Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər .....                     Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ .....                     Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                 

"Bir paçka dolları basdım Əli Həsənovun cibinə" - Cinayətkar şəbəkə İFŞA OLUNUR
Tarix: 4-01-2021, 09:04 | Çap et
"Bir paçka dolları basdım Əli Həsənovun cibinə"
“El bir olsa, dağ oynadar yerindən”, – deyib atalarımız. Bu müdrik sözlərin təsdiqini ötən ilin payızında bir daha görüb, şahidi olduq. Cəmi 44 günə düşmənin dizini yerə qoyduq. 30 ildə edə bilmədiyimizi cəmi 6 həftədə etdik. 44 gündə Azərbaycan xalqı 7-dən 77-dək yekdil oldu, yumruğu bir yerə vurdu. Heç kim bu müqəddəs savaşda yaxasını kənara çəkmədi. Evində çörəyi olmayan neçə soydaşımız bəlkə də neçə gün ac yatıb, ac durdu. Dözdü. Evin tək övladı əsgər paltarı geyindi, ata-ana demədi ki, niyə sən? Hər bir azərbaycanlı müsəlləh əsgər oldu. Ən qəribəsi bu idi ki, 27 sentyabra qədər bəlkə də hər gün söyülüb, tənqid olunan məmurlar haqqında da 44 gün ərzində heç kim danışmadı, dərdini içinə gömdü, “qurban olsun Prezidentimizə”, – dedi. Heç bir şəhid atası demədi ki, “belim qırıldı”, heç bir şəhid anası demədi ki, “evimin işığı söndü”. 44 gün ərzində hamının dilində bir söz bitdi: Hər şey Vətən üçün!

Xalqımızın monolit birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandanın iradəsi mümkünsüzü mümkün etdi. Təbii ki, respublika prezidenti bu qələbənin memarı oldu. Bu qələbə qalasını illər boyu kərpic-kərpic tikdi. Bir anlığa göz önünə gətirək.

2018-ci ilin aprelində Azərbaycanda prezident seçkiləri keçirildi. Seçkilərdə qəti qələbə qazanan İlham Əliyev yeni hökumət qurdu. Bu hökumətdə bir çox yeni simalar yer aldı. Doğrudur, onların hamısı prezidentin etimadını və xalqın sevgisini qazanmadı. Amma hər halda onlar milli kadr idi. 5-ci kolonun üzvləri deyildilər.

Seçkilərdən az sonra İlham Əliyev ilk dəfə bəyan etdi ki, Azərbaycanda 5-ci kolon var. Bunu etiraf etməyin özü bir qəhrəmanlıq idi. Çünki bu kolon əslində çox böyük xarici kəşfiyyat şəbəkəsi idi. Və hakimiyyətin bütün qollarında yetərincə yuva qurmuşdu. Azərbaycan Prezidenti bir də ona görə qəhrəman idi ki, nəinki 5-ci kolonun olmasını dedi, həm də ona qarşı açıq mübarizəyə başladı. Çünki xarici kəşfiyyat xidmətlərinin güclü agenturası fəaliyyətdə olduğu müddətdə ölkədə hər hansı bir inqilabi dəyişiklik etmək və müharibəyə başlamaq mümkün deyildi. Ona görə də prezident açıq şəkildə 5-ci kolonun üzərinə getdi.

Birinci, güc strukturlarında vacib kadr dəyişikliyi aparıldı. Eyni vaxtda DİN, DTX rəhbərliyi, bir müddət sonra Baş prokuror dəyişdirildi. Novruz Məmmədovun Baş nazirlik müddəti bir ildən bir az çox çəkdi. İyul döyüşlərindən sonra isə Xarici İşlər naziri Elmar Məmmədyarovun 17 il 4 aylıq hökmranlığına son qoyuldu. 5-ci kolonun Müdafiə Nazirliyindəki fəalları neytrallaşdırıldı və müharibənin başlanmasından bir müddət əvvəl Nəcməddin Sadıxov başda olmaqla xeyli geneiralitet istefaya göndərildi. Ən böyük hadisə isə hakimiyyətin “boz kardinalı” adlandırılan Ramiz Mehdiyevin yola salınması oldu. Buna qədərsə Ramiz Mehdiyevin “sağ əli” Əli Həsənov neytrallaşdırılmışdı.

Mən bu yazımda 5-ci kolonun digər üzvləri barədə yox, məhz Əli Həsənov haqqında danışmaq istəyirəm. Çünki Əli Həsənov Azərbaycan dövlətinə və xalqına son 30 ildə ən çox ziyan vuran iki məmurdan biridir. Və bəlkə də birincisidir. Əli Həsənovun statusu elə idi ki, göydə uçan quşdan da onun xəbəri olmalı idi. Əslində Əli bəyin də nəinki göydə uçan quşlardan, hətta yerdə sürünən zəhərli ilanlardan da xəbəri var idi. Əli Həsənov Ramiz Mehdiyevə arxalanaraq ölkədə cinayətkar şəbəkə yaratmışdı. Bu şəbəkə Hacı Məmmədovun qanqsterlərindən, Eldar Mahmudovun qoçularından daha qorxulu idi. Çünki Hacı Məmmədovun da, Eldar Mahmudovun da hədəfləri lokal idi. Onları yalnız milyonçular maraqlandırırdı.

Əli Həsənovun isə hədəfi təmiz insanlar, doğrunu söyləyənlər və özünə, sözünə hörmət edənlər idi. Yəni Əli Həsənov Azərbaycanın genefondunu məhv etməklə məşğul idi. 25 illik hakimiyyəti dövründə o, Azərbaycan mətbuatının görən gözünü kor, eşidən qulağını kar eləməyə çalışdı. Ətrafına yığdığı korazehin adamlarla nə qədər işıqlı ziyalının ürəyini partladıb öldürdü. Nə qədər kasıb, yetim jurnalisti barmaqlıqlar arxasına saldırdı. Bir anlığa diqqət edək. Əli Həsənov 1,4 ildir ki, siyasi səhnədə yoxdur. Amma bu müddətdə bir dənə də olsun jurnalist həbs olunmayıb. Bir dənə də olsun siyasi fəal incidilməyib. Necə deyərlər, “qurdla quzu bir yerdə otlayır”.

Əli Həsənov korporativ maraqları üçün bütün zamanlarda dövləti maraqları ayaqlar altına atırdı. O, öz statusundan istifadə edərək bütün məmurlardan “dolya” alırdı. Onun haqq aldığı məmurlar siyahısında ən bərkgedən nazirlərin adı da vardı. İcra başçıları isə sadəcə Əli üçün xırda çibxərcliklər ödəyən məmurlar idi. Həsənovun qurduğu texnologiya isə belə idi.

O, bütün məmurlarla razılaşmışdı ki, sizi mətbuatdan qoruyacam. Və ən başlıcası mətbuatın sizin haqqınızda yazdıqlarının ölkə rəhbərliyinə çatmasının qarşısını alacam. Təbii ki, bu təklif istənilən məmur üçün cəlbedici idi. Ona görə də məmurların tam əksəriyyəti onunla separat danışığa gedirdi. Amma Əli Həsənov aldığı dolya ilə kifayətlənmirdi. Davamlı şəkildə həmin məmurları şantaj edirdi.

Burda bir hadisəni xatırlatmaq istəyirəm. Təxminən 10-12 ilin söhbətidir. Yüksəkçinli bir məmur tanışım söhbət zamanı mənə gileyləndi ki, “ay qardaş, dişimi qurtlayanda da bu Əlinin xəbəri olur. Məni boğaza yığıb. Beş gündən bir zəng edir ki, bəs sənin haqqında filan məlumat var. Qəzetə vermək istəyirlər. Gör neynirsən?!”.

Bax, Əli belə Əli idi. Hələ onu demirəm ki, bir çox iriçaplı məmurlarla iş ortaqlığı vardı. Əli Həsənovun məmurlara “arxa durması” təbii ki, sosial narazılığı artırır, məmur özbaşınalığına meydan verirdi. Bu, məsələnin bir tərəfi.

Məsələnin digər tərəfi isə o idi ki, Əli Həsənovun biabırcı və cinayətkar əməlləri hesabına ölkə mətbuatının rəngi də dəyişirdi. Mətbuat ancaq şou əhlinin təbliği ilə məşğul idi, yəni “sarı mətbuat”a çevilmişdi. Onun hökmranlığı dövründə rəsmi mətbuata tənqidi yazılar yazmaq, şikayətlərlə bağlı süjetlər hazırlamaq birmənalı şəkildə qadağan olunmuşdu. Bu qadağanı pozan televiziya rəhbəri və qəzet redaktorunu çox ciddi cəza gözləyirdi. Yəni obyektiv, vicdanlı jurnalistləri Əli Həsənovun görən gözü yox idi. Onun vaxtında biabırçı “media kapitanları” ifadəsi var idi. O, özünə yaxın bildiyi, dediyi ilə oturub-duran “jurnalistlər”i ora toplamışdı. Əli Həsənovun “media kapitanları” da harda aş, orda baş idilər. Fəxri adlar, pulsuz mənzillər, dövlətin mətbuata ayırdığı vəsaitlər məhz həmin “media kapitanları” üçün idi. Əli Həsənov bütün bunlardan gözü doymayıb, arvadı üçün bir media holdinq də yaratmışdı, oğlunu isə “XəzəTV”nin başına keçirmişdi.

Qəribə burası idi ki, o, dünyanın aparıcı KİV-lərinin ölkəmizdəki nümayəndələrindən də “dolya” umurdu. “Dolya” verməyənlərin isə bu və ya digər şəkildə ölkədən qovulmasına nail olurdu. Bunun acısını biz bu gün, xüsusilə də 44 günlük müharibədə dəhşətli dərəcədə hiss etdik. Bu gün ölkəmizdə nəinki SNN, BBS, “Reuters” kimi media nəhənglərinin, heç Rusiya televiziyalarının da müxbir məntəqələri yoxdur. Halbuki Ermənistanda dünyanın bütün aparıcı xəbər agentliklərinin müxbir postları var. Amma bizdə yoxdur. Çünki Əli Həsənov onların hamısının “dalından dəymişdi”. Onun milli xəyanəti hesabına Azərbaycan informasiya blokadasına alınmışdı.

Obyektiv fikirlər subyektiv yanaşmalardan formalaşır. Əli Həsənovun subyektiv yanaşmasına görə Azərbaycan çətin günlər yaşadı. Təsadüfi deyil ki, Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin son 3 ayda əsas işlərindən bir də aparıcı xəbər agentliklərini Azərbaycana dəvət etmək olub. Halbuki o agentliklərin çoxunun Azərbaycanda nümayəndəlikləri var idi, onları Azərbaycandan Əli Həsənov qovdu.

Yeri gəlmişkən, bir xatirə danışmaq istəyirəm. 2004-cü il idi. Moskvada yaşayan imkanlı bir soydaşımızla söhbət edirdim. Məndən soruşdu ki, “mən nə eləsəm, dövlətə, millətə xeyri olar”. Jurnalist olduğum üçün ilk ağlıma gələn bu oldu. Dedim ki, “Moskvadakı əlaqələrinizdən istifadə edin, aparıcı televiziyaları, xəbər agentliklərini Azərbaycana gətirin. Qoy onlar Azərbaycan həqiqətlərini öz gözləri ilə görsün, yazsın”. Mənim fikrim xoşuna gəldi. Dedi ki, “ORT, RTR, NTV – hansını deyirsən, gətirirəm. Bütün xərcini də çəkərəm. Amma gərək buna razılıq ola”. Mən dedim ki, “bunu edə bilərəm”. Razılaşdıq. Mənim Nuşirəvan Məhərrəmli ilə münasibətlərim vardı. Ona çıxdım. Fikrimi dedim. O da razı qaldı. Qərara aldıq ki, Əli Həsənovla həmin adamı görüşdürək. Nəhayət, görüş günü gəldi. Biz Nuşirəvan müəllimin otağında gözlədik və Əli bəy gəldi. Görüşdük, danışdıq.

Təşəbbüsümüzə Əli Həsənov pis baxmadığını dedi. Sonra mənim tanışım təklif etdi ki, “gedək, bir yerdə oturub çörək yeyək, həm də məsələni ətraflı danışaq”. Təbii ki, müəyyən səbəblərə görə mən onlarla getmədim. Lakin axşam tanışımla zəngləşdim. Soruşdum ki, “nə oldu?”. Güldü, dedi ki, “Nə olasıdır ki, oturduq danışdıq. Əli mənə dedi ki, eloğlu, televiziya-zad lazım deyil. İmkanın var, bizi gör. Biz də sənə nə deyirsən, köməklik edək”. Soruşdum ki, “Bəs sən nə etdin?”. Qayıtdı ki, “nə edəsiyəm ki? Bir paçka dolları basdım cibinə, getdi”.

Bax, Əli Həsənov belə bir məmur idi… Əslinə baxsan, 5-ci kolonun bütün üzvləri bu cür varlıqlardır. Onlar üçün hər şeyin başında pul dayanır. Onlar üçün Vətən, millət ancaq bir ifadədir, məqsədlərinə çatmaq üçün vasitədir. Son məqsəd isə lap çoxlu puldur. Pulgirlərinsə milliyyəti və Vətəni olmur…

Surxay Atakişiyev,

KONKRET.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11
• Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru