Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

"Oğurluğun nə vaxt baş verməsindən asılı olmayaraq, hər kəs dövlət qarşısında hesabat verəcək" - Keçmiş Maliyyə naziri
Tarix: 10-02-2021, 08:26 | Çap et
"Oğurluğun nə vaxt baş verməsindən asılı olmayaraq, hər kəs dövlət qarşısında hesabat verəcək"
Keçmiş Maliyyə naziri, iqtisad elmləri doktoru, professor, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovla “Həftə içi” üçün söhbətimizdə torpaqlarımızın azadlığı ilə nəticələnmiş Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizdəki iqtisadi-sosial durum, işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış proqramının icrası, bu yoldakı maneələr və s. haqda danışdıq.

- Fikrət müəllim, torpaqlarımızın böyük hissəsinin bilavasitə azadlığı ilə nəticələnmiş 44 günlük müzəffər savaşımızın, son yanacaq və su qiyməti artımlarının, rəsmi və ya qeyri-rəsmi formada araşdırılan külli miqdarda korrupsiya hallarının fonunda Azərbaycandakı iqtisadi durumu necə dəyərləndirirsiniz?

- Torpaqlarımızın erməni işğalından azad olunmasını gerçəkləşdirən ordumuza sonsuz minnətdarıq, şəhidlərimizin ruhu qarşısında baş əyirik, hər bir qazimizi başımız üzərində yaşatmaq bir millət kimi borcumuzdur! Təəssüf ki, Vətən Müharibəsinin sonunda torpaqlarımızı işğaldan azad etməklə bağlı bütün arzularımızı reallaşdıra bilmədik. Nə etməli, qarşımızda bütün dünyanın təhdidi və nifrəti altında başını itirən bir qüvvə var. Belə bir vəziyyətdə onunla dil tapıb, torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdiksə, deməli yaranmış fürsətdən maksimum faydalana bildik. Bundan artığını isə indiki dönəmdə etmək mümkün olmadı. Bu müharibə bizə yuxu kimi gəlir. Obrazlı desək, biz erməninin 30 ilə “qurduğu”nu 30 gündə darmadağın edərək 7 rayon əvəzinə 9 rayonu işğaldan azad etdik. Heç şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyünə bundan sonra heç kim əl uzada bilməyəcək. Bu gün kirli oyunlarla torpaqlarımızın yerdə qalan hissəsində bizimlə siçan-pişik oyunu oynayanların da oyunları uzun çəkməyəcək. Bizim haqqımıza girənlər bu haqsızlığın bədəlini yetərincə ödəyəcəklər. Buna çox az bir vaxt qalıb. Darıxmaq lazım deyil. Əsas olan budur ki, bütün dünyanın gözü qarşısında otuz ilə qədər mövcud olmuş məğlub ölkə damğasını üzərimizdən atıb, onun yerinə qalib ölkə bayrağını göylərə qaldırdıq! Həm erməniyə və həm də onun havadarlarına göstərdik ki, damarlarında türk qanı axan bir millətin haqqı qalibiyyətdir!

Gələk ölkəmizdəki mövcud iqtisadi-sosial duruma... Əlbəttə, Vətən müharibəsindəki qələbəmizdən ötən sonrakı aylarda yanacağın və suyun qiymətlərinin qaldırılması heç arzuolunan hal deyildi. Ən böyük bəlamız nəticə ilə mübarizə aparmaqdır, səbəbi isə demək olar ki, araşdırmırıq. Halbuki, nəticəni doğuran səbəbdir. Son 6 ilə qədər müddətdə mətbuat səhifələrində dəfələrlə yazıb bildirmişəm ki, Azərbaycan iqtisadiyyatının bir saylı problemi dövlət mülkiyyətində olan monopolist şirkətlərin istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin maya dəyərinin şəffaf olmaması və məhz həmin məhsulların istehsalına çəkilən xərclərdə bu sahəyə rəhbərlik edənlərin bütün koorupsiya əməllərinin gizlənməsidir. Bu təşkilatlarda barəsində danışdığımız problem o qədər eybəcər bir forma alıb ki, onlara mal-material satanlara deyirlər ki, sən bizə 100 manatlıq malı 1000 manata sat! İş o yerə çatıb ki, malı dövlət vəsaiti hesabına dəyərindən 8-10 dəfə baha alan tərəf deyil, onu bu qiymətə satan tərəf qorxur. Qorxur ki, bir gün ondan da soruşa bilərlər ki, sən 100 manatlıq malı 1000 manata necə satmısan? Əslində, burada malsatanın günahı yoxdur, məntiqlə o, malını istədiyi qiymətə sata bilər. Problem bu malı alanındır. O isə heç kimdən və heç nədən qorxmayaraq, öz maddi maraqlarını belə eybəcər bir formada reallaşdırır. Nəticədə, məhsulun maya dəyəri bahalaşır və bu səbəbdən müəssisə mənfəət əvəzinə, ziyan əldə edir. Bir sözlə, müəssisənin əldə etməli olduğu mənfəəti məmur öncədən öz mənfəətinə çevirib cibinə qoyur. Bu qaydada fəaliyyət nəticəsində yaranan zərəri bağlamağın yolu isə ya dövlətdən dotasiya almaq, ya da əhaliyə satılan məhsulun qiymətini qaldırmaqdan keçir. Biz bu biabırçılığa son qoymalıyıq. Əks halda, iqtisadiyyatın normal inkişafı və əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində atdığımız bütün addımlar nəticəsiz olacaq. Dövlət bir tərəfdən əməkhaqqı, pensiya və müavinətləri artırır, digər tərəfdən, bu artımlar yuxarıda göstərdiyimiz yollarla bir qrup oğru məmurun cibinə gedir. Hesab edirəm ki, bütün bu məsələlərin həllində kardinal dəyişikliklərə gedilməlidi və bu dəyişikliklər kosmetik xarakter daşımamalıdır. Bax, onda biz həm iqtisadiyyatda və həm də vətəndaşlarımızın sosial müdafiəsində çox yaxşı nəticələrə imza ata biləcəyik...

- Mövcud iqtisadi göstəricilərimiz Qarabağa Böyük Qayıdış Proqramının icrasında öz əksini necə tapacaq?

- Bu gün işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışdan söhbət edirik. Bütün qaçqınlarımızın və köçkünlərimizin ən böyük arzusu və haqqı budur. Böyük Qayıdış böyük maliyyə vəsaitlərinin sərf olunmasını tələb edir. Bu ilin büdcəsində barəsində danışdığımız məqsədlər üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub. Bu, heç bir rayonumuzun bərpası üçün də yetərli məbləğ deyil. Deməli, ali məqsədimizə çatmaq üçün bütün resursları hərəkətə gətirməliyik. Mövcud rezervlər aşkara çıxarılmalı və bu məqsəd üçün istifadə olunmalıdır...

- Böyük Qayıdışın həyata keçirilməsində, sizcə, əsas maneələr, çətinliklər hansılar olacaq?

- Yüzminlərlə insanın işğalçılar tərəfindən xaraba qoyulmuş yurdlarına qayıdışını əhatə edən Böyük Qayıdış çoxşaxəli, nəhəng bir proqramdır. Əlbəttə, onun icrası yolunda obyektiv maneələr çoxdur. Öncə dediyim kimi, maliyyələşmə problemi həllini yüksək səviyyədə tapmalıdır. Ərazinin təhlükəsizliyi, minalardan təmizlənməsi maksimum təmin olunmalıdır. Relyefin, iqlim şəraitinin çətinlikləri də özünü göstərəcək. Bildiyiniz kimi, işğaldan azad torpaqlarımız əsasən dağlıq və dağətəyi ərazilərdir...

Eyni zamanda torpaqlarımıza dönüşümüzdə, orada əsaslı şəkildə daimi məskunlaşmağımızda işğalçı xislətli ermənilərin və onların xarici havadarlarının törədə biləcəyi süni maneələr, əngəllər də meydana çıxa bilər. Ən ciddi maneə subyektiv maneələrdir ki, onlardan da əsası öncə barələrində danışdığımız korrupsioner məmurlardır ki, onlar Böyük Qayıdış üçün ayrılan vəsaiti də öz şəxsi mənfəətləri üçün mənimsəməyə çalışacaqlar. Bu da təbii ki, torpaqlarımızdakı quruculuq proseslərinin ləngiməsinə səbəb olacaq və nəticədə soydaşlarımızın o torpaqlara qayıdıb daimi məskunlaşmasını gecikdirəcək...

Bir neçə il öncə Prezidentin vəzifədən kənarlaşdırdığı elə məmurlar var ki, onlar bu gün də vəzifə başında olarkən dövlətdən oğurladıqları vəsait hesabına dəbdəbəli həyat yaşayaraq cəmiyyəti qıcıqlandırmaqla məşğuldurlar

- Fikrət müəllim, bəs Böyük Qayıdışın icrası zamanı korrupsiya və rüşvətxorluq hallarının qarşısının mümkün qədər alınması üçün hansı tədbirlər görülməlidir?

- Bu sırada yuxarıda barəsində danışdığımız yollarla büdcəni illərlə talan etməklə baş vermiş və indi də baş verən məmur oğurluqlarına indidən son qoyulmalı və bunları etmiş məmurlar layiqli və ədalətli cəzasını almalıdır. Çox yaxşı haldır ki, indi vaxtılə büdcəni talayıb vəzifədən getmiş məmurların hesab vaxtı gəlib çatıb. Ölkə Prezidenti cənab İlham Əliyev son televiziya müsahibəsində “mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər” - deməklə yolunu azmış məmurlara son xəbərdarlığını etdi və artıq heç kəsə güzəştə getməyəcəyinin anonsunu aydın bir şəkildə verdi.

Bir neçə il öncə Prezidentin vəzifədən kənarlaşdırdığı elə məmurlar var ki, onlar bu gün də vəzifə başında olarkən dövlətdən oğurladıqları vəsait hesabına dəbdəbəli həyat yaşayaraq cəmiyyəti qıcıqlandırmaqla məşğuldurlar. Bu harınların arasında da elələri var ki, dəyəri on milyonlarla dollarla ölçülən dəbdəbəli villalarda yaşayır, övladları isə xalqın gözü qarşısında dəyəri yarım milyon dollardan yuxarı olan avtomobillərdə gəzib utanmadan oğru atalarının əməllərini cəmiyyətə nümayiş etdirirlər. Belə harınlığı görən insanlar ilk növbədə hakimiyyət barəsində neqativ düşünürlər. İnsanlar qeyri-iradi sual edirlər: “Nə üçün hakimiyyət belələrinin harınlığına dözür? Nə üçün onların büdcədən oğurladıqlarını geriyə almaq istəmir?”

Son addımlarla ölkə Prezidenti hər kəsə bildirdi ki, oğurluğun nə vaxt baş verməsindən asılı olmayaraq hər kəs dövlət qarşısında hesabat verəcək. Bir sözlə, artıq hesab vaxtı gəlib çatdı. Oğurlayıb getmiş məmurlar və bu gün də tamahını idarə edə bilməyib özünü oda ataraq oğurluq edən məmurların indi hesab vaxtıdır!.. Beləliklə, korrupsioner məmurların hesab vaxtı nə qədər tezləşsə, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışımız da bir o qədər tezləşəcəkdir...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru