Oğuzun icra başçısı yol üstündədir - Eyvaz Qurbanov yeni təyinata ümid bəsləyir
Tarix: 3-07-2014, 11:47 | Çap et
 Səfalı təbiətə malik olan Oğuz rayonunun sakinləri müxtəlif problemlərin əlində aciz qalıblar. 50 min nəfərə yaxın əhalisi olan rayonda sosial problemlər bir-birini əvəz edir. Vətəndaşların sosial rifah halının aşağı düşməsinin səbəbkarı isə Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Evyaz Qurbanovdur. 2011-ci ilin aprel ayından etibarən rayona rəhbərlik edən məmur üç il ərzində özünü doğrulda bilməyib.
Oğuzlular öz həmyerlilərinin icra başçısı təyin olunmasına sevinsələr də, Eyvaz müəllim onların bütün gözləntilərini puça çıxarıb. İcra başçısının idarəçilik qabiliyyətinin istənilən səviyyədə olmaması, yerli sahibkarları incitməsi, onları dövlət əhəmiyyətli layihələrə məcburi şəkildə cəlb etməsi, torpaqları qanunsuz olaraq satması və sair məsələlərlə bağlı çox danışmışıq. Buna rəğmən, RİH rəhbəri fəaliyyətindəki qüsurları aradan qaldırmayıb. Məlumatlı şəxslərin redaksiyamıza ötürdüyü informasiyaya görə, Oğuz rayonunda inkişaf birtərəfli gedir: В«Eyvaz Qurbanov İcra Hakimiyyətinin başçısı keçdikdən sonra dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə külli miqdarda vəsait ayrıldı. Təəssüflər olsun ki, başçı bu vəsaitləri nəzərdə tutulan layihələrin icrasına sərf etmir. Rayonda abadlıq-quruculuq işləri çox aşağı səviyyədə aparılır. İcra hakimi bəzi yollara asfalt vurmaqla işini bitmiş hesab edir. Onun gördüyü əsas iş ancaq yollara asfalt çəkməkdir. İcra hakimi bunun səbəbini yol çəkilişində yaxşı yeyintinin olması ilə əlaqələndirir. Bu işi də yarımçıq həyata keçirir. Belə ki, asfalt zavodunun əməkdaşları asfaltı gətirib təyin olunan yerə töküb çıxıb gedirlər. Onun vurulması isə yerli idarə və təşkilatların rəhbərlərinin boynunda qalır. Yəni icra başçısı asfalt çəkilişini yerli qurumların rəhbər şəxslərinə gördürür, lazım olan vəsaiti onlardan alır. Oğuzun mərkəzi hissəsində heç bir abadlıq işləri aparılmır. Bazarın yanında 1-2 binada kosmetik təmir həyata keçirilib. Amma adam baxıb xəcalət çəkir. Bir vaxtlar qonşu rayonlara nümunə göstərilən Oğuz hazırda ağır günlər keçirirВ». Rayonda boş torpaqların başçı tərəfindən satılıb qurtardığını deyən mənbə bildirdi ki, Eyvaz Qurbanov qeyri-qanuni yollara baş vurmaqla böyük qazanc əldə edir: В«Rayonun mərkəzi ərazilərində bir qarış da olsa, boş torpaq sahəsi qalmayıb. Başçı sağ olsun boş torpaqların hamısını müxtəlif iş adamlarına satıb. Bir hissəsini isə qohumlarının adına sənədləşdirərək özünə götürüb. Eyvaz Qurbanov ancaq özü və yaxın ətrafı üçün işləyir. Oğuzun və oğuzluların problemi onu qətiyyən maraqlandırmır. Baxmayaraq ki, özu əslən oğuzludur. Başçı hazırda Heydər Əliyev prospektində böyük ticarət mərkəzi tikdirir. Bu adam rayonun sosial-iqtisadi inkişafına ayrılan büdcə pullarını şəxsi maraqları üçün xərcləyir. Köhnə xəstəxananın binasını sökdürərək yerində obyekt tikdirir. Mərkəzdə boş yer qalmayıb. Şəki-Oğuz yolunun üstündə düzənlik yerdə, heç kimin yaşamadığı ərazidə uşaq bağçasının tikintisinə start verilib. Bağçanın tikildiyi ərazi nə rayon mərkəzinə, nə də kəndlərə yaxındır. Tutaq ki, bağça tikildi başa çatdı uşaqlar ora necə gedib-gələcək? Bunu fikirləşməyiblər. İcra Hakimiyyətinin rəhbəri bağça tikintisinə bütün yerli idarələri cəlb edib. Eyvaz Qurbanov idarə və müəssisələrin rəhbərlərinə deyir ki, bağçanı sizin köməyinizlə tikməliyəm yuxarıdan belə tapşırıq gəlib. Amma yalan danışır. Bağçanın tikintisinə dövlət büdcəsindən pul ayrılıb. Di gəl ki, icra başçısı həmin vəsaitləri başqa istiqamətlərə yönəltməklə məşğuldur. Prezident deyir ki, mən xalqın xidmətçisiyəm. Oğuzun başçısı isə bir məmur olaraq özünü xalqın xidmətçisi kimi aparmır. Vətəndaşlar onun qəbuluna düşə bilmirlər.
Düşəndə də başçı onları acılayıb yola salır. Özü kasıb ailədə anadan olub boya-başa çatsa da, kasıb insanların halına yanmır. Camaat ondan narazılıq edən kimi şayiə yayır ki, guya Mingəçevirə, ya da Şəkiyə icra başçısı gedəcək. Bu üsuldan istifadə edib narazı kütlənin diqqətini özündən yayındırır. Yerli idarə müdirləri və sahibkarlar onun əlindən cana doyublar.
Eyvaz Qurbanov vəzifədən azad edilsə, əhali bunu bayram əhval-ruhiyyəsində qarşılayacaqВ». Səsləndirilən fikirlərə münasibət öyrənmək məqsədilə Oğuz Rayon İcra Hakimiyyətinə zəng vurduq. Dəstəyi qaldıran köməkçi Anar İbrahimov icra başçısının ezamiyyətdə olduğunu bildirdi. Başçı ezamiyyətdən qayıdandan sonra onun da mövqeyini dərc edə bilərik. Gələn saylarımızda isə Oğuzun meşəlik sahəsində icra başçısının özü üçün düzəltdirdiyi xüsusi yerin sirrini açacağıq. Bizi izləməyi unutmayın. \\ gundelik-baki \\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Dünən, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Dünən, 12:32 |
|
|
|
|