Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM .....                     “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI .....                     Qara buludlar dəf edildimi? .....                     İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub .....                     "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" .....                     ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib .....                     Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB .....                     Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb .....                     Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi .....                     "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..." .....                     Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi .....                     SOCAR-da yeni təyinatlar .....                     Türkiyə XİN Azərbaycanı təbrik edib .....                     Rubio Zelenskinin ittihamlarına cavab verib .....                     “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... .....                     Milli Depozit Mərkəzi tender elan edib .....                     ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib .....                     Vanqanın daha bir kəhanəti: .....                     İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi .....                     Regionlar boşalır: Məzunları isə Bakını üstələyir .....                     Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi .....                     Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib .....                     "Avtobusda insan daşıdığınızı unutmusuz!" .....                     "Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                 

“Sülhməramlılar öz vəzifələrini yetirməlidir, əks halda onların regionda olmalarının nə mənası var?!” - deputat
Tarix: 28-05-2021, 10:40 | Çap et
“Sülhməramlılar öz vəzifələrini yetirməlidir, əks halda onların regionda olmalarının nə mənası var?!”
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd ərazilərində təxribatı geniş vüsət almaqdadır. Düşmən ölkənin əsgərləri sərhədlərimizi atəşə tuturlar, təxribat-diversiya cəhdlərinə əl atırlar. Mayın 24-dən başlayan gərginlik daha da artmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Məlumatda bildirilir ki, eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Müdafiə Nazirliyinin yaydığı daha bir məlumata görə isə, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən, diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Bildirilib ki, ilkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

“Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40В°09′06″; E 45В°58′07″). Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər”, - Müdafiə Nazirliyindən qeyd edilib.

Ermənistan tərəfinin bu cür təxribatları davam etdirməsi 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Birgə Bəyanatın pozulması, hərbi vəziyyətin yenidən bərpa olunmasına cəhddir. Eyni zamanda, Ermənistanın bu davranışı Azərbaycanın ərazilərində antiterror əməliyyatına başlamasına imkan verir. Xüsusən, Şuşa şəhəri ətrafında erməni yaraqlılarının atəş açması onun göstəricisidir ki, Üçtərəfli Bəyanatın bəndlərindən biri yerinə yetirilməyib – erməni silahlı terrorçuları ərazilərimizdən çıxmayıb.

Sərhəddəki gərginlik və bunun doğuracağı nəticələrlə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev hesab edir ki, Ermənistanın təxribatlarının arxasında bir neçə məsələ var:

- Birinci məqam iyunun 20-də keçiriləcək növbədənkənar seçkilərlə bağlıdır. Ermənistan tərəfi çalışır ki, təxribatlar çox olsun. Düşünürlər ki, nə qədər qarışıqlıq, təxribat olsa, bəlkə seçkilər ləğv edilə bilər, komendant saatı tətbiq edilər. Deyələr ki, “sərhəddə vəziyyət gərgindir, belə vəziyyətdə seçkilərə getmək olmaz”. Variantlardan biri güman edirəm ki, budur. İkinci variant isə ondan ibarətdir ki, bu gün Ermənistan silahlı qüvvələrində xaos yaşanır. Ordularında bir çox qruplaşmalar var, müxtəlif radikal qüvvələrə xidmət edənlər mövcuddur. Hansı ki, böhran vəziyyətində olan mərkəzi hakimiyyət həmin qrupların öhdəsindən gələ bilmir. Üçüncü məsələ isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) oyunlarına cəlb etmək niyyətidir. Hətta düşünürəm ki, ermənilər biz tərəfə keçib öz tərəflərinə də atəş aça bilərlər. Sonra da KTMT-yə, o cümlədən, Rusiyaya müraciət etsinlər ki, guya Azərbaycan tərəfi atəşkəsi pozur. Bununla da təmsil olunduqları təşkilatdan kömək istəsinlər.

- Vəziyyətin sakitləşməsi üçün nə edilməlidir?

- Burada artıq Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rolu mühümdür. Mərkəz bu neqativ halları siyasi rəhbərliklərə məruzə etməlidirlər. Bildirməlidirlər ki, vəziyyəti daha da acınacaqlı ola bilər. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələri bütün danışıqlarda mütləq şəkildə iştirak etməlidir. Və sülhməramlıların vəziyyətlə bağlı atacağı addımlarda istinad etdikləri sənəd 10 noyabr 2020-ci ildə qəbul edilmiş üçtərəfli Birgə Bəyanat olmalıdır. Digər yandan, ATƏT-in Minsk Qrupu da hərəkətə keçməlidir. Həmsədrlər indiyədək ancaq bəyanat verirdilər. Bundan sonra məsələlərin həllini üzərlərinə götürməlidirlər. Çünki bölgədəki kommunikasiyaların blokdan çıxarılması, sərhədlərin delimitasiya və demarkasiyası ilk növbədə beynəlxalq səviyyədə aparılmalıdır. Bu baxımdan, bütün beynəlxalq qurumlar Ermənistana öz təzyiqini göstərməlidirlər. Bilirsiniz, bu təxribatlar gözlənilən idi. Hesab edirəm ki, bu, İrəvanın seçkiqabağı siyasi gedişləridir. Azərbaycan belə təxribatlara daim hazır olmalıdır və hazırdır.

- Sosial şəbəkələrdə video yayılıb. Kadrlarda görünür ki, erməni əsgəri gəlib Azərbaycan əsgərini döyür, təhqir edir. Bunun bir cavabı olmalıdır axı...

- Erməni əsgərlərinin o davranışı da düşmən təxribatının bir hissəsidir. Bəlkə də həmin videogörüntülər əvvəllər çəkilib. Videonun özü qondarma, düzəldilmiş də ola bilər, həqiqət də ola bilər. Təbii ki, istənilən halda bunun cavabı verilməlidir. Cavab daha sərt şəkildə verilir də. Düşünürəm ki, bu cür hallarla təxribatı gücləndirirlər ki, Azərbaycan tərəfində ikrah hissi yaransın, Azərbaycan müvazinətini itirsin. Əsas məsələ bu təxribatların qarşısını almaqdır.

- Belə hadisələrdən sonra Azərbaycanın antiterror əməliyyatları keçirməsi mümkündürmü?

- Məncə, əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu gün Azərbaycan sərhədlərə tam nəzarəti təmin etməlidir və bu yöndə sürətli iş aparılır. İstər GPRS vasitəsilə, istər keçmiş SSRİ-nin hərbi xəritələrinə əsaslanaraq sərhədlər müəyyənləşir. Sərhədlərin relyefi həddən artıq çətin və mürəkkəb olduğu üçün bu məsələdə bir qədər gecikmə ola bilər. Azərbaycan Ordusu bu proseslərdən qalib çıxaraq sərhədin təhlükəsizliyini təmin edəcək və sərhəd xəttini sərhədçilərimizə təhvil verəcək. Ondan sonra proses öz axarına düşəcək. Eyni zamanda, 10 noyabr üçtərəfli Birgə Bəyanatdakı məsələlər yerinə yetiriləcək. çünki Zəngəzur dəhlizinin və Qazax tərəfdən kommunikasiyaların açılması mühüm məsələdir.

- Ermənistan tərəfi bu cür təxribatlarını davam etdirirsə, delimitasiya və demarkasiya, kommunikasiyaların açılması necə mümkün olacaq?

- Delimitasiya o deməkdir ki, hər bir dövlət öz sərhədinə çıxır. Demarkasiya isə artıq hərbi postlarını yerləşdirmək, keçid məntəqələrini təyin etməkdir. Bu gün Azərbaycan Ordusu Rusiyanın, sülhməramlıların da iştirakı ilə həmin mövqelərə çıxdıqdan sonra postların qoyulması elə də çətin deyil.

- Dediyiniz kimi, sülhməramlılar atəşkəsə nəzarət etməlidirlər, amma bu yandan ermənilər təxribat törədirlər...

- Bəli, sülhməramlılar atəşkəsə nəzarət etməlidirlər. Sülhməramlılar üzərlərinə düşən vəzifəni mütləq şəkildə yerinə yetirməlidirlər. Əks halda, onların ümumiyyətlə, regionda olmasının faydası nədir? Təbii ki, bununla bağlı iradlar rəsmi Bakı tərəfindən sülhməramlılara çatdırılır. Görürsünüz, Ermənistan nə qədər ciddi cəhdlə KTMT-ni proseslərə cəlb etmək istəyir. Amma bunun nəticəsi olmur. Çünki Azərbaycan KTMT-nin üzvü olan dövlətlərlə ayrı-ayrılıqda danışıqlar aparır. Vəziyyətin ciddiliyi KTMT üzvlərinin diqqətinə çatdırılır. Eyni zamanda, Azərbaycanın sülh prosesində maraqlı olduğu, sülhün bərqərar olması istiqamətində atılan addımlar onlara izah olunur.

- Azərbaycan əsgərinin erməni hərbçiləri tərəfindən döyülməsi ilə bağlı, erməni təxribatlarına qarşı səbr göstərdiyimiz deyilir. Məsələn, Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd edilir ki, Ermənistan sərhədlərimizi atəşə tutub, Şuşa yaxınlığında havaya atəş açılıb, lakin bizdən cavab atəşi açılmayıb. Bu təxribatlara qarşı nə qədər səbrli olacağıq, nə qədər atəşə qarşılıq verməyəcəyik? Qalib Azərbaycan Ordusunun təhqir edilməsinə qarşı səbrimiz nə qədər davam edəcək?

- Hesab edirəm ki, Azərbaycan əsgərini heç bir halda təhqir etmək olmaz. Bu, ermənilər tərəfindən birinci və sonuncu addım olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Bu gün, 16:43
• “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
Bu gün, 16:36
• Qara buludlar dəf edildimi? - GƏLİŞMƏ
Bu gün, 16:35
• İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:31
• "Heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara bilməz" – Türkiyəli general
Bu gün, 16:28
• ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib - Zelenski
Bu gün, 16:25
• Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01
• Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46
• Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45
• "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44
• Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42
• SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39
• Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25
• Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55
• “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54
• Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05
• ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58
• Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56
• İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37
• Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25
• Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22
• Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20
• "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru