Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                 

Məmurların “çirkli pullar”ı ölkəyə qaytarılır? - “Son 15 ildə Azərbaycanda 10-15 milyard dollar dövlət vəsaiti gizlədilib”
Tarix: 17-08-2020, 10:50 | Çap et
Məmurların “çirkli pullar”ı ölkəyə qaytarılır?
Dövlət orqanlarında korrupsiyaya qarşı mübarizə mənimsənilən vəsaitlərin geri ödənilməsi məsələsini gündəmə gətirib.

Həbs olunmuş məmurların qanunsuz yolla qazandıqları pulların xeyli hissəsini Azərbaycandan çıxardaraq xarici ölkələrə daşıdığına dair məlumatlar var. Dövlət büdcəsindən oğurlanan həmin vəsaitlər ofşor zonalarda banklara yerləşdirilib, bahalı daşınmaz əmlak alınıb. Son vaxtlar ayrı-ayrı icra başçılarının, nazir müavinlərinin, biznesmen diplomatların fəaliyyətində belə halların aşkara çıxarılması xaricə daşınmış pulların Azərbaycana qaytarılması zərurətini yaradıb.

Əgər Azərbaycanın istintaq və məhkəmə oqanları talanmış vəsaitin dövlət büdcəsinə aid olduğunu sübuta yetirsə, onu geri almaq iddiası qaldırla və təmin edilə bilər. Eləcə də məmurların xaricdə ailə üzvlərinin adına aldığı daşınmaz əmlakın “çirkli pullar” hesabına əldə edildiyinə dair ölkələrin məhkəmə qərarları üst-üstə düşərsə, həmin obyekt satışa çıxarılmaqla dəyəri Azərbaycan tərəfinə ödənilər. Dünya ölkələrinin təcrübəsində belə hallar olduğundan bunu Azərbaycanın da tətbiq etməsi mümkün sayılır.

İqtisadçı-ekspert Cümşüd Nuriyev Cebhe.info-ya bildirib ki, ölkədən çıxarılmış dövlət vəsaitlərinin geri qaytarılması üçün ilk növbədə, onun korrupsiya yolu ilə mənimsənildiyini hüquqi cəhətdən təsdiq etmək lazımdır. Xarici dövlətlərlə birgə araşdırma tələb edən bu prosesi həyata keçirmək üçün qanunvericiliyik bazasını da genişləndirmək vacibdir.

“Dövlət məmurlarının kürsüsündən istifadə edərək onlara etibar olunan vəsaiti təyinatı üzrə xərcləməməsini müəyyənləşdirmək üçün iş aparılır. Bu, yorucu və vaxt tələb edən prosesdir. Çünki kim hansı cinayətdə ittiham olunacaqsa, mütləq ətraflı araşdırılmalıdır. İkincisi, əgər onun daşınmaz əmlakı xarici ölkənin ərazisindədirsə, artıq bu məsələ beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilməlidir. Ona görə də arayışlar, ittihamnamə hazırlanarkən beynəlxalq hüquq normaları nəzərə alınmalıdır. Ola bilsin ki, həmin adamların ailə üzvlərinin əksəriyyəti xarici ölkələrin vətəndaşıdır, orada pasport alıblar. Özü Azərbaycanda oturub ailəsinə xarici ölkənin vətəndaşlığını alan kifayət qədər dövlət məmuru var. Onların hamısını müəyyən etmək çətindir. Amma proses başlayıb və bu, yaxşı haldır. Bu məmurlar sırf iqtisadi cinayətlə məşğul olduğuna görə ona hər hansı siyasi don geyindirmək mümkün deyil. Onlar qanunsuz var-dövlətini ofşor zonalarda yerləşdirsə də, yerini müəyyənləşdirmək çətin deyil. Azərbaycanın bu işlə məşğul ola biləcək peşəkar hüquqşünasları var. Xaricdə təhsil almış hüquqşünaslar da var ki, onlar həmin işi bir neçə dildə apara bilir. Təxmini hesablamalar da göstərir ki, son 15 ildə Azərbaycanda 10-15 milyard dollar dövlət vəsaiti gizlədilib. Həm Azərbaycan Beynəlxalq Bankından götürülən vəsait ortada yoxdur, həm dövlət investisiyalarının bir hissəsi itib. Azərbaycan Prezidentinin də tənqid etdiyi dövlət şirkətlərinin rəhbərlərinin qohumlarının adına xarici ölkələrdə villalar, mənzillər, ofislər, şirkətlər, otellər, istirahət mərkəzləri, turizm obyektləri var. Bunları aşkara çıxarıb dövlət vəsaitlərinin geri qaytarılmasına nail olmaq üçün peşəkar hüquqşünaslar lazımdır. Eyni zamanda, Azərbaycanda yeni dövlət istintaq komitəsinin yaradılması bu istiqamətdə yaxşı addım olardı. Ayrı-ayrı strukturlarda istintaq işi aparmaq vəziyyəti çətinləşdirir. Prokurorluq bunların hamısına nəzarət edə bilmir. Azərbaycanda yeddiyə qədər hüquq-mühafizə orqanı var ki, onların hər birinin istintaq orqanı fəaliyyət göstərir. Amma həmin qurumlardan peşəkarları götürüb vahid istintaq orqanı yaratmaq olar”.

Cümşüd Nuriyev bildirib ki, ölkədən çıxarılmış pulların geri qayıtmayacağına dair ictimaiyyət arasında dolaşan fikirlərin əsası yoxdur:

“Panama, Kosta-Rika, Vircin adaları kimi kasıb dövlətlər ofşor zonalardakı banklara yerləşdirilən vəsaitlər hesabına dolanır. Lakin “çirkli pullar” məsələsi gündəmə gələrsə, həmin ölkələr Azərbaycanın sorğusuna cavab verməyə məcburdur. Çünki pul izsiz itmir. Dünyanın hər yerində kart sistemidir və ekspres metodla kimin hansı pulu hara köçürdüyünü müəyyən etmək çox asan olur”.

Ekspert məmurların “çirkli pullar”ının Azərbaycana qaytarılması üçün qanunvericiliyə dəyişikliyi vacib hesab edir:

“Konstitusiyanın 87-ci maddəsində qeyd edilir ki, beynəlxalq qanunlar Azərbaycan qanunlarından üstündür. Məsələn, Rusiya yeni qəbul etdiyi konstitusiyada bu maddəni çıxartdı. Milli Məclis də belə bir konstitusion qanun qəbul etməlidir. Orada göstərilməlidir ki, beynəlxalq qanunlar Azərbaycan qanunlarına zidd olduqda Azərbaycan qanunları üstünlük təşkil edir. Çünki bu qədər korrupsiya varsa və külli miqdarda vəsait qanunsuz yolla xarixcə daşınırsa, Milli Məclis bu qanunu qəbul etməlidir. Biz 1992-ci ildə belə bir konstitusion qanun qəbul etmişik ki, xaricdə vəsaiti olan şəxs Azərbaycana qaytarsa, mənbəyi soruşulmayacaq. Ona görə də belə bir qanunu qəbul etməklə maliyyə amnistiyası tətbiq etməlidir. Həm o pullar vergitutma obyektinə çevrilir, həm də Azərbaycanın maraqlarına zidd olan iqtisadi, siyasi qanunlar Azərbaycan konstitusiyası ilə tənzimlənir. O zaman biz ATƏT-in Minsk qrupundan və digər təşkilatlardan da imtina edə bilərik. Azərbaycanıda Maliyyə Məcəlləsi və Rəqabət Məcəlləsi də qəbul olmalıdır ki, o vəsaitlərin qaytarılması mümkün olsun”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru