Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR .....                     Azərbaycan-Türkiyə QARDAŞLIĞI... .....                     ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! .....                     Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi .....                     ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb .....                     Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                 

"Ola bilsin ki, siyasi təşkilat üzvlərindən, rəhbərlərindən xəstə olanlar olub" - onlara kömək ediblər
Tarix: 9-12-2020, 08:24 | Çap et
"Ola bilsin ki, siyasi təşkilat üzvlərindən, rəhbərlərindən xəstə olanlar olub"
Bir neçə gün öncə, Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin “Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi” adlı geniş məqaləsi mediada dərc olundu ki, burada iki məqam cəmiyyətdə haqlı suallar yaratdı və bu, sosial şəbəkələrdə də müzakirə predmetinə çevrildi.
Məqalədə diqqəti çəkən birinci məqam Ədalət Vəliyevin “ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir” fikirləridir ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır, hətta insanlar “bu məmləkətin halına yazıqlar olsun” deyə açıyırlar. Çünki onlar siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin, ailə üzvlərinin tibbi və ya digər şəxsi probelmləri həll olunan ölkədə demokratik seçkilərin keçirilməsini, ədalətli, korrupsiyasız cəmiyyətin qurulmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşılmasını, qanunun aliliyininin təmin olunmasını mümkünsüz hesab edirlər. Bu, əslində, belədir. Ona görə ki, hər hansı bir adam özünün şəxsi problemlərini həll edibsə, digər sosial təbəqənin problemi artıq onu maraqlandırmır, heç maraqlandırmayacaq da...

Məqalədə diqqəti çəkən ikinci məqam isə şöbə müdirinin “siyasi partiyaları respublikanın ictimai-siyasi həyatında daha yaxından iştiraka cəlb etmək məqsədilə “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “525-ci” və “Ədalət” qəzetlərində, İctimai Televiziya, “Xəzər”, “Space”, ARB və “REAL TV” televiziya kanallarında müvafiq mövzular üzrə çıxışları şöbə tərəfindən təmin edilir” fikrinin yer almasıdır ki, bu da siyasi partiyaların (Ə. Vəliyev hansı partiyaları nəzərdə tutursa, söhbət ondan gedir) hakimiyyət tərəfindən idarə olunduğunun aşkar göstəricisidir. Doğrudur, siyasi partiyaların Vətən müharibəsində hakimiyyətlə həmrəy olması alqışlanandır və bu, xalqımızın, dövlətimizin güclü olması üçün lazım idi. Amma nəzərdə tutulan siyasi partiyaların müvafiq mövzular üzrə təmin edilməsi onların müstəqil olmamasını bir daha ortaya qoymuş olur. Maraqlıdır ki, bu siyasi partiya rəhbərlərinin, yaxud nümayəndələrinin müstəqil fikri yoxdur ki, bunlar müvafiq şöbə tərəfindən mövzular üzrə təmin edilir?
Burada diqqəti çəkən digər məqam isə adıçəkilən media orqanlarının müstəqil olmamasının aşkar ifadəsidir. Məlumdur ki, ölkə mediasının “yuxarı”dan tapşırıqla materiallar dərc etməsi, yaxud işıqlandırması artıq ənənə halını alıb. Bu isə ölkədə medianın inkişafını ləngitməkdən başqa heç nəyə xidmət etmir. Çünki azad media olmayan ölkədə heç vaxt azad fikir, demokratik seçkilər, korrupsiyasız cəmiyyət olmayacaq, insan hüquq və azadlıqlarına dəyər verilməyəcək, qanunun aliliyi təmin olunmayacaq.
Məsələ ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Mediadunya.com-a açıqlamasında bildirib ki, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaranandan sonra siyasi təşkilatlarla hakimiyyət arasında xeyli dərəcədə “buzlar” əridi, normal münasibət yaranmağa başladı: “Bundan əvvəlki dövrdə siyasi təşkilatlarla hakimiyyyət arasında yalnız düşmən münasibət var idi. İndi Ədalət müəllim məqalədə nə yazıb, bilmirəm. Ola bilsin ki, siyasi təşkilat üzvlərindən, rəhbərlərindən xəstə olanlar olub, onlara kömək ediblər. Mən bilirəm ki, bir neçə partiya sədri xəstə olub, onların xəstələyinin müalicəsi üçün hakimiyyət tərəfindən müəyyən köməklik olunub. Ancaq hesab etmirəm ki, o məsələni şişirtməyin hansısa bir əhəmiyyəti var. Bu, müzakirə olunacaq məsələ deyil ki, nəyə görə belə deyib. Biz hesab edirik ki, sosial təbəqənin hamısına yeri gələndə dövlətin qayğısı olmalıdır. O cümlədən də mediaya, siyasi təşkilatlara, qeyri-hökumət təşkilatlarına olmalıdır. Artistlərə iki gündən bir ev verirlər, yaxud eləsi var, 5 ev veriblər, amma onlara heç kəs heç nə demir”.
“Mən bilmirəm, bunu deməkdə Ədalət müəllimin məqsəd nədir, ola bilsin ki, sözgəlişi deyib. Yəni geniş müzakirə üçün əsas görmürəm. Bizim müzakirə etməyə o qədər dərdimiz-azarımız var ki. Məsələn, ərazilərimiz işğaldan azad olunub, orada necə möhkəmlənməliyik? Biz Xankəndinə, Xocalıya və digər ərazilərimizə nə vaxt həqiqi surətdə yiyələnməliyik? Nə vaxt orada da bayrağımız dalğalanmalıdır? Mənə elə gəlir ki, bunlar müzakirə olunmalıdır”,-deyə partiya sədri əlavə etdi.
Siyasi partiya mənsublarının respublikanın ictimai-siyasi həyatında daha yaxından iştiraka cəlb etmək məqsədilə televiziya kanallarında müvafiq mövzular üzrə çıxışlarının şöbə tərəfindən təmin edilməsinə gəlincə, E.Musayev qeyd etdi ki, partiya rəhbəri olaraq bu müddət ərzində Azərbaycan televiziyaları-nə ATV, nə İctimai Televizya, nə “Xəzər”, nə də “Lider” şəxsən onu bir dəfə çağırmayıb, yalnız bir dəfə “Space” çağırıb: “O kanalda ictimai-siyasi vəziyyət haqqında qısa bir veriliş idi. Amma siyasi təşkilat rəhbərlərinin hansı mövzu ilə təmin edilməsi ilə mən bildiyim qədər Ədalət müəllimin rəhbərlik etdiyi şöbə yox, başqa şöbə məşğul olur. Onunla məşğul olanlar da Ramiz Mehdiyevin, Əli Həsənovun adamlarıdır ki, Azərbaycan televiziyasına nəzarət edirlər. Ona görə də bizi efirlərə buraxmırlar. Kimi efirə buraxırlar, ondan mənim xəbərim yoxdur. Hakimiyyətyönlüləri onsuz da əvvəldən efirə buraxırdır, indi də buraxırlar. Bizi onsuz da efirə buraxmırlar. Mən məqaləni oxumamışam. Ona görə, detalları bilmirəm ki, kimi nəzərdə tuturlar. İkincisi də dövlətin nəzarətində olan televiziyalarda sərbəst, müstəqil fikir demək üçün Prezident Administrasiyasından hansısa göstəriş verilibsə, buna normal yanaşmaq lazımdır. Yox, əgər deyilbsə ki, konkret bizim mövqeyimizdən çıxış etməlisiniz, buna qeyri-normal yanaşmaq lazımdır”.
Siyasi partiyalar haqqında yeni qanuna ehtiyac olduğunu vurğulayan E.Musayev bildirdi ki, başqalarından fərqli olaraq bununla bağlı onların mövqeyi olub: “Mən açıq demişdim ki, “Siyasi partiyalar haqqında” qanun çox sadə olmalıdır. İnsanların müxtəlif, o cümlədən siyasi fəaliyyətlə məşğul olmaq hüququ var. Bunu hansısa çərçivəyə salmaq olmaz, yüngülləşdirmək, insanlara o şansı vermək lazımdır. O məsələnin ikinci tərəfidir ki, niyə siyasi təşkilatlar çoxdur? Ona görə, siyasi təşkilatlar çoxdur ki, ölkədə normal demokratik seçkilər keçirilmir, saxta seçkilər keçirilir. Əgər normal demokratik seçki keçirilərsə, siyasi təşkilatlardan kim seçilir, qalacaq, kim də seçilmir, sıradan çıxacaq. Yəni bunlar təbii yolla olmalıdır, süni yolla yox”.
Partiya sədrinin sözlərinə görə, Prezident Administrasiyasında ən yaxşı işləyən şöbə Ədalət Vəliyevin şöbəsidir:“Bilirsiniz ki, ölkəmizdə müharibə getdi, bu dövr ərzində dövlətin, hakimiyyətin, Ali Baş Komandanın, bütövlükdə bizim siyasətin güclü olması üçün siyasi təşkilatların həmrəyliyi lazım idi, 50 siyasi təşkilat dəfərlə bir yerdə bəyanat verdi, vahid mövqe sərgilədi. Bu, birmənalı olaraq Ədalət Vəliyevin rəhbəlik etdiyi şöbənin xidmətidir. Yenə deyirəm, məqalədə nə yazılıb, xəbərim yoxdur, amma mən çəkinmədən açıq deyirəm, Prezident Administrasiyasında, ümumiyyətlə, Azərbaycan hakimiyyətinin içərisində ən yaxşı işləyən varsa, o şöbə olub”.
“Azərbaycanda media azadlığı yoxdur”

ReAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, Ədalət Vəliyev İctimai Televizya və AzTV ilə bağlı belə bir fikir səsləndirsəydi, məntiqli olardı: “Çünki İctimai Televiziyada hamımız iştirak edirik. Bu kanalın büdcəsi hamımızın ödədiyi vergilərdən formalaşır. AzTV də büdcədən maliyyələşir. Burada müxalifətin fikirlərini səsləndirməsi üçün hökumətin hansısa addım atması alqışlanılandır. Ona görə ki, bu kanallar onların nəzarətindədir. Amma özəl kanallarla bağlı belə bir fikir söylənməsi bir daha sübut edir ki, Azərbaycanda media azadlığı yoxdur. Hətta formal olaraq özəl kanallar belə, hakimiyyətin nəzarəti altındadır. Bu isə yaxşı bir şey deyil. Ədalət Vəliyevin bu açıqlaması da hakimiyyətin media siyasətində hansı yol tutduğundan xəbər verir".
Şöbə müdirinin “iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilmişdir” fikirlərinə gəlincə, Cəfərli qeyd etdi ki, bununla bağlı hökumət ayrıca açıqlama versə, daha doğru olardı: “Çünki hakimiyyətlə dialoq masasında iştirak edən 50 partiya var və bu açıqlamalarda həmin hissənin kimlərə şamil olduğunu özləri desə, yaxşı olar. Doğrudur, REAL Partiyası da bu formatda iştirak edir və biz yalnız siyasi görüşlərimizi, müzakirəmizi ictimaiyyətə açıqlamışıq. Çünki danışığımız bu yöndə olub. Bu günə kimi kimə hökumət tərəfindən sağlamlıqla bağlı yardım olunub, o partiyaların, yaxud təşkilatların adlarını açıqlasalar, daha yaxşı olar. Ölkədə tək sədrdən ibarət partiyalar var. Onlar öz şəxsi problemlərini həll ediblərsə, bu, artıq hökumət tərəfindən həmin partiyalara münasibətdən xəbər verir”.
N.Cəfərli onu da vurğuladı ki, Azərbaycanda siyasi partiyalar haqqında yeni qanuna ehtiyac var: “Amma daha ehtiyac olan məsələ partiyaların normal funksional vəziyyətə gətirilməsi üçün proporsional seçki sisteminin bərpasıdır. Yəni proporsional seçki sistemi ölkədə partiyaların ələnməsinə, ideoloji partiyaların formalaşmasına və ümumilikdə iqtidar-müxalifət münasibətlərinə də çox ciddi müsbət təsir göstərə bilər. Hesab edirəm ki, siyasi partiyalar haqqında qanuna baxışla yanaşı, proporsional seçkinin bərpası daha doğru olar və bu iki məsələ bir yerdə həll olunmalıdır. Yəni proporsional seçkilər olacaqsa, bu zaman “Siyasi partiyalar haqqında” qanuna da dəyişiklik etmək lazım gələcək”.
Şamo Emin








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
• ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13
• Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06
• ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru