YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                 

YOXSULLUQ İÇİNDƏ BOĞULAN ERMƏNİSTAN
Tarix: 24-06-2012, 15:04 | Çap et
YOXSULLUQ İÇİNDƏ BOĞULAN ERMƏNİSTAN

BU ÖLKƏDƏ 30 YAŞLI SUBAYLAR ORDUSU YARANIB

Paytaxtdan 30 kilometr aralıda yerləşən Çarençavan şəhərində bir vaxtlar, daha dəqiqi sovetlər dönəmində 12-13 zavod fəaliyyət göstərirdi. Bu böyük sənaye şəhərində indi isə cəmi 5 zavod fəaliyyətdədir, o da ki tam gücü ilə deyil, cəmi 10-40 faiz. Yerli sakinlərin çox kiçik bir hissəsi öz şəhərlərində iş tapa bilirlər. Gənclərin əksəriyyəti daimi yaşayış və ya mövsümi işlər üçün ya Rusiyaya, ya da Amerikaya gedirlər. Çoxu yaxınlarını şəhərdə qoyub getməli olurlar, hər ay onlara dolanışıq üçün pul göndərirlər. 59 yaşlı Arevik Avaqyan deyir ki, şəhərin əksər əhalisi öz məişət problemlərini bu yolla həll edirlər.

В«Əksər ailələrdə ya oğullar və ya ərlər xaricdədirlər, əgər onların köməyi olmasaydı burada hamı yoxsulluq içərisində yaşayardı. Şəhərin 50-60 faiz əhalini bu gün bu hesabla yaşayırВ».

BİR-BİRİNDƏN AYRI DÜŞƏN EVLİLƏR

28 yaşlı Karina Sarqsyanın həyat yoldaşı ildə öz ailəsi ilə cəmi 2-3 ay vaxt keçirə bilir. В«Evlənəndən bu cür yaşayırıqВ»- deyə Karina gileylənir. Deyir ki, əri onlara hər ay pul göndərir deyə heç bir maddi sıxıntıları yoxdur, amma onu da əlavə edir ki, ailə başçısının yoxluğu hər addımda hiss olunur.

В«Heç bir problemim yoxdur, yeganə üzüntüm ərimin yoxluğudur. İstəyirəm ki, yanımda olsun, bütün problemləri birlikdə həll edək, məsləhətlər versinВ».

Bu və ya digər səbəbdən xaricə gedə bilməyənlər isə paytaxtda iş tapmağa çalışırlar. Çoxları, xüsusən də kişilər buna nail ola bilirlər, əsasən tikinti sektorunda az məvacib müqabilində olsa belə iş tapıb işləyirlər. Şəhərin qadın sakinlərindən birinin dediyi kimi, qadınlara iş tapmaq çox çətindir:

В«İndi işə götürənlərin əksəriyyəti gözəl, savadlı, yaşı 35-dən çox olmayan qadınlara üstünlük verirlər. qalanları üçün Ermənistanda iş yoxdurВ».

BİRCƏ İŞ DƏ OLSAYDI

Təqaüd, müavinət Çarençavan şəhərinin əksər sakinləri üçün yeganə yaşayış vasitəsidir. İş və sabit maaşın olması yetərlidir ki, yerli əhali öz sevdikləri şəhərləində qalsın və işləsinlər. Çünki deyilənə görə, bu şəhərdə başqa nə desən var – işıqlı küçələr, fəaliyyət göstərən məktəblər, uşaq bağçaları və parklar, burada hətta havalar da sərin keçir, paytaxtda olduğu kimi istilər yoxdur. Şəhərin həmçinin 200 çoxmərtəbəli binalarında qaz, su və işıq problemlərindən şikayətlənən də tapmazsan. Hazırda şəhərin əhalisi 22 min nəfərdir. Təxminən bu qədər sakin də ya müvəqqəti, ya da daimi şəhəri tərk edib.

Paytaxtdan daha uzaq və daha kiçik Aparan şəhərində isə hazırda əhalinin yalnız üçdə birini görmək mümkündür. Onların da əksəriyyəri qadın, uşaq və yaşlılardır. 74 yaşlı Rafik Sarqsyan deyir ki, hər gün öz şəhərinə görə narahatlıq keçirir.

В«Burada hər şey dağıdılıb, heç nə yoxdur. Əvvəllər 10 min sakini var idi şəhərin, indi isə cəmi 3 mindir. Hamı iş dalınca xaricə gedibВ».

30 YAŞINI ÖTMÜŞ SUBAYLAR

Rafiq Sarqsyanın oğlu işsizdir, deyir ki, yaşlı valideynlərini qoyub gedə bilmir. 44 yaşı var, amma hələ də evlənmək barədə düşünmür:

В«Görürəm ki, camaat evlənir, ailəsini saxlaya bilmir deyə işləməyə gedirlər, yəni faktiki ailə birlikdə yaşamır. Mən şəxsən evlənmək barədə heç düşünmürəm, çünki heç özümü dolandıra bilmirəm, ailəmi necə dolandıraram?В».

Aparan sakinləri ilə söhbətdən məlum olur ki, şəhərdə 30 yaşını ötmüş subay kişilərin sayı kifayət qədər çoxdur, sosial vəziyyətin ağırlığından ailə qura bilmirlər. Şəhər sakinlərindən biri deyir ki:

В«Qızımın da, oğlumun da yaşı 30-u keçib. Oğlum evlənmək istəyir, amma evimizin təmiri yoxdur, yaşayış şərtlərimiz imkan vermirВ».

SAKİNSİZ EVLƏR

Aparanın 84 yaşlı sakini bizə bomboş evini göstərir və deyir ki, gənclərin hamısı evlənmirlər, şəhəri tərk edib gedirlər, yaşlılar isə ya tənha qalır, ya da uşaqlarının yanına getməli olurlar:

В«Bax bu bir ev, bu iki, bu üç, o tərəfdə də bir neçəsi var. Məsələn, o evdə yalnız qocalar yaşayır, oğulları müharibədən sonra gediblər və geri qayıtmayıblar, çünki iş yoxdurВ».

65 yaşlı Larisa Muradyan deyir ki, Aparan sakinlərinin vəziyyəti daha ağırdır. İş yerləri yoxdur, torpaq sahələri də yoxdur ki, əhali digər kəndlərdə olduğu kimi maldarlıq və əkinçiliklə məşğul olub dolana bilsinlər:

В«Burada hərəmizin payına 1-2 min metr yer düşür, heç su da yoxdur ki, nəsə əkib becərəsən. Ay başlayandan yağıntı da olmayıb. Belə şəraitdə nə əkə bilərsən ki. Bizim kəndlərdə olan şəraitimiz yoxdur, şəhərimiz isə bir şəhər kimi də tələblərə cavab vermirВ».

Aparan sakinlərinin təxminən yarısının 1-2 inəyi və bir neçə toyuq-cücəsi var, bunun hesabına süd, yağ və yumurtaya olan ehtiyaclarını qarşılaya bilirlər. Bina sakinləri isə bütün bunlardan da məhrumdurlar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru