Sabirabadlılardan bələdiyyəyə qarşı ağır ittihamlar Reportaj
Tarix: 6-01-2014, 16:18 | Çap et
 Hafta.az-ın əməkdaşı bayram günlərində Sabirabad rayonunda olub. Əməkdaşımızın sözlərinə görə, burada o, bir çox qanunsuzluqlarla qarşılaşıb.
Sabirabada getmək üçün avtovağzala yollandıq. Məlum oldu ki, sözügedən istiqamət üzrə hərəkət edən mikroavtbuslar biletsiz çalışır. Eyni zamanda benzinin qiymətinin artırılması əsas gətirilərək avtobuslarda gediş haqqı süni şəkildə 50 qəpik qaldırılıb. Sakinlərin sözlərinə görə, rayondaxili və rayondan kəndlərə hərəkətedən avtobuslarda qiymətlər 20 qəpikdən 60 qəpiyə qədər artıb. Sərnişinlərin narazılıqlarını dinlədikcə məlum oldu ki, taksilərin və digər nəqliyyat vasitələrinin qiymətinin artırılması hələ rayonun ən sadə problemidir. Əsas problemlər Sabirabadda məmurlar tərəfindən incidilən, Kür daşqınları zamanı uçmuş evlərin sakinləridir.
Sərnişinlərin təsviri ilə öz başınalığın kəllə-çarxa çatdığı Sabirabad rayonunun Türkədi kəndinə üz tutduq. Sakinlər adlarının məbuatada açıqlanmasını istəməsələr də bütün problemlərinin işıqlandırılmasını istədilər. Kür çayından təxminən 200 m məsafədə yaşayan uçmuş ev sahibi:
“Bizim evə FHN əməkdaşları tərəfindən bir neçə dəfə baxış keçirildi. Evimizi qeydiyyata da aldılar. Dedilər ki, sizə ev tikiləcək. Bundan sonrakı məsələlərlə kənd bələdiyyəsinin nümayəndələri məşğul olublar. FHN-dən deyirlər ki, sizin ev üçün pul köçürmüşük, ancaq bədəliyyədə işləyən Ərəstün Yarməmmədov İsbat oğlu mənə bir qəpik də pul verməyib. Təkcə bizim ev üçün yox, bir çox evlərə FHN tərəfindən verilən maddi yardımlar Ərəstun tərəfindən mənimsənilib”.
Ərəstun Yarməmmədovun kimliyi barəsində kənd sakinlərindən soruşduq. Məlum oldu ki, adı çəkilən şəxs hazırda Rusiyaya qaçıb. Kənddə demək olar ki, hər kəsə borcludur.
Özünü kəndin ağsaqqalı kimi təqdim edən sakin:
“Bizim kənd qədim kənddir. Ərəstun Yarməmmədov, Bələdiyyə sədri Sadəli Abışov, icra nümayəndəsi Xəzər Abışov bu kəndə bir dənə “əli kağızlı”nı buraxmırlar. Yaşı bir əsrə yaxın olan Türkədi Kənd orta məktəbi bunların üzündən təmir olunmur. Bəlkə də təmir üçün, pul ayrılıb ancaq bu pullar da xalqın evlərinin pulu kimi yeyilib gedib. Bu kənd üçün dünya dərəbəylikdir. Dərəbəliyin yaranmasına səbəbkarlar isə yuxarıda adını sadaladıqlarımdır. Bir vaxtlar Ərəstun xəbər çıxardı ki, guya xəstədir, ölür. İnanıın ki, kənd camaatı yaba, balta əllərində öldürəcəkdi Ərəstunu ki, pulların qaytarsın. Ancaq Ərəstunun özünü ölülüyə vurmasından sonra ona yazığımız gəldi. Fikirləşirdik ki, borcunun yarısın bağışlayaq. Bir də gördük ki, qaçıb gedib Rusiyaya”.
Kənd sakinlərinin sözlərinə görə, Ərəstun Yarməmmədov əvvəllər onu vəzifəyə gətirən Sadəli, Xəzər Abışovlardan kəskin yazılar, şikayət ərizələri yazırmış. Sonradan isə onu da özləri tərəfə keçirən Abışovlar, Ərəstun Yarməmmədovu “zərərsizləşdirməyi” bacarıblar.
Kənd sakini davam edir: “Abışov Xəzər öz dili ilə deyib ki, bir vaxtlar Ərəstun bizdən şikayət ərizəsi yazırdı. Bir gün çağırdım ki, bala bizdən nə istəyirsən. Ərəstun dedi ki, sizdən xalqın yediyiniz haqqın istəyirəm. Gördüm ki, xeyir yoxdur, dedim gəl sənə bələdiyyədə iş verək, görürəm qələm kağızla aran yaxışıdır. Otur stolun arxasında işini gör. Ərəstun da razılaşdı. O gündən sonra biz xalqın pulunu yeməsək də o xalqın varını taladı. İndi də qaçıb gedib Moskvaya. Deyirlər orda da borcu var.”
Yoldaşı tərəfindən atılan 2 azyaşlı qız övladı olan ananın sözlərinə görə, Ərəstun onlaradüşən evin pulunu da, üstəlik FHN tərəfindən bərpa-gücləndirmə üçün evə ayrılan 6 min manat pulu da mənimsəyib. Kənd sakini bildirir ki, savadsız olduğu üçün, heç yerə şikayət edə bilmir. Eyni zamanda bütün sənədlərini Ərəstuna etibar etməsinə səbəb də onun sənəd, qanun işlərindən məlumatsız olması ilə əlaqədar olub. Ərəstun Yarməmmədov isə bütün etibarlardan sui istifadə edib.
Sakinlərin dəvəti ilə Türkədi kənd orta məktəbinə də daxil olduq. Uçmuş vəziyyətdə olan məktəbdə demək olar ki, dərs keçmək mümkün deyil. Məktəbdə qızdırıcı sistem, parta, yazı lövhəsi yararsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə, məktəb illərdir bu vəziyyətdədir. Məktəbin bu vəziyyətdə olmasının əsas səbəbkarı isə Abışovlardır. İndiyə qədər gələn bütün yoxlamaları kəndin girəcəyində Abışovlar qarşılayır, elə ordan da yola salırlar. Bu səbəbdən Sabirabadın Türkədi kəndindən bir neçə ildir ki, heç bir sakin ali təhsil ala bilmir. Kəndə təhsilin səviyyəsi günü-gündən aşağı düşür.
Hafta.az olaraq sakinlərin adlarını çəkdikləri şəxslərlə əlaqə saxlamağa çalışsaq da, onları tapa bilmədik. Qarşı tərəfin də fikrini və açıqlamalarını saytımızda verməyə hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
| • Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16 |
|
|
|
| • "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03 |
|
|
|
| • Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56 |
|
|
|
| • Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51 |
|
|
|
| • Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42 |
|
|
|
| • Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39 |
|
|
|
| • Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32 |
|
|
|
| • Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27 |
|
|
|
| • Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23 |
|
|
|
| • Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16 |
|
|
|
| • Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10 |
|
|
|
| • Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08 |
|
|
|
| • Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59 |
|
|
|
| • Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50 |
|
|
|
| • Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43 |
|
|
|
| • “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38 |
|
|
|
| • Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35 |
|
|
|
| • Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30 |
|
|
|
| • Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21 |
|
|
|
| • "Med Kredit" ləğv olunur
Bu gün, 11:04 |
|
|
|
| • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57 |
|
|
|
| • Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42 |
|
|
|
| • AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
| • “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39 |
|
|
|
| • “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37 |
|
|
|
| • "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32 |
|
|
|
| • AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22 |
|
|
|
| • Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03 |
|
|
|
| • Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57 |
|
|
|
| • Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54 |
|
|
|
| • "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51 |
|
|
|
| • Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42 |
|
|
|
| • Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40 |
|
|
|
| • İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34 |
|
|
|
| • Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
| • Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20 |
|
|
|
| • NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14 |
|
|
|
| • Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59 |
|
|
|
|