Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                 

Hansı dövlət qurumları ləğv olunmalıdır? - ARAŞDIRMA
Tarix: 1-06-2017, 12:58 | Çap et
Hansı dövlət qurumları ləğv olunmalıdır?
“Təzadlar” ölkənin dövlət idarəetmə strukturlarının büdcə yükünü araşdırdı: Azərbaycanda 18 nazir, 16 komitə sədri və 8 xidmət rəisi, əhalisi bizdən 4 dəfə çox olan Ukraynada isə cəmi 16 nazir, 8 xidmət rəisi var...

Azərbaycan Prezidenti İlham Əliyev büdcə vəsaitlərinə qənaət edilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurum rəhbərlərinə xəbərdarlıq edib, tövsiyyələrini verib.

Bəli, Dövlət büdcəsi-dövlətimizin cibidir. Bu “cib”də olan vəsaitin daha vacib, həyati-əhəmiyyətli sahələrə xərclənməsi, özü də qənaətlə xərclənməsi, olduqca vacibdir. Bədxərclik hər bir adamı qısa vaxtda müflis etdiyi kimi, dövləti də büdcə kəsirli edərək kimdənsə borc asılılığına sala bilən bir kabusdur. Bəs Azərbaycan hökuməti özünü bu kabusdan-bədxərclikdən necə qoruyur?

Az işləyib çox yeyənlər...

Baş nazirin müavini Əli Əhmədov bu günlərdə KİV-ə açıqlamasında açıq şəkildə dedi ki, “Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur... Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.
***
Yaxşı xatırlayırıq ki, bir müddət əvvəl, daha doğrusu, neftin dünya bazarında qiymətinin aşağı düşməsindən sonra Azərbaycanın neftdən daxilolmaları kəskin azaldı və bu zaman hökumət haqlı olaraq bədxərcliyə son qoymaq qərarına gəldi. İlk növbədə dövlət idarəçiliyində təkrarçı qurumların bir çoxu ləğv olundu, bir çoxu birləşdirildi... Dövlət Torpaq Komitəsi, Satınalamalar üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyinin Departamenti və s. ləğv edildi... Bu yaxınlarda isə Nəqliyyat Nazirliyi ləğv edilərək strukturları paylaşdırıldı, əsas sahələri Rabitə /Nazirliyinə verildi. Amma ləğv edilməli Dövlət qurumları hələ də çoxdur...

Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilməlidir...

“Təzadlar” ötən araşdırma yazılarında bu mövzuya toxunmuşdu. Belə ki, artıq Azərbaycanda kənd təsərrüfatı sahələri fermerlərin özəl ixtiyarına verilib: heyvandarlıq, əkinçilik, tərəvəzçilik, eləcə də bağçılıq və balıqçılıq... bütünlüklə sahibkarlarlıq subyektidir. Məsələn, əgər taxılı əkən, səpən, becərən, biçən, satan... fermerdirsə, daha ildə Dövlət büdcəsindən aparatının saxlanılmasına on milyonlar ayrılan Kənd Təsərrüfatı Nazirliyinə və nazir Heydər Əsədova nə ehtiyac? Və yuxarıda dedik, heç o boyda Nəqliyyat Nazirliyi ləğv olundu və Heydər Əsədovun qudası, nazir Ziya Məmmədov bunu islahatların tərkib hissəsi kimi qəbul etdisə, başqa nə deyək...
Elə heyvandarlıq sahəsində də eyni məntiq hakimdir. Fermerlər heç süni mayalanmaya görə büdcədən ayrılan subsidiyaları (yardımları) hələ də doğru-dürüst ala bilmirlərsə, bəs onda onların başı üsütünü kəsdirmiş Kənd Təsərrüfatı Nazirliyinə ehtiyac qalırmı???

Heydər Əsədovun nazir kreslosu Azərbaycan Dövlət büdcəsinə neçəyə başa gəlir?

Budur, apardığımız araşdırma maraqlı faktları üzə çıxardı: məsələn, məlum olur ki, 2017-ci ilin Dövlət büdcəsində Azərbaycanın “Qanunvericilik və icra hakimiyyəti orqanlarının” saxlanılması xərcləri 558 miylon 339 min 828,0 manat olub. Həmin vəsaitin nə az az, nə çox-28 milyon manatı məhz Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin aparatının saxlanılmasına ayrılıb. Bir aparatı idarə etmək üçün bu qədər vəsait lazımdırmı?! Özü də o apparat ki, yuxarıda dedik, artıq ona ehtiyac qalmayıb-fermerlər “öz əli, öz başı” prinsipi ilə işləyib dolanır və ölkəni dolandırırlar...

Bəs Belorus, Moldova və Ukrayna ilə müqayisədə Azərbaycanda nazirlərimizin sayı nə qədərdir?

“Təzadlar” daha bir müqayisəli araşdırma apardı: məsələn, məlum olur ki, əhalisi 10 milyon nəfər olan Azərbaycanda baş nazir (Artur Rasi-zadə) və onun 6 müavini var (Yaqub Eyyubov, Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov). Ən təəccüblüsü: Azərbaycanda 18 nazir, nazirlik statuslu 16 komitə sədri, yenə də komitə statuslu 8 xidmət rəisimiz vardır. Biz hələ sayı-hesabı bilinməyən və özünü nazirlik kimi aparan ASC-ləri, QSC-ləri, iri Baş idarə və ya Departamentləri demirik. Onların da hər birinin rəhbəri özünü elə nazir kimi aparır və nazir kimi də pul xərcləyir.
İndi müqayisəyə diqqət edin: 42,4 milyon nəfər əhalisi olan (bizdən 4 dəfə çox) Ukraynada isə Baş nazir və onun 6 müavini, bir nəfər də NK-nın Nazirlər Kabinetinin naziri (belə adlanır) var. Ukraynada həm də 16 nazir və 8 Dövlət Xidmətinin rəisi vardır. Təsəvvür edirsinizmi, əhalisi bizdən 4 dəfə çox olan Ukraynada cəmi 16 nazir, bizdə isə 18 nazir! Beləliklə, Azərbaycan Hökumətinin tərkibində baş nazir və 6 müavindən başqa, nazirli, komitə sədrli və xidmət rəisli-42 iri ranqlı məmur, bizdən əhalisi 4 dəfə çox olan Ukraynada isə baş nazir və 7 müavinindən savayı, cəmi 24 iri ranqlı məmur vardır.
Eyni göstərici Belorusda belədir: əhalisi 10 milyon nəfər, Baş nazir və 5 müavini, 24 nazir, 7 komitə sədri və 7 Dövlət Xidməti rəisi.

Bəs Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin aparatında neçə ştat vahidi var?

Budur, Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin işçilərinin say tərkibi haqqında” 2005-ci il 4 iyul tarixli qərarına dəyişiklik edərək Prezidentin 2015-ci il 23 iyul tarixli fərmanının icrasına əsasən, Kənd Təsərrüfatı Nazirliyi aparatının işçilərinin say həddi 215 ştat vahidi, rayon və şəhər idarələrinin işçilərinin say həddi 780 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 36 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 26 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 24 ştat vahidi, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi aparatının işçilərinin say həddi 7 ştat vahidi, onun tabeliyində olan rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilib.
Təsəvvür edirsinizmi, bütün fəaliyyət sferası, yəni görməli işlərinin hamısı fermer və sahibkarların üstünə atılmış Kənd Təsərrüfatı Nazirliyinin ümumilikdə, ərazi və mərkəzi idarəetmə ştat vahidi 1215-dir!

Nazir Heydər Əsədov fermerlərə yox, idarə rəislərinə əzəmətli binalar tikdirir!

Apardığımız araşdırma daha bir əcaib faktı üzə çıxartdı:/ sən demə, nazir Heydər Əsədovun başı rayon “Aqroprom”larına təzə inzibati binalar tikdirməyə qarışdığından kənd təsərrüfatında, xüsusən də taxılçılıqda məhsuldarlığın artırılması yaddan çıxıb. Niyə? Axı, Prezidentin sərəncamı ilə 2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilmişdi. Amma istər 2015-də, istərsə də 2016-da taxılçılıqda məhsuldarlıq 30 faizdən yuxarı qalxmadı. Nəinki qalxmadı, yığılan(?) 3 milyon tona yaxın taxıl heç 1,7 milyon tonluq tələbatımızı belə ödəmədi və Azərbaycan xarici ölkələrdən valyuta ilə daha 1,3 milyon ton taxıl almalı oldu... Nazir Əsədov isə rəsmi açıqlama verir və sevincək bildirir ki, “...52 rayonda inzibati bina tikib bitirmişik və gələn ilin ilk rübündə təhvil veriləcək...” və sair. Kimin üçün və nədən ötrü?

Niyə qonşu ölkələrdə taxılın məhsuldarlığı yüksək olur, bizdə isə əksinə?

Müqayisə üçün deyək ki, Moldova Kənd Təsərrüfatı və Ərzaq Sənayesi Nazirliyi Moldova Hökumətinin 16 nazirliyindən biridir və ştat vahidi cəmi 166 nəfərdir. Bizdə isə 1215 ştat vahidi! Amma Moldovanın kənd təsərrüfatı naziri Eduard Qrama ötən ilin yekunlarına dair NK-nın hesabat yığıncağındakı çıxışında deyir: “2016-cı ildə taxılın orta məhsuldarlığı 36,4 sentner olub...”.
Bizim nazir Əsədov isə nəinki Prezidentə hesabat verəndə məhsuldarlığın aşağı olmasını quraqlığın boynuna atdı, həm də bildirdi ki, guya 30 sentnerdir... Və həmin göstərici Ukraynada 2016-cı ildə 38,5 sentner olub. Belorusun kənd təsərrüfatı naziri Vladimir Qrakun isə rəsmi açıqlamasında bildirib ki, 2016-cı ildə ölkə üzrə taxıl istehsalında məhsuldarlıq 39,4 sentner olub.
Nəhayət, Latviya Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2016-cı ildə ölkədə taxılın məhsuldarlığı 37,8 sentner olub (2015-ci ildə 44,9 sentner).
Hamıda yüksək, bizdə isə Dövlət büdcəsindən hər il milyarda yaxın vəsait ayrılsa da, yenə də taxılı xaricdən alırıq. Niyə və nə üçün?

Bəs hansı nazirlik və ya komitələr ləğv edilməlidir?

Azərbaycanın dövlət büdcəsindən aldığı vəsaitləri fəaliyyəti ilə müqayisə edəndə, kimin “zəif bənd” olduğu açıq görünür. Məsələn, ötən illərdə davam edən ləğvedilmələr indi, zənnimizcə, daha aktualdır. Məsələn, nazirlik və komitələrimizin siyahısına baxanda daha çox diqqəti çəkən təkrar fəaliyyət Kənd Təsərrüfatı Nazirliyində nəzərə çarpır.
Məlumdur ki, Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi silah və sursatı Müdafiə Nazirliyinə verir. Elə isə bu nazirliyi ləğv edib Müdafiə Nazirliyinin nəzdində “Müdafiə Sənayesi Departamenti” yaratmaq olmazmı?
Bundan əlavə, məlumdur ki, ölkədə vergi və gömrük rüsumları büdcəyə yığılır və bu vəsaitlərə isə Maliyyə Nazirliyi nəzarət edir, sonra büdcə formalaşdırılır. Elə isə Vergilər Nazirliyi ilə Gömrük Komitəsini Maliyyə Nazirliyinə birləşdirmək daha doğru olmazdımı?
Azərbaycanda enerji sahəsində görün neçə struktur var: “Azərenerji”, “Azərişıq”, Energetika Nazirliyi, SOKAR, “Azəriqaz” və s. Bütün enerji strukturları ya Energetika Nazirliyinə birləşdirilməlidir, ya da hamısı SOKAR-a. Belə olarsa, görün nə qədər büdcə vəsaitinə qənaət olunar.

Əmlak Məsələləri Dövlət Komitəsi də ləğv olunmalıdır...

O da sirr deyil ki, Prezident sərəncamı ilə ölkədə sonuncu mərhələ özəlləşməyə start verilib. İndiyədək başını özəlləşmə və əmlakın idarə edilməsi ilə qatan Əmlak Məsələləri Dövlət Komitəsi artıq öz missiyasını başa vurmaqdadır. Elə isə bu komitənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Iqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi ilə çevik idarəetmə sistemi yaranmazmı?
Bundan başqa, məlum olduğu kimi, artıq tikinti sahələrinə də FHN-nin nəzarəti gücləndirilməkdədir. Elə isə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi doğru olardı.
Həmçinin, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin fəaliyyəti Xarici İşlər Nazirliyinin diplomatik fəaliyyətinin tərkib hissəsi kimi olduğundan komitə təcili surətdə ləğv edilib XİN-in tabeliyinə verilməlidir. Hamı bilir ki, xarici ölkələrdə diaspor işini səfirliklərimiz həyata keçirir, yaranan problemləri də onlar həll edir.
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət sferası birbaşa və ya dolayısı ilə ictimai xarakterli olduğundan onların Təhsil Nazirliyinin tabeliyinə verilməsi daha məqsədəmüvafiqdir.
Yeri gəlmişkən, bu gün Azərbaycanda nəqliyyat sahəsində çoxsaylı dövlət strukturlar vardır və onlar da Dövlət büdcəsindən samballı vəsait alırlar. Məsələn, Dövlət Dəniz Administrasiyası, Dövlət Mülki Aviasiya Administrasiyası, “Azəravtoyol”, Dəmiryolu İdarəsi, “Hava Yolları” QSC və s. Yaxşı, Azərbaycanda o boyda Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə Nazirliyinə birləşdirilirsə, yuxarıda qeyd olunanlar niyə ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsin?!
Təbii ki, Dövlət Miqrasiya Xidməti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də DİN-nin tabeliyinə verilməsi daha məqsədəuyğun olardı. Bununla da Dövlət büdcəsində milyardlarla manat vəsaitə qənaət edilər.

Kənd Təsərrüfatı Nazirliyi ləğv olunacaq, çünki...

Nəhayət, qalır Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi... Yuxarıda dedik, bu nazirliyin bütün işini faktiki olaraq fermerlər və sahibkarlar gördüyündən adı çəkilən nazirlik ləğv edilməlidir və bəzi funksiyaları İqtisadiyyat və Sənaye Nazirliyinə verilməlidir.
***
Beləliklə, idarəetmədə təkmilləşmə günün tələbidir və hesab edirik ki, Azərbaycan Prezidentinin növbəti sərəncamlarından biri də bu istiqamətdə olacaq.
Mövzuya qayıdacağıq.

“Təzadlar”ın Araşdırma Qrupu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Dünən, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Dünən, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru