Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                 

Deputat deyir ki, bahalaşmadan başqa yol yox idi... - ekspertlər isə bu fikirlə razı deyil
Tarix: 7-01-2021, 08:25 | Çap et
Deputat deyir ki, bahalaşmadan başqa yol yox idi...
Tarif Şurası tərəfindən benzin və dizel yanacağının qiymətinin artırılması ölkə gündəminin əsas müzakirə mövzusudur. Məlum olduğu kimi, Şura yeni ilin ilk iş günü – 4 yanvar 2021-ci il tarixində, gecə saatlarında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 1 litr üçün 80 qəpik olaraq müəyyənləşdirdi.

Bu qərar hansı zərurətdən irəli gəldi? Tarif Şurasının əsaslandırması nə qədər doğru və məntiqlidir? Qərar xalqın güzəranına necə təsir edəcək? Başqa zəruri istehlak məhsullarının qiymətində də artımlar ola bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında bildirdi ki, bu, gözlənilən addım idi:

“Benzin və dizelin, hətta qazın qiymətlərinin artması qonşu ölkələrdə – Türkiyə, Gürcüstan, Rusiya və Qazaxıstanda, hətta Baltikyanı ölkələrdə də müşahidə edilir. Baxmayaraq ki, dünyada qazın qiyməti müəyyən qədər aşağı düşmüşdü, amma Baltikyanı ölkələrdə aksizlərin qaldırılması ilə qiymətlər artdı”.

Millət vəkili qeyd etdi ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur və təbiidir ki, biz də tədricən dünya standartlarını tətbiq edirik:

“Dünya standartlarını tətbiq edərkən dizel yanacağını və benzini istehsal edən zavodlar da rekonstruksiya edilməlidir. Yeni qurğuların, yeni texnologiyanın istifadə olunması yeni investisiyalar, vəsaitlər deməkdir. Bu da sözsüz ki, yeni məhsulun maya dəyərinə və deməli, qiymətinə də təsir edir”.

Quliyevin sözlərinə görə, yanacağın qiymətinin artmasına bir sıra amillər təsir göstərir:

“Əvvəla, beynəlxalq standartlar var. Ümumiyyətlə, Azərbaycanda ekoloji problemlərə və onların həllinə böyük diqqət ayrılır və buna dövlətin kifayət qədər marağı var. Təbii ki, burada ən qabaqcıl məsələlərdən biri də bu beynəlxalq standartlardır. Benzin və dizel yanacağının beynəlxalq standartlara cavab verməsi bu baxımdan labüddür, vacibdir”.

Deputat tez-tez səslənən “Azərbaycan neft istehal edən ölkə olduğu halda, niyə yanacağın qiyməti artırılır” sualına da cavab verdi:

“Sualın cavabı ondan ibarətdir ki, neftlə benzini qarışdırmaq lazım deyil. Benzin neftin ən yüksək formada emal məhsuludur. Mən texnoloq deyiləm, amma əldə etdiyim məlumatlar əsasında deyə bilərəm ki, neftin benzinə keçməsi üçün yüksək xərc tələb olunur və kifayət qədər avadanlıq olmalıdır. Təbiidir ki, istənilən formada maya dəyəri qalxdıqda bu, birbaşa qiymətlərə təsir edir. Bütün dünyada belədir. Rusiya bizdən dəfələrlə çox neftə sahibdir və ixrac edir. Buna baxmayaraq, Rusiyada da benzin və dizelin qiyməti kifayət qədər yüksəkdir. Biz də bu addımı atmalı idik”.

R.Quliyev koronavuris səbəbi ilə tətbiq olunan lokdaunların da təsirini vurğuladı:

“Bu amil də var. Bütün ölkələrdə Ümumi Daxili Məhsulun və iqtisadiyyatın geriləməsi müşahidə olunur. Dünya iqtisadiyyatı təqribən 12 trilyon dollar geriləyib, hətta Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının proqnozlarına görə, bu itkilərin üzümüzə gələn iki ilin içərisində 28 trilyon dollara qədər artması gözlənilir. 28 trilyon dollar kifayət qədər böyük rəqəmdir və dünya iqtisadiyyatının beşdə birindən də çoxdur. Yəni, təbiidir ki, gedən proseslər dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir edir. Bizim ölkədə də məcburiyyət qarşısında apardığımız lokdaun siyasəti var. Hər gün 5 minə yaxın yeni koronavirusa yoluxan, xəstələnən qeydə alınırdısa, indi bu rəqəm on dəfə azalıb. Yəni müsbət nəticələr var. Amma iqtisadiyyata bunun mənfi təsiri gözlənilirdi. Bu təsirlərdən biri də ondan ibarətdir ki, biz 2021-ci ilin büdcəsində gəlir barəsində də düşünməliyik. Həmin büdcənin hardasa 40 faizə qədəri sosial məsələlərlə əlaqədar nəzərdə tutulub. Ümumiyyətlə, bizim büdcəmiz 20 ilə yaxındır ki, sosial yönümlü büdcədir”.

R.Quliyev bildirdi ki, hökumət inflyasiyanı 3 faiz həddində saxlaya bilib və cari il üçün də 3 faiz həddində proqnozlaşdırılır:

“İqtisadi artım 4 faizə qədər gözlənilir. Valyutamız devalvasiya olunmadı və biz valyutamızı saxlaya bildik. 2021-ci ildə də valyutanın eyni səviyyədə qalacağı proqnozlaşdırılır. Bizdə dövlət borcu da artmadı, təqribən 20-21 faiz civarındadır. Halbuki bütün postsovet məkanında, hətta inkişaf etmiş ölkələrdə də dövlət borcunun səviyyəsi 60-70 faizi keçib. Məsələn, Ukraynada dövlət borcu hardasa 70 faizi ötür. Bütün bunlar hamısı nəyi göstərir? Bütün bunlar Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını göstərir və büdcədə yığılan vəsait şübhəsiz ki, 2021-ci ildə insanların sosial problemlərinin həllinə yönəldiləcək”.

Milli Məclisin digər üzvü Aydın Mirzəzadə Tarif Şurasının qərarını düzgün sayır:

“Bu məsələ barəsində Tarif Şurası kifayət qədər izahat verib”.

Qərarın xalqın güzəranına təsirinə gəldikdə isə deputat deyir ki, bu məsələ hər zaman dövlətin və prezidentin diqqətindədir:

“Bu il üçün qəbul edilən büdcədə bütün bunlar nəzərə alınıb. Yeni iş yerlərinin yaradılması, əmək haqqlarının daim artması, sahibkarlığın inkişafına diqqət Azərbaycan dövlətinin diqqətində olan məsələlərdir. Vaxtaşırı bununla bağlı qərarlar qəbul edilir”.

İqtisadi ekspert Natiq Cəfərli isə deyir ki, bu qərar çox güman ki, keçən il dotasiyaların azadılmasından qaynaqlanır:

“Dövlət büdcəsindən ayrılan dotasiyalar azaldılarkən təbii ki, bunun yerini doldurmaq da lazımdır. Bu da qiymət artımı kimi qeyri-populyar və qeyri-rasional addıma səbəb olur və dövlət dotasiyaların əvəzini vətəndaşın üzərinə qoyur. Ona görə də, düşünürəm ki, bu addımın rasional bir izahı dotasiyaların ləğvi ilə bağlıdır. Çünki indiki dövrdə belə bir addımın atılmasına o qədər də ehtiyac yox idi. Ölkə iqtisadiyyatı pandemiyadan çox ciddi zərər çəkib. Bu qərar inflyasiyanı da sürətləndirəcək. Bu da indiki dövr üçün yaxşı nəticə deyil”.

Ekspert Tarif Şurasının əsaslandırmasının çox gülünc səsləndiyini bildirdi:

“Təbii ki, ekoloji problemlərin həlli çox ciddi məsələdir. Bu, bütün dünyanın problemidir. Amma bunun həllinin başqa yolları da var. Əgər daxili yanma mühərrikində benzin və dizel yanacağından istifadə edilməsini minimuma çatdırmaq istəyiriksə, bunun çox sadə yolları mövcuddur. Dəfələrlə təkliflərimiz olub ki, ölkəyə gətirilən hibrid avtomobillərin rüsumu sıfıra endirilsin, sıfır vergi tətbiq edilsin. Bununla həmin avtomobillərin ölkəyə gətirilməsini təşviq etmək olar. Nəticədə həm ekologiyaya müsbət təsiri olar, həm də ölkənin avtoparkı yenilənər”.

Qərarın əhalinin güzəranına necə təsir edəcəyinə dair sualı cavablandıran iqtisadçı ekspert vurğuladı ki, dizel yanacağının qiymətinin artması aqrar sektorda, logistikada, yükdaşımalarında qiymət artımına səbəb olacaq:

“Hökumət deyir ki, buna görə fermerlərə müəyyən kompensasiyalar veriləcək. Məncə, kompensasiyalar itkiləri tam ödəyə bilməyəcək. Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edən təkcə fermerlərin əməyi deyil, burada logistikanın da ciddi rolu var. Daşıma xərcləri də artacaq. Bu sahədə isə heç bir kompensasiya nəzərdə tutulmur”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru