Binəqədidə sahibkardan 30 min rüşvət istədilər - Prezidentə şikayət olundu
Tarix: 9-01-2016, 12:47 | Çap et
 Son dövrlər bəzi icra hakimiyyətinin başçılarının və yaxın ətrafının iş adamlarına qarşı qeyri-qanuni tələblər irəli sürməsi halları çoxalıb. Bu məsələdə ən çox adı hallanan Binəqədi rayonudur. Dünən daha bir sahibkar yerli icra hakimiyyəti orqanlarının təzyiqi ilə üzləşməsi ilə bağlı В«Unikal”a şikayət edib. Binəqədi qəsəbəsi 2-ci mədən, korpus 100 ünvanda yerləşən obyktin sahibi Mürsəlov Rövşən Novruz oğlu Binəqədi rayon icra hakimiyyətinin və bələdiyyə rəsmiləri tərəfindən təzyiqə məruz qaldığını deyir: В«Mən bu ərazidə on ildən çoxdur ki, fəaliyyət göstərirəm. Min-bir əziyyətlə obyekt tikmişəm, indi də gəlib heç bir əsas olmadan sökürlər. Məsələnin təfərrüatını nəzərə çatdırmaq üçün deyim ki, bir neçə gün öncə bələdiyyənin nümayəndəsi Pərviz gəlib öz ərazimdə həyata keçirdiyim tikintini dayandırmağı tələb etdi. Səbəbini soruşanda isə heç bir arqument gətirmədən dedi ki, Binəqədi icra hakimiyyətinin təsərrüfat şöbəsinin rəsmisi Mirpaşanın istəyidir. Onun sözlərinə görə, ya tikintini davam etdirmək üçün 30 min verməliyəm, ya da tikinti dayanacaq, üstəlik ətrafdakı könhnə obyektlərim də söküləcək. Mən onlara bildirdim ki, tələbləri qanunsuzdur və işimi davam elədim. İki gün keçmədi ki, Binəqədi rayon icra hakimiyyətinin, bələdiyyənin nümayəndələri və polis əməkdaşları ilə birgə əraziyə daxil olub yeni tikililərin hamısını dağıtdılar. Halbuki mən ora nə qədər pul tökmüşdüm. İndi də deyirlər ki, 2006-cı ildən fəaliyyət göstərən obyekti də sökəcəyik”. Sahibkar onu da qeyd edib ki, bütün sənədləri qaydasındadır. Onun sözlərinə görə, yerli icra orqanlarının hər hansı bir iddia irəli sürmək ixtiyarı yoxdur: В«Hər bir ödənişi zamanında eləmişəm, vergi və rüsumları vermişəm. Binəqədidəki bütün tikinti işi görənlərə qarşı bu cür münasibət var. Hərədən 5-10 min pul yığırlar. Kim vermədisə, mənim günümə salırlar. Bilmirəm, dərdimizi kimə deyək. Sabah yenə gəlib gözümüzün dikildiyi obyekti sökəcəklərini deyiblər. Qeyri-qanuni söküntü işinin videosunu çəkirdim, ona da imkan vermədilər. Bütün yuxarı instansiyalardan kömək istəyirəm”. Şikayətçi onu da bildirib ki, məsələylə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Dixili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və digər aidiyyatı orqanların rəhbərlərinə müraciət edib. Qeyd edək ki, İlham Əliyev hyər zaman sahibkarlara mane olmağa cəhd edənlərə qarşı çıxıb. Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” verilən qanun layihəsini təsdiqləyib. Bildirib ki, biznesin inkişafına mane olanlar öz cəzasını alacaqlar. Prezident sahibkarların işinə mane olanlara bütün çıxışlarında xəbərdarlıq edib. Bir müddət öncə dövlət başçısı vurğulayıb ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər edilir, onların işinə müdaxilələr, qanunsuz ödəmələr tələb olunur. Bütün bu hallara son qoyulması üçün həm inzibati, həm cəza tədbirləri davam etdiriləcək. “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Bunu həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Kim ki, söz başa düşmür, öz cəzasını alacaq”, - deyə İlham Əliyev bildirib. Prezident söyləyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq. Artıq ictimaiyyət bunu görür və görəcək. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Dövlət başçısı deyib ki, sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür. Xatırladaq ki, prezidentin sərəncamı ilə sahibkarların yoxlanılması 1 noyabr tarixindən iki il müddətinə dayandırılır. Yalnız vergi və korrupsiya yoxlamaları aparıla bilər və həyati əhəmiyyət daşıyan sahələr yoxlanıla bilər. Bu qanunu Milli Məclis ratifikasiya edib. Amma bütün bunlara baxmayaraq, bəzi məmurlar hələ də öz qanunsuz əməllərini davam etdirirlər.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44 |
|
|
|
| • Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32 |
|
|
|
| • “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25 |
|
|
|
| • Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22 |
|
|
|
| • “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14 |
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
| • Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10 |
|
|
|
| • Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49 |
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
|