Ekologiya postunda ab-hava necə korlanır... - Narazılıq var
Tarix: 24-04-2015, 15:59 | Çap et
 Mütəmadi olaraq Bakı-Sumqayıt və ya Bakı Xırdalan istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri DYP-nin ekologiya postunda yaşanan neqativ hallarla yaxşı tanışdırlar. Bura elə bir postdur ki, paytaxta daxil olan da, Bakını tərk edən də məhz burdan keçir və bu zaman postun rəisi Fuad müəllimin əməkdaşlarına tapşırdığı В«şərtВ»lərə əməl etmək məcburiyyətində qalır.
DYP-nin ekologiya postunun əməkdaşlarının özbaşınalığının heç kəsin nəzərindən qaçmadığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Fuad müəllimin tabeçiliyində çalışan yol polisləri sürücülərlə olduqca kobud və etikadan kənar davranırlar: В«Qadın və kişi olmasından asılı olmayaraq, sürücülər elə yolun ortasında təhqir etmək artıq onlar üçün adiləşib. Ekologiya postunda çalışan yol polislərini gördükdə, onların hansı oyunlardan çıxdıqlarına bələd olduqda adam öz övladının gələcəkdə polis olmasını istəmir. Yol polislərinin bu tip özbaşınalıqları, sürücülərlə kobud rəftarları nədənsə postun rəisinin gözündən yayınırВ». DYP-nin ekologiya postunun rəisi Fuad müəllimin özünə kifayət qədər sərvət topladığını bildirən məlumatlı şəxs iddia edir ki, adıçəkilən postun yaxınlığında yerləşən В«ŞamlıqВ» hamamı da məhz rəisə məxsusdur: В«Bu gün DYP-nin ekologiya postunun əməkdaşları müxtəlif yollarla sürücüləri soyur, onların əlavə xərc düşməsinə şərait yaradır. Deyilənlərə görə, bu postda yol polislərini lazımınca В«görməsənВ» onda avtomobilini əlindən alıb özünə də babat cərimə yazacaqlar. Düzdür, polislər pulu dillə istəmirlər,lakin adamı elə boğaza yığırlar ki, axırda məcbur olub özün nəsə təklif edirsən. Görünür, ekologiya postunun rəisi Fuad müəllim məhz bu yolla özünə gün ağlamağı, maddi imkanını xeyli yaxşalışdırmağı bacarıb. İndi onun Bakı, Xırdalan və Sumqayıtda çoxlu sayda mənzili, bir neçə avtomobili və iri biznes obyektləri var. Bütün bunlar isə sürücülərin hesabına əldə olunmuş sərvətdir…»
Onu da qeyd edək ki, Fuad müəllimin tabeçiliyində olan yol polislərinin xidmət etdiyi yolda tez-tez hərəkətdə olan patrul avtomobillərində, bəzi yerlərdə isə yolun kənarında yaşıllıqların və başqa maneələrin arxasında gizlədilmiş radarlarla avtomobillərin sürətinin ölçülməsi hallarına rast gəlinir. Halbuki bu, birbaşa qanun pozuntusudur. Bu məsələ İnzibati Xətalar Məcəlləsi və Daxili İşlər Nazirliyinin təsdiq etdiyi В«Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dairВ» Təlimatla aydın şəkildə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci maddəsində deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının (yəni DYP-nin) Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır. Adıçəkilən təlimatda da sürət rejiminə nəzarət üçün nəzərdə tutulan xüsusi texniki vasitələrin, yəni radarların tətbiqi qaydası kifayət qədər dəqiq təsbit edilib. Təlimatda deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik bütün xüsusi texniki vasitələr Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci maddəsi və nazirliyin təsdiq etdiyi təlimatın həmin müddəaları yalnız DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmuş radarların tətbiq edilməli olduğunu nəzərdə tutur. Deməli, həmin Ssstemə inteqrasiya olunmamış radarlardan istifadə oluna bilməz. DYP-nin ekologiya postunda isə məhz Fuad müəllimin tapşırığı ilə həmin sistemə inteqrasiya olunmayan radarlardan istifadə olunur. Bu isə onu göstərir ki, ekologiya postunda qanunlara əməl olunmur. Əgər DYP rəsmiləri qeyd olunan məqamları araşdırsalar, o zaman ekologiya postu, eləcə də onun rəisi Fuad müəllimlə bağlı bir çox ilginc bilgilərin üstü açıla bilər… \\ GünBakı \\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
|