Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                 

Ağstafada müharibə veteranının ailəsinə absurd borc tələbi - GİLEY
Tarix: 16-01-2018, 12:50 | Çap et
Ağstafada müharibə veteranının ailəsinə absurd borc tələbi
Ağstafa rayonunda maye qazın verilməsinə dair daha bir şikayət. Borclanan, belə demək mümkünsə kasıb və məzlum bir kənd sakininə qarşı irəli sürülən absurd tələbi oxuduqda belə məlum olur ki,bu rayonda nəğd hesablaşma qaydasında ödənilən,o cümlədən kommersiya strukturlarına satılan maye qazın dəyəri mənimsənilir,sonda da abonentlərin "ayağına" yazılmaqla ört-basdır edilir.
Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən əsassız 475.20 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərini ödəmək imkanı olmayan müharibə veteranı, mərhum Qurbanov Məcid Avdıl oğlunun həyat yoldaşının dilindən aidiyyatı orqanlar yaradılan problemi oxusun. Hazırda məhkəmə predimeti olan bu haqsız tələbə dair Faktinfo.az-a daxil olan məktubu olduğu kimi dərc edirik:



Xətai rayon Məhkəməsinə iddiaçı Qurbanova Lalə Vəli qızı Ağıstafa rayon Qıraq Kəsəmən kənd sakini tərəfindən.Tel.050 512 6478(0222268331)

Cavabdeh:ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi.Y.Səfərov küçəsi 35.Xətai rayonu.AZ 1025 Bakı.Tel 012 5212283 İddia ərizəsi



( əsassız borcun silinməsinə dair )

Mən Qurbanova Lalə Vəli qızı Ağstafa rayon Qıraq Kəsəmən kəndində yaşayıram.Bildirmək istəyirəm ki, bir Azərbaycan vətəndaşı kimi məndə evimdə mavi yanacaqdan istifadə edirəm.İlk dəfə bizim evə qaz sayğacı 05.08.2010 –cu ildə həyat yoldaşım, müharibə veteranı, mərhum Qurbanov Məcid Avdıl oğlu ilə Azəriqaz İB-nin arasinda bağlanmış müqavilə əsasında qoyulub. 05 may 2014 –cü ildə sayğac Azəriqaz İB –i tərəfindən yeni Elster tipli 7607849 nömrəli sayğacla əvəzlənib. Sonradan sayğac həyət daxilindən cıxarılaraq evdən kənarda, hasardan çölə tərəf, evə giriş qapısından 12-13 metr aralı, yer səthindən 1,40 metr yüksəklikdə, azyaşlı uşaqların əli çatacağı, bir başa günəş şüalarının və yağış suyunun təsirinə məruz qalan bir yerdə quraşdırılıb.

Onuda qeyd edim ki evimiz kəndin mərkəzi küçəsində yerləşir. Gün ərzində bu yoldan ağır,yüng-ül avtomobil və texnikalar istifadə edir. İnsanların gediş-gəlişi bu küçədə çox olur. Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur. Sayğac quraşdırılan zaman belə hallar nəzərə alınmalıdır.Qoruyucu qutunun da kim tərəfindən alınıb quraşdırılması haqqında məlumatım yoxdur. 05.08.2010 –cu ildən 31 may 2017-ci ilə qədər bizimlə Azərqaz İB-yi arasında təbii qazdan istifadə, istismar və ödənişlə bağlı heç bir çətinliyimiz olmayıb. Nümunəvi abonentlərdən biri olmuşuq.

Hal-hazırda evdə mən və oğlum yaşayır.Vaxtlı-vaxtında işlətdiyimiz mavi qazın dəyərini ödəyirik.Özümdə ayda 120 Azn təqaüd almağıma baxmayaraq komunal ödənişləri vaxtında ödəyirəm.Vaxtınızı çox almaq istəmirəm. Əsas məsələyə qayıdıram.

23.06.2017 –ci il tarixdə mən evdə olmamışam. Azəriqaz İB-nin Agstafa XS-nin işçiləri gəlib bizim evə qaz verilişini dayandırmağa. Əvvəlcə oğluma deyiblər ki, sizin yanvar ayından bəri qaza borcunuz var.Ödəniş etməmisiniz. Heç bir hesabat aparılmayıb.Ona görədə qaz verlişini dayandırırıq. Oğlum isə vaxtlı-vaxtında qaz pulunu ödədiyimizi və qəbzlərinin olduğunu deyib. Qəbzləri onlara təqdim etmək üçün evə gedib. Qayıtdıqda artıq sayğacın qaynaq vasitəsilə xəttdən ayrıldığını görüb. Və səbəb gətiriblər ki, qaz saygacı deşilib müdaxilə olunub.Qeyd etmək istəyirəm ki, hər ay Azəriqazın işçiləri işlətdiyimiz mavi yanacağın bildirişini verən zaman onlardan sayğacın işlək vəziyyəti barədə soruşuruq. 31 may 2017 ci il tarixə kimi saygacda heç bir problem olmayıb. Sayğaca qaz işçilərindən başqa heç kim bu qədər yaxın olmur gördüyümüz qədər.Ara-sıra gəlib baxırlar. Əgər bir nöqsan olsaydı məlumat verərdilər.Mütəxəsis hər hansı nöqsanı görmürsə mən necə görüm.Mənimdə sayğacla bağlı heç bir anlayışım yoxdur.

Dəfələrlə Ağstafa Xidmət sahəsində olmuşuq.Sayğaca zərər biz tərəfindən edilmədiyini desəkdə heç bir faydası olmayıb.Elə deyirlər müdaxilə var.Sayğac Dövlət yoxlamasına göndəriləcək və nəticəsi barədə sizə məlumat veriləcək. Artıq 4 aya yaxındır biz mavi yanacaqdan istifadə etmirik. Müvəqqəti sayğacda qoyulmayıb. Sayğacın Dövlət yoxlamasından cavabının gəlməsi ilə bağlı bizə heç bir rəsmi məlumat verilmədiyi üçün 06.09.2017 tarixində idarəyə getdim. Yoxlamanın cavabının gəldiyini və cərimə məbləğini dedilər. 91 Azn sayğacın dəyəri üstəlikdə 475.20 Azn cərimə hesablanıb.

Deyirlər bu məbləği ödəyin ,sonra biz qaz verilişini bərpa edəcəyik.Əks halda mavi yanacaq verilməyəcək. İndi biz neynəməliyik. Bizi birtərəfli qaydada heç bir sübut gətirmədən sayğaca müdaxilə etməkdə təqsirli bilirlər. Sayğaca hər hansı bir zərər biz tərəfindən olmayıb.Necə müdaxilə olunub onuda bilmirəm. Bəlkə kənar şəxslər tərəfindən sayğaca zərər verilib onuda bilmirəm. Elə deyirlər sayğac deşilib. Mənim iştirakım olmadan iki ədəd akt tərtib edilib. Aktın imza yerində isə imtina etdiyim bildirilir. Oğlum Azərqaz İB-nin Ağstafa Texniki Sahəsinin müdirinin qəbulunda olub. Bu barədə onunda məlumatı var.Müdir bəzi rəqəmləri məsələn 2014-2015 illər ücün bizim işlətdiyimiz qaz sərfiyyatını göstərir.

Deyir qış aylarına baxmayaraq sizin qaz sərfiyyatınız aşağı rəqəmlər göstərir.Hansı ki, bu rəqəmlər bir az yüksək olmalıdır.Belə təxminlər heç bir məntiqə sığmır. Abonentin Saldosu məlumatında göstərilir ki 2009 dekabr ayında ödəniş rəqəmi 56.99 qəpikdir. Həmişə ödənişi tam şəkildə ödəmişəm. 99 qəpik bizim üçündə qaranlıq qalır. Mən Azərbaycan Dövlətinin Vətəndaşıyam . Qanunlarına da hörmət edirəm.Ailəmin şərəfini , nüfusunu yüksəkdə tutduğum kimi dövlətimizin də şərəf və nüfusunu yüksəkdə tuturam.Maddi imkanım olsa belə Dövlətin bizə verdiyi mavi yanacağı qənaətlə istifadə edərəm.Məntiq hardadır ki, mənzildən kənarda yerləşən sayğacın harasınısa ev sahibi qəsdən zədələsin,sayğac işləsin və özüdə cərimə vermək üçün bu əməli törətsin.Belə halları hamıya şamil etmək olmaz.Nə dərəcədə əsaslıdır, əsassızdı bu cərimə deyə bilmərəm.

Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti idarəsinin,Azad İstehlakçılar İctimai Birliyinin,Gəncə İnzibati – İqtisadi Məhkəməsinin , Ağstafa Rayon Məhkəməsinin və Şəmkir rayon məhkəməsinin tövsiyəsinə uyğun olaraq Sizə müraciət etməli oldum. İnanıram ki bizə bir köməklik göstərəcəksiniz.

X A H İ Ş E D İ R Ə M

Mən Qurbanova Lalə Vəli qızı Azəriqaz İB Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən bizə bildirilən əsassız 475.20 manat məbləğində cəriməni və 91.21 manat sayğac dəyərini ödəmək imkanım yoxdur.Özüm 120 Azn təqaüd alıram.

Yuxarıda qeyd etdiklərimidə nəzərə alaraq qanunvericilik normalarına istinad edərək Azəriqaz İB –yi tərəfindən tərtib edilmiş aktların etibarsız hesab edilməsi , Azəriqaz İB-nin Şəmkir RQİİ-nin Ağstafa XS-nin abonent bazasındakı 610420000186000 abonent koduna hesablanaraq vurulmuş 475.20 manat məbləğində dəymiş ziyanın və 91.21 manat məbləğində qaz sayğacının dəyərinin silinməsinə dair ədalətli qərar verərək bizə köməkdarlıq edəsiniz.

Təşəkkür edirəm.

Mövzunu nəzarətdə saxlayacağıq

Faktinfo.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru