Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                 

“Neftqaztikinti” trestində göyə sovrulan milyonlar - İTTİHAM
Tarix: 21-05-2015, 14:40 | Çap et
“Neftqaztikinti” trestində göyə sovrulan milyonlar
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) aparıcı struktur vahidlərindən biri hesab olunan “Neftqaztikinti” (NQT) tresti Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidentinin müvafiq əmrilə “Azərdənizneftinşaat” və “Xəzərdənizneftqaztikinti” trestlərinin bazasında yaradılmışdır. NQT tresti neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərir. Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir. Lakin son vaxtlar NQT tresti daha çox fəaliyyətində müxtəlif neqativ halların yer alması ilə diqqəti cəlb etməkdədir. Hətta müəssisədə elə bir vəziyyət yaranıb ki, artıq trestin fəhlələrinin ARDNŞ-nin prezidentinə ünvanladıqları şikayət məktubları müxtəlif mətbu orqanlarının səhifələrində dərc olunur: “Hörmətli Rövnəq müəllim, məlumunuz olsun ki, trestin müdri Mirkazım Abbasovun, trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılovun, həmçinin trestin direktor müavini Hənif Qurbanovun başı özlərinin MMC-lərinə qarışıb, dərdimizi eşitmirlər...” Bu kimi ittihamlar NQT trestində vəziyyətin həqiqətən son dərəcə gərgin olduğuna aşkar dəlalət edir. ARDNŞ prezidentinə ünvanlanan şikayət məktublarında fəhlələr trestin rəhbərliyinə qarşı konkret ittihamlar irəli sürürlər: “Bu rəhbər işçilərə Siz etimad göstərmisiniz, amma onların buradakı fəaliyyətini görsəniz həbslərinə göstəriş verərsiniz. Mirkazım Abbasovdan soruşun, niyə bizimlə birlikdə yeməkxanada yemək yemir, özünə ayrıca yemək hazırlatdırır? Niyə biz neftçilər yatan kazarmada o da yatıb dincəlmir? Necə olur, bizim çıxardığımız neftin puluna şərik ola bilir, pullar qazana bilir, amma bizim adicə problemimizə şərik ola bilmir? Bir söz deyəndə də deyirlər ki, qəzetə yazın, Prezident İlham Əliyevə teleqram vurun. Bəs onda bu müdirlər dəstəsi Neft Daşlarında kimə lazımdır?” Öz problemlərinin həlli məqsədilə trestin rəhbərliyinə müraciət edən fəhlələr biganəlik və etinasızlıqla qarşılaşdıqlarını iddia edirlər: “Mirkazım Abbasov işçilərə açıq şəkildə deyibdir ki, bütün bu işlərin heç biri məndən asılı deyil, şirkətin vitse-prezidenti Mikayıl İsmayılovdan, bir də şirkətin prezidenti Rövnəq Abdullayevdən asılıdır, onların səlahiyyətlərindədir. İşçilər soruşub ki, axı siz özünüzdən asılı olanı edin, həmkarların sədri Elşad Cəbrayılova tapşırın, qərar qəbul etsin, tədbir görsün. Axı o, hansı günün həmkarıdır? Mirkazım Abbasov isə deyib ki, mənim bunlara əlim çatmır, vaxtım da yoxdur, gedin mətbuata müraciət edin. Biz də sonra məcbur olub, əlimiz hər yerdən üzüləndən sonra qəzetə müraciət etdik. Sonradan başa düşdük ki, Mirkazım Abbasov В«haqlı imişВ», həqiqətən də onun da, həmkarın sədrinin də, müavini Hənif Qurbanovun da biz neftçilərin problemlərinə diqqət ayırmağa vaxtı yoxdur. Çünki Mirkazım Abbasovun başı Qusardakı mülkünə, Bakıdakı restoranına və mağazasına, şirkətin В«QazixracıВ» İdarəsində tikintidən yaxşıca pul qazanan firmasına qarışıb, nəyinə lazımdır ölkənin neft çıxaranları acdır, ya toxdur. Eləcə trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılov. Bu adamın bizi görməyə gözü yoxdur. Bir söz deyəndə, deyir ki, Prezident İlham Əliyevə teleqram vurun, mənim şirkətə gücüm çatmır. Bu təxribat deyilmi? Çünki onun da gözü şirkətin В«QazixracıВ» İdarəsində tikintidən yaxşıca pul qazanan firmasına dikilib, yaxşıca pulunu qazanır, Qusarda da müdiri Mirkazım Abbasovla birlikdə villasında lazım olanda istirahət edirlər…”Təqdim olunan digər bir məlumata görə isə NQT trestinin fəaliyyətində mənimsəmə hallarının artmasına səbəb olan şəxslərdən biri də Yol Tikinti Təmir İdarəsinin (YTTİ) rəisi Əlimirzə Adıgözəlovdur. Qeyd edək ki, Əlimirzə Adıgözəlovun rəhbərlik etdiyi idarə Zığda, Neft Daşlarında, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə hər növ asfalt-beton istehsalı, həmçinin Neft Daşlarında, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi işləri ilə məşğul olur. Əlimirzə Adıgözəlovun həyata keçirdiyi qeyri-qanuni işlərdən məlumatlı olan mənbənin təqdim etdiyi açıqlamalar görə, Yol Tikinti Təmir İdarəsinin balansında olan texnikalardan necə gəldi istifadə olunur: “İdarə rəisi dövlətin büdcəsini elə bir formada dağıdır ki, bunu təsəvvür etmək mümkün deyil. NQT Trestinin ən böyük idarələrindən birinə başçılıq edən rəis vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcəyə ziyan vurur. İdarənin sərəncamında olan texnikalar üçün nəzərdə tutulan yanacaqlar birbaşa onun əli ilə silinir. Bəzi texnikalar var ki, onlar qeyri-işlək vəziyyətdədir, yəni istismar müddətini başa vurublar. İdarə rəhbəri isə həmin texnikaları sənəddə saz vəziyyətdə göstərərək yanacaq və ehtiyat hissələri alır. Həmin yanacaq və ehtiyat hissələri isə idarənin müxtəlif işçilərinin vasitəçiliyi ilə satılır. Təbii ki, əldə olunan gəlir rəisin özünə çatır. Müəssisənin balansında olan yollarda təmir-tikinti işləri aparılarkən ciddi yeyinti hallarına rast gəlinir. Əgər hansısa əraziyə beş maşın asfalt lazımdırsa, bunu iyirmi maşın yazıb bu yolla artıq gəlir əldə edirlər. Əlimirzə Adıgözəlov heç kimdən və heç nədən qorxub çəkinməyərəkmilyonlar qazanır. Texnikaların çoxu dizel yanacağı ilə işləyir. Rəis yanacağı satıb pulunu mənimsəyir. Bəzi texnikalar isə təyinatdan kənar istifadə olunur. İdarə rəhbəri həmin texnikaları müxtəlif şəxslərə icarəyə verərək əlavə gəlir qazanır...”Sonda bunu da qeyd edək ki, Neftqaztikinti Trestində olan mənbələrin iddiasına görə Mirkazım Abbasov ARDNŞ rəhbərliyində təmsil olunan bəzi şəxslərin himayəsinə güvənərək bütün bu qanunsuzluqlara rəvac verir.
\\ bizimdovr \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru