Parisdə partlayışlar... .....                     "Rusiyanın imkanları başqalarından daha çoxdur" .....                     Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                 

“Heydər Əliyevin ruhu Azərbaycan xalqının tarixindən, mədəniyyətindən yoğrulub” - deputat
Tarix: 18-01-2021, 08:52 | Çap et
“Heydər Əliyevin ruhu Azərbaycan xalqının tarixindən, mədəniyyətindən yoğrulub”
Xəbər verdiyimiz kimi, ölkə başçısı yanvarın 14-15-də Şuşa şəhərində səfərdə olub, erməni işğalından azad edilən şəhərin tarixi məkanlarını gəzib, bir çox məsələlərlə bağlı ciddi mesajlar səsləndirib. Səfər əsnasında Üzeyir Hacıbəyovun, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş heykəlləri də Şuşaya aparılıb, öz əzəli yerinə qoyulub.

Moderator.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə ölkə başçısının Şuşa səfəri və bu səfər haqqında səsləndirdiyi bəzi mesajları şərh etməyə çalışdıq.

-Məşhur müəllim, öncə ölkə başçısının Şuşa şəhərinə tarixi səfəri ilə bağlı düşüncənizi bilmək istərdik. Sizcə bu səfərin ölkəmiz, onun bu günü və gələcəyi ilə bağlı önəmi nədən ibarətdir?

-Prezidentimizin Şuşa səfərini hər şeydən öncə “Qarabağ Azərbaycandır” şüarına qoyulan əməli nida kimi dəyərləndirmək mümkündür. Hansı ki, ilk gündən ölkə başçısı bütün beynəlxalq konfranslarda məhz bu şüarla çıxış edib. Bu, həm də bizim Şuşaya – Qarabağımıza qayıdışımızın başlanğıcıdır.

Şuşaya edilən bu səfər ölkə başçısının tariximizə, mədəniyyətimizə olan sevgi və qayğısının təzahürü idi. Bu səfər zamanı dahi şəxsiyyətlərimizin güllələnmiş heykəlləri əvvəlki yerinə qoyuldu, bu heykəllərin erməni vəhşiliyinə məruz qalması, işğalçıların insanlarla yanaşı, heykəllərə də divan tutması faktına yenidən diqqət çəkildi. Odur ki, bu səfər, həm də dünyaya bir mesaj idi.Hər zaman erməniləri müdafiə edən, onlara görə dünyanı ayağa qaldıran qüvvələrə, dövlətlərə ünvanlanan bu mesajın mahiyyəti ondan ibarət idi ki, görün siz necə vəhşi, barbar, mədəniyyət və sivilizasiyadan tamamilə uzaq bir toplumu müdafiə edirsiniz. Bir toplum, bir cəmiyyət ki, cansız heykəllərə belə güllə atır, onlara divan tutmağa çalışır, bu toplumun hansı mədəniyyətindən, hansı insani dəyərindən danışmaq olar?

Cənab prezident Şuşa səfərində dönə-dönə vurğuladı ki, bura Azərbaycanın mədəniyyət paytaxtı, islam dünyasının mədəniyyət mərkəzidir.

Ölkə başçısı Şuşadakı hər bir binanın qarşısında dayanıb onların hər birini xüsusi diqqətlə nəzərdən keçirdi, ürək yanağısı ilə Şuşanın keçmişi və gələcəyi ilə bağlı fikirlərini dilə gətirdi. Prezident İlham Əliyevin Şuşa səfərindən, orada səsləndirdiyi mesajlardan hər bir azərbaycanlı böyük qürur hissi keçirdi.

-Sizə bu səfər Şuşanın abadlaşdırılmasına, dirçəldilməsinə də öz töhfəsini verəcəkmi?

-Bəli. Hər kəs əmin ola bilər ki, prezidentimiz, dövlətimiz Şuşanın yenidən abadalaşması, onun bərpası və inkişafı üçün əlindən gələni edəcəkdir. Bununla da dünyaya Şuşamızın timsalında qədim, zəngin mədəniyyət ocağını yenidən qazandıracağıq.

Təbii ki, Şuşanın, Qarabağın, Qarabağ ətrafındakı rayonlarımızın inkişafı, tərəqqisi ümumilikdə dövlətimizin inkişafına, onun güclənməsinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına səbəb olacaq.

-Ölkə başçısı “güllələnmiş heykəllər”lə bağlı maraqlı bir fakta toxundu və qeyd etdi ki, ermənilərin bu heykəlləri əridib metal kimi satmaq niyyəti olub. Məhz ümummili lider Heydər Əliyevin müdaxiləsindən sonra bu heykəllər ermənilərdən alınıb.

Sizcə ermənilərin büstləri, heykəlləri belə əridib satmaq niyyəti onların sivilizasiyadan uzaq toplum olduğunu göstərməklə yanaşı, Heydər Əliyevun bu heykəlləri düşməndən alması onun tariximizə, mədəni irsimizə olan sevgi və ehtiramının daha bir isbatı kimi dəyərləndirilə bilərmi?

-Şübhəsiz. Bizim üçün o heykəllər hər şeydən öncə mənəvi dəyərdir. O heykəllər bizim mədəniyyətimiz, ruhumuz, Qarabağımızın səsi, nəfəsidir. O heykəllər bizim üçün Bülbülün səsi, Üzeyirin bəstəsi, Xurşidbanu Natəvanın sözüdür. Bu səbəbdən də bu heykəllər bizim üçün çox qiymətlidir. Ermənilər üçün isə bu heykəllər sadəcə, metal parçasıdır. Çünki onların tarixi, mədəniyyəti yoxdur. Onların hər şeyi – tarixi də, musiqisi də, mədəniyyəti də, incəsənəti də, mətbəxi də, arxitekturası da oğurluqdur. Ermənilər sivilizasiyadan məhrum toplum olduqları üçün, bu cür dəyərlər onlara yaddır.

Ermənilər özlərini dünyaya xristian dininin təmsilçiləri kimi tanıtmağa çalışır. Məscidləri bir kənara qoyaq, ermənilərin kilsələrə olan münasibəti belə onların xristianlıqdan – dini dəyərlərdən uzaq olduğunu göstərir.

Heydər Əliyevin ruhu Azərbaycan xalqının tarixindən, mədəniyyətindən yoğrulub. Heydər Əliyev Azərbaycanın ruhu, zəngin mənəvi-mədəni dəyərləri ilə böyüyüb. Üzeyir bəy də, Bülbül də, Xurşidbanu Natəvan da digər böyük şəxsiyyətlərimiz kimi Heydər Əliyev üçün mənəvi sitimul, ruh və enerji mənbəyi idi. Onların hər biri Heydər Əliyev üçün Azərbaycanın bir parçası, onun bir hissəsi idi. Heydər Əliyev Azərbaycanı bu böyük şəxsiyyətlərsiz təsəvvür etmirdi. Ona görə də bu heykəlləri xilas etmək üçün düşmənlə danışığa getdi. Bu, ulu öndərin tariximizə, mədəniyyətimizə, dövlətimizə, xalqımıza, dəyərlərimizə olan sevgi və ehtiramından irəli gəlirdi. Bunu ancaq Heydər Əliyev kimi böyük bir şəxsiyyət edə bilərdi.

-Məşhur müəllim, son günlərin ən çox diqqət çəkən olaylarından biri ölkə başçısının fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması oldu. Hansı ki, Vətən Müharibəsi, bu müharibə zamanı ölkə başçısının xarici KİV-lərə verdiyi müsahibələr medianın nə qədər önəmli olduğunu bir daha sübut etdi. Bu baxımdan söyləmək olarmı ki, Medianın İnkişafı Agentliyinin yaradılması milli maraqlarımızın, informasiya təhlükəsizliyimizin media müstəvisində, informasiya platformasında daha effektiv müdafiəsinə şərait yaradacaq?

-Vətən Müharibəsi zamanı düşmənlə yalnız hərbi müstəvidə mübarizə aparılmadı. Bu mübarizə həm də informasiya platformasında, diplomatiya müstəvisində - bütün cəbhə və koordinatlar üzrə reallaşdı. Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəman ordumuz işğaldakı torpaqları azad etdiyi bir zamanda, mediamız düşmənin informasiya müstəvisindəki təxribatlarını uğurla ifşa etdi, Qarabağ həqiqətlərinin, ermənilərin müharibə əsnasında dinc, mülki insanları raket zərbələrinə məruz qoyması ilə bağlı reallıqların beynəlxalq miqyasda çevik və operativ şəkildə yayılmasını təmin etdi.

Bu məsələdə ölkə başçısının dünyanın nüfuzlu televiziyalarına, media orqanlarına verdiyi müsahibələrinin önəmini xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyev bu müsahibələrdə nəinki Ermənistanın son 30 ildə törətdiyi cinayətləri təkzibedilməz faktlarla sübut etdi, həmçinin işğalçını, təcavüzkarı himayə edən qüvvələri, Azərbaycan xalqına qarşı törədilən cinayətləri uzun illərdir ki, susqunluqla izləyən bəzi beynəlxalq təşkilatları, iri dövlətləri də ifşa etdi. Məhz ölkə başçısının Vətən Müharibəsi dönəmində beynəlxalq media orqanlarına verdiyi açıqlamalar Ermənistanın informasiya müstəvisində uğur qazanmaq cəhdlərini heçə endirdi, rəsmi İrəvanın informasiya platformasında da ağır məğlubiyyətə uğraması ilə nəticələndi.

Bildiyiniz kimi, mili maraqlarımızın infromasiya platformasında etibarlı müdafiəsi medianın peşkarlığından, onun gücündən asılıdır. Ölkə daxilindəki neqativ olaylara qarşı mübarizə, cəmiyyətdəki eybəcərliklərin ifşa edilməsi də medianın fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan ölkə başçısının Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı fərmanı medianın peşəkarlığının artırılmasına, onun daha effektiv fəaliyyətinin təmin edilməsinə, beynəlxalq tələblərə uyğunlaşdırılmasına, daha güclü medianın formalaşdırılmasına hesablanıb. İnanıram ki, məhz ölkə başçısının qayğısı sayəsində yaxın gələcəkdə mediamızda ciddi inkişafın, mütərəqqi yeniliklərin şahidi olacağıq. Mən bu işdə Medianın İnkişafı Agentliyinə də uğurlar arzulayıram.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Parisdə partlayışlar... - Səsi gələn il çıxacaq...
Bu gün, 05:21
• "Rusiyanın imkanları başqalarından daha çoxdur" - İlqar Məmmədov
Bu gün, 05:15
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru