Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

"Sən rəsulzadəçisən, sən nərimanovçusan, sən elçibəyçisən, sən əliyevçisən..." - Partiya sədri
Tarix: 15-03-2021, 08:31 | Çap et
"Sən rəsulzadəçisən, sən nərimanovçusan, sən elçibəyçisən, sən əliyevçisən..."
Vətən Müharibəsində hərbi qalibiyyətimiz regionun geosiyasi mənzərəsini dəyişsə də, ikili yanaşmalar davam edir. Ərazilərini işğaldan azad edən dövlət hərbi zəfərdən sonra diplomatik qələbəni təmin etməyə məcburdur. Bu, cəmiyyətdən güc birliyi tələb edir. Belə bir vaxtda partiyaların sərgilədiyi mövqe maraqla izlənir və çoxlu suallar yaranır. Partiyalar nə etməlidir, siyasi cameə, bütövlükdə cəmiyyət hazırkı prosesdə nəyə diqqət etməlidir?

Bu və digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Liberal Partiyasının sədri Əvəz Temirxan maraqlı nüanslara diqqət çəkib.

- Əvəz bəy, Vətən Müharibəsi başlayan ərəfədə Liberal Partiyası prosesi necə dəyərləndirdi?

- O zaman proseslər çox sürətlə inkişaf edirdi. Prezident Aparatından mənə zəng gələndə sözüm bu oldu ki, belə bir vaxtda iqtidara dəstək vermək bocumuzdur. Demişdim ki, əgər partiyalar adından hansısa bəyanatı imzalamaq lazım gələrsə, Liberal Partiyasının imza hüququ sizdədir. Bildirmişdim ki, biz ordu-millət kimi müharibəyə getməliyik, ortada vahid komandanlığın olması qələbənin yarısıdır. Liberal Partiyası müharibədə özəl mövqe tutdu və öz fəaliyyətini müharibə şəraitinə uyğunlaşdırdı. Xalqın müharibəyə ozamankı münasibəti bizə enerji verdi. Müharibə başlayanda Liberal Partiyası bəyanat verdi və özünü Müdafiə Nazirliyinin bir qolu kimi təqdim etdi.

- Bəs bu müharibə başlayanda Lalə Şövkət harada oldu, nə etdi?

- Hər gün ünsiyyətdə idik. Bütün qələbələrə uşaq kimi sevinirdik. O vaxt devizimiz belə idi: bizim polad kimi bərkiyən, yumruq kimi birləşən vaxtımızdır. Məhz bunun nəticəsidir ki, Ermənistan təcavüzkarları Azərbaycanın dəmir yumruğunu öz başında hiss elədi.

- Görünür, sizin partiya əvvəldən iqtidarlı olub, heç müxalifət olmadınız?

- Yox, biz hökumətdə müxalifət idik. Heydər Əliyev hakimiyyətə gəlməzdən əvvəl, istər Heydər Əliyevi, istərsə İham Əliyevi hələ SSRİ var ikən müdafiə edirdim. Partiyamızın Prezident aparatı ilə ünsiyyəti var. Şadıq ki, torpaqlarımızın 17 faizi işğaldan azad edildi. Bizim qələbələrimizi xaricdə sevinc göz yaşları ilə qarşılayanlar var idi. Qürur duymalıyıq ki, Türkiyə kimi qardaş dövlətimiz var və bu əməkdaşlığı davam etdirmək lazımdır.

- İqtidarla siyasi müxalifət partiyaları arasında yaranan dialoqu necə dəyərləndirirsiniz?

- Əgər biz 40 pilləkən qalxmalıyıqsa, bu, atılan ilk müsbət addımdır. İqtidarla müxalifət bir-birinə münasibətdə əksiliklərin mübarizəsi və vəhdəti fəlsəfəsindən yanaşmalıdır. İqtidar da, müxalifət də bir-biri ilə 44 günlük müharibənin leksikonu ilə danışmalıdır. Bir-birinə qarşı aşağılayıcı, haqsız tənqidə keçmək olmaz. Olan sözü demək lazımdır. Bu, iqtidara da aiddir, müxalifətə də. Bu mənada Liberal Partiya çalışır ki, bu barış naminə əlindən gələni eləsin.

- Əvəz bəy, dediniz ki, görülən işlərin 40-cı pilləkəninin ilk pilləsindəsiniz. Hansı problemlərin həlli baş tutarsa, bu dialoq daha monolit, daha yaxşı olar?

- Birinci, Konstitusiyada dəyişiklik etmək lazımdır. Proporsional seçki sistemini bərpa edib, seçkilər keçirmək lazımdır. Milli barış naminə barış parlamenti formalaşdırmaq lazımdır. Liberal Partiyası indi onlayn qaydada olsa da, beyin hücumu keçirir. Barış məsələsində Liberal Partiyanın heç kimin ağlına gəlməyən təklifləri var. Bütün umu-küsüləri kənara qoymalıyıq. Sən rəsulzadəçisən, sən nərimanovçusan, sən elçibəyçisən, sən əliyevçisən, sən mütəllibovçusan, vəzirovçusan sözü olmamalıdır. Biz hamımız azərbaycançı olmalıyıq.

Siyasi partiyalar dövlət tərəfindən maliyələşməlidir. Hansı partiyalar müəyyən kriminal qruplar və yaxud xaricdən maliyələşərlərsə, biz o partiyaların fəaliyyətinin qadağan olunması və məhdudlaşmasının tərəfdarı olarıq. Mənə belə gəlir ki, bu saat Azərbaycana qarşı hibrit müharibəsi gedir. Partiyaların maliyyələşməməsi bəzi partiyaları məcbur edir ki, dolayısı yollarla xarici ölkələrdən qrant alsın. Bu, Azərbaycan dövlətçiliyi, milli təhlükəsizliyi üçün ən böyük təhlükədir. İqtidar barış addımını atmalıdır. Məsələn, Prezidentin köməkçisi Ədalət Vəliyevin timsalında partiyalara müraciəti, görüşlər keçirməyi müsbət qarşılayıram. Bu, əməkdaşlıq üçün uzadılmış bir əldir. Bu barış əlini itələməyi, saya salmamağı, başqa bəhanələrlə görüşdən imtina eləməyi doğru saymıram. İqtidar heç nəyə baxmayaraq partiyalarla ünsiyyəti, məsləhətləşmələri davam etdirməlidir. Partiya ehtiyatda olan iqtidar deməkdir və dövlət suverenliyinin tərkib hissəsidir.

- İqtidarın siyasi partiyalarla dialoqu bu cameədə nəyi dəyişdi?

- Dəyişən odur ki, 50 partiya iqtidara dəstək oldu, qeyd-şərtsiz. Partiyalar müharibə dövründə iqtidara qeyd-şərtsiz dəstək verdiyinə görə bir sıra dövlətlər Azərbaycana qarşı tutduqları haqsız mövqedən geri çəkildilər. Ona görə də iqtidarla münasibətdə, bir-birimizi tənqid edəndə aşağılayıcı sözlərdən istifadə etməməliyik.

Dediyim kimi, proporsional seçki keçirilib, deputatların sayı artırılmalıdır. Deputatların səlahiyyət müddəti 4 ilə endirilməlidir, 2 ildən bir deputatların yarısı yenidən seçilməlidir. Barış parlamentində proporsional qaydada seçkiyə iqtidarla-müxalifət bir siyahıda gedə bilər. Mən M.Ə.Rəsulzadənin oğlu Rəis Rəsulzadəni Barış Parlamentinin sədri görmək istəyirəm. Orada hamının nümayəndəsi olmalıdır. Biz 2021-2025-ci ili barış ili elan eləməliyik.

- Əvəz bəy, hərbi əməliyyatlardan sonra üçtərəfli bəyannamə qəbul olundu. Bilirik ki, bu bəyannamədən narazı olanlar var və hesab olunur ki, son torpağımız azad olunana qədər atəşkəs olmamalıydı. Erməni silahlıları qalır, sərhədlərimiz sülhmərmlıların baxışı altındadır. Minalanmış ərazilərin xəritələri verilmir. Belə bir şəraitdə Azərbaycan hansı hüquqi haqqından istifadə etməlidir?

- Həmin vaxt biz də bəyanat verdik ki, Rusiya sühməramlı qüvvələrinin Azərbaycan silahlı qüvvələri ilə Ermənistan silahlı qüvvələri arasında yerləşdirilməsi Azərbaycan üçün böyük təhükə yarada bilər və yaradır da. Biz bundan çox narahatıq. Buna görə də bir-birimizi xəyanətdə ittiham etmək yox, hərbi qələbəni yüz faizlik diplomatik qələbəyə çevirməyi düşünməliyik. Çəkici yenidən bir yerə vurmalıyıq. Təsəvvür edirsiniz, bu gün Şuşa azaddır, Azərbaycan əsgəri Şuşadadır!.. Bu, bütöv Azərbaycan deməkdir. Hazırda orada bir ölkənin də sühməramlısı, 10 ölkənin də sülhməramlısı olsa, Dağlıq Qarabağın hüquqi statusunun Azərbaycanın nəzarətindən çıxmasına təhlükə yarada bilər. Hesab edirəm ki, biz Türkiyə-Azərbaycan münasibətlərini möhkəmləndirməliyik.

Prezident 26 fevralda mətbuat konfransındakı çıxışında bunu ifadə elədi. Azərbaycan danışıqlarda Laçın dəhlizindəki 5 kilometr əraziyə Azərbaycan əsgərlərinin nəzarət etməsinə nail olmaldır. Orada Azərbaycan gömrüyü durmalıdır. Çalışmaq lazımdır ki, Türkiyənin hərbi müşahidəçiləri ruslarla, azərbaycanlılarla birlikdə orda dursun və gəlib-gedən ermənilərə nəzarət etməlidir. Rusiya görməlidir ki, onun təhlükəsizliyinə Türkiyə və Azərbaycanla əməkdaşlıq daha çox cavab verir, nəinki Ermənistanla. Biz bölgədə Zəngəzur, İrəvan respublikasının statusunu gündəmə gətirməliyik. Onu dünyada tanıtmalıyıq. Onun prezidentinin seçkilərini keçirməliyik. Orda İrəvan xanlığının bayrağı olmalıdır.

- Əvəz bəy, ermənilər yenə də müharibə ritorikası ilə danışır, torpaqları işğal etmək fikirlərindən əl çəkmirlər. Üstəlik, torpaqlarmız dağıdıb, tar-mar edilib. Bu faktların hesabı beynəlxalq məhkəmələrdə nə vaxt soruşulacaq?

- Prezidentin nəzarəti ilə ən yaxşı hüquqşünaslar cəlb olunaraq faktaraşdırıcı komissiya yaradılmalıdır. Ermənistandan təzminat tələb olunmalıdır. Məhkəmədə 1 manat da udsaq, bizim xeyrimizədir.

Bütün xaraba qalmış rayonlarda dağıdılmış bir evi də bərpa etmək lazım deyil, məscidlərdən başqa. Bütün xarabalıqlar olduğu kimi qalmalıdır. O həyətdə ev tikmək olar, amma o xarabalıqdan bir parça saxlanmalıdır ki, yeni nəsil görsün erməni vandallığını. Biz Qarabağ müharibəsini tam bitirməmişik. “Qarabağ Azərbaycandır”, - deyəndə qarşısında 1 nida qoymuşuq. Onun qarşısına daha 2 nida qoyulmalıdır. Biz xarabalıqları saxlamalıyıq. Kür-Araz qovşağı, Qazaxdan tutmuş Beyləqana, Naxçıvana qədər xüsusi iqtisadi zona yaradılmaldır. Orada Azərbaycan kapitalından vergi tutulmamalıdır. 20-25 il ərzində orda Milli Burjuaziya formalaşmalıdır. İnsanlar qayıdış üçün həvəsləndirilməlidir. Yeri gəlmişkən, deyim ki, Füzulidə və Laçında beynəlxalq aeroportun tikintisini alqışlayırıq. Beynəlxalq aeroport həm də hərbi baza deməkdir. Bu, qayıdışı gücləndirə bilər. Bütün bunların kökündə milli barış, barış parlamenti durmalıdır. Hakimiyyətn icra qolu yox, qanunverici qolu nəzarətedici gücü olmalıdır. O, xalqın iradəsini əks etdirməlidir. Dünyanın bütün ölkələrində hər 1 milyon əhaliyə bir koordinatorumuz olmalıdır. Müslüm Maqomayevlər, Lütfü Zadə-lər yetişdirilməlidir. Bir tezis olmalıdır, “didişən namərdir”.

- “Malıdır, məlidir” deyiriksə, bu, problemlərin çoxluğundan xəbər verir. İndiki bu durum nə dərəcədə Azərbaycanın xeyrinədir?

- Hələlik, Qarabağ bizim nəzarətimizdə deyil. Onun üçün də biz didişmələrə son qoymalıyıq. İkincisi, köklü islahatlara getmək lazımdır. Biz özümüzü ordu-millət kimi yetişdirmək üçün qanunverici baza yaratmalıyıq. Hamımız əsgər olmalıyıq. Hər kəs öz hərbi hissəsini bilməlidir, müxalifət nə edəcəyini bilməlidir, dinc əhaliyə hər rübdə bir dəfə hərbi təlim keçirilməlidir. Vətəndaşlarımız özlərini müharibədə necə aparmağı bilməlidir. Hər kəs öz yerində bir Atatürk olmalıdır.

- Bu ərəfələr bizim diasporalarımızın üzərinə nə düşür, nə etməlidir? Rusiya ilə sıx əməkdaşlığımız, əlaqələrimiz olduğu halda, niyə orada lobbiçilik, güclü diasporamız qurulmur?

- Ağaoğlu demiş, biz azərbaycanlılar bir-birinin ayağından çəkir. Dövlət öz vətəndaşlarına dayaq durmaldır. Azərbaycanın Rusiyada böyük potensialı var. Ölkəmizin Rusiyadakı “yumşaq gücü” Ermənistandan çoxdur, amma mütəşəkkül deyil.

- Erməni milyonçuları təkcə bir “yan” sonluğu ilə bütün pullarını erməni faşizminə xərçləyir. Bizimkilər bunu niyə etmir? Hər şeyi dövlətin üzərunə yükləmək nə dərəcədə doğrudur?

- Bir hüquqşünas kimi, dövlət sözünə fərqli baxıram. Dövlət xalqın özüdür. Dövlət siyasi cəhətdən təşkilatlanmış xalqa deyilir. Hacı Zeynalabdin Tağıyev adına orden, medal olmalıdır. Prezidentin, xalqın, parlamentin nəzarətində olan Azərbaycan fondu yaradılmalıdır. Az-çox lobbiçilərimiz var. Onun da bünövrəsi qoyulur. Azərbaycanlılar Rusiyada kütləvi şəkildə çox xoşagəlməz halda yaşayır. 90 faiz gənc evsiz, işsizdir, bəzən cinayət törətməyə məcbur olurlar.

- Niyə ordakı pullu həmyerlilərimiz, diasporalar o gəncləri toplamır, onlara dəstək durmur?

- Bunu səfirlik eləməlidir. Bizim Rusiyadakı səfir hesab edirəm ki, ictimai təsir baxımından yüksək səviyyədədir. Səfirimiz Rusiya xalqının sevdiyi şəxsdir. O, diplomat deyil. Biz ona nə etməli olduğu barədə tezislər verməliyik...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru