"Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                     “Meqastore”dən NARAZILIQ... .....                     "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" .....                     “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” .....                     Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi .....                     Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi .....                     Zelenskidən Trampa sərt cavab: .....                     “MJ Finance” BOKT-un vəzifəli şəxsi .....                     Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi .....                     Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                 

"Bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq" - ekspert
Tarix: 14-11-2020, 09:05 | Çap et
"Bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq"
Noyabrın 10-da Azərbaycan-Rusiya və Ermənistan tərəfinin imzaladığı bəyannamədə əksər politoloqların bir həftə öncəyə qədər əlçatmaz hesab etdiyi bir məsələ də öz əksini tapıb. Belə ki, Azərbaycanın diktə etdiyi tələblərin nəzərə alındığı sənədə əsasən, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi yaranacaq.

Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını da sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq.

Bəzi ekspertlər hesab edir ki, iqtisadi və logistik baxımdan çox böyük əhəmiyyətə malik bu dəhliz Böyük İpək yolunun əhəmiyyətli parçasına çevrilə, hətta Bakı-Tiflis-Qars dəmiryoluna alternativ ola, onun əhəmiyyətini azalda bilər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, Türkiyə Naxçıvan Muxtar Respublikasına dəmir yolu inşa etməyi planlaşdırır. “Azərbaycanda yeni proseslər fonunda biz Naxçıvan istiqamətində dəmir yolu çəkməyi planlaşdırırıq”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq nazir Fikrət Yusifov vurğuladı ki, Mehri dəhlizi və BTQ layihəsi yükdaşımalar üçün yeni imkanlar yaratmaqla bölgə dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək: “Bakı-Tiflis-Qars dəmiryolunun Naxçıvan sərhədlərinə qədər gəlib çatması nəzərdə tutulurdu və bu layihə bəyənilmişdi. Orada artıq çoxdandır işlər gedir. O dəmiryolunun Naxçıvan sərhədinə qədər uzadılması və Türkiyə üzərindən keçən böyük bir dairəvi yolun əmələ gəlməsi deməkdir.

Bu da təkcə bölgədə yerləşən ölkələrin iqtisadiyyatına deyil, eyni zamanda digər qonşu ölkələrin iqtisadiyyatına da çox ciddi təsir edəcək amil olacaq. Bu gün Mehri üzərindən dəhlizin açılması da o deməkdir ki, Zaqafqaziyada Türkiyə ərazisi də daxil olmaqla geniş dairəvi yol ortada olacaq. Nəticədə yükdaşımalar üçün nəqliyyatın ən sərfəli yolu olan dəmiryolu ilə yüklərin daşınmasına səbəb olacaq ki, bölgədəki dövlətlərin iqtisadiyyatına da müsbət təsir göstərəcək”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, bu dəhliz təkcə Azərbaycan üçün yox, ümumiyyətlə bölgə üçün çox əhəmiyyətlidir: “Bu günlərdə Türkiyənin infrastruktur və nəqliyyat naziri Adil Karaismailoğlu çoxmaraqlı çıxış elədi. O, Anadolu agentliyinə müsahibəsində dedi ki, artıq İğdır-Naxçıvan-Bakı dəmiryolunun layihəsi hazırdır. Türkiyə ilə Naxçıvan arasında dəmiryolu yaradılır, yerdə qalan hissə bərpa edilir. Çünki sovet dövründə dəmiryolunun o hissəsi var idi. Bununla yanaşı, Bakı-Tiflis-Qars dəmiryolu da mövcuddur. Bu iki xətt imkan verir ki, Türkiyə Azərbaycana öz yükdaşımlarını, o cümlədən sərnişin daşımlarını həyata keçirsin. Azərbaycanla iqtisadi əlaqələrində məkana uyğun olaraq daha çevik, daha adekvat manevr imkanları qazansın. Bundan əlavə, neçə illərdir layihə şəklində şimal-cənub dəmiryolu layihəsini, yəni Rusiya-Azərbaycan-İran dəmiryolunu gerçəkləşdirməyə çalışırıq, bizdən asılı olmayan səbəblərdən İran üzərindən Qəzvin-Rəşt-Astara dəmiryolunu gerçəkləşdirmək yubanır. İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra o layihəni icra edən Qərb şirkətləri İranı tərk etməyə məcbur olmuşdular. Naxçıvandan Təbrizə və Tehrana dəmiryolu mövcud olduğundan, biz real olaraq birbaşa bu xətdən istifadə etmək imkanı qazanırıq”.

İ.Şabanın sözlərinə görə, bundan əlavə, biz həm də quru avtomobil yolu ilə Naxçıvana birbaşa çıxış imkanı, o cümlədən Naxçıvanın təminatını gücləndirmək imkanı əldə edirik: “Müstəqillik illərində biz Naxçıvanın təminatı üçün nə qədər böyük əziyyətlər çəkdik, Naxçıvanın enerji təminatı üçün də Azərbaycan qonşu ölkələrin ərazisindən istifadə etməli, bunun üçün əlavə xərclərə getməli olur. Ötən il Azərbaycan və Türkiyə hökumətlərinin Bakıda keçirilən yüksək səviyyəli görüşün nəticəsi olaraq, Rəcəb Tayyib Ərdoğan Qars-İğdır-Naxçıvan magistral qaz kəməri layihəsini təklif etmişdi. Bununla da Azərbaycan Naxçıvanın enerji təminatının şaxələndirilməsini həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. İran üzərindən Naxçıvanın qaz təminatı kifayət qədər baha başa gəlir. Ancaq əgər indi 7 rayon və Qarabağın azad olunmuş ərazilərinin qaz təminatı üçün magistral kəmər çəkiləcəyini nəzərə alsaq, o zaman bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq. Bu, çox böyük əhəmiyyətə malik bir layihə olardı”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru