Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                 

Məmurların TENDER-MENDER OYUNLARI... - İLGİNC FAKTLAR
Tarix: 14-04-2022, 12:06 | Çap et
Məmurların TENDER-MENDER OYUNLARI...
Azərbaycanda sovet dönəmindən qalma elektrik enerjisi sisteminin yenidən qurulması layihələrinin həyata keçirilməsindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 2001-2018-ci illərdə prezidentlik etmiş Etibar Pirverdiyevin qazandıqları barədə kifayət qədər yazılıb. Onun bu sistem vasitəsi ilə əldə etdiyi milyonlarla ölçülən var-dövlət barədə də həmçinin. 2018-ci ildə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə prezident təyin olunmuş Baba Rzayev barəsində də az məlumatlar yayılmayıb. Buna qədər “Azərişıq” ASC-nin sədri olmuş Baba Rzayevin də var-dövləti milyonlarla ölçülür. Bu var-dövlətin mənbəyi isə təbii ki, dövlətdən korrupsiya yolu ilə oğurlanmışlar və oğurlananlardır. Bir sözlə, “Azərenerji” -də təkcə rəhbər dəyişikliyi baş verib, qalan hər şey olduğu kimi davam edir. Etibar Pirverdiyev köhnə elektrik enerjisi sisteminin yenidən qurulması layihələrindən oğurlayırdısa, Baba Rzayev isə işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması işlərindən oğurlayır. Təkcə azad edilmiş ərazilər deyil, həm də dəyəri milyonlarla ölçülən, bir çox bölgələrin elektrik enerji ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən də. Necə?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 2021-ci ildə bir sıra yarımstansiyasının tikintisi və elektrikquraşdırması, yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə 8, dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 28 Açıq Tender elan olunmuşdur.

Lakin “Azərenerji” ASC-nin Tender Komissiyası elan olunmuş bu Açıq Tenderlərin nəticələri barədə məlumatları ictimaiyyətə sadəcə bildiriş yolu ilə açıqlamış, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələb etdiyi kimi, bağlanmış müqavilələr üzrə məlumatları açıq şəkildə elan etməmişdir. Biz bilmirik, bəlkə qanunda müqavilələrin gizlin saxlanılması barədə ayrıca maddələr var? Bununla bağlı qurumun Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Bildiyimiz odur ki, sözügedən qanunu 10-cu maddəsinə görə tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti ictimaiyyətə açıqlanmalıdır. Amma görün “Azərenerji” ASC-nin Tender Komissiyası hansı yollara əl atır.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23.12.2021-ci tarixində elan edilmiş 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən müsabiqədə “Azərelektrik Tikinti Quraşdırma” MMC , 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 500 kV-luq “Samux-Qardabani” Hava Xəttində yenidənqurma və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 110 kV-luq ikidövrəli “110/35/10 kV-luq “Kəlbəcər” Yarımstansiyası – 110/35/10 kV-luq “Qorçu” Yarım stansiyası” arası Hava Xəttinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, 110 kV-luq ikidövrəli “Böyükşor Yarımstansiyası – Binəqədi Yarımstansiyası” arası Elektrik Verilişi Xətlərinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Electro İndustries” QSC, 220 kV-luq 2-ci “Zabrat” Hava Xəttinin giriş-çıxış sxemi ilə “Böyükşor” Yarımstansiyasına, 220 kV-luq 4-cü “Zabrat” Hava Xəttinin giriş-çıxış sxemi ilə “Qala” Yarımstansiyasına, 110 kV-luq 2-ci “Maştağa” Hava Xəttinin giriş-çıxış sxemi ilə 220 kV-luq “Zabrat” Yarımstansiyasına qoşulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Elektrikquraşdırma” Müəssisəsi, 110 kV-luq 1-ci və 2-ci “Şəmkir” Elektrik Verilişi Xətlərinin giriş-çıxış sxemi ilə “Gəncə-2” Yarımstansiyasına qoşulması və 330 kV-luq 1-ci “Goranboy” Hava Xəttinin tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, “Şimal” Elektrik Stansiyasında yeni su soyutma estakadasının tikintisi və istismara verilməsi işlərinin satın alınmaları üzrə “BCC Group” MMC, “Bakı-3” Elektrik Yarımstansiyasının İdarəetmə mərkəzinin tikintisi işlərinin satın alınmaları üzrə “Azconstruction” QSC, 330/110/10 kV-luq В«AğcabədiВ» Yarımstansiyanın yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 330/230/110/35/10 kV-luq В«İmişliВ» yarımstansiyanın yenidən qurulması və istismara verilməsi işlərinin satın alınmaları üzrə “Electro İndustries” QSC müsabiqələrin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilatlarla müvafiq satınalma müqaviləsinin imzalanmıası barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 08.04.2022-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” ASC tərəfindən 17 noyabr 2021-ci il tarixində elan edilmiş 330/110/10kV-luq “Gəncə” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması, 110/35/10 kV-luq “Laçın (Qorçu)” Yarımstansiyasının tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “Electro industries” QSC, “Azconstruction” QSC şirkətləri qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilatlarla müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 09.02.2022-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 oktyabr 2021-ci il tarixində elan edilmiş 110/35/10 kV-luq “Masallı” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “LİGHT CİTY” QSC , 110/35/10 kV-luq “Ucar” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/10 kV-luq “Yevlax” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/6 kV-luq “Salyan” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Gidromaşservis” QSC şirkətləri tenderlərin qalibi müəyyən edilmişlər.Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 30.12.2021-ci il tarixdə açıqlanmışdır

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 oktyabr 2021-ci il tarixində elan edilmiş 110/35/6 kV-luq “Puta” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “Azconstruction” QSC, 110/35/6 kV-luq “Zığ” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/6 kV-luq “205 saylı” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Electro İndustries” QSC tenderlərin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilatlar ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 30.12.2021-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” ASC tərəfindən 01 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ Regional Elektrik Şəbəkə” MMC-nin İnzibati və yardımçı təsərrüfat binalarının layihələndirilərək tikintisi işlərinin satın alınması, 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması və 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV-luq yarımstansiyaya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması işləri üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderlərdə “Farcon” QSC,“ Electro İndustries” QSC, “AZCONSTRUCTİON” QSC şirkətləri ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 12.08.2021-ci il tarixdə açıqlanmışdır. “Azərenerji” ASC tərəfindən 01 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ REŞ” üzrə istifadə olunacaq müxtəlif növ naqil və kabellərin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Gatdigital” QSC qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 26.06.2021-ci il tarixdə açıqlanmışdır.

AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 may 2021-ci il tarixində elan edilmiş üzrə Kəlbəcər rayonunda “Lev-4 KSES”-in yenidən qurulması işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “FARCON” QSC qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 01.07.2021-ci il tarixdə açıqlanmışdır.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17 may 2021-ci il tarixində elan edilmiş “Xındırıstan” YS – “Ağdam” YS arası 110kV-luq iki dövrəli EVX-nin tikintisi işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Electro İndustries” QSC, 110/35/10 kV-luq “Ağdam-2” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “AZCONSTRUCTİON” QSC, 110/35/10 kV-luq “Ağdam-1” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Electro İndustries” QSC tenderlərin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 09.06.2021-ci il tarixdə açıqlanmışdır.

Qeyd etmək istərdik ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası keçirmiş olduğu bir çox aşağı qiymətli Açıq Tenderlərin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına məlumatlar yerləşdirilib. Lakin nədənsə təkliflər sorğusu üsulu ilə və dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan Açıq Tenderlər üzrə bağlanmış müqavilələrdə görülən xidmətlərə ayrılmış vəsatlər barədə məlumatları açıqlamamışdır. Burada məqsəd nə ola bilər? Nə üçün dəyəri yüz minlərlə qiymətləndirilən tenderlər üzrə bağlanan müqavilələrdə ayrılan vəsaitlər açıqlanır, amma dəyəri milyonlarla ölçülən tenderlər üzrə ayrılan vəsaitlər açıqlanmır, gizlədilir. Xüsusilə qeyd etmək istərdik ki, nəinki 2021-ci ildə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası tərəfindən əvvəlki illərdə də keçirilmiş dəyəri milyonlarla ölçülən bir çox Açıq Tenderlərin nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu da keçirilmiş tender prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bundan əlavə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası daim bir neçə şirkətə də üstünlük vermişdir. Qalib olan şirkətlərin tenderlərin sayına görə siyahısı belədir: “Azconstruction” QSC 8, “Electro İndustries” QSC 7, “Azərelektrik Tikinti Quraşdırma” MMC 4, “Azenco” ASC 3, “Farcon” QSC 2, “Gatdigital”, “Gidromaşservis” QSC, “LİGHT CİTY” QSC, “BCC Group” MMC, “Elektrikquraşdırma” Müəssisəsi 1 açıq tenderin qalibi olmuşlar. Növbəti yazıda bu şirkətlərin “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevə nə qədər yaxın olduğuna dair bir sıra gizlinlərə aydınlıq gətirməyə çalışacağıq.
Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru