Lerikdə 'kəsilmiş barmağı sarımağa həkim tapılmır' - Astarada da durum fənadır...
Tarix: 18-07-2023, 11:06 | Çap et
 Lerik rayonunda cərrah yoxdur, xəstələr müalicəyə qonşu rayonlara və Bakı şəhərinə üz tuturlar. Adının çəkilməsini istəməyən bir rayon sakini AzadlıqRadiosuna deyir ki, illər keçir, ancaq bu problem həllini tapmır: "Kəsilmiş barmağı sarımağa həkim tapılmır. Ucqar kəndə yaşayıram. Oradan rayon mərkəzinə 18-20 kilometrdir. Maşın 10 manata aparır. Rayon mərkəzindən də Lənkərana getmək üçün yola 5-6 manat xərclənir. Demək olar ki, bir gün yol gedirsən. Göndəriş olmayanda Lənkəranın mərkəzi xəstəxanası xəstəni qəbul etmir. Məcbur olub özəl klinikaya üz tutursan. Orada da xidmət bahadır. Lerikdə xirurq yoxdur. Elə xəstələr var ki, bir neçə dəfə Lənkərana getməli olur. Qazandıqlarımızı bu yolda xərcləyirik. Dərdimizi kimə deyək?!" .
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 2022-ci ilin əvvəlinə bölgələr üzrə ümumi həkimlərin sayını açıqlayıb. 80 min civarında əhalisi olan Lerikdə bu rəqəm cəmi 38-ə bərabərdir və 2019-cu illə müqayisədə 50 faizə qədər azalıb. Rayonda bir dövlət xəstəxanası, əhaliyə ambulator poliklinika yardımı göstərən 26 müalicə müəssisəsi var.
"UZİ yoxdur Lerikdə" Lerik rayonunun digər sakini Mehdibəy Səfərov rayonda həkim çatışmazlığından əziyyət çəkdiklərini söyləyir. O, rayonda baş həkimin, təmir edilmiş xəstəxananın fəaliyyət göstərdiyini vurğulayır: "Elə yüngülvarı xəstələr var ki, burda müalicə alırlar. Söhbət ondan gedir ki, həkim çatışmır. Camaat Lənkərana üz tutur. UZİ (ultrasəs müayinəsi) aparatı yoxdur Lerikdə. Cərrahiyyə əməliyyatlarına görə başqa yerlərə gedirlər. Dəfələrlə bununla bağlı müzakirələr gedib. Deyirlər, "həll edəcəyik". Amma həll olunmur. İnsanlar əziyyət çəkir".
Həkim-pediatr Davud Qurbanov rayonlarda həkim çatışmazlığının bir səbəbini maaş azlığında görür: "Həkimə az pul verirlər. Başqa ölkələrdə həkimlərin əməkhaqqı qat-qat yüksəkdir. Bizdə iş yükü də ağırdır. Türkiyədə bir gündə qəbul edilən xəstələri Almaniyada bir həftədə qəbul edirlər. Bizdə isə həkim istənilən sayda xəstə qəbul edir. Biz çox işləyirik, az alırıq. Deyirlər ki, həkimlərin əmək haqları artırılıb. Azərbaycan həkimi xarici ölkə həkimlərindən altı-yeddi dəfə az pul alır. Ona görə xaricə qaçırlar".
Təyinat olarsa... Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov da rayonda həkim çatışmazlığını təsdiqləyir: "Həkim çatışmır. Xirurq, dəri zöhrəvi, lor həkimləri yoxdur. Bir pediatrımız var. Onun da 70 yaşı tamam olandan sonra pensiyaya çıxacaq. Bir nəfər rayonun öhdəsindən gələ bilmir. Əhali müalicə üçün Lənkərana, Bakıya gedir. Göz həkimi yoxdur. Müxtəlif sahələr üzrə 47 həkim və 60-a yaxın tibb işçisi çatışmır. Bununla bağlı hər il müvafiq orqanlara müraciət edirik".
Məlikov təyinatla həkim çatışmazlığı problemini aradan qaldırmağın mümkün olacağını deyir.
Həkim çatışmazlığı təkcə Lerikdə deyil, qonşu rayonlarda da özünü kəskin göstərir. Məsələn, Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oqtay Əmənullayev da eyni problemdən danışır: "Rayonda 50-yə yaxın həkim yeri boşdur. Həkim ən azı 1000 manatdan yuxarı əmək haqqı alır. Əlavələr də verilir. Bizdə iri şəhərlərə həkim axını hələ ki, qalır. Məsələn, 10-dan çox astaralı həkim Lənkəranda çalışır. Amma indi təchizatımız yaxşıdır. Cərrahiyyə əməliyyatı aparmaq üçün hər şey var".
Əmənullayev də düşünür ki, səhiyyə sistemində məcburi təyinat bölgələrdə həkim çatışmazlığını həll edə bilərdi.
AzadlıqRadiosu deyilənlərə səhiyyə qurumlardan münasibət ala bilməyib. Ancaq Səhiyyə Nazirliyinin ötən ilin dekabrında yaydığı məlumata görə, 2022-ci ilin noyabrında rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib. Təyinatda dövlət sifarişi əsasında rezidentura təhsili almış 214 həkim-mütəxəssis iştirak edib. Həkim-mütəxəssislərin bir hissəsi bölgələrdə işləməyə üstünlük veriblər. Əksəriyyəti isə Bakı şəhərində yerləşən tibb ocaqlarını seçiblər.
AzadlıqRadiosu bir müddət öncə bölgələrdə ginekoloq çatışmazlığını araşdırıb. Lerik rayonunda çalışan ginekoloq AzadlıqRadiosuna deyib ki, bölgələrə təyinat ilə getmək maddi durumlarına uyğun gəlmir: "Lerikdənsənsə, gəlib burada işləyə bilərsən, əks halda 500-600 manat pul ilə ev, kommunal, ərzaq və digər şeylərə pul çatdıra bilmirsən".
AzadlıqRadiosu

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
|