"Minsk Qrupunun işini bərpa etməsinin fayda gətirəcəyinə heç kim inanmır" - deputat
Tarix: 14-01-2021, 08:46 | Çap et
 Paşinyan bu vecsiz təşkilatın qayıtmasını istəyir, Ərdoğan isə onların 30 ildə görə bilmədiyini Türkiyənin 44 gündə həll etdiyini söyləyir; Razi Nurullayev: “Diplomatik dildən açıq sözə keçmək lazımdır, Minsk Qrupunun bizə lazım olmadığı deyilməlidir”
Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan can atırdı ki, ATƏT-in Minsk Qrupunun danışıqlar prosesinə cəlb edilməsinə nail olsun.
Baxmayaraq ki, nə Azərbaycan Prezidenti İlham Əliyev, nə rusiyalı həmkarı Vladimir Putin Minsk Qrupu haqda bir kəlmə danışdılar.
Elə Minsk Qrupunun iki həmsədri Bakıya təşrif buyurarkən də İ.Əliyev onların üzünə açıq şəkildə söyləmişdi ki, sizi dəvət etməmişik, öz təşəbbüsünüzlə gəlmisiniz, sözünüz varsa, kameralara söyləyin.
Bu münasibətin özü göstərirdi ki, rəsmi Bakı Minsk Qrupunun vecsiz fəaliyyətindən cana doyub və münaqişənin həllində yenidən vasitəçiliyindən imtina edir.
Çünki 30 il ərzində Minsk Qrupu turistik səfərlərlə məşğul olub və Qarabağ probleminin həllində bir qarış irəliləyişə nail olmayıb.
Onun və BMT-nin görməli olduğu işi Ordumuz icra edib.
Paşinyanın bu istəyinin gözündə qalacağını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də dolayısı ilə ifadə edib.
Ərdoğan deyib ki, Minsk Qrupunun 30 ildə görə bilmədiyini Türkiyə 44 gündə həll etdi. Bunun özü də maraqlı və ikibaxışlı bəyanatdır.
Əvvəla, Türkiyə lideri Minsk Qrupunun lazımsız olduğunu nəzərə çatdırıb, eyni zamanda qardaş ölkənin müharibədə iştirakını açıq vurğulayıb.
Azərbaycan tərəfi Türkiyənin 44 günlük savaşda bizə yalnız siyasi-mənəvi dəstək verdiyini bəyan edir, Ərdoğan isə açıqca bu savaşı Türkiyənin yaxından iştirakıyla udduğumuzu söyləyir.
Əslində Türkiyənin Vətən savaşında bizə hərbi dəstək verdiyini gizlətməyin əhəmiyyəti yoxdur. Qardaş ölkənin “Bayraktar” adlı pilotsuz uçuş aparatlarının əvəzolunmaz rolunu qeyd etmək lazımdır.
Odur ki, Ərdoğan Minsk Qrupunun gedib özünə başqa iş tapmalı olduğunu demək istəyir. Elə rəsmi Bakı da sıfıra qayıtmağın tərəfdarı deyil.
Siyasi təhlilçilərin fikrincə, Minsk Qrupu yenidən qayıdarsa, bundan Azərbaycan ziyan görə bilər.
Münaqişənin həlli üçün indiyədək heç nə etməyən təşkilatın indən belə hansısa faydalı iş görəcəyi inandırıcı görünmür.
Əgər effektiv fəaliyyəti olsaydı, ən azından hansısa məsələlər həllini tapardı. Amma bu illər ərzində səyahət edən Minsk Qrupunun həmsədrləri Qarabağ probleminə iş, qazanc predmeti kimi yanaşıblar. Bəs bu qurumdan yaxamızı necə qurtara bilərik? Onların qayıdışı bizə lazımdırmı? Hansı halda qayıda bilərlər? Bunun mənfi tərəfi nədir?
Digər tərəfdən, Minsk Qrupu qayıdırsa, onun 11 üzvündən biri olan Türkiyənin həmsədrlik mandatı məsələsi qaldırılmalıdır. Necə ola bilər ki, ermənipərəst Fransa həmsədr dövlətdir, Ermənistanın müttəfiqi olan Rusiya həmsədrdir, amma Türkiyə həmsədrlikdən kənarda qalır?
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupunun geri qayıtması hansısa mərhəldə mümkün olacaq. Deputatın sözlərinə görə, onların xidmətindən birdəfəlik imtina mümkün deyil:
“İndiyə qədər Rusiya, ABŞ, Fransa, eləcə də Azərbaycan və Ermənistan rəsmi şəkildə Minsk Qrupunun lazımsız olduğunu dilə gətirməyib.
Bu baxımdan onların nə zamansa yenidən fəaliyyəti olacaq. Amma Minsk Qrupunun işini bərpa etməsinin fayda gətirəcəyinə heç kim inanmır".
R.Nurullayev qeyd etdi ki, hazırda Rusiya Qarabağla bağlı meydanda effektiv, nəticəsi olan yeganə oyunçudur və vəziyyətin belə də qalmasını istəyir:
“Rusiya prezidentinin Minsk Qrupunun geri qayıtmasına marağı yoxdur, ona görə prosesi uzadacaq. Amma gec-tez Minsk Qrupu qayıdacaq. Onların qayıdışının region ölkələrinə, iştirakçı dövlətlərə heç bir xeyri yoxdur. Çünki Minsk Qrupu yenidən Qarabağın statusunu, “Dağlıq Qarabağ münaqişəsi” sözünü dilə gətirək. Bu da problemin birdəfəlik həllinə mane olur.
Azərbaycana Minsk Qrupu lazım deyil və biz problemi həll etmişik. O baxımdan onların gəlməsi bölgədə sülhün yaranması cəhətdən nə bizə, nə Ermənistana, nə regiona faydalıdır.
Odur ki, diplomatik dildən açıq sözə keçmək lazımdır, Minsk Qrupunun bizə lazım olmadığı deyilməlidir".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21 |
|
|
|
| • "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15 |
|
|
|
| • Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43 |
|
|
|
| • “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36 |
|
|
|
| • Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35 |
|
|
|
| • İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31 |
|
|
|
| • "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28 |
|
|
|
| • ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25 |
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18 |
|
|
|
|