Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... .....                     Fikir ayrılığı olar, yol ayrılığı olmasın .....                     "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" .....                     ADNSU-da yeni təyinat .....                     “Virus hüceyrəyə keçir, karantin olacaq” .....                     Metroda gediş haqqı BAHALAŞIR? .....                     Departament müdiri "Azərsun Holdinq"i tərk etdi .....                     Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir .....                     Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR .....                     Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub .....                     "Yaxşı fırıldaq yolu tapıblar..." .....                     Bu suda İNCİ SAFLIĞI yoxdur... .....                     Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                 

“Əli Kərimli qəbahətlərini yalanlarla ört-basdır etməyə çalışır” - Adil Əliyev
Tarix: 11-01-2021, 10:47 | Çap et
“Əli Kərimli qəbahətlərini yalanlarla ört-basdır etməyə çalışır”
“Əli Kərimli Azərbaycan Prezidentinin milli həmrəylik və dialoq təşəbbüsünə qoşulmama ilə bağlı radikal düşərgəyə yönəlik tənqidlərindən nəticə çıxarmaq əvəzinə, qəbahətlərini yalanla ört-basdır etməyə çalışır”.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev Ovqat.com-a açıqlamasında belə deyib.

AXCP sədrinin Prezident İlham Əliyev barədə internet televiziyalarından birində səsləndirdiyi fikirləri şərh edən vitse-spikerin fikrincə, Əli Kərimli göz görə-görə faktları təhrif edir: “O, həmin çıxışında iddia edir ki, “Milli Şura” Vətən müharibəsi zamanı həmrəylik nümayiş etdirib. Cəmiyyəti bu yalana inandırmaq hansı əxlaqi-mənəvi meyara uyğun gəlir, yaxud özünü “siyasətçi” adlandıran biri bu qədər bəsit yalan danışarmı? Biz bilirik ki, onun rəhbərlik etdiyi AXCP 50 siyasi partiyanın Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə dəstək xarakterli birlik - həmrəylik bəyanatlarına qoşulmadı. Belə olan halda, MŞ, AXCP və şəxsən Əli Kərimli kiminlə həmrəylik nümayiş etdirib? Həmin dövrdə Azərbaycan Ordusunun zəfər yürüşündən narahat olan qüvvələr ilə?”.

Həmsöhbətimiz arxada buraxdığımız 2020-ci ilin Azərbaycan tarixində silinməz izlər saldığını iddia edərək, ən mühüm hadisənin Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun Qarabağda qazandığı qələbə olduğunu vurğulayıb.

“Bəşəriyyətin müxtəlif hadisələrə, rəngarəng proseslərə şahidlik etdiyi 2020-ci il başa çatdı, dünyanın siyasi tarixinin yeni səhifələri yazıldı. Pandemiya şəraiti çoxsaylı çətinliklər yaratsa da, əlamətdar hadisələr də ötən ilin təqviminə əbədi həkk olundu. Xüsusilə də, tarixi ədalətin bərpa olunması mənasında. Bunlar sırasında, heç şübhəsiz, zəfər yürüşünü uğurla başa çatdıran Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi xüsusi yer tutur. Bu, təkcə Cənubi Qafqazın lider dövlətinin ərazi bütövlüyünün bərpa olunması deyil, həm də regionda yeni reallıqların formalaşması, dünya nizamının gələcəyinə təsir edən yeni geosiyasi miladın yaranmasıdır. Şübhəsiz, ötən il ölkədə siyasi islahatların aparılması, dialoq mühitinin möhkəmləndirilməsi, sosial sahədə yeni strateji əhəmiyyətli qərarların qəbul olunması və digər amillər də Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirdi. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə bütün bu məsələlərə ətraflı nəzər salaraq çox mühüm fikirlər səsləndirdi”,-vitse-spiker belə deyib.

Adil Əliyevin fikrincə, bu və digər reallıqlar Azərbaycanın qarşısında yeni perspektivlər açılmasını təmin edib: “Amma sosial şəbəkənin Azərbaycan seqmentinə nəzər salanda diqqəti bu reallıqlardan yayındırmaq istəyən marginal bir qrupun zərərli təbliğat aparmasının şahidi oluruq. Əlbəttə, “azərbaycanlı” milli kimliyi daşıyanların əqidəsi buna yol verməməlidir. Şəxsi ambisiyaların əsirinə çevrilmək dövlətin milli maraqlarına zidd davranış sərgiləməyə haqq və bəraət qazandıra bilməz”.

Əli Kərimlinin “xaricdən maliyyələşən internet kanallarının birində” səsləndirdiyi ifadələrin təkcə tariximizin saxtalaşdırılmasına yönəlik addım olmadığını” düşünən vitse-spiker AXCP sədrini həm də bugünkü reallıqların təhrif etməkdə günahlandırır: “Bu təhrif həm də o təsəvvürü formalaşdırır ki, sözügedən marginal qrupun məqsədi sağlam siyasi mübarizə aparmaq deyil, ən yaxşı halda ictimai rəyi yanıltmaqdır. Elə məqamı yetişmişkən bəzi nüanslara toxunaq:
Əvvəla, bu şəxs Azərbaycanın hərbi-siyasi qələbəsinin üzərinə kölgə salmaq üçün möhtəşəm zəfərimizi “yarımçıq” adlandırır, Azərbaycan Ordusunun “axıra qədər getmədiyini” deyir. Bu, kobud yalan və qərəzdən doğan niyyətin təzahürüdür. Azərbaycan Ordusunun 44 günlük müharibə çərçivəsində tarixi torpaqlarımızı azad etməsi istisnasız olaraq hər kəsə məlumdur.

Üstəlik, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra 3 rayonumuzun bir güllə atmadan, hər hansı itki vermədən azad olunması bizim tarixi nailiyyətimizdir. Bəs qələbəni “yarımçıq” adlandıranlar nə istəyirlər, məgər onlar üç rayonumuzun siyasi yolla qaytarılmasından narazıdır?! Bəlkə, Ermənistanın itkilərindən narahatdırlar, yaxud bizim yeni itkilər verməyimizi istəyirdilər?

Digər məqama nəzər salaq: o, “Ermənistan tam təslim olmayıb” kimi fikir səsləndirərəkən hansı reallığa əsaslanır? Özü də bilməlidir və yəqin, bilir ki, təslimiyyətin tamı və ya natamamı olmur. Kapitulyasiya aktına imza ataraq Azərbaycan torpaqlarından qovulan işğalçı dövlətin “ağ bayraq” qaldırması, üçtərəfli bəyanatda üzərinə öhdəliklər götürməsi natamam təslimçilikdir?! Ermənistanın baş naziri, prezidenti, digər rəsmi şəxsləri bu məğlubiyyət və təslimiyyəti həm qəbul, həm də etiraf etdikləri halda, Əli Kərimli nəyi və niyə inkar, təkzib etməyə çalışır?”.

Deputatın fikrincə, AXCP sədrinin “Prezident gündəmdən diqqəti yayındırmağa çalışır” fikri də ictimai rəyə özünü “siyasətçi” kimi təqdim edən şəxsin istifadə edəcəyi cümlə olmamalıdır: “Azərbaycan ictimai rəyində siyasi atmosfer zəfər əhvalı ilə zəngindir. Siyasi mənsubiyyətindən, sosial statusundan, yaşından, dilindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlı tarixi qələbənin qürur hissini yaşayır (hərçənd ki, Ə.Kərimli bunu “eyforiya” adlandıraraq özünü ifşa edir). Azərbaycan Prezidenti Onun rəhbərliyi ilə yaranmış bu reallıqdan diqqəti nə üçün yayındırsın? Məgər bundan böyük tarixi an və həqiqət məqamı var?! Bəlkə, Ə. Kərimli üçün var, amma Azərbaycan xalqı üçün yoxdur!”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36
• Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
• "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21
• ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17
• “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16
• Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12
• Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10
• Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07
• Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05
• Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01
• "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55
• Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru