Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                 

Proporsional seçki sistemi: Müsavat parlamentə qayıdır - İDDİA
Tarix: 15-08-2023, 14:10 | Çap et
Proporsional seçki sistemi: Müsavat parlamentə qayıdır
Payızda referendum yolu ilə Konstitusiyanın dəyişdiriləcəyi, proporsional seçki sisteminin bərpa olunacağı ilə bağlı xəbərlər gündəmdən düşmür. Milli Məclisdə deputat yerlərinin sayının 151-ə, hətta 200-ə çatdırılacağına dair iddialar var. Yeni formalaşacaq parlamentdə ən azı 50 deputatın proporsional qaydada seçilməsi gözlənilir.

Yeni parlamentdə hansı siyasi qüvvələr təmsil oluna bilər? Proporsional seçki sistemi kimlərin işinə yarayacaq?

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklərdən sonra bir sədr və bir portfeldən ibarət olan partiyaların çoxu sıradan çıxıb, hətta Müsavat, AXCP, ReAl, Ümid kimi üzvlərinin sayının çoxluğu ilə öyünən partiyalar da bu günə kimi dövlət qeydiyyatına alınmayıblar. Buna rəğmən həmin siyasi təşkilatların tezliklə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması gözlənilir.

Doğrudur, siyasi iqtidarın kursunu dəstəkləyən bir çox partiyaları var ki, onların gələcək perspektivdə parlamentdə təmsil olunacağını heç kim istisna etmir. Ağ Partiya, Vəhdət Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və digərləri parlamentdə müxalif kəsimi təmsil etsə də, görünən odur ki, məclisə artıq “ana müxalifət”in gəlməsi vacibdir.

Sadalanan partiyalar sırasında isə ən köklü və stajlı olanı Müsavatdır. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən qurulan Müsavat bu gün ölkənin siyasi sferasında ciddi bir uğura imza atmasa da, yeni referendumdan sonra partiyanın dirçəldilməsi gözləniləndir. Arif Hacılının bu yaxınlarda başqanlıq müddətinin sona çatdığını nəzərə alsaq, partiyanın başına yeni nəfəsin keçməsindən sonra Müsavatın siyasi səhnədə daha ciddi rol oynayacağını deyə bilərik.

Partiya sədrliyinə əsas namizədlərdən biri isə BDU-nun dosenti Nüşabə Sadıqlıdır. Lalə Şövkətdən sonra ölkə siyasətində ikinci qadın partiya sədri olmaq şansı qazanan N.Sadıqlının Müsavatdan küskün düşən köhnə müsavatçıları geriyə qaytaracağına dair iddialar mövcuddur. A.Hacılının sədr seçilməsindən sonra Vurğun Əyyub, Qubad İbadoğlu, Adil Qeybulla və digər ictimai-siyasi xadimlərin partiya sıralarından çıxması ilə müxalifət cəbhəsindəki siyasi rıçaqlarını itirən Müsavatın N.Sadıqlının rəhbərliyi ilə yenidən meydanlara qayıdacağı gözləniləndir.

Ehtimal olunur ki, hakimiyyətə qarşı radikal mövqedə olan AXCP sədri Əli Kərimlinin parlamentə geri dönməsindənsə, siyasi iqtidar parlamentdə rəqabətin güclənilməsi üçün Müsavatı özünə rəqib seçə bilər. AXCP-nin və Əli Kərimlinin siyasi iqtidara münasibətdə radikal mövqe tutması Azərbaycan hakimiyyətinin bu təşkilatla uzlaşmasını mümkünsüz edir. Amma Sadıqlının bioqrafiyasına baxanda və İsa Qəmbərin onu dəstəkləməsi faktını nəzərə alanda siyasətçi xanımın partiya sədri olaraq bu mübarizədə əsas tərəflərdən birinə çevrilməsi real görünür.

Analitiklərin fikrincə, siyasi kuluarlarda Müsavat və YAP mübarizəsi parlamentdə yenidən canlana bilər. Bu mübarizə 90-cı illərin kəşməkəşli parlament davaları kimi olmasa da, indikindən fərqli olaraq, parlamentə yeni nəfəs, yenui ruh gətirə bilər. Amma seçkinin taleyi daha çox Müsavat Partiyasının proporsional namizəd siyahısındakı şəxslərin kimliyindən asılı olacaq. İsa Qəmbər və Arif Hacılı "sabiq başqan" statusunda siyahıda ön sıralarda yer almasa, Müsavatın "qutu"dan çıxmaq şansı daha böyük olacaq.
//yenisabah.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru