Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                 

“Elə davranırlar sanki Paşinyanın vəkilidirlər” - deputat
Tarix: 13-01-2021, 10:28 | Çap et
“Elə davranırlar sanki Paşinyanın vəkilidirlər”
Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi 11 yanvarda Moskvadakı üçtərəfli görüşün pozulmasına çalışdı, Nikol Paşinyanı görüşə gəlməməyə çağırdı. Paşinyan hökuməti də erməni cəmiyyətində itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Erməni diplomatiyası Minsk Qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırıldı, görüşü Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəlləndi.

Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.

Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi. Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj da diqqət çəkdi. Paşinyan da Minsk Qrupu formatının bərpasına çalışır, Azərbaycan müxalifəti də. Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi.

Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan cəmiyyəti, müxalifəti birgə bəyannaməni kapitulyasıya aktı kimi qəbul edir. Ancaq Azərbaycanın radikal müxalifət qrupu deyir ki, yox, bu, kapitulyasiya deyil. Hətta o dərəcədə absurda gedirlər ki, Azərbaycanın məğlub olduğunu iddia edirlər. Azərbaycan cəmiyyəti bəzi radikal qrupların bu cür davranışını əlbəttə ki, etirazla qarşılayır, insanlar onları qınayır: “Çox az sayları olan, özünə müxalifət deyən kiçik marginal qrup dövlətin qələbələrinin davamının gəlməsi üçün nəinki hər hansı bir dəstək verir, əksinə, böyük qələbəmizin əhəmiyyətini kiçiltməyə, əhali arasında qəsdən pessimizm əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Bununla da faktiki olaraq öz antimilli mahiyyətlərini bir daha nümayiş etdirirlər. Reallıq hissindən uzaq düşmüş bu radikal qrupun mövqeyi birmənalı şəkildə milli maraqlarımıza qarşıdır. Nikol Paşinyan dolayısı ilə etiraf edir ki, Ermənistan görüşdə istədiyinə nail ola bilmədi, erməni müxalifəti Ermənistanın Moskva görüşündə növbəti məğlubiyyətlə üzləşdiyini bəyan edir. Buna bənzər fikirləri Rusiya mediası yazır. Azərbaycandakı özünə müxalifət deyən radikal qrupun rəhbərləri isə Ermənistanın Moskva görüşündə uğur əldə etdiyini deyir. Elə davranırlar sanki Paşinyanın vəkilidirlər. Onlar milli heysiyyətini itirmiş, şəxsi siyasi ambisiyalarına görə hər şeyi qurban verməyə hazır olan marginal dəstədir. Azərbaycan cəmiyyəti onları şübhəsiz ki, rədd edir. Bu dəstə xam xəyallardan hələ də qurtula bilmir. Unudurlar ki, Qarabağ kartından öz siyasi məqsədləri üçün sui-istifadə etmək və hakimiyyət iddiasına düşmək, hakimiyyətə gəlmək dövrü artıq qapanıb”.

Yeni Azərbaycan Partiyasının komissiya sədri, deputat Elman Nəsirov isə bildirdi ki, 11 yanavrda Moskvada imzalanan üçtərəfli sənədin Azərbaycanın maraqlarına uyğun gəlmədiyini iddia etmək qərəzin, reallıq hissini unutmağın son həddidir: “Yanvarın 11-də növbəti üçtərəfli bəyanatın imzalanması müharibədən sonrakı dövr üçün regiona sülhün, təhlükəsizliyin, əməkdaşlığın gətirilməsinə, inkişafına xidmət edən addımdır. Bu sənədin imzalanmasında eyni zamanda məqsəd onunla bağlıdır ki, 10 noyabr bəyanatının icrası prosesi tam olaraq həyata keçirilsin. İmzalanan sənəd bu prosesdə hansı boşluqların olduğu, hansı həllini gözləyən məsələlər var və onların həlli istiqamətində hansı növbəti addımların atılması lazımdır kimi məsələləri özündə ehtiva edir. 10 noyabr bəyanatının 9-cu bəndində Azərbaycanla Ermənistan arasında iqtisadi, nəqliyyat-komunikasiya əlaqələrinin bərpası nəzərdə tutulur. Ancaq bu bərpa necə həyata keçirilsin, hansı mexanizmlə reallaşdırılsın? Bax bu sualların cavabı 11 yanvarda imzalanan üçtərəfli sənəddə əksini tapıb. Bu razılaşma Azərbaycan Prezidenti İlham Əliyevin altıtərəfli əməkdaşlıq formatı ilə bağlı irəli sürdüyü təşəbbüsün tərkib hissəsidir. Azərbaycan Prezidenti müharibədən sonrakı yeni reallıqda əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən addımların təşəbbüskarı kimi çıxış edir. Ermənistan cəmiyyətinin müəyyən hissəsində, erməni müxalifətinin sıralarında Nikol Paşinyanın Moskvada imzaladığı sənədi Azərbaycan qarşısında növbəti məğlubiyyət kimi təqdim edənlər var. Həmin qruplar Paşinyanın Moskvaya gedişinin qarşısını almağa cəhd etmişdilər. Təəssüf ki, Azərbaycanda da kiçik bir radikal müxalif qrup Azərbaycanın milli maraqlarına zidd hərəkətlər edirlər. Azərbaycanın öz milli maraqlarından geri çəkildiyini bu radikal qrup bəyan edir. Halbu kiAzərbaycan öz milli maraqlarında bir addım da geri çəkilmir. Heç vaxt da çəkilməyəcək. Cənab Prezidentimizin ortada siyasi iradəsi var, qətiyyəti var. Cənab Prezident xalqına arxalanır”.

Deputat qeyd etdi ki, radikal müxalifət qrupu isə xalqdan ayrı düşüb. Onlar hər şeyi qara rəngdə görürlər: “Radikal müxalifət hələ Moskva görüşündən öncə özlərinə məxsus ənənəvi qara rəngli proqnozlar uydururdular. İddia edirdilər ki, Azərbaycan güzəştlərə məcbur ediləcək, rus sülhməramlılarının say tərkibi daha da artırılacaq. Bütün bu iddiaları doğrulmadı. İndi də başlayıblar ermənilərlə eyni mövqedən çıxış etməyə ki, ATƏT-in Minsk Qrupu dövriyyəyə girməlidir, danışıqlarda iştirak etməlidir. Azərbaycanın bu üzüqara radikal müxalifəti faktiki olaraq rdaikal erməni müxalifəti və erməni lobbisi ilə eyni mövqedən çıxış edir, bəzi davranışları isə Paşinyanın müdafiəsinə hesablanan davranışa bənzəyir. Bir daha xalqımız gördü ki, həmin radikal müxalifət ümummilli məsələdə dövlətin yanında ola bilmədi. Orduda, xalqda ruh düşkünlüyü yaratmağa hesablanan təbliğat kampaniyasını radikal müxalifət bu gün də davam etdirir. Ancaq Azərbaycan xalqı onların təbliğatına məhəl qoymur. Radikal müxalifət ictimai qınaq obyektinə çevrilir”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru