçmiş rəhbərliyi Xocalı qətliamının müəllifləridir, hazırkı isə Gəncə, Bərdə terrorlarının memarları sayılırlar.

Odur ki, savaş qurtardıqdan sonra erməni canilərinin beynəlxalq tribunallarda mühakimə edilməsi heç də mümkünsüz iş deyil. Necə ki, ötən əsrdə yəhudilərə qarşı cinayət törətmiş alman faşistləri Nürnberq tribunalında, İkinci Dünya müharibəsindən sonra təqsirli sayılan yaponiyalılar Tokio tribunalında cəzalandırıldı, eləcə də Baş Prokurorluğun topladığı faktlar cinayətkar erməniləri məsuliyyətə cəlb etməyə imkan verəcək.

Bu gün Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayət əməlləri ilə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrində yayılan məlumatlar, münaqişə ilə bağlı sosial şəbəkələrdə paylaşılan fikirlər də Baş Prokurorluq üçün lazımlı materiallardır. Bir sıra xarici KİV-lərdə Gəncəyə atılan raketlərin günahkarı kimi birbaşa Nikol Paşinyan təqsirləndirilib. Bəzi mənbələrdə isə bu əmri müdafiə nazirinin verdiyi iddia olunur. Məşhur erməni bloqer Tiqran Köçəryan da Gəncə hadisəsində məhz Paşinyanın günahkar olması ilə bağlı paylaşım edib. Həmçinin, ehtiyatda olan polkovnik İqor Korotçenko televiziyada çıxışı zamanı Gəncə hadisəsini hərbi cinayət adlandıraraq qeyd edib ki, raket zərbəsi üçün əmri ya Paşinyan, ya da Tonayan verə bilər. Öz növbəsində rusiyalı politoloq Yevgeni Mixaylov bildirib ki, törətdiyi cinayətlərə görə Nikol Paşinyanı Haaqa Tribunalına vermək lazımdır.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın həm keçmiş, həm indiki hərbi-siyasi rəhbərliyini beynəlxalq tribunala vermək üçün kifayət qədər əsaslar var. Onun sözlərinə görə, 90-cı illərdə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi çoxsaylı beynəlxalq xarakterli, insanlığa qarşı olan cinayətlər törədiblər: “İlk növbədə Xocalı soyqırımını qeyd etmək olar. Eyni zamanda, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə aparılıb, daha sonra təcavüzkar müharibə davam etdirilib, ərazilərimizdə qanunsuz məskunlaşdırma həyata keçirilib. Bütün bu cür cinayətlər Haaqa Məhkəməsi üçün material və əsas ola bilər”.

Hüquqşünas əlavə etdi ki, Ermənistanda iqtidarda olan indiki rəhbərlik də sabiq qüvvələrdən az cinayət törətməyib: “Gəncədə dinc insanların yatdığı yerdə raketlə vurulması, özü də bu terrorun iki dəfə baş verməsi, aralarında azyaşlı uşaqlar da olmaqla onlarla insanın qətlə yetirilməsi, günün günortaçağı Bərdənin mərkəzinə 6 kaset bomba atılması və qadağan edilmiş raketlərlə 20-dən çox mülki insanın, körpələrin öldürülməsi Paşinyan hakimiyyətinin hərbi cinayətləridir. Bundan əlavə, Tərtərdə mülki əhali arasında ölənlər var. Cəbhədən aralı olan Mingəçevir, Ağcabədi və başqa rayonlarımız atəşə tutulub. Faktiki sentyabrdan bu yana 92 nəfər dinc insan erməni terrorunun qurbanı olub. Bütün bunlar bizə əsas verir ki, Ermənistan rəhbərliyini beynəlxalq tribunala verək”.

Q.Əlibəyli bildirdi ki, burada hüquqi əngəl Azərbaycan və Ermənistanın Haaqa Məhkəməsinin nizamnaməsini bu günə kimi təsdiqləməməsidir. Partiya sədri hesab edir ki, bunun üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək hüququmuz var: “Azərbaycan Ermənistanın keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin törətdiyi cinayətlərlə bağlı sənədləri, sübutları BMT-nin Təhlükəsizlik Şurasına təqdim edə bilər. Həmin qurum isə Haaqa Məhkəməsinə yönləndirməli, işə baxılmalıdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru