Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                 

“Rusiya Qafqazda hərbi dillə danışa bilməyəcək” - FAKT BUDUR!
Tarix: 12-08-2025, 00:20 | Çap et

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh prosesində mühüm mərhələ kimi tarixə düşdü. Bu səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında ABŞ Prezidenti D.Trampın şahidliyi ilə keçirilən görüşdə mühüm nəticələr əldə edilib və sülhün təmin olunması istiqamətində birgə addımlar atılıb.
Əsas nəticələrdən biri də məhz Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasıdır. Bu sənəddə Minsk qrupunun ləğv olunması üçün iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət etməsi təsdiq edilib ki, bu, münaqişənin beynəlxalq səviyyədə yeni formatda həllinə zəmin yaradır. Eyni zamanda, Azərbaycanın əsas tələbi olan Ermənistan Konstitusiyasına ərazi iddialarını aradan qaldıracaq dəyişikliklərin edilməsi məsələsi də Birgə Bəyannamədə təsdiqlənərək sülh müqaviləsinin imzalanması üçün vacib şərt kimi qoyulub. Vaşinqton görüşü həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru əlaqənin təmin olunması istiqamətində razılığın əldə olunması ilə yadda qaldı. Bu, uzun illər Azərbaycanın strateji hədəfi olan Zəngəzur Dəhlizinin reallaşması üçün önəmli addımdır. ABŞ ilə Ermənistan arasında bu dəhlizin işə düşməsinə dair xüsusi sazişin imzalanması və ABŞ Prezidentinin Zəngəzur Dəhlizinin qarantı rolunu üzərinə götürməsi regionda kommunikasiya əlaqələrinin bərpasına yeni nəfəs verdi.Vaşinqtonda həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin mətni paraflanaraq tərəflər arasında razılaşmanın texniki əsasları tamamlandı. Paraflanma yekun imzalanmanın birbaşa göstəricisi olmasa da, bu istiqamətdə ciddi addım sayılır və 2026-cı ildə Ermənistanda keçiriləcək referendum və konstitusiya dəyişikliklərindən sonra sülh müqaviləsinin rəsmən imzalanacağı gözlənilir.
Qeyd edək ki, Birgə Bəyannamə ilə regionda yeni status-kvo təsbit olunur, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ Azərbaycan tərəfindən yaradılan yeni reallığı qəbul edir. Bu səfər və əldə olunan sənədlər Azərbaycanofobiya və Ermənistan tərəfinin destruktiv mövqeyinə qarşı ciddi zərbədir. Siyasi ekspertlərin də xüsusi vurğuladığı kimi Prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixli Vaşinqton səfəri Cənubi Qafqazda uzun müddət davam edən münaqişənin sülh yolu ilə həllində yeni mərhələnin başlanğıcını qoyub. Azərbaycan yalnız müharibədə qalib gəlməklə kifayətlənmədi, həm də regionda dayanıqlı sülhün əsasını qoyub. Bu səfər Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirdi və Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi oldu. Sülh müqaviləsinin yekun imzalanması ilə həm Azərbaycan, həm də Ermənistan üçün yeni, sabit və firavan gələcək üfüqləri açılacaq.
Siyasi şərhçi Sona Əliyeva da Sherg.az-a açıqlamasında Vaşinqtonda imzalanan Birgə Bəyannamə ilə Ermənistanın Azərbaycanın haqlı diktəsi altında sülhə razılaşdığını bildirib:
"Doğrudur, sülh sazişi imzalanmadı, amma bunun da günahkarı Ermənistanın özüdür. ATƏT-in Minsk qrupunun ləğvi ilə yanaşı, İrəvandakı hakimiyyət mövcud konstitusiyadakı ərazi iddiaları ilə bağlı maddələri çıxarmalıdır. Bunun üçün referendum keçiriləcək. Artıq Ermənistan referendumla bağlı üzərinə öhdəlik də götürüb. Bu baş verdikdən sonra böyük sülh sazişi imzalana bilər. İndiki halda Zəngəzur dəhlizinin açılması regiona böyük ölçüdə əbədi sülh gətirəcək. Hər iki dövlət bu dəhlizdən böyük iqtisadi mənfəət əldə edəcək. Bundan başqa, Çindən Britaniyaya uzanan yol məhz bu qovşaqdan keçməklə Cənubi Qafqaz regional təhlükəsizlik risklərindən də sığortalanacaq. Çünki qlobal iqtisadi regionlar müharibə riskindən sığortalanırlar. Bu da uzun illər regionda sülh olacağına işarədir. Zəngəzur dəhlizinin qarantı təkcə ABŞ olmayacaq. Bu dəhlizin imkanlarından yararlanan bütün ölkələr onun təhlükəsizliyinin təminində maraqlı görünəcəklər. Üstəlik, bu dəhlizin işə düşməsi şimal və cənub yollarını da neytrallaşdıracaq. Beləliklə, Rusiyanın Güney Qafqazdakı hərbi hegemonluğu tamamilə zəifləyəcək. ABŞ və Çin, eləcə də Britaniya Rusiyanın burada hərbi dillə danışmasına və ya əzələ nümayişinə imkan verməyəcək. ABŞ-nin vasitəçiliyindən Rusiya bir o qədər də narahat görünmür. Əsas narahatlıq isə İrandan gəlir. İrandakı mollakratiya öz ölkələrinin taleyini riskə ataraq Azərbaycan və Ermənistanla kəskin dillə danışa bilməz. Ən azından, buna cəhdin Tehran hökuməti üçün intihara bərabər addım olacağını mollalar da yaxşı başa düşürlər".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru