Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır” - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 27-05-2021, 10:34 | Çap et
“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır”
İki həftədir ki, Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribat törədir, gərginlik yaradır. İlk gərginlik mayın 12-də yaşandı. Belə ki, Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası prosesində SSRİ xəritələrinə uyğun olaraq Laçın rayonundakı Qaragöl istiqamətində mövqelərini möhkəmlətdi. Rəsmi İrəvan tərəfindən bu barədə əsassız ittihamlar səsləndi ki, guya Azərbaycan Ermənistan ərazisinə daxil olub, işğala başlayıb və s. Bundan sonra mütəmadi olaraq erməni əsgərləri Azərbaycan mövqelərinə gəlirlər, lakin Azərbaycan əsgəri tərəfindən mövqelərdən uzaqlaşdırılırlar.

Bu günlərdə isə Ermənistan hərbçiləri təxribatın miqyasını bir qədər də böyütdü. Belə ki, düşmən ölkənin əsgərləri bu dəfə silaha əl atıb, sərhədlərimizi atəşə tutublar. Hətta, sərhəddən kənarda yerləşən Şuşa şəhəri yaxınlığında da təxribat törədiblər, havaya atəş açıblar.

Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Məlumatda o da bildirilir ki, eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin erməni hərbçiləri tərəfindən döyülməsi və təhqir edilməsidir. Videokadrlardan görünür ki, çoxlu erməni əsgəri 5 nəfər Azərbaycan əsgərinin qurduğu çadıra yaxınlaşır və əsgərlərimizi döyməyə başlayırlar. Bir əsgərimizin başına isə hərbi dəbilqə vurulur. Azərbaycan əsgəri onlara qarşı silah işlətmir, səbirlilik nümayiş etdirir.

Bu tip olaylar Azərbaycan ictimaiyyətində bir çağırış formalaşdırıb – ordumuz antiterror əməliyyatlarına başlamalıdır. Çünki görünür, ermənilər sülhdən, normal qonşuluq münasibətlərindən heç nə başa düşmürlər.

Gedən proseslərə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasın reaksiyası sərtdir. Deputat AYNA-ya deyib ki, İkinci Qarabağ müharibəsində başı əzilən Ermənistan ordusunun tör-töküntülərinin dinc dayanmayacağı məlum idi:

“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır”

- Ümumiyyətlə, mən əvvəl də demişdim ki, bunların təxribatı davam edəcək, mütəmadi olaraq hücum edəcəklər. Çünki mən bunların xislətini bilirəm. Sülhməramlı deyilənlər orda nəyə dayanıblar? Gör, nə qədər qudurublar ki, Şuşa yaxınlığında atəş açırlar. Havaya atəş açdı, ya bizim əsgərə atəş açdı, fərqi nədir ki?! Sülhməramlılar atəşkəsi bərpa etmək üçün orda deyillər? Niyə ermənilərin bu təxribatlarının qarşısını almırlar? İşlərinin öhdəsindən gələ bilmirlər? Gələ bilərlər, sadəcə etmirlər. Təbii ki, Qala dərəsi onlarda, 5 kilometrlik Laçın dəhlizi və ətraf kəndlər ermənilərdədir. Silah-sursatları da var. Onların silahı, təminatı haradan aldıqlarını da hamımız bilirik. Erməniyə silahı mən vermirəm ki?! İki qonşu dövlətimiz var, generalları Ermənistanda olurlar. Bugünlərdə İranın generalları İrəvana nəyə getmişdilər?! O cümlədən, Rusiyanın generalları nəyə gedirlər ora?! İndi Zəngəzurda Rusiyanın hərbi bazasının yerləşdirilməsi gündəmə gətirilir. Bunlar boşuna deyil, məqsədləri var.

- Dediniz ki, Rusiya sülhməramlıları vəzifələrinin öhdəsindən gələ bilərlər, amma təxribata əngəl olmurlar. Demək, bunda sülhməramlılar maraqlıdır...

- Əlbəttə, qarşısını ala bilərlər. Məsuliyyətsizlik etmirlər, tərəf saxlayırlar. Biz uşaq olanda dağda-aranda bir yerdə olurduq. Məsələn, Turşsuda istirahət edəndə ermənilər də ora gəlirdi. Uşaq idik, erməni uşaqları ilə aramızda dava olurdu. Erməni uşağın atası gəlirdi, uşağına hirslənib deyirdi ki, “ara, vurma - “txe”, vurma - “txe””. Hamı da deyirdi ki, görürsən, erməni atası gəlib uşağını danlayır, deyir, “vurma”. Yəni, guya bu ermənilər dava istəmirlər. Sonra başa düşdük ki, “txe” erməni dilində “vur” deməkdir. O uşağın atası “vurma” deyib, bunu bizə eşitdirirmiş, öz dilində də “vur” deyirmiş. İndi sülhməramlılar o oyunu oynayırlar. Ermənilərə deyirlər ki, “vurma – “txe””. Yəni Azərbaycana deyirlər ki, bax, biz deyirik vurma, əslində isə ermənilərə “txe” deyirlər. Bu gün də erməni quldurlarının atası sülhməramlılardır.

- Yaranan gərginlik hərbi əməliyyatların başlamasına zəmin yarada bilərmi?

- Açıq-aydın görünür ki, Ermənistan revanş etmək istəyir. İstəyirlər, lap yaxşı. Bu dəfə müharibə bir az da ağır olacaq və Ermənistan tamamilə məhv ediləcək. Çünki onların Azərbaycan Ordusuna gücü çatmaz. Arxalarında kim dayanır-dayansın, yerlə-yeksan olacaqlar. Sərhədimizi atəşə tuturlar, Şuşaya gəlirlər – niyyətləri müharibədir. Baxaq, görək, cavabımız nə olacaq. Onların güllələrinin altında oturası deyilik ki. Özü də, buna müharibə yox, antiterror əməliyyatı deməliyik. Azərbaycanın ərazilərində antiterror əməliyyatı keçirməsi bütün qanunlarla təsbit edilib. İstənilən ölkə, Azərbaycan da daxil olmaqla, ərazilərində terrorçuların təmizlənməsi istiqamətində əməliyyatlara başlaya bilər. Hələlik rəsmi, dəqiq məlumat yoxdur. Nə xəbər varsa, Müdafiə Nazirliyinin verdiyi məlumatdır. Mən dəqiq öyrənə bilərəm, amma mətbuata çıxara bilmərəm. Nazirliyin açıqladığı məlumatdan artıq məlumat yaymaq düz deyil. Mənbə bir yer olmalıdır.

- Amma ictimaiyyətdə narahatlıq var. Məsələn, erməni əsgərinin gəlib Azərbaycan əsgərini döyməsi ilə bağlı sosial şəbəkələrdə video var. Müdafiə Nazirliyindən isə video ilə bağlı hansısa açıqlama yoxdur. Belə olan halda şayiələr çoxalır...

- İctimaiyyətin narahatlığını başa düşürəm, insanlar haqlıdır. Əsgərimizə qarşı edilən hərəkət terror sayılır və bunun cavabı çox ağır olacaq. Məncə, bu, cavabsız qalmayacaq. Görünür, ermənilər bu dəfə Xankəndidən qaçacaqlar. Bu, subyektiv fikrimdir. Bilirsiniz, qalib ordunun əsgərinə qarşı bu hərəkət bağışlanmamalıdır. Qalib əsgərin 5-10 dığa tərəfindən döyülməsinin səbəbləri açıqlanmalıdır, hansı şəraitdə olduğu rəsmi bildirilməlidir. Yoxsa ki, nazirlik susur, şayiələr də artır. Nazirlik vaxtında və dəqiq məlumat verməlidir. Bu gün jurnalistlər xəbər vermək baxımından nazirliyi qabaqlayır. Biz dəfələrlə Müdafiə Nazirliyinə dedik, müraciət etdik ki, sən bizi qabaqla, biz səni yox. Dediyimiz sözlər də xətirlərinə dəyir.

- Və insanlar erməni mənbələrinə üz tuturlar...

- Mən erməni mediasının məlumatına inanmağın əleyhinəyəm. Çünki onlar olan bir hadisənin üzərinə beşini də əlavə edib yayırlar. Bu, təbiidir, çünki erməni xalqı içərisində təbliğatını aparır. Mən onların təbliğatına inanmağın və burada yaymağın tərəfdarı deyiləm. Amma özümüzünkü - Müdafiə Nazirliyi açıqlasın. Bizim nazirlik isə dünənin xəbərini bu gün, bu gününkünü də üç gündən sonra verir. Nəticədə də uduzuruq. İndi internet əsridir, informasiya anında çatdırılmayanda şayiələr yayılır, ağız deyəni qulaq eşitmir. Tənqid də edirsən, qəbul olunmur. Bir dəfə Milli Məclisdə Müdafiə Nazirliyini bir balaca tənqid etdim, incidilər, haqqımda bəyanatlar verdilər. Öz vəzifələrini yerinə yetirmək əvəzinə mənə dedilər ki, xalqı çaşdırıram. Xalqı çaşdırmaq məlumatı dəqiq, vaxtında verməməkdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru