Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                 

"Naxçıvan dəhlizinin açılması üzərində ciddi cəhdlə işlər başlanmalıdır" - Partiya sədri
Tarix: 16-12-2020, 08:44 | Çap et
"Naxçıvan dəhlizinin açılması üzərində ciddi cəhdlə işlər başlanmalıdır"
Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı hələ də müzakirə mövzusudur. Çünki Azərbaycan həmin parad vasitəsi ilə dünyaya yeni mesajlar verdi, Azərbaycan-Türkiyə birliyini bir daha nümayiş etdirdi və Cənubi Qafqazda yeni siyasi vəziyyətin yarandığını göstərdi.

Milli təhlükəsizlik nazirinin keçmiş müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Reyting.az-a müsahibəsində həm dünyaya verilən mesajları, həm də Azərbaycanla bağlı son vəziyyəti müzakirə edib:

- Azərbaycan parad vasitəsi ilə dünyaya mesaj verib bildirdi ki, artıq əvvəlki Azərbaycan deyil. Azərbaycanın paradı yeni dövlətin qurulduğunun elanı, bir dövlət olaraq yeni inkişaf mərhələsinə keçidin bəyan olunması idi.

Bu parad, həm də Türkiyə-Azərbaycan münasibətlərinin yeni səviyyəyə keçdinin mesajıdır. Artıq yeni bir mərhələnin qapısının aralandığı elan olundu.

- Hərbi parad zamanı Prezident Əliyevin çıxışında İrəvan, Göyçə və Zəngəzurun Azərbaycanın əzəli əraziləri olduğu bir daha vurğulandı. Artıq rusiyalı, erməni mütəxəssislərin də toxunduğu Zəngəzur məsələsi siyasi gündəmə gətirilə bilərmi?

- Biz bu məsələyə yalnız Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Rusiya savaşı və ya Rusiyanın Ermənistan vasitəsilə bizimlə vəkalət müharibəsi aparması kontekstində baxsaq səhv etmiş olarıq. Bu müharibə artıq geopolitik xarakter alıb, dünyada və regionda gedən geopolitik savaşın tərkib hissəsidir. Ona görə də, bu məsələyə tam və hərtərəfli obyektiv qiymət vermək üçün dünyada və regionda gedən savaşın, yeni dünya düzəni quruculuğunun bir ünsürü kimi baxmalıyıq. Yalnız bu halda məsələlərə hərtərəfli və obyektiv qiymət verə bilərik. Yalnız belə halda aydınlaşar ki, Böyük Britaniyanın, Çinin, İsrailin buradakı maraqları nədən ibarətdir. Eləcədə Türkiyə və Pakistanın maraqları nədir. Həmçinin İran və Rusiyanın maraqlarına diqqət etməliyik.

Bu geopolitik savaş hələ yeni başlayıb, biz onun birinci fazasından keçdik, hələ bu faza tam başa çatmayıb. Nəzərə alın ki, bizim ərazimizin kiçik də olsa, bir hissəsi Rusiya və Ermənistanın hərbi birliklərinin nəzarəti altındadır. Qarşıda Zəngəzur məsələsi var. Hələ üçüncü məsələ də İran-Cənubi Azərbaycan məsələsidir. Ona görə də hesab edirəm ki, bizi qarşıda müharibə potensialı olan üç böyük problemli məsələ gözləyir.

Birincisi rus-erməni silahlı dəstələrinin hələdə nəzarətində qalan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yerdə qalmış ərazisi və Laçın dəhlizi.

İkincisi, Zəngəzur.

Üçüncüsü İran və Böyük Azərbaycan məsələsi.

Hesab edirəm ki, bu məsələni müzakirə edərkən Çinin “Bir kəmər, bir yol” kimi böyük strateji layihəsini unutmayaq və bunun da arxasında London və Pekinin durduğunu nəzərə alaq. Eləcədə dünya yəhudi lobbisinin regiondakı maraqlarını da unutmamaq vacibdir. Sözsüz ki, Türkiyə və Pakistanın da öz maraqları mövcuddur. Bunları nəzərə almaqla məsələlərə doğru-dürüst qiymət verə bilərik.

Qarşıdakı dövrdə, xüsusilə ABŞ-da hakimiyyətin dəyişdiyini, Bayden administrasiyasının Rusiyanı əsas təhdid saydığını hesaba almaqla demək olar ki, 2021-2022-ci illərdə Rusiya məsələsi gündəmə gələcək. Rusiya ilə birlikdə postsovet məkanı və Azərbaycan məsələsi də gündəmdə olacaq. Biz bütün Şərqi Avropada, Baltik-Qara dəniz xəttində, Xəzər regionunda vəziyyətin gərinləşməsinin şahidi olacağıq.

İkincisi, Bayden administrasiyası Trampdan fərqli olaraq Avropa Birliyi və NATO ilə birgə hərəkət edəcək. Bu kontekstdə Türkiyənin önəminin artacağını da gözləmək lazımdır.

Ücüncüsü də, Böyük Birtaniyanın Çinlə birlikdə, amma hələlik ayrı hərəkət etdiyini nəzərə almalıyıq.

London-Pekin xəttinin ABŞ-Avropa Birliyi-NATO xəttinə qoşulub-qoşulmayacağını da yaxın gələcəkdə görəcəyik. Azərbaycan və Türkiyənin də Pekin-London xəttində olduğunu nəzərə almalıyıq. Yaxın gələcək bu xətlərin birləşib-birləşməyəcəyi ortaya qoyulacaq. Bu da çox önəmli geopolitik gəlişmə olacaq.

- Ancaq ilk dəfə siz qeyd etmişdiniz ki, müharibədən sonra Ermənistana təzminat iddiası qaldırmaq, onun milyardlarla dollar cərimələnməsinə nail olmaq, bu təzminatı ödəyə bilməyəcəyi təqdirdə Zəngəzuru tələb etmək lazımdır...

- Bəli, doğru deyirsiniz. Sadəcə, mən məsələyə bir qədər geniş baxdım. Adətən mən bir məsələni deyirəm və digər mütəxəssislər mövzu haqqında danışmağa başlayanda, mən bir daha bu məsələyə qayıtmıram. Yəni niyyət o deyil ki, hər dəfə bildirim ki, bunu mən demişdim. Təbii ki, məsələni gündəliyə gətirməyin ən münasib yolu budur. Azərbaycan beynəlxalq ekspert və təşkilatları cəlb etməklə qiymətləndirmə aparır. Məncə, bu iş genişləndirilməlidir və düşünürəm ki, hazırda bu istiqamətdə ciddi iş görülür. Sonra beynəlxalq məhkəmələrdə müvafiq iş açılmalı, Ermənistan qarşısında təzminat davası başlanmalıdır. Düşüncəmə görə, bu davaların miqyası böyük olacaq və Ermənistanın bunu ödəmək imkanı olmayacaq. Bu zaman Azərbaycan qanunauyğun şəkildə və beynəlxalq praktikanı nəzərə alaraq təzminatın torpaqla ödənməsi məsələni qaldıracaq. Məncə, niyyət də budur. Qənaətimcə, Azərbaycan və Türkiyə rəhbəliyinin yanaşmasından da bunu görmək olar. Bu, sevindirici haldır. O mənada ki yanaşma tamamilə doğrudur. Hesab edirəm ki, bu istiqamətdə davam etmək lazımdır. Sözsüz ki, bunun tarixi aspektləri də var. Amma biz tarixi aspektləri indi qabartmaqla yanlışlığa yol vermiş olarıq. Biz məsələyə beynəlxalq hüquq və praktika kontekstində yanaşmalı, müharibə təzminatını qaldırmalı və bunu ödəmək iqtidarında olmayan Ermənistandan torpaq tələb etməliyik.

- Sizcə, Mehri dəhlizindən Naxçıvana çıxış imkan veriləcəkmi?

- Hesab edirəm ki, üçtərəfli sazişdə nəzərdə tutulduğu kimi, Naxçıvan dəhlizinin açılması üzərində ciddi cəhdlə işlər başlanmalıdır. Eyni zamanda sənəddə nəzərdə tutulduğu kimi, əlavə yolların və kommunikasiyaların açılmasına çalışmalıyıq. Yəni gözləməməliyik ki, təzminat məsələsi gündəmə gəlsin. İndidən bunun alt yapısını Azərbaycan hazırlamalıdır.

Azərbaycan tərəfi çalışmalıdır ki, Zəngəzur dəhlizindən keçəcək bütün yolların və kommunikasiya xətlərinin xərcini özü çəksin. Bu, gələcəkdə bizim öz iddiamızı əsaslandırmaq baxımından münasib element olacaq. Buna xüsusi məsələ kimi yanaşmaq lazımdır.

- Amma erməni siyasətçilərin açıqlamalarından aydın görünür ki, onlar bu dəhlizin açılmasına qarşıdır. Yeri gəlmişkən, 10 dekabrda imzalanan üçtərəfli sazişdən bu yana Ermənistan Baş naziri Nikol Paşinyan bir dəfə də olsun bu barədə danışmayıb...

- Məncə, perspektivlə bağlı məsələlərə sual-cavab tapmaq üçün prosesə geopolitik baxımdan yanaşmaq lazımdır. Yəni prosesə qlobal, geopolitik, yeni dünya düzəni quruculuğu kontekstində yanaşmalıyıq. Əgər Bayden administrasiyası dönəmində Vaşinqton-Brüssel xətti ilə Pekin-London xətti arasında anlaşma olacaqsa, burada Ermənistanın, hətta Rusiyanın fikrinə heç kim baxmayacaq və bu dəhliz açılacaq. Yox, əgər Vaşinqton-Brüssel xətti ilə Pekin-London xətti arasında indiki ziddiyyət davam edəcəksə, Türkiyə və Azərbaycanın London-Pekin xəttində olduğunu nəzərə alaraq Vaşinqton-Brüssel xətti Ermənistanla birlikdə bu prosesi yubada, qarşısına ala bilər. Odur ki, bu məsələdə diqqətli olmalıyıq. Yəni qarşıdakı dövrdə Vaşinqton-Brüssell xətti ilə London-Pekin xətti arasında münasibətlər necə qurulacaq? Bizim marağımız tələb edir ki, bu xətlər arasında anlaşma olsun. Anlaşma olacaqsa, bizi qarşıda gözləyən və üç müharibə təhlükəsi yarada biləcək məsələdə maraqlarımızı qoruya biləcəyik. Bizə lazım olan budur ki, qarşıdakı 4 ildə Ankara və Bakının olduğu London-Pekin xətti ilə Vaşinqton-Brssel xətti arasında yaxınlaşma və uzlaşma olsun.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru