AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                 

Nədən Sumqayıt sakinləri hətta ilkin tibbi yardım üçün də Bakıya qaçırlar? - "Gənclər şəhəri"nin qocaman problemi...
Tarix: 21-04-2015, 12:04 | Çap et
Nədən Sumqayıt sakinləri hətta ilkin tibbi yardım üçün də Bakıya qaçırlar?
Ölkəmizin ən böyük şəhərlərindən biri sayılan Sumqayıtın səhiyyə sistemi ürəkaçan səviyyədə deyil. Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevin fəaliyyətində yer alan müxtəlif nöqsanlar şəhər ərazisində yerləşən tibb ocaqlarında bəzi problemlərin meydana çıxmasına rəvac verib.

Qeyd edək ki, şəhərin səhiyyə şəbəkəsinə daxil olan müəssisələrdə hökm sürən qanunsuzluqlar və şöbə müdirinin işinə laqeyd münasibət göstərməsi barədə mətbuat vasitələrində dəfələrlə tənqidi materiallar gedib. Di gəl ki, o qanuna sığmayan əməllərinə son qoymaq niyyətində deyil. Mətləbə keçməzdən öncə qısaca vurğulamaq istəyirik ki, Sumqayıtda səhiyyə sistemi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcud olub. 1948-ci ildən bu təsisat şəhər səhiyyə şöbəsi adı ilə fəaliyyətini davam etdirib. Ərazidə ilk tibb ocağı isə 1924-cü ildə əsası Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş 3 saylı birləşmiş xəstəxana sayılır. Mənbələrdə sonralar Bakı şəhərinin nəzdində olan 16 saylı Sumqayıt poliklinikasının yaradıldığı göstərilir. Sumqayıt şəhər statusu alanda burada mövcud olan səhiyyə obyektləri əsasən Kimyaçılar qəsəbəsi kimi tanınan massivdə pərakəndə halda taxta baraklarda yerləşirdi. Hazırda səhiyyə şöbəsinə 7 xəstəxana, 2 doğum evi, 5 dispanser, 3 şəhər poliklinikası, "Kimyaçı" poliklinikasi, 2 tibbi sanitar hissə, 5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, uşaq stomatoloji poliklinikasi və uşaq sanatoriyası daxildir. Məlumatlı şəxs iddia edir ki, Ələkbər Tağıyevin nəzarəti altında fəaliyyət göstərən tibb personalının yetərli hissəsi yetərincə peşəkar olmadığından ən adi xəstəlikdən əziyyət çəkən insanlar belə, normal müayinə və müalicə ala bilmirlər: "Sumqayıt sakinləri xəstəxanalarda lazımi səviyyədə tibbi xidmət görmədiklərindən məcburiyyət qarşısında qalıb Bakı şəhərinə üz tutmalı olurlar. Şöbə müdiri vəzifəyə gəldikdən sonra bir qrup sakin onun qəbuluna düşüb mövcud problemlərini çatdırmaq, şikayətçi olduqları məsələlərə aydınlıq gətirmək istəsələr də, qarşı tərəf hər dəfə süni əngəllər yaradaraq əhali ilə görüşdən imtina edib. Sumqayıtdakı tibb ocaqlarının bir çoxunun fəaliyyəti bərbad vəziyyətdədir. Əhaliyə normal tibbi xidmət göstərilmir. Xəstəxanaların və sanatoriyaların ərzaqla, tibbi ləvazimat və dərmanlarla təminatına ayrılan vəsait təyinatı üzrə istifadə olunmur". Araşdırmalar nəticəsində öyrəndik ki, Sumqayıt Səhiyyə Şöbəsi tərəfindən son illər ərzində saysız-hesabsız tenderlər həyata keçirilib və qanun pozuntularına yol verilib: "Təkcə 2012-ci ildə şöbəyə ayrı-ayrılıqda ərzaq məhsullarının alınması üçün böyük vəsaitlər ayrılıb. Bu vəsaitin 451401 manatı "İdeal Təchizat kommersiya 2012" MMC və "Ayan-2012" MMC şirkətləri vasitəsi ilə digər ərzaq məhsullarının satın alınmasına "sərf" olunub. "Qızıl Torpaq Kəndli-Fermer" MMC-nin yardımı ilə alınmış ət, süd və kənd təsərrüfatı məhsullarına isə 743000 manat "xərclənib". Xəstəxanalara çörək alınması işləri isə fiziki şəxs Ruslan Namazova həvalə edilib ki, bu məqsədlə də 64990 manat silinib. Deyilənlərə görə, şöbə müdirinin tender işlərində böyük təcrübəsi var. Belə ki, onun özünə yaxın şirkətlər vasitəsilə məlum niyyətlərini həyata keçirdiyi vurğulanır". Səhiyyə şöbəsinin rəhbərinin fəaliyyəti ilə bağlı mətbuatda bir neçə dəfə sorğu keçirilib. Əksəriyyət isə Ələkbər müəllimin fəaliyyətindən narazı qaldığını dilə gətirib. Məsələn, müstəqil yazar Elçin Abdullayev bildirib ki, Sumqayıt səhiyyəsinin hazırkı durumu ilə tanış olan hər bir şəxs bu adamın rəhbərlik qabiliyyəti haqda çox rahat fikir yürüdə bilər: "Təbii ki, bu gün respublikamızda, eləcə də Sumqayıtda kifayət qədər potensiala malik perspektivli həkimlərimiz var. Bunu danmaq olmaz. Lakin əfsuslar olsun ki, bu şəxs onların fəaliyyətinə kölgə salır. Bu da ümumilikdə Sumqayıt səhiyyəsinin adının mənfi istiqamətdə hallanmasına dəlalət edir. Ən acınacaqlı hal isə bundan ibarətdir ki, səriştəsiz rəhbərlik qalır kənarda, sıravi həkimlərdə günah axtarırlar". Aidə Eyvazova adlı vətəndaş isə söyləyib ki, səhiyyə şöbəsinin müdirinin fəaliyyəti sıfra bərabərdir: "Bu yaxınlarda anam təzə açılmış xəstəxanada kardiologiya şöbəsində yatmalı oldu. İki nəfərlik otağa görə əlavə pul ödəməli olduq. Bunu gecə anamı xəstəxanaya apararkən növbətçi həkim tələb kimi qoydu. İynə və dərmanları, hətta spirt, şprits və pambığı da özümüzə aldırdılar. Xəstəxanada yatdığı müddətdə bir neçə dəfə rentgen müayinəsi və kardioqrama aparatından keçirilmə pulu isə 4-5 manat təşkil edirdi. Pulu alıb iş görən tibb personalı deyir ki, xəstəxanada işlədilən tibb ləvazimatının özünü onlara pulla satırlar. Etiraz edəndə isə deyirlər ki, Bakıda xidmət bizdən bahadır". Hər halda, nə qədər qəribə səslənsə də, Sumqayıt səhiyyəsinin reallığı bu cürdür. Biz hələ şəhərin ayrı-ayrı tibb ocaqlarında, o cümlədən təcili tibbi yardım stansiyasında yaşanan özbaşınalıqları demirik. Gələn saylarımızda Sumqayıtın səhiyyə şəbəkəsinə daxil olan müəssisələrdə mövcud olan problemlər və Ələkbər Tağıyevin həkimlərdən "tələb"ləri haqqında araşdırma yazısı dərc edəcəyik. Bizi izləməkdə davam edin. Ümid edirik ki, Səhiyyə Nazirliyinin və digər əlaqədar qurumların rəsmiləri məsələ ilə maraqlanıb, şöbə müdirini layiqli şəkildə cəzalandıracaqlar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru