Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                     Moskvaya son iki ilin ən böyük dron hücumu olub .....                     Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... .....                     Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: .....                     Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                     Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş .....                     İran müxalifətlə danışıqlara başladı .....                     Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” .....                     “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, .....                     AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi .....                     “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” .....                     “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi .....                     "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." .....                     AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... .....                     Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? .....                     Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ .....                     Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: .....                     "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." .....                     Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                     İcra Hakimiyyətində yeni təyinatlar .....                     Dövlət qurumlarının saytlarına kiberhücum olub .....                     Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar .....                     "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı .....                     NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... .....                     Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər .....                     Dünya bazarlarında neft yenidən bahalaşır .....                     Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib .....                     ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                 

Azı 14 milyon manat xərclənən “Ağalı” hotelini hansı YAP-çının oğlu tikib? - Ağalar Vəliyevin oğlunun da biznes "imperiya"-sı var ...
Tarix: 30-07-2024, 13:37 | Çap et
Azı 14 milyon manat xərclənən “Ağalı” hotelini hansı YAP-çının oğlu tikib?
18 mayda Zəngilan rayonunun Ağalı kəndində İlham və Mehriban Əliyevalar “Ağalı” hotelinin açılışında iştirak ediblər.

Bu hotelin açılışı hələ 2022-ci ilin sonlarına planlaşdırıldı. Tikinti məlum olmayan səbəbdən 2022-ci ilin oktyabrından sonra dayanır, layihəni icra edən şirkətin sosial media hesabındakı paylaşım isə onun 2023-cü ilin oktyabrında yenidən davam etdirildiyini göstərir.

Hotelin tikintisinin birinci mərhələsinə nə qədər pul xərcləndiyi məlum olmasa da onun açılışından 2 ay əvvəl hotelin tam təchizatlı təmir və tamamlanma işləri ilə bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tender keçirir. Tenderdə “Crystal İnşaat” ASC qalib gəlir. Bunun üçün şirkətə 14 milyon 192 min manatdan artıq pul verilir.

Hotelin tikintisinin bu mərhələsini həyata keçirən “Crystal İnşaat” kimindir? İndiyədək hansı böyük tenderlərin qalibi olub? Bu şirkəti hazırda deputat olan YAP-çı ilə nə bağlayır? Araşdırmışıq!

Hotellə bağlı nə məlumdur?

Azı 14 milyon manat xərclənən “Ağalı” hotelini hansı YAP-çının oğlu tikib?

Zəngilanın Ağalı kəndində yerləşən hotel tikintisi barədə ilk informasiyanı Prezident İlham Əliyevin 26 Aprel 2021-ci ildə Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı görmək mümkündür.

İlham Əliyevə yaradılan süni göl üzərində “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək “Arximed” qurğusu barədə məlumat verilərkən ərazidə hotel olacağı da sözarası deyilir.

Bundan sonra həmin hotel barədə düz 1 il sonra “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində danışılır. İlham Əliyev hotelin tikintisi ilə maraqlanır və ona bildirilir ki, hotel 62 nömrədən ibarət olacaq.

2021-ci ildən tiklməkdə olan və ehtimallara görə 1 il fasilə verilən hotelin tikintisi cəmi 2 ay ərzində yekunlaşır. 2024-cü ilin 4 martında hotelin təmir və tamamlanmasına 14 milyon 192 min 628 manat 20 qəpik pul ayrılır və 18 mayda İlham Əliyevlə həyat yoldaşı hotelin açılışını edir.

Əvvəlcə 62 nömrədən ibarət olacağı deyilən hotelin açılış günü 117 otaqdan ibarət olduğu məlum olur. Hotelin həcminin necə və niyə genişləndirilməsi ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.

Yeri gəlmişkən, şirkətin Facebook hesabında hoteldə gedən tikinti işləri ilə bağlı paylaşımlarda “Crystal İnşaat”ın hoteldə təmir və tamamlanma işləri aparması yox, tikinti işi gördüyü qeyd olunur.

İndiyədək “Crystal İnşaat” nə iş görüb?

Azı 14 milyon manat xərclənən “Ağalı” hotelini hansı YAP-çının oğlu tikib?

“Crystal Group” şirkətlər qrupuna aid olan “Crystal İnşaat” 2018-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb.

“Crystal İnşaat”ın indiyədək icrasında iştirak etdiyi və ya bütün tikintisini həyata keçirdiyi layihələrin bəzisi:

Zəngilan Beynəlxalq Hava Limanının tikintisində iştirak

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisində iştirak

Şəki Prokurorluğunun inzibati binasının tikintisi

Kürdəmir Prokurorluğunun inzibati binasının tikintisi

Pirallahı Prokurorluğunun inzibati binasının tikintisi

Şəki, Kürdəmir və Pirallahıdakı tikintilərə görə şirkət ümumilikdə 7 milyon 610 min manatdan artıq dəyəri olan tenderin qalibi olub.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə isə ümumilikdə nə qədər vəsait ayrıldığı məlum deyil. Bu yolun tikintisi ilə bağlı yalnız işlərin davam etdirilməsi üçün İlham Əliyevin Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayırdığı məlumdur.

Bu məbləğin də nə qədərinin “Crystal İnşaat”a ödənildiyi bilinmir.

Azı 14 milyon manat xərclənən “Ağalı” hotelini hansı YAP-çının oğlu tikib?

“Crystal İnşaat” kimindir?

Şirkətin Müşahidə Şurasının sədri Pərviz Vəliyevdir. O, hazırda Milli Məclisin YAP-dan olan deputatı Ağalar Vəliyevin oğludur.

Ağalar Vəliyev özü də biznesmen deputat kimi tanınır.

Meydan TV-nin 2015-ci ildə yayımladığı araşdırmaya görə, Ağalar Vəliyev 1996-cı ildən “Azəraqrartikinti” Dövlət Şirkətinin rəhbəri olub. 1997-ci ildə şirkət ləğv edilərək bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Araşdırmada qeyd olunur ki, cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə “hədiyyə” edilib.

Hələ 2015-ci ildə “Azəraqrartikinti” ASC-nin 40 filialı var idi.

Satınalmalar portalında bu ASC-nin yer aldığı və qalib gəldiyi cəmi 2 tender tapa bildik. Bunların da ümumi dəyəri 12 milyon manata yaxındır.

Meydan TV-nin əldə etdiyi və 1998-2014-cü illər aralığında baş tutmuş tenderlərə əsasən, Ağalar Vəliyevin rəhbəri olduğu ASC 85 milyon 634 min manatdan çox dəyəri olan layihələri icra edib.

Müəllif: Cavid Abdullayev
mikroskopmedia.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
• Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 09:57
• Türkiyədə "Halk TV"yə qarşı ƏMƏLİYYAT: - 11 nəfər saxlanıldı
Bu gün, 09:54
• "Qarabağ, Naxçıvan, Qərbi Azərbaycan..." - Paşinyandan SON DƏQİQƏ sülh açıqlaması
Bu gün, 09:51
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru