Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                 

“İlanın” quyruğunu tapdamışıq, amma hələlik zəhəri qalıb” - deputat
Tarix: 8-01-2021, 10:48 | Çap et
“İlanın” quyruğunu tapdamışıq, amma hələlik zəhəri qalıb”
“Qarabağ məsələsi bitib. Mən artıq belə bir münaqişəni tanımıram. Yoxdur belə bir münaqişə. Cənab Prezident İlham Əliyev bu barədə konkret, açıq şəkildə bildirib. Mən təəcüblənirəm ki, biz yenə də Qarabağ münaqişəsi, danışıqlarla bağlı söhbət edirik”.

Bu sözləri AYNA-ya müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov deyib. Qarabağla bağlı bu il aparılacaq müzakirələrdən, görüləcək işlərdən danışan deputat bildirib ki, əsas məsələ azad olunan ərazilərə qayıdışdır.

- Müharibə bitdi, siyasi mərhələ başladı. Bundan sonra yerdə qalan məsələlərin həlli, sülh yaradılması, xalqların birgəyaşayış məsələsi var. Bunlar danışıqlar tələb etmirmi?

- Bundan sonra Azərbaycan üçün, xalq olaraq bizim üçün əsas olan, Qarabağa böyük qayıdışın təmin olunması, qayıdışın həyata keçirilməsi, 30 ildir işğal altında dağıdılan şəhərlərimizin, kəndlərimizin bərpası məsələsidir. Qarabağa qayıtmaq böyük məsələdir. Cənab Prezident Qarabağ Dirçəliş Fondunun yaradılması haqqında fərman və sərəncam imzaladı. Fondun tərkibində iqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirlərinin, aidiyyatı komitə, birlik sədrlərinin, deputatların, mədəniyyət xadimlərinin olması heç də təsadüfi deyil. Demək istədiyim odur ki, bundan sonra Qarabağın bərpası məsələsi gündəmdədir. Azad edilən ərazilərimizin çiçəklənməsi, iqtisadiyyatın, ekologiyanın, mədəniyyətin bərpası işlərinə start verilir. Bu istiqamətlər fonunda digər məsələlər var ki, əlbəttə, o məsələlər gündəmdən çıxmayıb. Bu da hərbi güc və bundan irəli gələn məsələlərdir. Fondun yaradılması ilə bağlı sərəncama diqqətlə baxsanız, görərsiniz ki, Azərbaycan üçün gələcəkdə hansı məsələlər prioritetdir.

- Yəni, 2021-ci il, sadəcə Qarabağa qayıdışla bağlı məsələlər əsas prioritetdir...?

- Bilirsiniz, biz hələ torpaqlarımız işğalda olan zaman dünyaya bizdən gözlənilməyən cavabı verdik. Yəni, dünya gücləri fikirləşirdi ki, biz Qarabağın işğalı ilə razılaşacağıq, ədalətsizliklə barışacağıq, əbədi olaraq məğlub xalq olaraq yaşayacağıq. Amma biz əvvəlcə, torpaqlarımız işğalda olarkən qalib gəldik. Elə bir iqtisadiyyat, elə bir güc, ordu yaratdıq ki, bu güc ərazilərimizin işğaldan azad edilməsinə əsas verdi. Qısa müddətdə işğalçıların ordusunu məhv edərək ərazilərimizi təmizlədik. Əlbəttə, bundan sonra hansısa qüvvələr bizi təxribatlara çəkəcəklər, buna cəhdlər olacaq. Həm xaricdən, həm Ermənistan, həm də içəridəki bəzi qüvvələr təxribatlara çəkməyə cəhd göstərəcəklər. Amma cənab Prezident hər zaman qeyri-adi, yaradıcı yanaşmalar nümayiş etdirir. Bu yaradıcı yanaşma da ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı daha da güclənir, ölkəmiz dünya səviyyəli inkişaf etmiş ölkələr sırasındadır. Ona görə də bu təxribatların qarşısı alınacaq. Bu günlərdə beynəlxalq qaz boru kəməri olan TAP istifadəyə verildi, Azərbaycan qazı dünya bazarına çıxdı. Təsəvvür edirsiniz, bu, nə deməkdir? Müharibədən yenicə çıxmış bir ölkə Avropanın enerji təhlükəsizliyini təmin edən böyük bir layihəni başa çatdırdı və TAP işə başladı.

- Belə başa düşdüm ki, hərbi sahə ilə iqtisadiyyatın güclənməsi əsas prioritetlərdəndir. Həm təxribatların qarşısını almaq, həm də Qarabağın bərpası baxımından...

- İşğaldan azad edilən ərazilərimizin dirçəlməsi, şəhərlərimizin, kəndlərimizin bərpası ilə yanaşı, dünyaya hərbi və iqtisadi gücümüzün böyük olduğunu nümayiş etdirməliyik. Həm ənənəvi neft-qaz sahəsində, həm də qeyri-neft sektorunda inkişaf etməliyik. Dünya görməlidir ki, Qarabağı necə gözəlləşdiririk. Həmçinin, mədəniyyətimizi dünyaya nümayiş etdirməliyik. Ermənistanın faşist ideologiyasına qarşı, multikultural ölkə olduğumuzu, bu dəyərlərə qiymət verdiyimizi göstərməliyik. Ermənilərin soyqrımı siyasətinə qarşı, xalqların birgəyaşayış düsturunu dünyaya təqdim etməliyik. Bu ideyaları isə qoruyan qüvvələr olmalıdır. Həmin qüvvə də güclü ordumuz və güclü iqtisadiyyatımız, xalq-iqtidar birliyi olmalıdır.

- Yəni, görülməli olan işlər çoxdur...

- Əlbəttə, işlər çoxdur, həm də həddindən artıq çoxdur. Bu işləri görmək üçün bizim hər bir potensialımız var. Ən əsası da, gördüyümüz işlərin hamısını beynəlxalq aləmə göstərməliyik, sübut etməliyik. İllər boyu bizə qarşı olan “ilanın” quyruğunu tapdamışıq. Amma o “ilanın” hələ ki, zəhəri qalıb. Həm Ermənistanın içərisində, həm də xaricdə o zəhər var. Azərbaycan dünyaya elə gözəl nümunələr təqdim edib, edəcək ki, qısqanclıqlar olacaq. Azərbaycanı başqa istiqamətə yönləndirmək cəhdləri olacaq ki, o cəhdlərə xalqımızın birliyi ilə, dövlətimizin gücü və potensialı ilə, gördüyümüz işlərlə cavab verməliyik.

- Ermənistanda və Qarabağ separatçılarının içərisində revanşist qüvvələr var. Onlar yenidən toparlanmaq, yenidən işğalçılıq etmək çağırışları edirlər. Həmin qüvvələri Azərbaycan necə ram edəcək? Ermənistan cəmiyyətini necə inandırmalıyıq ki, yeni müharibə onların özləri üçün fəlakətdir?

- Əlbəttə, revanşist qüvvələr var. Özü də onların sayı az deyil, həm Ermənistanın içərisində, həm Ermənistandan kənarda yenidən müharibə çağırışı edən qüvvələr mövcuddur. Amma reallıq tamamilə başqadır. Bu gün Ermənistanın içərisindəki revanşistlər hakimiyyətə gəlməyə can atırlar. Onlar hansısa formada yenidən müharibə məsələlərini gündəmə gətirməklə öz maraqlarını güdürlər. Lakin Azərbaycanın yaratdığı reallığı dəyişdirmək mümkün deyil. Azərbaycanın qələbəsi dünyaya artıq yeni geosiyasi xəritə nümayiş etdirir. Təsəvvür edin ki, Rusiya ilə Türkiyə arasında birbaşa dəmiryol xətti olacaq. Azərbaycanın Naxçıvan bölgəsi ilə quru yolu bərpa ediləcək. Azərbaycan Ordusu Şuşada, Ağdamda yerləşib. Sərhədlərimiz bərpa olunub və əsgərimiz sərhədlərimizi elə qoruyur ki, onu pozmaq, dəyişdirmək istəyənlər faktiki olaraq özlərinə qəsd etmiş olacaqlar.

Təbii ki, hansısa revanş istəkləri var, bu çağırışlar edilir. Amma Ermənistandakı həmin qisasçılar Azərbaycanın yaratdığı reallığı dəyişmək iqtidarında deyillər. Yenidən işğalçılıq meyillərində olanların ayaqları yer tutmasın deyə Azərbaycan qəti dayanmaq fikrində deyil. Dayanmamaq, irəli getmək, artıq hərbi müstəvidə yox, iqtisadi, mədəni, siyasi-diplomatik müstəvidə işlər həyata keçirilməlidir və həyata keçirilir. Bu gün hər kəs Azərbaycanla ünsiyyətdə olmaq istəyir. Bir çox xarici qüvvələr qalib gəlmiş xalqla, dövlətlə əlaqələr qurmağa maraq göstərir. Siz baxın, Azərbaycanda hansı səviyyədə görüşlər keçirilir, ölkə başçısına kimlər təbrik məktubları göndərirlər. Bu gün beynəlxalq aləmdə regionumuz Azərbaycanın qələbəsi üzərində təhlil edilir. Bütün bunları Ermənistanın həmin revanşist qüvvələri nəzərə almalı, ağıllarını başlarına yığmalıdırlar. Ermənistan düz yola gəlib Azərbaycanla, Türkiyəylə, Rusiyayla normal münasibətlər qurmalıdır. Əks təqdirdə, bir dövlət olaraq özü-öz mövcudluğunu sual altında qoymuş olacaq.

- Rusiya və Ermənistan mətbuatında məlumatlar yayılıb ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri yanvarın 11-də Moskvada görüşəcəklər. Sizcə, bu görüşdən hansı nəticələr əldə edilə bilər?

- Mənim elə bir görüş barədə məlumatım yoxdur. Bu gün Ermənistan daxilində xaosdur, ciddi böhran müşahidə edilir. Onlar bu gün özləri anlamırlar ki, Ermənistanı kim, necə, hansı səviyyədə və hansı imkanlarla beynəlxalq aləmdə təmsil etmək iqtidarındadır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru