BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                 

“Monopolistlər sərhədlərİ bağlayıb, qapalı vəziyyətdə istədiklərini edirlər” - Sərdar Cəlaloğlu
Tarix: 5-04-2024, 10:05 | Çap et
“Monopolistlər sərhədlərİ bağlayıb, qapalı vəziyyətdə istədiklərini edirlər”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsində İran-İsrail münasibətlərində baş verən son gərginliyin Azərbayana mümkün təsirləri, Bakı-İrəvan arasında artan eskalasiya riski, eləcə də ölkədə və dünyada gedən proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sərdar bəy, bu günlərdə İsrail qüvvələri İranın Suriyada yerləşən konsulluğunun yaxınlığındakı iqamətgaha hücum edib və nəticədə İranın iki generalı və diplomatları həlak olub. Ardınca iranlı deputatlardan biri Azərbaycanı təhdid edən açıqlamalar verib. O, bildirib ki, cavab olaraq “İsrailin Bakıdakı səfirliyini vurmaq lazımdır”. İran - Azərbaycan münasibətləri hələ də tam bərpa olunmayıb. Bu yaxınlarda prezidentlərin görüşü nəzərdə tutulsa da, baş tutmadı. Baş verənləri nəzərə alsaq, İrandan Azərbaycana real bir təhdid, təhlükə varmı?

- İsrail rəsmi şəkildə həmin hadisədə iştirak etmədiyini açıqlayıb. Ola bilsin ki, hansısa təsadüfi terrorçunun vasitəsi ilə İran - İsrail münasibətlərini daha da gərginləşdirmək üçün belə bir addım atılıb. İranın Azərbaycandakı İsrail səfirliyini vurmasına gəlincə, bu, tamamilə absurd bir yanaşma, həm də Azərbaycan dövlətinə qarşı bir qəsddir. Çünki bura Azərbaycan ərazisidir. İran əgər Azərbaycan ərazisinə hər hansı bir hücum etsə, Azərbaycan məcburdur ki, ona cavab versin. Ancaq mən düşünmürəm ki, İran Azərbaycana belə bir hücum edəcək.

- Vaxtilə Pakistana qarşı etmişdilər...

- Bəli, amma cavablarını da almışdılar. İsrail dəfələrlə İranın öz ərazisində müəyyən hərbi obyektlərini vurub. Lakin İran İsrailə cavab verə bilməyib. İndi İranın bu cür bəyanat verməsi onların acizliyindən irəli gəlir. İsrailə birbaşa cavab verə bilmirlər, dolayı yolla çalışırlar ki, İsrail ilə üçüncü dövlətlərin ərazisində mübarizə aparsınlar. Təbii ki, İran - Azərbaycan münasibətləri gərgindir və həmişə də gərgin olaraq qalacaq. Çünki Azərbaycan müstəqil dövlətdir və Güney Azərbaycan problemi hələ də davam edir. Ona görə də İran rejimi həmişə Azərbaycana qarşı düşmən mövqe sərgiləyəcək. Bu gün İran rejiminin Ermənistana münasibəti heç də farsların ermənilərə olan qan və dil yaxınlığı ilə bağlı deyil. Bu münasibətin əsasında Azərbaycan düşmənçiliyi durur. Yəni sabah ermənilər olmasa, bizə qarşı rəqib olan hər hansı bir qüvvəni İran rejimi dəstəkləyəcək.

- Deməli, düşmənçilik varsa, qarşıdurma üçün möhkəm zəmin var...

- İndiki şərtlərdə İran hakimiyyətinin Azərbaycanla hər hansı bir qarşıdurmaya girəcəyini düşünmürəm. Çünki Amerika Birləşmiş Ştatları rəsmi şəkildə bəyan edib ki, “Azərbaycanın hərbi təhlükəsizliyinin təminatını öz üzərimizə götürmüşük”. Eyni zamanda Türkiyə və Pakistan kimi müttəfiqlərimiz var. Bu baxımdan, əgər İrandan Azərbaycana hər hansı bir təhdid olsa, mütləq Türkiyə və Pakistan da bu məsələyə müdaxilə edəcək. Hətta proses dərinləşsə, ABŞ də məsələyə qarışa bilər. Maraqlıdır, İsrailin və onun müttəfiqi ABŞ-nin yaxın ərəb ölkələrində də səfirlikləri var. İntiqam almaq üçün niyə digər ölkələrdəki səfirliyi yox, məhz Azərbaycandakını vurur? Xatırlayırsınızsa, əvvəlki dövrlərdə münasibətlər kəskinləşən zaman İran rejiminin təmsilçiləri demişdilər ki, “Fələstinə gedən yol Bakıdan keçir”. Onlar hesab edirlər ki, əvvəl Bakını işğal edib, sonra Fələstini azad edə bilərlər. Tehran bir neçə istiqamətdə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Birincisi, ermənilərlə qardaşlığını bəhanə edərək bizimlə düşmənçilik aparır. İkincisi, Azərbaycanı yəhudilərlə əməkdaşlıqda ittiham edir. Üçüncüsü, guya Azərbaycan ABŞ və Qərblə sıx əlaqələr yaradıb, onları İran sərhədinə gətirib. Əslində əsas məsələ azərbaycanlıların birləşmə məsələsinin İranı təhdid etməsidir. Yəni İran bu problemdən o qədər qorxur ki, ən müxtəlif variantlarla Azərbaycanı düşmən mövqeyinə gətirmək istəyir. Bu gün İran rejiminin ən böyük silahı dindir. Azərbaycanda ötən müddət ərzində İranın böyük bir casus şəbəkəsi formalaşmışdı. İkinci silahı isə narkotikdir. Hər gün İran sərhədindən Azərbaycana narkotik keçirilməsi ilə bağlı məlumatlarla rastlaşırıq. Bu, Azərbaycana həddən artıq böyük bir zərbədir.

- Qeyd etdiniz ki, rəsmi Tehran Azərbaycanı ittiham edir ki, guya İranın düşmənləri ilə sıx əlaqə qurur, onları sərhədə gətiririk. Amma bu gün faktiki olaraq İranın ən yaxın müttəfiqlərindən olan Ermənistan onun düşmənlərini sərhədinə gətirib. Amma İrandan buna adekvat reaksiya yoxdur. Bu paradoks nə ilə bağlıdır?

- İndi görün, İran rejimi Azərbaycana qarşı nə qədər düşmən mövqedədir ki, biz Ermənistanın elədiklərini etmədiyimiz halda bu cür münasibətlə üzləşirik. İran öz dövlət maraqlarına ciddi təhdid yaradan Ermənistana qarşı güzəştli mövqe tutur. Bu, Azərbaycana qarşı nifrətin böyüklüyü ilə bağlıdır. İran bu yaxınlarda Moskvada “Crocus City Hall”da baş verən terroru da Azərbayacanın üzərinə yıxmağa cəhd etdi. Bəyanat verdilər ki, bu, Ankara - Bakı İttifaqının yaratdığı terror idi və guya bu ittifaq dağılmayanadək belə teraktlar davam edəcək.

- Yeri gəlmişkən, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Ermənistana hərbi dəstək, təhlükəsizlik təminatları vəd olunacaq bu görüşlə bağlı da İrandan heç bir reaksiya yoxdur. Rusiya isə çox kəskin şəkildə bu görüşə etiraz edib, onu öz təhlükəsizlik maraqlarını təhdid adlandırıb. Bu nə ilə bağlıdır?

- Çünki Ermənistan İran və Rusiya üçün eyni əhəmiyyətə malik deyil. Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Bu baxımdan rusların Ermənistan üzərində çox böyük təsiri var. Digər tərəfdən, Ermənistanın geopolitik rolu Rusiya üçün daha əhəmiyyətlidir. Rusiya olmasaydı, bu reaksiyanı mütləq İran verəcəkdi. Amma İran görür ki, Rusiya Ermənistan uğrunda mübarizə aparır və biclik edərək müdaxilə etmir. Əgər Rusiya bu məsələdə öndə getməsəydi, mütləq İran o boşluğu dolduracaqdı.

- Bəs bu görüşün ümumilikdə əhəmiyyəti, regiondakı proseslərlə təsiri nədən ibarətdir?

- Bu görüşdə məqsəd Ermənistanı Rusiyanın iqtisadi asılılığından azad etmək, suverenlik və müstəqillik istiqamətində Ermənistanı mümkün qədər həvəsləndirməkdir. Rusiya mətbuatında, eləcə də bizim yerli mətbuatda sözügedən görüş fərqli formada təqdim olunur. Mənim fikrimcə, ABŞ-nin və Qərbin Ermənistana verdiyi dəstək Cənubi Qafqazda Rusiyanın təsirini azaltmağa hesablanıb. Beynəlxalq hüquqa görə, iki dövlət arasındakı müqavilə üçüncü dövlətin əleyhinə yönələ bilməz. Yəni bu gün Ermənistan, Avropa Birliyi və ABŞ arasında hər hansı müqavilə imzalanacaqsa, həmin müqavilədə Azərbaycanın əleyhinə yönələn hər hansı bir müddəa öz əksini tapa bilməz. Bu, beynəlxalq hüququn qızıl prinsipidir, hamı da buna əməl edir.

- Niyə bu gün Qərb, o cümlədən ABŞ birtərəfli şəkildə Ermənistana dəstək verir? Azərbaycana və Gürcüstana isə belə dəstək verilmir.

- Çünki Ermənistan Gürcüstan və Azərbaycana nisbətən daha çox Rusiyadan asılıdır və daha zəifdir. Ona görə də Ermənistan özünün təhlükəsizliyini, iqtisadi asılılığını Rusiyadan qopartdıqdan sonra başqa bir dövlətə və ya gücə arxalanmalı olur. Yaxşı olardı ki, Türkiyə BMT səviyyəsində Ermənistanın sərhədlərinin təhlükəsizliyini öz üzərinə götürsün. Belə olan təqdirdə Cənubi Qafqazda ABŞ və ya Avropa ölkələrinin iştirakına ehtiyac qalmayacaq. Amma indiki halda Ermənistanda o qədər ciddi türk düşmənçiliyi var ki, burada Türkiyəni təhlükəsizlik qarantı kimi görə bilmirlər. Ona görə Ermənistan məcburdur ki, çox uzaqdakı dövlətlərdən belə bir qarant alsın. Təbii ki, ABŞ-nin də burada çox ciddi geopolitik maraqları var. ABŞ və Avropa Birliyinin məqsədi İranın lap yaxınlığında hərbi qüvvə saxlamaq, İran və Rusiya üçün eyni anda müəyyən bir təhlükə yaratmaqdır. Uzun illərdir Cənubi Qafqaz Rusiya və İran arasında bölünüb. İndi isə yeni bir situasiya yaranıb. Niyə Cənubi Qafqaz bu qədər cəlbedici olub? Çünki artıq qlobal iqtisadi mərkəz Asiyaya doğru meyl etməyə başlayıb. Yəni ABŞ və Avropa ənənəvi dünya iqtisadi mərkəzi olmaq gücünü itirir və getdikcə də itirəcək. Digər tərəfdən, Avropanın və Amerikanın Çinin istehsal etdiyi ucuz mallara böyük ehtiyacı var. Bu malların daşınması üçün ən əlverişli marşrut İpək yoludur. Həmin yol da Cənubi Qafqazdan keçir. Eləcə də enerji, qaz və neft daşımaları da bu ərazidən keçir. Ona görə də Qafqazda bu transmilli layihələrə, kommunikasiya vasitələrinə nəzarət etmək artıq strateji bir əhəmiyyət daşımağa başlayıb. Vaxtilə ABŞ Dövlət katibi Henri Kissincer dünyada 5 strateji geopolitik məkanın olduğunu bildirmişdi. Bura – Ukrayna, Türkiyə, İran, Azərbaycan və Koreya daxil idi. Bu gün diqqətlə baxsaq görərik ki, bütün münaqişələr onun elan etdiyi bu bölgələrdə baş verib. Rusiya-Ukrayna savaşı, Türkiyə illərdir daxildə və xaricdə PKK ilə münaqişə içindədir, Azərbaycan - Ermənistan savaşı, Koreya iki yerə parçalanıb, İran da İraq, Pakistan kimi ölkələrlə münaqişəyə girir, orada tez-tez inqilablar olur. Bu strateji geopolitik ərazilərdə super güclər çox ciddi oyunlar oynayırlar. Bu baxımdan, belə bir oyun mərkəzlərindən biri də Azərbaycandır. Ona görə də hamı burada öz oyununu qurmaq istəyir və bu zaman maraqlar toqquşur. Düşünürəm ki, bundan sonra da bölgədə bu cür proseslər olacaq.


- Rusiya Erməistandakı proseslərdən ciddi şəkildə narahatdır. Sizcə, Rusiya yaxın zamanlarda Ermənistanda hansısa bir hakimiyyət çevrilişi cəhdləri edə bilərmi?

- Bu, Rusiya - Ukrayna cəbhəsində yaranmış vəziyyətdən asılı olacaq. Müharibənin bu günə qədər olan ümumi nəticələrinə görə savaş Rusiyanın xeyrinə deyil. Rusiya öz hərbi potensialının yarıdan çoxunu itirib. Ən vacibi isə Qərb və ABŞ Rusiyanın bu müharibədə hərbi davranışlarının ən incə detallarını öyrənib, Rusiyanın daxili təhlükəsizliyi ilə bağlı kifayət qədər məlumatlar əldə edib. Yəni artıq Rusiya ilə müharibə etmək Qərb institutları üçün olduqca asandır. Artıq Ukrayna cəbhəsində Rusiyanın nələrə qadir olduğunu öyrəniblər. Ona görə onun üzərində siyasət qurub qısa müddət ərzində Rusiyanı məhv edə bilər. Rusiya bunu nəzərə alır. Odur ki, Rusiya Ukraynadan başqa ikinci bir cəbhənin açılmasına heç vaxt getməyəcək. Amma İsrail - Fələstin münaqişəsinin arxasında Rusiya dururdu. Çünki həmin münaqişə meydana çıxan kimi Qərbin və Amerikanın Ukraynaya verdiyi dəstək parçalandı. Bu gün də hələ Ukraynaya tam dəstək verilmir. Amma Rusiya indiki halda Ermənistana açıq şəkildə hər hansı hərbi müdaxilə edə bilməyəcək.

- Bəs daxildəki proksi qüvvələrdən istifadə edə bilərmi?

- Təbii ki, daxili qüvvələrdən də istifadə edəcək. Amma hadisələr göstərir ki, Ermənistan xalqının əksəriyyəti Paşinyanın siyasətini dəstəkləyir. Ermənistan dövləti haqqında danışarkən biz iki məsələyə xüsusi diqqət etməliyik:

Ermənistanda üç siyasi iradə var - hökumət, erməni lobbisi və erməni kilsəsi. Erməni kilsəsi, erməni lobbisi, daxili müxalifətdən qat-qat güclüdür. Onlar istəsələr Paşinyanı hakimiyyətdən göndərə və ya saxlaya bilərlər. İndiki halda Amerikadakı erməni lobbisi Ermənistanın inkişaf etməsini, güclənməsini istəyir. Ona görə də erməni lobbisi ilə Paşinyanın mövqeləri üst-üstə düşür. Erməni kilsəsi bəlli məsələlərdə Paşinyana dəstək versə də, Azərbaycan məsələsində müxalif rolda çıxış edir. Amma lazım gəlsə, lobbi kilsəni də o siyasətə tabe etdirəcək. Erməni lobbisi Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyir. Niyə bu günə qədər çıxarmırdılar? Məsələ burasındadır ki, bu günə qədər Rusiya qeyri-adi gücə sahib bir dövlət hesab olunurdu. Amma son vaxtlar Rusiyanın zəif bir dövlət olduğu meydana çıxdı.

- Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb ki, Ermənistan şərti sərhəddə yeni bir təxribat axtarışındadır. Belə bir təxribat olarsa, bu, müharibəyə çevrilə bilərmi?

- Mən özümü qoyuram Nikol Paşinyanın yerinə. Deməli, Qarabağdan ermənilər çıxıb, Azərbaycanın daxilində mənim heç bir təsir dairəm yoxdur, müharibədə məğlub omuşam, Azərbaycan Pakistan və Türkiyə ilə çox ciddi hərbi müttəfiqlik müqavilələri bağlayıb. Azərbaycan özünün hərbi gücünə görə məndən 10 dəfə güclüdür, Avropanın da, Amerikanın da Azərbaycanda çox ciddi iqtisadi və geopolitik maraqları var. Belə bir şəraitdə Azərbaycanla müharibəyə başlayıram?Təbii ki, yox... Prezident İlham Əliyev də belə bir düşüncəsinin olmadığını bəyan edib. Ümumiyyətlə, İlham Əliyev hər zaman Türkiyə ilə məsləhətləşir. Türkiyə isə son vaxtlar ABŞ ilə həddən artıq yaxınlaşıb. Ərdoğan da bəyanat verdi ki, “ABŞ yenə də bizim strateji müttəfiqimizdir. Biz Avropa Birliyinə inteqrasiya yolunu tutmuşuq”. Çünki Amerikadakı strateqlər başa düşdülər ki, Türkiyə daim dünya siyasətində önəmli rol oynayan dövlət olacaq. Bu baxımdan Türkiyə ilə düşmənçilik axmaqlıqdan başqa bir şey deyil. Ona görə də Türkiyəyə münasibət dəyişdi. ABŞ “F-16”- ları Türkiyəyə verməyə razılıq verdi, hətta “F-35” layihəsinə qayıda biləcəyini də vurğuladı. Türkiyə bunu istəmədi, çünki özünün “Kaan” döyüş təyyarəsi var artıq. Belə bir vəziyyətdə Türkiyə də regionda müharibənin başlamasında maraqlı olmayacaq. İlham Əliyevin siyasi xəttindən kənarda olan qüvvələr, hansı ki, onlar Rusiyaya bağlıdır, bunu istəyir. İlham İsmayıl bu yaxınlarda demişdi ki, Azərbaycanda 80 min nəfər Rusiyadan agent kimi maaş alır. Məsələn, Azərbaycan parlamentinə iki dəfə sədrlik edən Oqtay Əsədov Azərbaycandan oğurladığı pullar hesabına Rusiyada 50 milyon dollarlıq yatırım edib. Əksər sabiq və bəzi indiki nazirlərimizin də biznesi Moskvadadır və onlar Rusiyanın təsirindədir. Ermənİstanda da həm hərbidə, həm də hökumətdə Rusiyanın təsiri altında olan kifayət qədər insan var. Bu baxımdan şərti sərhəddə müəyyən təxibatlar ola bilər. Həm Ermənistanda, həm də Azərbaycandakı ruspərəts qüvvələr aranı qarıdırmağa çalışa bilərlər. Bununla belə, hesab edirəm ki, Azərbaycan ilə Ermənistan arasında ciddi bir münaqişə olmayacaq.

- Azərbayanda yaxın vaxtlarda parlament seçkilərinin keçiriləcəyi haqda xəbərlər yayılır. Sizcə, yeni parlament necə formalaşacaq?

- Yeni parlament indikindən heç nə ilə fərqlənməyəcək. İstiqlalçı qüvvələri parlamentə buraxmayacaqlar. Bu da Rusiyanın təsiri ilə bağlıdır. Azərbaycan Rusiyanın siyasi asılılığından çıxmaq üçün 2 ciddi addım atıb - Türkiyə ilə Şuşa Bəyannaməsi, Pakistan - Türkiyə - Azərbaycan arasındakı hərbi müqaviləni imzalayıb. Bu iki müqavilə bizə nisbətən müstəqil xarici siyasət aparmağımıza imkan verir. Amma biz də istənilən nöqtəyə qədər gedə bilmirik.

- Quru sərhədlərin bağlı saxlanılması da əhalidə narazılıq yaradır. Bunu da Rusiyadan gələ biləcək potensial təhlükələrlə izah edirlər. Sizcə bu nə ilə bağlıdır?

- Quru sərhədlər müxtəlfi adlar altında bağlı saxlanılır. Gah dedilər ki, pandemiya var, sonra dedilər Azərbaycanın təhlükəsizliyinə təhdid var. Bəzən dedilər ki, qəsdən bağlayıblar, hava yollarından adamlar daha çox istifadə etsin. Rusiyadan miqrantların kütləvi şəkildə Azərbaycana qayıtmasının qarşısını almaq üçün bu addımın atıldığını iddia edənlər də var...Bizim hökumətin atdığı addımların məntiqini müəyyənləşdirmək olmur. Birincisi, bütün dünyada elan olunub ki, koronavirus artıq bitib. İkincisi, Azərbaycan hökuməti açıq şəkildə elan edib ki, Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir, heç kəs Azərbaycana təhdid yarada bilməz və s. Belə çıxır ki, bu arqumeti də əsassızdır. Üçüncüsü, bir dövlət necə öz vətəndaşlarının öz ölkəsinə qayıtmasının əleyhinə çıxa bilər? Sərhədi bağlı saxlayıb Rusiyadan qayıdanları necə qəbul edə bilməzsən? Mənim ən çox inandığım versiya odur ki, monopolistlər sərhədlərİ bağlayıb, qapalı vəziyyətdə istədikərini edirlər. Məsələn, adi dərmanı gətirib 10 qat qiymətə əhaliyə satırlar. Xaricdən gətirilən məhsullara limit tətbiq olunub. Daxildəki monopolistlər qorxurlar ki, birdən qiymətlər ucuzlaşar, camaat varlanar. Məqsəd daxildəki qiymətləri yüksək səviyyədə saxlamaqdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru