Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                 

“Korrupsiya cinayətində təkcə həmin icra qurumları yox, dövlətin nəzarətedici qurumları da məsuliyyət daşımalıdır” - Ekspert danışır
Tarix: 11-12-2020, 08:42 | Çap et
“Korrupsiya cinayətində təkcə həmin icra qurumları yox, dövlətin nəzarətedici qurumları da məsuliyyət daşımalıdır”
Azad edilmiş torpaqlarımızda böyük yenidənqurma işlərinin başlanması ərəfəsində Cəlilabad rayonunun icra başçısının korrupsiya ittihamı ilə vəzifədən azad edilməsi hələ də ölkədə bu problemin aktual olmasından xəbər verir. "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a müsahibəsində korrupsiyanın kökünü kəsməyin və dövlət qurumlarının fəaliyyətinə nəzarətin effektiv yollarından danışıb.

- Postmüharibə və bərpa dövründə dövlət büdcəsini korrupsiyadan necə qoruya bilərik? Hansı islahatlara ehtiyac var?

- Həqiqətən yeni bir dönəm başlayır və bu yeni dönəmin yeni çağırışları var. 2018-ci ildə prezident İlham Əliyev parlamentdə çıxışında bildirmişdi ki, idarəetmənin daha da təkmilləşdirilməsi üçün bütün istiqamətlərdə islahatlar davam etdirilməlidir. Xüsusən də idarəetmədə struktur və sistem dəyişikliklərinin baş verməsinin vacibliyini qeyd etdi. Eyni zamanda siyasi sistemdə dəyişikliklərin baş verəcəyini anons etdi. Bundan dərhal sonra prezident adminstrasiyasında ciddi dəyişikliklər baş verdi. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıdı. Siyasi partiyalarla böyük bir dialoq başlandı və indi də davam etməkdədir. Yeni siyasi partiyalar qeydə alındı. İdarəetmədə yeniliklər baş verdi, növbədənkənar parlament seçkiləri oldu. Əsas məqamlardan biri də korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurumlarda baş verən dəyişikliklər oldu. Baş Prokurorluqda yenilik oldu, eyni zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibi yeniləndi. Bundan sonra korrupsiyaya qarşı mübarizə milli fəaliyyət planının konturları açıqlandı. Burada innovasiyaların tətbiqi, yeni alətlərdən istifadə, ictimai iştirakçılığın genişləndirilməsi, qərarların qəbul edilməsinin daha şəffaf aparılması, vətəndaş cəmiyyəti ilə əlaqələrin daha da dərinləşdirilməsi və sair nəzərdə tutulurdu.

- Əliməmməd bəy, bu istiqamətdə həm də əməli işlər, hüquqi tədbirlər görüldü, həbslər oldu. Lakin bu, korrupsiyanın kökünü kəsməkdə yetərli olmadı...

- Həbslər, vəzifədən kənarlaşdırmalar bir daha onu göstərdi ki, ölkədə siyasi iradə var. Ötən il ərzində korrupsiya cinayətinə yol vermiş bir çox vəzifəli şəxslər həbs edildi. İcra hakimiyyəti başçıları vəzifədən çıxarıldı, həbs edildi. Nazir və nazir müavinlərinin, idarə rəislərinin vəzifədən çıxarılması, həbs edilməsi baş verdi. Bu onu göstərir ki, korrupsiyaya qarşı mübarizə iki istiqamətdə gedir. Həm institutsional dəyişikliklərin baş verməsi, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması, həm də bu cinayətlərə yol verənlərin cəzalandırılması. Korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir.

Burada mühüm mesajlardan biri də o oldu ki, hər hansı toxunulmaz şəxs yoxdur. İndi dövlət məmuru vətəndaşın xidmətçisi olmalıdır. Ölkə başçısı da dedi ki, mən vətəndaşın bir nömrəli xidmətçisiyəm. Kadrların dəyişməsi, təmiz insanların vəzifəyə gətirilməsi önəmlidir. Ancaq bununla bərabər, sistem dəyişiklikləri də baş verməlidir. Korrupsiyaya aparan səbəblər, niyə bu hallar artır, genişlənir, niyə icra hakimiyyəti institutunda bu qədər dərindir? Deməli, idarəetmə formasının dəyişdirilməsinə ehtiyac var.

- Bölgələrdə yerli idarəetmənin hansı formada dəyişdirilməsini təklif edirsiniz? İcra hakimiyyəti institutu ləğv edilməlidirmi?

- Bəlkə idarəetmə ilə bağlı yeni prinsiplər gətirilməlidir, idarəetmə forması dəyişilməlidir. Yerli idarəetmə bələdiyyələrə verilməlidir, regional idarəetmə mərhələsinə keçid baş tutmalıdır. İcraedici qurumu regional səviyyəyə qaldırmaq lazımdır. Bu həm dövlətin xərclərinin azalmasına, həm də idarəetmədə çevikliyə gətirib çıxara bilər. Bu kimi dəyişikliklərə ehtiyac var.

İqtisadiyyatda gedən dəyişikliklər də bu mənada önəmlidir. Son illər iqtisadiyyatda ciddi dəyişikliklər gedir, strateji yol xəritələri qəbul olunur. Amma eyni zamanda monopoliya yenə qalmaqdadır. Məmur monopoliyasının qarşısını almaq üçün Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir. Bu, qəbul olunmayanda bazardakı oyunçuların davranışları hüquqi müstəvidə öz qiymətini tapmır. Yenə də məmur kapitalizmi davam edir. Məmurların gəlir və xərc bəyannaməsi ilə bağlı qanun qəbul olunmalıdır, onların vəzifə dövründə xaricdə əmlak sahibi olmaq, xarici banklara vəsait yerləşdirmək hüququ ləğv edilməlidir. Kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində müəyyən uğurlar var. Ancaq buna təsir edən amillər daha da dərinləşdirilməlidir.

Maliyyə amnistiyası ilə bağlı qanunun qəbul olunmasına da ehtiyac var. Xüsusən hazırkı şəraitdə daha aktual məsələdir. Müharibəni qələbə ilə başa vurduq, torpaqlarımız tam azad edildi, indi o ərazilərin bərpasına ehtiyac var. Bunun üçün ciddi məbləğdə maliyyə resurslarının cəlb edilməsinə ehtiyac var. Bu mənbələrdən biri də maliyyə və əmlak amnistiyası ola bilər. Nəticədə həm vəsaitlərin ölkədən çıxarılmasının qarşısı alınar, həm də xaricdə bizim vətəndaşlarımıza, məmurlarımıza, iş adamlarına məxsus kapital ölkəyə gətirilər. Leqal sahibkarların sayı artar.

Kapital daha rahat nəfəs alar, kapital sahibləri artıq vəsaitlərini təhlükədə hiss etməyəcəklər. Bu vəsaitlər işğaldan azad edilmiş ərazilərin bərpasına, orada aqrar sənaye, turizm sənayesi, mədən sənayesi ilə bağlı sahələrə yatırıla bilər.

- Sizin vətəndaş cəmiyyəti olaraq, dövlət qurumlarının fəaliyyəti ilə bağlı bir çox monitorinqləriniz olub. Ən çox yeyinti hansı sahələrdədir?

- Əsasən satınalmalara nəzarət gücləndirilməlidir. Dövlət satınalmaları ilə bağlı qanunun tamamilə dəyişdirilməsinə ehtiyac var. Satınalmalar dövlət büdcəsindən xərcləmələrin əsas hissəsini təşkil edən geniş bir sahədir. Hər il 4 milyarddan 6 milyard manata qədər vəsait satınalmalara gedir. Şəffaflıq Azərbaycan Təşkilatının apardığı tədqiqatlardan da bəlli oldu ki, dövlət satınalmalarında şəffaflıqla bağlı, hesabatlılıqla bağlı çox ciddi problemlər var. Dövlət satınalmaları kimlərlə həyata keçirilməlidir, müqavilələr kimlərlə bağlanmalıdır, öhdəliklərin şişirdilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı məsələlərə diqqət artmalıdır. Elektron satınalmalarla bağlı məhdudiyyət var. 3 milyon dollardan artıq satınalmanın elektron keçirilməməsi ilə bağlı qadağa var. Qanunvericilikdə dəyişiklik olmalıdır, biz bu barədə təklif vermişdik. İqtisadiyyat Nazirliyi bizim təkliflərimizi də nəzərə almaqla yeni qanun layihəsi hazırlayıb ki, bu da hüquqi bazanın yaranmasına gətirib çıxaracaq. Nəticədə satınalmalarla bağlı neqativ halların qarşısı müəyyən qədər alına bilər.

- Qeyd etdiyiniz məsələ Dağlıq Qarabağ və ətraf rayonların bərpası prosesində də çox əhəmiyyətlidir. Böyük məbləğdə dövlət vəsaitlərinin qısa müddətdə korrupsiya qurbanı olmaması üçün nə təklif edirsiniz?

- 10 milyarddan artıq vəsaitin bərpa prosesinə cəlb edilməsi gözlənilir. Bu, nəhəng bir rəqəmdir. Elə burada ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi, şirkətlərin həmin prosesə cəlb edilməsi nə dərəcədə şəffaf olacaq. Bu regionların yenidən qurulması ilə bağlı bütün məlumatlar ayrıca bir saytda dərc olunmalıdır, nə qədər satınalma həyata keçirilib, hansı şirkətlər tərəfindən həyata keçirilib, bütün məlumatlar tam şəffaf olmalıdır. Həm vətəndaşlarımız görülən işlər, xərclənən vəsaitlərlə tanış olsun, həm də vətəndaş cəmiyyəti müstəqil monitorinq sistemi yarada bilsin, qiymətləndirmə apara bilsin. Vətəndaş cəmiyyəti də korrupsiyaya qarşı mübarizədə dövlətin əsas portnyorudur, həm də fərdi marağı olmayan partnyorudur.

- Hazırda bunun üçün vətəndaş cəmiyyətinin yetərincə imkanları varmı?

- Əlbəttə, çatışmazlıqlar var və bunun üçün vətəndaş cəmiyyəti ilə bağlı mühit də dəyişməlidir. İctimai nəzarəti həyata keçirə bilmək üçün vətəndaş cəmiyyətinin resurslara çıxış imkanları olmalıdır. Bizim maliyyə mənbələri yetərli deyil, azdır. Vətəndaş cəmiyyətinə ayrılan vəsaitlər il ərzində 15-18 milyon manat civarında olur. Ancaq vətəndaş cəmiyyətinin ehtiyacları ümumilikdə 100 milyona yaxındır. Xarici maliyyə resurslarına çıxış imkanları məhduddur. Qrant haqqında dəyişikliklər edilməklə buna imkan yaradılmalıdır. Vətəndaş cəmiyyəti azad olunan torpaqlara yeni infrastruktur layihələri gətirə bilər. Halbuki beynəlxalq qurumlardan maliyyə mənbələrinin buraya cəlb edilməsi gələcəkdə həmin vəsaitlərin ödənilməsi ilə bağlı dövlətə problemlər yarada bilər. Humanitar layihələr çərçivəsində bir çox infrastruktur işlərini vətəndaş cəmiyyəti vasitəsilə həyata keçirmək olar. Yaponiya səfirliyi su layihələri, yol layihələri həyata keçirir, səhiyyə müəssisələrinin tikilməsini həyata keçirir. USAİD-in kənd təsərrüfatı layihələri var. Onları azad olunmuş torpaqlara cəlb etmək olar. Həmçinin səhiyyə və təhsil ocaqlarının tikintisinə cəlb etmək olar. Mədəni abidələrin bərpası, ekoloji tarazlığın qorunması, yeni meşələrin salınması prosesinə cəlb etmək olar. Bu istiqamətlərdə dəyişikliklər də korrpusiyaya qarşı mübarizənin effektivliyini artıra bilər.

Korrupsiya cinayətində təkcə icra qurumları yox, dövlətin nəzarətedici qurumları da məsuliyyət daşımalıdır. İcra baçısı korrupsiyaya görə həbs olunursa, deməli, nəzarət mexanizmi yaxşı həyata keçirilə bilmir. Ona görə ictimai şuraların yaradılması, ictimai iştirakçılığın bərpa edilməsi, qərar qəbul etmə prosesində vətəndaşların iştirakı çox vacib məsələdir. Bu, həm qərarların keyfiyyətinin artmasına, həm də effektiv icra edilməsinə gətirib çıxara bilər. Bu gün bizim bir çox məmurlar hesab edir ki, qərarları yalnız özləri verməlidirlər, özləri nəticə çıxarıb həll etməlidirlər. Kabinetdə qəbul edilən qərarların ömrü kabinetdən çıxana qədərdir, ondan sonra bitir. Sovet dövründə ölkədə bir rüşvət-korrupsiya vərdişi formalaşmışdı. İndi ən vacib məsələ anti-korrupsiya vərdişlərinin yaradılmasıdır. Bu proseslərin gücləndirilməsinə, ictimaiyyətdə anti-korrupsiya dünyagörüşünün yaradılmasına ehtiyac var.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru