Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Ermənistan əsirlərimizlə bağlı iddiaları inkar edir, BQXK susur” - deputat
Tarix: 12-02-2021, 08:20 | Çap et
“Ermənistan əsirlərimizlə bağlı iddiaları inkar edir, BQXK susur”
Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alan müddəalardan biri də hərbi əsirlərin qarşılqılı mübadiləsidir. Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib və əsir düşmüş ermənilər barədə müntəzəm olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Rusiya Sülhməramlı Qüvvələrini (RSQ) məlumatlandırıb və birtərəfli qaydada onların bir hissəsi azad edilib.

Həmçinin, döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının Vətənə qaytarılması məsələləri ilə bağlı da BQXK, RSQ və digər beynəlxalq təşkilatlarla danışıqlar aparılıb və beynəlxalq təşkilatların və RSQ komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunaraq əsir və girovların qarşılıqlı qaytarılmasına nail olunub.

Lakin əsir düşmüş və ya girov götürülmüş şəxslərin dəyişdirilməsi prosesi Birinci Qarabağ müharibəsindən sonrakı dövrü və Vətən müharibəsi dövrünü əhatə edir. Halbuki, Azərbaycan tərəfi hələ 2016-cı ildə Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistan Respublikasına təklif edib.

Bəs, Birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş və ya girov götürülmüş şəxslərin aqibəti necə olacaq? Hazırda əsir düşmüş və ya girov götürülmüş şəxslərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi prosesinin Birinci Qarabağ müharibəsinə şamil edilməsi də gözlənilirmi?

Mövzunu AYNA-ya dəyərləndirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli əvvəlcə erməni tərəfinin 62 erməni diversantı tələb etməsinə toxunub: “Biz etiraf edirik ki, həmin ermənilər bizdədir, lakin onlar müharibədə əsir düşənlər yox, 10 noyabr bəyanatından sonra ələ keçən diversantlar, terrorçulardır və ona görə də onları geri qaytarmırıq. Yəni, bizdə məsələ aydındır. Amma əsas məsələ ondan ibarətdir ki, həm Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsi ilə, həm də digər müvafiq beynəlxalq təşkilatlar vasitəsi ilə baş tutan görüşlərdə daim Birinci Qarabağ müharibəsində itkin və əsir düşənlərimizin taleyi ilə bağlı məsələlər qaldırılıb. Amma erməni tərəfi hər dəfə bunu inkar edib”.

“Hətta, sonradan məlum olub ki, ermənilər Birinci Qarabağ müharibəsində əsir düşən azərbaycanlıları öz evində uzun illər kölə kimi saxlayıb, işgəncələr veriblər. Həmçinin, əsir düşən vətəndaşlarımızın ermənilərin əlində olması sübut edilib və illərlə onların aqibətindən xəbər tutmaq üçün can atmışıq. Lakin onların nə öldüyü, nə də yaşadığı barədə xəbər tuta bilmişik. Çünki Ermənistan tərəfi israrla itkin düşən vətəndaşlarımız haqqında məlumat verməkdən imtina, onların varlığını təkzib edib. Hətta, Ermənistan cəmiyyətinin daxilində də Ermənistanda azərbaycanlıların toplu məzarlıqlarının olduğu barədə zamanla məlumatlar gündəmə gəlib”, - həmsöhbətimiz bildirib.

“Yəni, bütün bu faktları nəzərə alsaq, Ermənistan tərəfinin danışıqlarda özünü qeyri-səmimi apardığının şahidi olarıq. Bütün bunlardan sonra da Beynəlxalq Qızıl Xaç Komitəsi deyir ki, Ermənistan iddiaları inkar edir, biz heç nə edə bilmərik. Amma heç şübhə yoxdur ki, itkin düşən vətəndaşlarımızın böyük bir qismini ermənilər əsir kimi saxlayıblar və aldığımız məlumatlara görə, hətta, onların orqanlarını xarici dövlətlərə satıblar, işgəncələr veriblər, qadın, uşaq, yaşlı, cavan demədən hər cür vəhşiliklə məşğul olublar. Təbii ki, bu məsələ yenə də aktualdır və Ermənistan tərəfinin onlar haqqında məlumatsız olması mümkün deyil. Ona görə də “hamının hamıya” prinsipi hər iki dövrü əhatə etməlidir. Azərbaycan tərəfi də məsələni bu cür qaldırıb”, - deyə deputat vurğulayıb.

Kərimlimim sözlərinə görə, Azərbaycanda Ermənistan tərəfinin cinayətləri ilə bağlı kifayət qədər faktlar var: “Lakin əlimizdə faktlar olsa da, Ermənistan hər şeyə rəğmən cinayətlərini inkar edir. Hətta, bizim əlimizdə onların müharibə vaxtı başqa dövətlərin nümayəndələrindən muzdlu döyüşçülər kimi istifadə etməsinə dair faktlar olsa da, yenə də inkar edirlər. Təəssüf ki, xristian təəssübkeşliyi və islamofobiya tərəfdarı olan ölkələr də onları müdafiə edir, əksinə, biz daha çox ittiham olunuruq. Eyni vəziyyət əsirlərlə də bağlıdır. Yəni, onlar itkin düşən vətəndaşlarımızı əsir kimi özlərində saxlasalar da, ittiham edilən bizik”.

“Ermənistanın bu qeyri-səmimiliyini sübuta yetirmək üçünsə, ən azı Ermənistan rəhbərliyi səmimi davranmalıdır. Ən əsası isə Azərbaycan Rusiya tərəfi ilə ciddi şəkildə işləməlidir. Həmçinin, Türkiyənin bu məsələdə bizə yardımı toxuna bilər. Yəni, həm Rusiyanın, həm də beynəlxalq qurumların təzyiqi ilə Ermənistanı açıqlama verməyə məcbur etmək olar. Lakin çox təəssüf ki, Ermənistan tərəfi bu kimi bir sıra məsələləri məxfiləşdirib deyə, arxivləri də açmırlar. Düzdür, ölkə qanunvericiliyinə dəyişiklik edib, bir sıra sənədləri üzə çıxara bilərlər. Həmin sənədlərdə bizim əsirlərin öldürülməsi ilə bağlı xəbərlər də varsa, ortaya çıxacaq. Təbii ki, Ermənistan özünə arxayın olsa, bu addımı ata bilər. Beynəlxalq təzyiq nəticəsində də bunu sübuta yetirmək olar. Amma nə təzyiq var, nə də Ermənistan özünə arxayındır”, - millət vəkili qeyd edib.

Müsahibimiz əmindir ki, hər iki dövlət arasında ikitərəfli səmimi dialoq olsaydı, yaxşı nəticələr əldə etmək mümkün olardı: “Məlumdur ki, iki ölkə arasında hələ sülh müqaviləsi bağlanmayıb və bağlanması da yəqin ki, vaxt alacaq. Lakin iki ölkə arasında səmimi münasibətlər olmadığına görə, Rusiyanın və Qərbin ciddi təzyiqləri olmalı idi. Yəni, onlar islamafobiyadan əl çəkib, səmimi şəkildə həqiqətləri üzə çıxarmaq istəsələr, erməni tərəfinin əməllərini ifşa etmək cəhdləri olsa, əlbəttə ki, nəticə müsbət olar. Amma mənim buna ümidim azdır. Çünki Türkiyə dəfələrlə arxivlərini açacağını bildirib və Ermənistana təklif edib ki, arxivləri açsınlar, görək kim-kimə genosid edib. Təbii ki, ermənilər bizi daha çox soyqrıma məruz qoysa da, beynəxalq təşkilatlar həmişə susub. Nə Ermənistanın arxivləri açmasında, nə də həqiqətlərin üzə çıxmasında maraqlı olublar. Ona görə də Azərbaycan Ermənistana təzyiq etmək üçün beynəxlalq təşkilatlara təsir etsə, həmçinin Türkiyənin də köməyi ilə Rusiyanı Ermənistana təzyiq etməyə məcbur etsək, müəyyən arxivlər açılar və həqiqət üzə çıxar. Çünki təcrübəmə əsasən, erməni xislətinə bələd bir insan kimi, onların bütün tarixi proseslərin xronologiyasını qələmə aldıqlarını bilirəm. Yəni, ola bilməz ki, onlar bu məsələləri də qeydə almsınlar. Ona görə də təzyiq nəticəsində nəyəsə nail olmaq olar”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Dünən, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Dünən, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Dünən, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Dünən, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Dünən, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Dünən, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Dünən, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Dünən, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Dünən, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Dünən, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Dünən, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Dünən, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Dünən, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Dünən, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Dünən, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Dünən, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Dünən, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Dünən, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Dünən, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Dünən, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Dünən, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Dünən, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Dünən, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Dünən, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Dünən, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Dünən, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Dünən, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Dünən, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Dünən, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Dünən, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Dünən, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Dünən, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Dünən, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Dünən, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Dünən, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Dünən, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Dünən, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Dünən, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
17-10-2026, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
17-10-2026, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
17-10-2026, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
17-10-2026, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
17-10-2026, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
17-10-2026, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
17-10-2026, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
17-10-2026, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru