Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                 

OQTAY GÜLALIYEVƏ AZADLIQ TƏLƏB OLUNDU
Tarix: 17-05-2012, 15:27 | Çap et
OQTAY GÜLALIYEVƏ AZADLIQ TƏLƏB OLUNDU

İNSAN HAQLARI EVİ DAHA NƏLƏRİ TƏLƏB EDİB?

İnsan Haqları Evi şəbəkəsi prezident İlham Əliyevə müraciət edərək vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevin dərhal və şərtsiz azadlığa buraxılmasını və tam reabilitasiyasını tələb edib.

Məktubda deyilir:

Cənab prezident,

Biz, aşağıda imza edənlər - İnsan Haqları Evi şəbəkəsinin üzvləri vətəndaş fəalı və jurnalist Oqtay Gülalıyevin Sabirabad rayonunda həbsindən və onunla pis rəftardan çox narahatıq. Biz əminik ki, bu cür repressiv tədbirlər O.Gülalıyevin insan hüquqları və korrupsiyaya qarşı mübarizə sahəsindəki fəaliyyəti ilə bağlıdır. Biz Azərbaycan hakimiyyətini Oqtay Gülalıyevi dərhal və şərtsiz azad etməyə, onun tam reabilitasiyasını təmin etməyə çağırırıq.

Xatırladaq ki, Azərbaycan hakimiyyəti ölkədə korrupsiyaya qarşı mübarizənin, insan hüquq və azadlıqlarının müdafiəsinin effektivliyinin artırılması üzrə Milli fəaliyyət proqramının 3.2 və 3.3 bəndlərində nəzərdə tutulmuş dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsinə tərəfdar olduğunu bildirib.

Biz təkidlə hakimiyyəti “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı kimi təşkilatlarla əməkdaşlığa çağırırıq. “Kür” qərargahının fəaliyyəti bu məqsədlərə nail olunmasında Azərbaycan hakimiyyətinə yardım göstərilməsinə yönəlib.

O.Gülalıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. Qərargah 2010-cu ilin mayında baş vermiş daşqının nəticələrinin aradan qaldırılmasında hökumətə yardım göstərilməsi məqsədilə bir neçə qeyri-hökumət təşkilatını birləşdirir.

Daşqın Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir, Zərdab, Hacıqabul, Neftçala rayonlarına, Şirvan şəhərinə ciddi ziyan vurub, 100 min ha-dan çox ərazi, 20 mindən çox ev su altında qalıb.

Bundan əlavə, O.Gülalıyev “Hasilat sənayesində şəffaflığın artırılması” Koalisiyasının monitorinq qrupunun üzvüdür. O, Demokratik İslahatlar İctimai Birliyinin sədri, “Şəffaflıq” və “Kür-Araz” jurnallarının redaktorudur.

“Kür” vətəndaş cəmiyyəti qərargahı yerli icra hakimiyyəti orqanları tərəfindən çoxsaylı fırıldaqçılıq, korrupsiya və vətəndaşların aldadılması faktlarının üstünü açıb. O.Gülalıyevin vasitəçilik fəaliyyəti sayəsində minlərlə insan yarımçıq qalan kompensasiyalarını, mənzillərini və dövlətdən başqa yardımları alıblar.

O.Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin ədalətli paylanması tələbi ilə mitinqlər keçirən yerli sakinlərlə görüş keçirərkən polislər tərəfindən saxlanılıb. O, xuliqanlıqda, ictimai yerdə təhqiramiz ifadə işlətdiyinə görə həbs edilib. Həbs Minbaşı bələdiyyəsinin rəhbərinin şikayəti əsasında həyata keçirilib.

O.Gülalıyev İnzibati Xətalar Məcəlləsinin 296 -cı maddəsi ilə 12 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib. Öz seçiminə əsasən vəkillə görüşmək hüququ təmin olunmayıb. O, hüquqlarının pozulmasına etiraz olaraq Sabirabad rayon polisində müstəntiqlə əməkdaşlıqdan imtina edib.

O.Gülalıyev bildirib ki, həbsdən sonra Sabirabad polis rəisinin müavini Rauf Məcidov və digər yeddi polis tərəfindən döyülüb. Başından, qarnından zərbələr alıb, baş gicəllənməsindən şikayət edib. Təcili tibbi yardıma ehtiyacı olub. Lakin heç bir təhqiqara başlanılmayıb.

Aprelin 19-da inzibati həbs müddətinin bitməsinə bir gün almış iki ay müdətinə həbs olunub. O.Gülalıyevə qarşı CM-in 220.2-ci maddəsi (hakimiyyəti nümayəndəsinin tələblərinə tabe olmama və kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırış) ilə cinayət işi açılıb. Ona iki həftə ərzində öz vəkili ilə görüşməyə imkan verilməyib. Hazırda onu üç ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir.

O.Gülalıyevin saxlanması və onunla pis davranış korrupsiyaya qarşı mübarizə və sosial ədalətin bərpa olunması sahəsində apardığı mübarizəyə görə qisas almaqdır. Bu göstərir ki, Azərbaycanda hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyətinin digər fəallarının tənqidi səslərini boğmaq üçün qorxutma praktikası qalır.

Hazırda iki hüquq müdafiəçisi Vidadi İsgəndərov və Taleh Xasməmmədov, altı jurnalist tənqidi fikirlərinə görə həbsdədir.

Bununla əlaqədar Azərbaycan hakimiyyətini fikir azadlığı hüququnun təmin olunması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq. Biz hakimiyyəti aşağıdakılara çağırırıq:

- Oqtay Gülalıyev dərhal və şərtsiz azadlığa buraxılsın, tam reabilitasiya olunsun;

- Ona qarşı amansız davranışla bağlı hərtərəfli, şəffaf və qərəzsiz təhqiqat aparılsın, günahkarlar məsuliyyətə cəlb olunsun;

- İnsan hüquqları müdafiəçilərinin təhlükəsizliyinin qorunması üçün effektiv tədbirlər həyata keçirilsin, BMT-nin hüquq müdafiəçiləri haqda 1998-ci il 9 dekabr bəyannaməsində nəzərə tutulduğu kimi onlara insan hüquqları sahəsində öz fəaliyyətlərini həyata keçirmək üçün şərait yaradılsın.

Müraciəti İnsan haqları Evi Fondunun beynəlxalq şəbəkəsinin 52 təşkilatı imzalayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Bu gün, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Bu gün, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Bu gün, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Bu gün, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Bu gün, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Bu gün, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Bu gün, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Bu gün, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Bu gün, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru